Naxçıvan: tərəqqi və ədalətli mövqe vəhdət təşkil edir

 

Nur olan yerdə zülmətə yer yoxdur

 

 

Qədim Sparta hökmdarı Aqesilyadan soruşanda ki, insan üçün üstündürədalət, yoxsa cəsarət, o, ədalət olan yerdə cəsarətə ehtiyac, – deyə  cavab verir.

 

Doğrusu, bu yerlərdə bir doğmam, bir qohumum yaşayır. Amma bu ulu  məkanın ab-havası, insanlarının xasiyyəti eynən doğulduğum, indi tifağı dağılmış, üzünə  həsrət  qaldığım İrəvan irəvanlıları xatırlatdığından sövqi-təbii olaraq bu peyğəmbər şəhərinə (deyilənlərə görə, Nuh peyğəmbərin son mənzili buradadır) gəlməklə ürəyimin  qübarını söndürür vətənsizlik acısını ovutmağa çalışıram.

 

 

Buradan Vedibasara, Uluxanlıya, Dərələyəzə, lap  elə tarixi dağlarında donub qalmış Göyçəyə at belində dayana biləcək kişi üçün bir addımlıq yoldur. Amma yazıq ki,  indilikdə yalnız  uzaqdan baxa bildiyim ulular diyarı Göyçəyə, ədəb-ərkan məkanı,  igidləri ilə seçilib-sayılan Vedibasara,  barlı-bərəkətli Uluxanlıya dirənə  biləcək  ayaq,  çiçəklərini qopara biləcək əl,  suyunu  içəcək aslan  ağzı yoxdur.  Bu ağrılı  düşüncələr  içərisində  xəyalımı  alıb aparan sübh yeli tezliklə oralara dönəcəyimizi  müjdələyir mənə.  Bəli, bu belə olacaq... Çünki müasir  dünyanın xəritəsində kiçicik yer tutsa da, Azərbaycanımızın adı  indi  iltifat hörmətlə çəkilir. Axı, ölkəmizin başında onu irəliyə    həm yalnız xoşbəxt gələcəyə aparan rəhbəri,  qətiyyətli, inadcıl, məqsədyönlü  Prezidenti vardır.  ...Təyyarənin yerə dəyən təkərləri artıq Naxçıvana yetdiyimizin  ilk  xəbərçisi olur. Payızın son nəfəsini yaşayan Naxçıvanda günəş öz  isti nəfəsi ilə qarşılayır  qonaqlarını. Təyyarə qapısındaca sinə dolusu hava alıb, aşağı enirəm. Sonra nizamla  sıralanmış taksilərdən birinə yaxınlaşıb, gedəcəyim ünvanı, oteli bildirirəm. Yol boyu  ünsiyyət olsun deyə,  mehriban alicənab görkəmli bu sürücü qardaşdan elə-belə, dilucu  şəhərdə var, yox, –  deyə soruşuram.

 

 

Qardaş da, maşallah, bilgili qardaşdır. Şəhərdəki yeniliklərdən, kəndlərdəki təsərrüfat  işlərindən elə danışır ki, hər hansı  jurnalistə ətraflı bir məqalə yazması üçün daha  statistika idarəsinin hazırladığı hesabat məlumatına ehtiyac qalmır. Bir o qədər uzun olmayan yoldakı isti söhbətimizdə ən çox ləzzət aldığım söz isə, həmsöhbətimin yeniliklərdən  danışdıqca tez-tezmaşallahsözünü  işlətməsi idi.  Qardaş elə bil qorxurdu ki,  birdən  gözüm dəyər bu uğurlara. Gözü götürməyənlər hər yerdə olduğu kimi, yəqin  ki, burada da  yox deyildir. Fikrimdə yanılmamışdım,  qardaşa,  yamanmaşallah  deyirsən, vallah, gözə gətirmərəm, əksinə, uğurlarınıza ən çox sevinənlərdənəm, – dedim.

 

 

Sürücünün, qardaş, and olsun Allaha,  başım  çıxmır bəzi-bəzi adamlardan, istəyirlər, bilmirəm. Şəhərimiz,  lap elə kəndlərimiz göz görəsi  günbəgün  dəyişir, gözəlləşir, insanların ger-geyiminə bir bax, mərkəzdəkindən yaxşıdır. Olsun elə dolanışığımız. Ə, illər öncə beləydi? Şəhərimizə yağış,  qar yağanda bayır-bacaya  çıxmaq olmurdu palçıq əlindən. İndi odur ey  bax,  hər yer gül-çiçək, yollar güzgü kimi, geniş, rahat, hamı da can deyib, can eşidir. Heç kim heç kimdən artıq deyil. Kimin hünəri nədi,  qoluzorluluğuna salsın. Sədrin (Ali Məclisin sədri Vasif Talıbovu nəzərdə tutur) dövlət  qanunlarına söykənən nəzarəti bizim Naxçıvanı indi az  qala, bütün dünyaya tanıtdırıb. İnsanların güzərarının yaxşılaşması üçün əlindən  gələni əsirgəmir.

