Azərbaycan
Respublikası özünün xarici siyasətində
bütün ölkələrlə əlaqələrin
inkişafına xüsusi önəm verir
Bu amil, milli
maraqların təmin olunmasına, qlobal və regional mövqelərin
daha da möhkəmləndirilməsinə xidmət edir
Xarici siyasət, onun istiqamətləri
ilə bağlı müxtəlif fikirlər var idi. Ulu
öndərin müdrikliyi hər bir istiqamət üzrə
çox konkret və dəqiq proqramın formalaşmasında
çox mühüm rol oynamışdır. Biz bu gün bu
yolla gedirik. Bu gün Heydər Əliyev siyasəti davam
etdirilir və əlbəttə ki, zənginləşdirilir.
İlham
ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti
Ölkəmizin mühüm və
həssas geosiyasi məkanda yerləşməsi onun elmi şəkildə
əsaslandırılmış
çevik, tarazlı və
çoxtərəfli əlaqələrin qurulmasını,
inkişafını ön planda tutan xarici siyasət kursu həyata
keçirməsini zəruri edir.
Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağrışlarına uyğun olaraq formalaşdırılan xarici siyasətimiz məhz bu meyarlar əsasında reallaşdırılır. Ölkəmiz milli maraqlarını təmin etmək üçün dünya birliyi ilə siyasi və iqtisadi inteqrasiyanı davam etdirir, bu mənada, regional və beynəlxalq təşkilatlarla əlaqələri diqqət mərkəzində saxlamaqla yanaşı, yaxın qonşularla sıx əməkdaşlığa xüsusi yer ayrılır və ümumilikdə, bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı-faydalı əlaqələrin inkişafına xüsusi önəm verir.
Qətiyyətlə deyə bilərik ki, son illər ərzində ölkəmizin daxili və xarici siyasət sahəsində qazandığı nailiyyətlər düzgün müəyyənləşdirilmiş siyasi kursun nəticəsidir. Məqsəd və vəzifələri daim təkmilləşdirilən xarici siyasət kursumuz bizə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, faydalı əməkdaşlığı genişləndirməyə və əksər ölkələrlə diplomatik münasibətləri inkişaf etdirməyə imkan verir. Məhz bunun nəticəsində Azərbaycan beynəlxalq aləmdə söz sahibinə çevrilmişdir. Bu gün ölkəmiz nüfuzlu beynəlxalq təşkilat olan BMT-nin Təhlükəsizlik Şurasının Şərqi Avropadan qeyri-daimi üzvü kimi fəaliyyət göstərir. Bu mötəbər quruma keçirilən seçkilərdə Azərbaycanı BMT-yə üzv olan 193 dövlətdən 155-nin dəstəkləməsi onu göstərir ki, respublikamızın regionda və beynəlxalq aləmdə yürütdüyü siyasət dünya ölkələri tərəfindən rəğbətlə qarşılanır, alqışlanır.
Azərbaycan dünyanın bütün nüfuzlu beynəlxalq və regional təşkilatları ilə uğurla əməkdaşlıq edir, onların fəaliyyətinə əsaslı töhfələr verir. Respublikamız öz üzvlərinin sayına görə BMT-dən sonra ikinci ən böyük təşkilat olan Qoşulmama Hərəkatının üzvüdür, NATO kimi mötəbər və qüdrətli qurumun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulmuşdur. Avropa İttifaqı, Avropa Şurası, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu qurumlarla əməkdaşlığımız durmadan genişlənir, bu qurumlarda mövqelərimiz möhkəmlənir.
Qərb dövlətləri ilə əməkdaşlığın inkişafı Azərbaycanın yeni dünya düzənindəki mövqelərinin möhkəmlənməsinə xidmət edir. Bu gün ölkəmiz Avropanın nüfuzlu dövlətləri — Almaniya, Fransa, İngiltərə, İtaliya, Belçika, Niderland, Polşa, Rumıniya, Bolqarıstan, Skandinaviya ölkələri və digərləri ilə tam sabit və bərabərhüquqlu əməkdaşlıq münasibətləri yaratmışdır. Bu ölkələrlə imzalanmış onlarla mühüm sənəd həmin münasibətlərin hüquqi bazasını təşkil edir. Burada bir haşiyə çıxaraq qeyd etmək istərdik ki, aparılan məqsədyönlü xarici və daxili siyasət, həmçinin neft strategiyasının icrası nəticəsində Azərbaycan Avropa ölkələri və bütövlükdə dünya dövlətləri üçün etibarlı tərəfdaşa çevrilmişdir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi rol oynayır. Bu mənada, dünyanın fövqəldövləti hesab edilən ABŞ-la münasibətlər də həm enerji, həm təhlükəsizlik, həm də digər sahələrdə uğurla inkişaf etdirilir.
