Zaqatalada qış qayğıları yox, qış arzuları yaşanır...

 

 

Tələbəlik dostlarımdan biri danışırdı ki, babam qış üçün lazım olan ənənəvi hazırlıq işlərini başa çatdırandan sonra həmin işlərin üçdən biri qədər də əlavə hazırlıq görür, xüsusən, qış tədarükünün artırılması qayğısına qalırdı. Mən elə bilirdim ki, bu ehtiyat qışın sərt keçəcəyinə və ya yazın ləngiyəcəyinə görədir. Amma elə deyilmiş. Bir dəfə babamdan “qış qonaq-qarası üçün gördüyümüz tədarük ötən illərdəkindən yaxşı oldu” – ifadəsini eşidəndə həmin ehtiyatın mənasını başa düşdüm.

 

Zaqatalada həyata keçirilmiş payız-qış mövsümünə hazırlıq işlərinin yekunu ilə bağlı hazırladığım yazının əvvəlində bir ağsaqqalın qış ehtiyatı toplayan zaman xüsusi bir məqama fikir verməsini xatırlamağım və həmin məqamlarda “hələ ötən əsrin 70-ci illərində” ifadəsini işlətməyim heç də təsadüfi deyildi. Çünki rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ilə qeyd etdiyim mövzu haqqında söhbət edəndə ondan maraqlı fikirlər eşitmişdim:

 

İndi artıq Zaqatala 15-20 il əvvəlki Zaqatala deyil. Ona görə də payız-qış mövsümünə hazırlıq məsələsi elə şəkildə təşkil olunmalıdır ki, bu hazırlıq respublikamızın və rayonumuzun ümumi inkişaf səviyyəsinə uyğun olsun. Zəhmət çəkib o qədər tikinti, quruculuq, abadlıq işləri görmüşük. İndi kiminsə diqqətsizliyi üzündən hansısa işin yarımçıq şəkildə görülməsi Zaqatalanın bugünkü nüfuzu ilə üst-üstə düşə biləcək hal deyil. Odur ki, hələ may ayından etibarən dövri olaraq hər həftə qışa hazırlıq məsələlərinin vəziyyətini müzakirə etmişik. Birki, Zaqatala bu gün respublikamızın əsas turizm bölgələrindən biri kimi tanındığına görə rayonumuzun qış fəslindəki qonaqları əvvəlki illərdəkindən qat-qat çox olur. Məhz həmin qonaqların da buradan Zaqatalaya layiq təəssüratlarla qayıtması üçün lazım olan bütün tədbirlər həyata keçirilir. Çünki dediyim kimi, bu gün turizm Zaqatala iqtisadiyyatının əsas sahələrindən biridir.

 

Rayon rəhbəri “Zaqatala indi 15-20 il əvvəlki Zaqatala deyil” - fikrini təsadüfən işlətmirdi. Çünki nə 35-40 il əvvəlki qonaq-qaramızla indiki qonaq-qaramızın sayı müqayisə edilə bilər, nə də qonaqların təmsil etdiyi coğrafiya. Qərəz, Zaqatala, sözün həqiqi mənasında, qışa yüksək səviyyədə hazırlaşıb və həmin hazırlığın nəticələri hamıda məmnunluq hissi yaradır.

 

Rayon icra hakimiyyəti başçısının müavini Elman Ramazanovla söhbətimizdə məlum oldu ki, icra hakimiyyəti başçısı yanında Şuranın hələ may ayının 25-də keçirilmiş toplantısında bu məsələ geniş şəkildə müzakirə olunubbir həftədən sonra başçı tərəfindən təsdiqlənərək aidiyyəti üzrə bütün qurumlara göndərilib. Tədbirlər planı hazırlanarkən ötən illərin təcrübəsi xüsusilə diqqət mərkəzində olub. Yaxşı təcrübə daha geniş şəkildə tətbiq olunmaq üçün nümunə kimi göstərilib, pis təcrübənin isə təkrarlanmaması üçün daha konkret vəzifələr qarşıya qoyulub. Həmin tədbirlərin icrası sərəncam imzalanandan sonra dövri olaraq yoxlanılıb və daim diqqət mərkəzində saxlanılıb. Nəzarət prosesində məlum olub ki, mövsümə hazırlıqla əlaqədar idarə, müəssisə və təşkilatlar, eləcə də ərazi nümayəndəlikləri və bələdiyyələr tərəfindən əhaliyə göstərilən xidmətin yaxşılaşdırılması, tikinti, abadlıq, yol təsərrüfatı, nəqliyyat və rabitə sahəsində qarşıya qoyulan vəzifələr mərhələ-mərhələ icra olunub. Bu tədbirlər çərçivəsində Dədə Qorqud meydanında və onun ətrafındakı ərazidə bərpa və yenidənqurma işləri aparılıb, işıqlandırma sistemi dəyişdirilib. Üzeyir bəy Hacıbəyov küçəsindən Qala düzünə çıxan pilləkənlər əsaslı şəkildə təmir olunub. Dövlət mənzil fondunun və sosial-mədəni obyektlərin payız-qış mövsümündə istismara hazırlıq işlərinin həyata keçirilməsi gündəlik diqqət mərkəzində olub.

