Qış
qapını almamış...
Havalar getdikcə soyuyur,
yağışlı-buludlu vəziyyət bəzən
günlərlə davam edir. Dağlıq və dağətəyi
bölgələrdə qışın soyuq
nəfəsi daha aydın hiss
olunur. Bu isə yerlərdə
payız-qış mövsümünə hazırlıq tədbirlərini
sürətləndirməyi, müşahidə olunan nöqsanları tezliklə aradan qaldırmağı tələb edir. Bəs yerlərdə payız-qış
mövsümünə hazırlıq tədbirləri necə
təşkil edilmişdir? Qarşıda duran vacib və təxirəsalınmaz
vəzifələr nədən ibarətdir, həll
olunmamış çətinlik və problemlər varmı? Göygöl və Goranboy
rayonlarında bu suallara
cavab axtardıq.
GÖYGÖL
Bəri başdan deyək ki, Göygöl Rayon İcra Hakimiyyəti başçısının şura iclasında rayonda payız-qış mövsümünə hazırlığın vəziyyəti geniş müzakirə olunmuş, əlaqədar idarə, müəssisə və təşkilat rəhbərlərinin hesabatları dinlənilmişdir. Payız-qış mövsümündə rayonun təhsil müəssisələrinin fasiləsiz fəaliyyətini təmin etmək üçün bir sıra konkret tədbirlər işlənib həyata keçirilmişdir.
Şəhər 1,2,3,4,5,6 saylı, Yeni Qızılca, Topalhəsənli, Aşıqlı, Xəqani, Balçılı 1 saylı, Hacıməlik 1 saylı, Mollaəlilli, Şəhriyar, Pənahlılar, Dozular, Üçtəpə, Nadil, Zurnabad, Qızılca, Quşqara, Firuzabad kənd tam orta və "8 Mart", Əhmədli kənd ümumi orta məktəbləri elektrik, qaz və neft ilə, digər ümumitəhsil məktəbləri isə odunla qızdırılır. Rayon üzrə təbii qazın alınmasına 33500 manat, odunun alınmasına 43780 manat, elektrik enerjisinə isə 2100 manat vəsait ayrılmışdır. Məktəbdənkənar təhsil müəssisəsinin qızdırılması üçün bu rəqəm 2600 manat təşkil edir. Bütün təhsil müəssisələrində payız-qış mövsümünə hazırlıqla bağlı zəruri işlər görülmüş, məktəb binalarında sıradan çıxmış pəncərə şüşələri təzələnmiş və sinif otaqlarındakı sobalar və borular təmir olunaraq hazır vəziyyətə gətirilmişdir.
Rayonun uşaq tərbiyə müəssisələrində, uşaq bağçalarında da payız-qış mövsümünə hazırlıq işləri aparılmış, binaların dam örtüklərində, qapı və pəncərələrdə, elektrik naqillərində olan çatışmazlıqlar aradan qaldırılmışdır. Şəhərdə fəaliyyət göstərən uşaq bağçaları 1375 manat məbləğində odunla tam təmin olunmuşlar.
Rayon Səhiyyə Şöbəsinin yeni binasında qazanxana yoxlanılaraq sınaqdan keçirilmiş, kanalizasiya xətti təzələnmiş, ocaqxana tam işlək vəziyyətə gətirilmişdir. Bütün obyektlərdə elektrik xətlərinə baxış keçirilmiş, nasaz naqillər dəyişdirilmişdir. Çaykənd və Balçılı kənd sahə xəstəxanalarının mərkəzləşdirilmiş ocaqxanalarında təmir işləri aparılmış, onların hər birinə 7355 litr soba yanacağı alınması, 10 kənd həkim məntəqəsinin və 23 tibb məntəqəsinin qızdırılması məqsədilə 117,5 kubmetr odun alınması nəzərdə tutulmuşdur.
