Murmansk Vilayət Dövlət Kitabxanasında "Görkəmli adamların həyatı: zamanın bioqrafiyası" adlı kitab sərgisi açılmışdır

 

Murmansk Vilayət Dövlət Kitabxanasında "Görkəmli adamların həyatı: zamanın bioqrafiyası" adlı kitab sərgisi açılmışdır. Sərgiyə gələnlər müxtəlif zəmanələrin və xalqların görkəmli şəxsiyyətləri haqqında nəşrlərlə tanış ola bilərlər.

Azərbaycan diasporunun nümayəndəsi Əlihüseyn Şükürov AzərTAc-a bildirmişdir ki, "Görkəmli adamların həyatı" (GAH) ekspozisiyasında "GAH" seriyasından Moskvada nəşr olunmuş "Heydər Əliyev" və "Zərifə Əliyeva" kitabları təqdim olunmuşdur.

Yazıçılar Viktor AndriyanovMilli Məclisin deputatı Hüseynbala Mirələmov "Heydər Əliyev" kitabında arxiv sənədləri, ümummilli liderin doğma və yaxınlarının, silahdaşlarının və yoldaşlarının, onun siyasi opponentlərinin xatirələri əsasında ulu öndərin ömür yolundan söhbət açırlar.

2005-ci ildə nəşr olunmuş kitabda böyük siyasi xadim Heydər Əliyevin ailə arxivindəki, Naxçıvanda onun adını daşıyan muzeyin, onun şəxsi fotoqrafı R.Bağırovun, "Tribuna" qəzetinin və s. arxivindəki fotoşəkillərdən istifadə olunmuşdur.

H.Mirələmovun "Zərifə Əliyeva" kitabında qeyd edilir ki, Heydər Əliyevin ömür-gün yoldaşı, Prezident İlham Əliyevin anası olan Zərifə Əliyeva respublikada fəhlə və qulluqçulardan tutmuş partiya və dövlət xadimləri, elmi və yaradıcı ziyalılaradək hamının ehtiramını qazanmışdı. O, böyük oftalmoloq alim, tibb elmləri doktoru, akademik, gözəl alimeyni zamanda həssas və qayğıkeş müəllim, müdrik rəhbər idi.

Bu qeyri-adi xanımın ömür yolu haqqında kitab arxiv materialları, onu yaxından tanıyan insanların xatirələri əsasında yazılmış, qəhrəmanın obrazını tam açmağa imkan verən fotoşəkillərlə tamamlanmışdır.

"Görkəmli adamların həyatı" seriyasından "Zərifə Əliyeva" bədii-sənədli kitabı 2010-cu ildə çapdan çıxmışdır.

 

 

Xalq qəzeti.- 2012.- 29 avqust.- S. 3.