Azərbaycan region dövlətləri ilə münasibətlərin inkişafına da xüsusi əhəmiyyət verir. Bu gün inamla deyə bilərik ki, Azərbaycanın Şimal qonşusu — postsovet məkanının ən böyük ölkəsi olan Rusiya ilə respublikamız arasında əlaqələr özünün çiçəklənmə dövrünü yaşayır. Reallıq budur ki, bir sıra qlobal və regional məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür, dövlət mənafelərimiz qarşılıqlı işbirliyinin inkişafını tələb edir. Bu baxımdan, sarsılmaz dostluğa, əbədi qardaşlığa söykənən Azərbaycan — Türkiyə strateji tərəfdaşlığı da regionda sülhün, sabitliyin bərqərar olmasına, təhlükəsizliyin möhkəmlənməsinə, iqtisadi inkişafın daha da sürətlənməsinə istiqamətlənib. Türk dünyasının xarizmatik liderləri — böyük öndər Mustafa Kamal Atatürk və ümummilli lider Heydər Əliyevin “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizi sevincimizdir” və “Biz bir millət, iki dövlətik” kəlamları ilə ifadə etdikləri iki qardaş ölkənin münasibətləri bu gün özünün ən yüksək səviyyəsinə çatmışdır.
Heç kəsə sirr deyil ki, bu gün iki dost və qonşu dövlət olan Gürcüstan ilə Azərbaycan arasında yüksək səviyyəli dialoq və strateji tərəfdaşlıq əlaqələri daha da möhkəmlənmiş və yeni yüksəliş mərhələsinə qədəm qoymuşdur. Hər iki tərəf əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu nümayiş etdirərək, müxtəlif sahələr üzrə əməkdaşlıq etməkdədir. Azərbaycan dünyəvilik prinsiplərinə söykənən siyasi idarəçilik sistemindən fərqli quruluşa malik olan İran İslam Respublikası ilə də əməkdaşlığı diqqət mərkəzində saxlayır. Bərabərhüquqlu əməkdaşlığın əhəmiyyətini anlayan hər iki tərəf münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir. Rəsmi Bakı əmindir ki, Azərbaycan — İran əlaqələrinin möhkəmləndirilməsi ölkələrimizlə yanaşı, bölgədə də təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır.
Respublikamız iqtisadi yüksəliş dövrünü yaşayan Şərq ölkələri ilə də qarşılıqlı-faydalı əməkdaşlığı genişləndirir. Dünyanın ən böyük dövlətlərindən biri və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Çin Xalq Respublikası, həmçinin nəhəng intellektual potensiala malik Yaponiya Azərbaycanın siyasi və iqtisadi tərəfdaşına çevrilmişdir. Azərbaycan ilə İsrail dövləti arasında əlaqələr daim genişlənir, əməkdaşlıq daha da dərinləşir. Ərəb Liqasına üzv olan ölkələrlə də qarşılıqlı münasibətlər müasir dövrün tələblərinə uyğun yüksək səviyyədə davam etdirilir. Bizi birləşdirən birgə dini dəyərlərimiz münasibətlərimizin inkişafına münbit zəmin yaradır.
Ölkəmizin dünyada sözüeşidilən dövlətə çevrilməsi, enerji mənbələri ilə zəngin olması, iqtisadi möcüzələr yaratması və bunun fonunda tarazılı, balanslaşdırılmış xarici siyasət həyata keçirməsi, onunla tərəfdaşlıq etmək istəyən dövlətlərin sayını daha da artırmışdır. Bu gün əməkdaşlıq üçün ənənəvi olmayan qitələrdən də Azərbaycana böyük maraq göstərilir. Xüsusilə, Latın Amerikasından. Ölkəmiz də Latın Amerikası ölkələri ilə çox sıx əlaqələr yaradır və görürük ki, bu əlaqələr çox səmimidir, qarşılıqlı hörmət, qarşılıqlı maraqlar və dostluq əsasında qurulur. Hər bir dövlət ilə münasibətlər məhz bu prinsiplər üzərində qurulmalıdır. Biz Latın Amerikası ölkələri ilə münasibətlərimizi məhz bu prinsiplər əsasında davam etdiririk. Həm xarici siyasət və həm də iqtisadi məsələlərin həlli üçün bu istiqamət çox perspektivlidir.