Göygöl Rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində 42 kitabxana, 30 klub tipli müəssisə, 2 muzey və 2 musiqi məktəbi fəaliyyət göstərir. Mərkəzi Kitabxana Sisteminin inzibati binası, uşaq şöbəsi və xidmət şöbəsi təbii qazla qızdırılır. Rayon Mədəniyyət Evinin binasında və Tarixi Diyarşünaslıq muzeyində kombi istilik sistemi nizama salınmışdır. Heydər Əliyev Mərkəzinin təbii qazla, 1 şəhər və 39 kənd kitabxanasının dizel yanacağı ilə təmin edilməsi nəzərdə tutulmuşdur. Digər kənd mədəniyyət obyektləri neft və odunla təmin edilmişdir.
Göygöl Qaz İstismarı Sahəsi rayonun qaz təsərrüfatının normal fəaliyyət göstərməsi üçün müxtəlif istiqamətlərdə yeni qaz xətləri və avadanlıqları quraşdırmış, 48 tənzimləyici qurğu və 36 siyirtməni təmir etmiş, xətlərdə təmir-bərpa işləri yerinə yetirmişdir. R.Nəsibov məhəlləsinin və digər yaşayış massivlərinin qaz təchizatını yaxşılaşdırmaq məqsədilə A.Şadlinski, Vidadi, Şəhriyar və Qaçaq Nəbi küçələrinin baş hissəsindən keçən xətlərin korroziyaya uğramış hissəsi yenisi ilə əvəz olunmuşdur.
Çaylı və Pənahlı kəndlərinin qaz təchizatını yaxşılaşdırmaq məqsədilə qaz kəmərinin korroziyaya uğramış hissəsi yenisi ilə əvəz olunmuşdur. Əliməmmədli və Quşqara kəndlərinin qaz təchizatını yaxşılaşdırmaq məqsədilə 2 ədəd müasir tipli qaz tənzimləyici qurğu istismara verilmişdir. Mollacəlilli, Hacıməlik, Aşıqlı və Köşkü kəndlərinin qaz təchizatını yaxşılaşdırmaq məqsədilə əlavə 4 müasir tipli qaz tənzimləyici qurğu quraşdırılmışdır.
Payız-qış mövsümünə hazırlıq və qazdan təhlükəsiz istifadə qaydalarına riayət edilməsi məqsədilə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Dövlət Yanğın Nəzarəti Şöbəsinin, Qaz İstismar Sahəsinin əməkdaşlarının iştirakı ilə reydlər keçirilmişdir. 196 abonentin mənzilində rezin boru birləşməsi və qaz sızmaları aşkar edilmiş, həmin abonentlərə qazdan təhlükəsiz istifadə qaydaları haqqında bildirişlər verilmiş, ictimai yerlərdə maarifləndirici əyani təbliğat vasitələri asılmışdır.
Rayon Elektrik Şəbəkəsi üzrə də qışa hazırlıqla bağlı bir sıra əsaslı işlər görülmüşdür. Belə ki, elektrik təsərrüfatında 27,659 min manat dəyərində təmir, bərpa, quraşdırma işləri aparılmışdır. 164 ədəd müxtəlif güc transformatorları, 7,633 km elektrik xətti təmir edilmiş, 459 ədəd zədəli sayğac dəyişdirilmişdir. Göygöl şəhərində 91,622 kilometr SİP kabel çəkilmiş, 5057 ədəd "SMART" kart tipli sayğac quraşdırılmış, 51 ədəd dəmir-beton dayaq basdırılmışdır. Hazırda Göygöl şəhəri üzrə SİP-ləşmə davam edir.
Bütün bunlarla yanaşı, elektrik təsərrüfatında qüsurlar da mövcuddur. Elektrik enerjisindən oğurluq halları hələ də mövcuddur. İstehlak olunan enerjinin dəyərinin vaxtında, tam toplanılması təmin olunmur. Bəzən yeni salınmış yaşayış massivlərində şəbəkə olmadığına görə abonentlər standarta uyğun olmayan dayaq və naqillərdən istifadə edirlər ki, bu da enerji itkisinə səbəb olur.