 

Kommunal Müəssisələri Kombinatının direktoru İlkin Rzayevlə söhbətimizdə məlum oldu ki, Zaqatalada payız-qış mövsümünə hazırlıq işlərinin daha böyük həcmi məhz bu qurum tərəfindən reallaşdırılıb. İlkin müəllim qeyd etdi ki, bizim bu sahədəki təcrübəmiz kimi məsuliyyətimiz də ildən-ilə artır. Növbəti qış mövsümünə isə məxsusi olaraq hazırlaşmışıq. Çünki Zaqatalada heç zaman indiki kimi inkişaf da olmayıb, müasirləşmək də. İnkişaf və müasirləşmə olan yerdə isə sakinlərə göstərilən hərtərəfli xidmət də yüksək səviyyədə olmalıdır. 2012-2013-cü illərin payız-qış mövsümlərinə hazırlıqla əlaqədar bizim müəssisəyə məxsus bütün nasaz maşın və mexanizmlər təmir olunub, qışın sərt sınaqlarından problemsiz çıxmaq üçün lazım olan bütün addımlar atılıb, – deyə həmsöhbətim davam edir: – Küçələri qardanbuzdan təmizləmək üçün 2 ədəd təkərli buldozer-traktor və 1 ədəd qarsovuran maşın avtomaşın tam hazır vəziyyətə gətirilib. Nazirlər Kabinetinin sərəncamı ilə bizim müəssisəyə məişət tullantılarının daşınması üçün 1 ədəd xüsusi təyinatlı maşın, 70 ədəd isə konteyner verilib. Küçə və səkiləri buzqardan təmizləmək üçün lazımi qədər avadanlıq, alət, texniki duzqum tədarük edilib.

 

Təbii ki, dağ rayonlarında qışın qarbuzundan əvvəl payızın yağış və küləkləri də müəyyən problemlər yaradır. Məhz həmin yağmur və küləklər nəticəsində şəhərdəki su arxları, körpü və keçidlər zibil, qumdaşlar, daha çox isə xəzan yarpaqları ilə dolur. Qışqabağı həmin ünvanların hamısının yenidən təmizlənməsi zərurəti yaranır. Şəhərin Hacı Zeynalabdin Tağıyev, Nəriman Nərimanov, Vidadi, İmam Şamil, Sevil Qazıyeva, 28 May, Fikrət Əmirov, Dədə Qorqud küçələrində, eləcə də Heydər Əliyev, Bakı və Azərbaycan prospektlərindəki su arxları növbəti dəfə daş, qum, zibil və xəzəldən təmizlənib. Şəhərin işıqlandırılmasında fasilələrə yol verilməməsi üçün işıq dirəkləri və elektrik xətləri qışqabağı yenidən tamamilə nəzərdən keçirilib, ehtiyac olan bütün təmir işləri reallaşdırılıb, istifadəyə yararsız avtomatlar, saat releləri və elektrik lampaları yeniləri ilə əvəzlənib.

 

Qış mövsümündə rayon mərkəzinin və kənd əhalisinin içməli su ilə təchizatının yaxşılaşdırılması üçün mövcud xətt və qurğuların yenidən qurulması, yeni su xətlərinin çəkilməsi üçün müvafiq tədbirlər həyata keçirilib. İkinci mərhələnin icrası olaraq həmin işlər sürətləndirilib, anbarlararası magistral su xətlərinin tikintisinə başlanılıb.

 

Sukanal” idarəsi tərəfindən su təchizatı qurğu və avadanlıqlarının aşağı temperatur şəraitində normal fəaliyyətini təmin etmək məqsədilə suyun tənzimlənməsini yerinə yetirən tənzimləyici kürəbəndlər və nasaz siyirtmələr təmir olunub. Kənd əhalisinin içməli su təchizatını yaxşılaşdırmaq məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində Gözbarax kəndinin yeni yaşayış masssivinə 2 kilometr, Suvagil kəndinə 500 metr uzunluğunda su xətti çəkilib, Zəyəm kəndində magistral su xəttinin 500 metrlik hissəsi yenisi ilə əvəz olunub. Danaçı kəndində bu məqsədlə yeni artezian qazılıb. 200 kubmetrlik su anbarı və 7600 metrlik müxtəlif diametrli su xətləri quraşdırılıb. Yaponiyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə DardoqqazMosul kəndlərində subartezian quyusu qazılıb. Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər rayon rəhbərliyinin tələb etdiyi səviyyədə reallaşdırılıb.