Qeyd etdiyimiz kimi, Azərbaycan bərabərhüquqlu qarşılıqlı əməkdaşlığı, regionda sülhün və sabitliyin qorunub saxlanılmasını əsas vəzifələrdən biri hesab edir. Göründüyü kimi, Azərbaycan hətta, uzaq qitə ölkələri ilə də əlaqə qurur, Ermənistan istisna olmaqla, bütün yaxın qonşuları ilə qarşılıqlı-faydalı münasibətləri inkişaf etdirir. Rəsmi İrəvanla siyasi-diplomatik, iqtisadi əlaqələrin yaradılmamasının səbəbi, onun təcavüzkar siyasətdən əl çəkməməsi, 20 faiz torpağımızı işğal altında saxlaması ilə bağlıdır. Lakin maraqlıdır ki, Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi, onun özünü çətin vəziyyətə salıb. Bu gün qüdrətli Azərbaycanın qətiyyətli xarici siyasəti nəticəsində Ermənistan bütün regional və qlobal əhəmiyyətli layihələrdən kənarda qalmışdır. Bakı — Tbilisi — Ceyhan əsas ixrac neft, Bakı - Tbilisi — Ərzurum qaz kəmərləri, Bakı - Tbilisi - Qars dəmir yolu xətti kimi mühüm layihələrə qoşulmaqdan məhrum edilən rəsmi İrəvan bunun çox ağır nəticələrini təkcə bu gün deyil, gələcəkdə də hiss edəcək, Azərbaycana qarşı təcavüzkar siyasət aparmağın ona daha nələrə başa gələcəyini hələ sonralar görəcəkdir.
Ölkəmizin həyata keçirdiyi hücum diplomatiyası nəticəsində, bu gün dünyanın bütün beynəlxalq təşkilatları Ermənistanı işğalçı dövlət kimi qəbul edir, ABŞ, Rusiya, Fransa, Türkiyə, Böyük Britaniya, Almaniya, Çin, Yaponiya, İran, İtaliya, Rumıniya, Polşa kimi ölkələr birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. BMT, Avropa Şurası, Avropa İttifaqı, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, NATO, Müstəqil Dövlətlər Birliyi, Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və bütün digər beynəlxalq təşkilatlar Ermənistan—Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə və Azərbaycanın ərazi bütövlüyünün bərpası şərtiylə həll olunmasını tələb edirlər.
Son vaxtlar isə həmin beynəlxalq təşkilatların və münaqişənin danışıqlar yolu ilə həlli məsələsiylə birbaşa məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ-ın, Rusiyanın və Fransanın dövlət başçıları qətiyyətlə bəyan edirlər ki, Dağlıq Qarabağ münaqişəsində status-kvo qəbuledilməzdir. Bu isə o deməkdir ki, aparıcı dövlətlər, beynəlxalq təşkilatlar və ümumilikdə, dünya birliyi, artıq Azərbaycan torpaqlarının işğalı faktı ilə barışmaq istəmir, ərazilərimizin tezliklə azad edilməsini tələb edirlər.
Bu gün dünya bu reallığı da anlayır ki, münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşma, BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, ATƏT-in qərarlarının, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq təşkilatların qətnamələrinin həyata keçirilməsinə əsaslanmalıdır.
Mövcud siyasi-diplomatik, iqtisadi, hərbi vəziyyətimizi təhlil edərkən belə bir əminlik yaranır ki, Azərbaycan bir sıra mühüm problemləri həll etdiyi, əfsanə hesab edilən möhtəşəm qlobal layihələri reallığa çevirdiyi kimi Dağlıq Qarabağ münaqişəsinin də həllinə nail olacaq, istər danışıqlar yolu ilə, istərsə də hərbi yolla ölkəmizin ərazi bütövlüyü təmin ediləcəkdir. Çünki bu gün böhrana düçar olan, beynəlxalq aləmdə nüfuzdan düşən təcavüzkar Ermənistanın qarşısında öz suveren hüquqlarını hər yolla qorumağa hazır olan siyasi, iqtisadi və hərbi cəhətdən xeyli inkişaf etmiş Azərbaycan vardır.
Azərbaycanın bu ilin fevral ayında Böyük İyirmilik Ölkələrinin Meksikada keçirilən tədbirində, bu ilin mart ayında isə Koreya Respublikasının paytaxtı Seul şəhərində təşkil olunan Nüvə Təhlükəsizliyi üzrə Zirvə Toplantısında təmsil olunması da, onun qüdrətindən, dünyadakı nüfuzundan xəbər verir. Çünki qeyd olunan tədbirlərdə dünyanın ancaq nəhəng, qabaqcıl və inkişaf səviyyəsi çox yüksək olan qüdrətli dövlətləri iştirak edirdilər. Artıq Azərbaycan da həmin dövlətlər arasında öz yerini alıb. Bu, bütün dünyaya, o cümlədən təcavüzkar Ermənistana ən gözəl mesajdır.
Rauf KƏNGƏRLİ,
“Xalq qəzeti”
Ölkəmizin mühüm və həssas geosiyasi məkanda yerləşməsi onun elmi şəkildə əsaslandırılmış çevik, tarazlı və çoxtərəfli əlaqələrin qurulmasını, inkişafını ön planda tutan xarici siyasət kursu həyata keçirməsini zəruri edir.

Xalq qəzeti.- 2012.- 8 dekabr.- S. 1.