 

 

Həmsöhbətimin danışığından o nəticəyə gəlirəm ki, burada hər bir rəhbər tutduğu  vəzifədən asılı olmayaraq xalqın yaxşı yaşaması üçün məsuliyyət daşıyır. Vəzifə   insanlıq borcu unudulmur. Bu öhdəliyi ödəməyənə etimad göstərilməz. Ona görə    Naxçıvanın hər yerində həmrəyliyin şahidi olursan: qurub-yaratmaq bu bir elə böyük   olmayan diyarda həyati devizə çevrilmişdir.

 

 

... İstiqanlı xeyirxah olmaq hər kəsə müyəssər olmayan ən ali insani  dəyərlərdəndir. Bu dəyərlərə malik olanlar xoşbəxt, xalilərsə doğrudan da  bədbəxtdirlər. Bu sözləri dəfələrlə eşitsəm , lap təsadüfən kənd içində rast olduğum bir pirani qocadan  yenidən eşitməyim könlümü yenidən rahatlatdı. Şirin ləhcəylə, a bala, deyəsən gəlməsən,– eləmi?  Bəli, deyib dayandım bu lütfkar qocanın ocağında bir stəkan çay içmək   təklifindən boyun qaçırmadım.

 

 

Naxçıvana gəlişimin məqsədi ilə maraqlanan ev sahibinə, niyyətimin böyük şəhərdə    qəribsədiyimi bildirib, buradakı ab-havadan rahatlanmaq üçün gəldiyimi söylədim.  Bundan sonrakı  gəlişlərində, bala, düşəcəyin yer bizim evimiz olar sənin üçün. Şükür  Allaha, dolanışığımız da, yatacağımız da on sənin kimi qonağa yetər. Dərdimiz bir bu zəhirmara qalmış erməni xəyanətidir  ki, o da inşallah Prezidentimizin sayəsində tezliklə  başa çatar. Bu ixtiyarın cani-dildən söylədiyi hər sözü hafizəmə hopdurmaq  üçün  kirimişcə ona qulaq kəsilmişdim. Heç bir sorğu-suala ehtiyac yox idi. O, hər şey haqqında danışır, doğrunun imandan olduğunu, iftiranın şeytana məxsusluğunu, sadə el dilində  mənə çatdırırdı. Ali təhsilli  bu nurani kişi danışa-danışa gəlib çıxdı, onun dili ilə desək  qədirbilməzlərə. Neçə deyərlər, qara yaxanların qara əməllərindən xəbərdar olan həmsöhbətim, onu da dedi ki, qədər danışırlar, qoy danışsınlar, amma unutmasınlar ki, elələrinə çörəyimiz  haramdır. Axı, mən bu sədrin kökünü, əslini, nəslini tanıyıram. Onun istədiyi əhalimizin  daha da yaxşı yaşaması, korluq çəkməmələri üçündür. Bir gün olsun  kabinetində  oturub qalmaz, rayon-rayon gəzmədən, verdiyi  göstərişlərin necə yerinə yetirildiyini öyrənib bilmədən evinə dönməz. Camaatla rəftarı, ünsiyyəti, dərdə  şərikliyi onun nəcabətindən qaynaqlanır. Rəhmətlik Yusif kişinin evində halallıq hər şeydən uca durardı.  Elə ona görə Tanrı onların övladlarına da hər zaman mərhəmətlidir.Bütün bu deyilənləri eşitdikcə, doğrusu, ara-sıra qara mətbuatda rastlaşdığım qaragüruh, vay-şüvəninin bir sürücü qardaşınmaşallahdeyiminin səbəbini  anlamağa başladım.BuradaNaxçıvanda elmə, təhsilə ayrıca bir baxış var. İndi Naxçıvandakı ali təhsil  müəssisələri, orta məktəblər, uşaq bağçalarına məxsus tikililər göz oxşayır. O cür  binalarda yaxşı oxumayanı ətraf elə qınayır ki, onun özündə dönüş etməkdən savayı əlacı  qalmır. Necə deyərlər, burada bir ictimai nəzarət, xalq tələbatı var. Vətənə ağıllı, savadlı,  etibarlı vətəndaş lazımdır.Aydınlığın içində qaraya yer olmadığı kimi, Naxçıvanda da darğalıq niyyətində  olanlara qarşı barışmazlıq mühiti yaranıb. Axı həmişə haqq-ədalət uğrunda mübarizələrdə  bişmiş bu insanlar ağı qaradan, pisi yaxşıdan ayırıb seçməyi bacarırlar.Yalan,  hədyan danışanların ağzını yummağa qadir ağsaqqal əlləri Naxçıvanda hələ  on illərdən bəri hifz olunub qorunan layiqli ənənələrə sədaqət nümunəsidir. Doğrudan  da doğruya zaval, həqiqətə isə and lazım deyil. Odur ki, sadəcə, eləcə el dilində deyirəm ki, eşq olsun Naxçıvana.

 

 

 

Mübariz SƏFƏROV,

Professor

 

Xalq qəzeti.- 2012.- 2 dekabr.- S. 3.