 

Bu, bir həqiqətdir ki, müasir dövrdə nəinki Zaqatala kimi mühüm turizm bölgəsinin, heç ən ucqar kəndin belə qış günlərini elektrik enerjisi olmadan təsəvvür etmək mümkün deyil. Ona görə də rayon icra hakimiyyəti başçısı yanında Şuranın yuxarıda qeyd etdiyimiz iclasından sonra payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı keçirilən bütün müzakirələrdə ilk növbədə sakinlərə dayanıqlı elektrik enerjisinin verilməsi məsələsi gündəliyə gətirilib. Öyrəndik ki, rayon elektrik şəbəkəsi bu məqsədlə 330 ədəd yararsız elektrik dayağını dəyişdirib, 15,5 kilometr uzunluğunda müxtəlif gərginlikli elektrik hava xətləri əsaslı şəkildə təmir olunub, rayon ərazisindəki bütün transformatorlara mövsümlə əlaqəli xüsusi texniki qulluq göstərilib, ehtiyac olan yerlərdə yeni ayırıcılar quraşdırılıb. Bu zaman bir məqam xüsusilə nəzərə alınıb. Belə ki, güclü qar yağan zaman əyilmiş ağacların açıq hava elektrik xətlərinə toxunması həm enerji itkisinə səbəb olur, həm də təhlükə mənbəyi yaranır. Ona görə də bu qəbildən olan xətlərin yol boyu ağaclardan təmizlənməsi işi ilk növbədə başa çatdırılıb.

 

Elektrik enerjisinin verilməsi ilə yanaşı, rayon əhalisinin təbii qaza olan ehtiyacının ödənilməsi də günün vacib məsələlərindəndir. Biz Zaqatala qaz istismar sahəsinin fəaliyyəti barədə ötən yazılarımızda da söz açmışdıq. Ancaq payız-qış mövsümünə hazırlıqla bağlı həyata keçirilən tədbirlər sırasında bu qurumun da xidməti kifayət qədərdir. Qışqabağı yeni qaz tənzimləyici şkaflar quraşdırılıb. Əliabad, Yuxarı Tala, Maqov və Danaçı kəndlərinin qazlaşdırılması işi davam etdirilib, ümumilikdə 165 kilometr uzunluğunda müxtəlif diametrli qaz xətləri çəkilib. Mövsüm ərəfəsində Uzuntala və Beretbinə kəndlərinə mavi yanacaq verilib, 2126 ədəd qaz sayğacı dəyişdirilib, 315 ünvana isə yeni qaz xətti çəkilib.

 

17 saylı Yol İstismar İdarəsi respublikayerli əhəmiyyətli yollarda qış aylarında qeydə alınacaq bütün hallar üçün hazır vəziyyətdədir. Telekommunikasiya qovşağı, Zaqatala Poçtamtı, Birləşmiş Qazanxanalarİstilik Şəbəkəsi, eləcə də digər xidmət orqanları payız-qış mövsümündə rayon əhalisinin və qonaqların heç bir problemlə üzləşməməsi üçün mümkün olan bütün hazırlıq işlərini başa çatdırıblar. Təhsil, səhiyyə, mədəniyyət, turizmidman müəssisələrinin normal fəaliyyətinin təmin edilməsi üçün rayon rəhbərliyinin müəyyən etdiyi bütün hazırlıq işləri ən yüksək səviyyədə yekunlaşdırılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə 4 min 100 kubmetr odun satılması üçün limit ayrılıb. Bu qədər yanacaq icra hakimiyyəti tərəfindən rayonun təbii qaz verilməyən obyektləri arasında bölüşdürülüb. İlk növbədə xəstəxanalar, məktəblər, uşaq bağçaları və digər mühüm müəssisələrin yanacaq problemi həll olunub. Zəlzələdən zərər çəkən insanların payız-qış mövsümündəki problemləri isə rayon rəhbərliyi ilə yanaşı, dövlətin də daimi diqqət mərkəzindədir.

 

...Noyabrın son günləri Zaqatalada elə payızın ortalarındakı kimi yağmursuzmülayim keçirdi. Ona görə də Kommunal Müəssisələri Kombinatının direktoru İlkin müəllimə dedim ki, bu qədər hazırlığınızdan sonra, deyəsən, qış olmayacaq. Həmsöhbətim bu zarafatı bir qədər ciddi qəbul elədi: – “Yox, – dedi, – Zaqatala elə bir diyardır ki, Allah buradan heç nəyi əsirgəməyib. Elə qışı da əsirgəməz. Qar da olacaq, soyuqlar da, küləklər də. Biz o sınaqlardan çıxacağıq, siz yenə də “Zaqatalanın yaz qayğıları” adlı yazının materiallarını toplayacaqsınız”.

 

İlqar HƏSƏNOV,

 

Xalq qəzeti.- 2012.- 9 dekabr.- S. 7.