GORANBOY
Goranboy Rayon Təhsil Şöbəsi rayonun ümumtəhsil məktəblərinin və məktəbəqədər müəssisələrin payız-qış mövsümünə hazırlığı ilə bağlı təxirəsalmaz tədbirlər həyata keçirmiş və bu vacib məsələ gündəlik olaraq diqqət mərkəzində saxlanılır. Təhsil müəssisələrdə istilik sisteminin vəziyyəti, enerji, qaz, odun və maye yanacaqla təchizat, yanğından mühafizə, bu istiqamətdə mövcud problemlərin aradan qaldırılması ilə bağlı bütün məsələlərin həyata keçirilməsi ön plana çəkilmişdir. Bunun üçün təhsil müəssisələrinin hamısında zəruri şərait yaradılmışdır. Onu da deyək ki, məsələ cari ilin sentyabr ayında təhsil müəssisələri rəhbərləri ilə keçirilən müşavirədə geniş müzakirə edilmiş, görülmüş və görüləcək işlər müəyyənləşdirilmişdir. Bu sahədə qarşıda duran vəzifələr konkretləşdirilmiş, məktəb rəhbərlərinə ciddi tapşırıqlar verilmişdir.
2012-ci ildə rayonun Qaraçinar, Rəhimli və Veyisli kənd tam orta məktəblərinin istilik sistemlərinin qaz yanacağı ilə işləməsinin həll olunduğunu da nəzərə alsaq, bu mövsümdə Goranboy şəhər 2 saylı, Qızılhacılı qəsəbə 2 saylı, Nərimanlı kənd tam orta və şəhər internat ümumi orta məktəblərində qaz yanacağı ilə, Tatarlı, Qarqucaq, Yolqullar, Səmədabad, Şadılı, Rus Borisi kənd tam orta məktəblərində isə maye yanacağı ilə işləyən qazxana sistemlərindən istifadə ediləcəkdir. Yeni istifadəyə verilmiş Alpoud və Quşçular kənd tam orta məktəblərində isə elektriklə qızdırılan istilik sistemləri nəzərdə tutulmuşdur. Xan Qərvənd, Şəfikürd, Borsunlu kənd 1 saylı və Qaradağlı kənd tam orta məktəblərinin qızdırılması elektrik yağ radiatorları ilə həyata keçiriləcəkdir. Qalan 59 ümumitəhsil məktəblərinin istilik təminatı odunla həll olunacaqdır.
Payız-qış mövsümündə təhsil müəssisələrinin istilik təminatının fasiləsiz həyata keçirilməsi üçün qazanxana sistemlərində, elektrik və qaz xətlərində olan mövcud nasazlıqların aradan qaldırılması, yanğından mühafizə avadanlıqlarının və sistemlərinin qaydaya salınması üçün təşkil olunmuş komissiya onlara baxış keçirmiş, istilik avdanlıqlarının texniki cəhətdən təhlükəsiz istismarının təmin edilməsi ciddi nəzarətə götürülmüşdür. Odunla qızdırılan məktəblərdə sobaların və digər avadanlıqların da vəziyyəti araşdırılmışdır. Bütün bu məsələlərin həlli ilə əlaqədar məktəb rəhbərlərinə ciddi tapşırıqlar verilmişdir.
Təəssüf ki, məktəblərin istilik təminatında həlli vacib olan bir sıra problemlər mövcuddur. Rayonun qaz xətti olan yaşayış məntəqələrində yerləşən ümumtəhsil məktəblərinin istilik qazanxana sistemləri olmadığından onlara qaz yanacağının verilməsi bir neçə ildir ki, tamamilə dayandırılmışdır. Həmin məktəblər elektrik və odun yanacağı ilə qızdırılır ki, bu da mövsüm ərzində çox ciddi çətinliklərin meydana çıxmasına şərait yaradır. Xüsusilə Goranboy şəhər 1 saylı, Qızılhacılı qəsəbə 1 saylı, Xan Qərvənd, Səfikürd, Borsunlu kənd 1 saylı, Ağamalıoğlu və Qaradağlı kənd tam orta məktəblərində istilik təminatının qaz yanacağı ilə həll olunması olduqca zəruridir.
