"Mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolu" mövzusunda beynəlxalq konfransın iştirakçıları ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişlər

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, TÜRKSOY-un və İSESCO-nun birgə təşkilatçılığı ilə "Mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolu" mövzusunda Bakıda keçirilən beynəlxalq konfrans iştirakçıları avqustun 28-də Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

 

 

AzərTAc

 

Xalq qəzeti.- 2012.- 29 avqust.- S. 3.