Mədəniyyət müssisələrinin payız-qış mövsümünə hazırlıq tədbirlərinə hələ yay aylarından başlanılmışdır. Xan Qərvənd, Borsunlu kənd uşaq musiqi məktəblərində taxta qapı və pəncərələr plastik materialdan hazırlanmış qapı və pəncərələrlə əvəzlənmiş, elektrik xətləri, hər iki binanın dam örtüyü təzələnmişdir. Şəhər İncəsənət Uşaq Musiqi Məktəbi yeni istilik sistemi ilə təchiz olunmuşdur. Yeniyol və Səfikürd, Sarov kənd mədəniyyət evlərinin elektrik xətləri, yararsız dam örtükləri dəyişdirilmişdir. Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana Sistemi elektrik sobaları ilə təmin olunmuşdur. Mərkəzi Kitabxana Sisteminin qaz xətti yenisi ilə əvəz olunmuşdur. Bütün bunlarla yanaşı, qış mövsümü ərzində müəssisələrin normal istilik ilə təmin olunması məqsədilə Şəhər Mədəniyyət Evinin həyətində 1 transformatorun quraşdırılmasına ciddi zərurət vardır.
Qaz İstismarı İdarəsi payız-qış mövsümünda təbii qaz istehlakçıları təhlükəsiz və fasiləsiz təbii qazla təmin etmək üçün bir sıra tədbirlər həyata keçirmişdir. Tədbirlər planına uyğun olaraq təmir, bərpa və texniki xidmət işləri görülmüşdür. Qaz İstismarı İdarəsinin xidmət ərazisi üzrə istismarda olan 840 kilometr daşıyıcı və paylayıcı qaz kəmərlərinə texniki baxış keçirilmişdir. Aşkar olunmuş nasazlıqlar bərpa olunmuş, 55 qaz tənzimləyici şkaf işlək vəziyyətə gətirilmiş, 70 siyirtmədə texniki qulluq aparılmışdır. Bundan başqa, şəhərin Z.İsmayılov küçəsində 50 metr, Axundov küçəsində 60 metr, M.Məhərrəmov küçəsində 40 metr, Ü.Hacıbəyov küçəsində 30 metr müxtəlif diametrli qaz kəmərləri təmir olunmuşdur.
Dəliməmmədli şəhərində abonentlərin qaz təminatını yaxşılaşdırmaq üçün Ə.Nəzmi və Nizami küçələrində daşıyıcı və paylayıcı qaz kəmərlərinin 300 metr hissəsində cari təmir işləri aparılmışdır. Qızılhacılı qəsəbəsində, Zeynallı, Məşədiqaralar kəndlərində 150 metr qaz kəməri, o cümlədən idarənin xidmət ərazisində 760 metr müxtəlif diametrli qaz boruları təmir olunmuşdur. 7020 metr yerüstü qaz xətləri rənglənmiş, abonentlərin mənzildaxili xətlərinə və qaz cihazlarına texniki baxış keçirilmişdir. Təbii qaz itkisinin və oğurluq hallarının qarşısını almaq üçün 305 sayğac küçəyə çıxarılmışdır. 1142 sayğac yeniləri ilə əvəz olunmuşdur.
Təmir-bərpa işləri bu gün də davam etdirilir. Bütün görülən işlər belə deməyə əsas verir ki, payız-qış mövsümündə təbii qaz istehlakçıları təhlükəsiz və fasiləsiz təbii qazla təmin olunacaqlar.
Rayon Paylayıcı Elektrik Sahəsinin kollektivi hazırlıq tədbirlərinə hələ yay aylarından başlanmışdır. Təşkil edilmiş xüsusi komissiya ayrı-ayrı sahələrdə işlərin gedişi ilə yaxından tanış olmuş, müşahidə olunan nöqsan və çatışmazlıqlar aşkara çıxarılmış, konkret tədbirlər müəyyənləşdirilmişdir.
Bu günlərdə yerlərdə müəyyən edilmiş həmin tədbirlərin icra vəziyyəti bir daha nəzərdən keçirilmişdir. 17 transformator əsaslı təmir olunmuşdur. 26 kilometr hava xəttində cari təmir işləri aparılmış, 12 beton dayaq, 4 kilometr naqil dəyişdirilmişdir.
Gö1göl və Goranboy rayonlarında payız-qış mövsümündə işlərin nümunəvi təşkili, ortaya çıxan çətinliklər və narazılıqların operativ həlli üçün qaynar xətt və növbətçilik təşkil edilmişdir.
Ziyəddin
SULTANOV,
Xalq qəzeti.- 2012.- 1
sekabr.- S. 6.