Azərbaycanın geostrateji mövqeyi, Xəzərin enerji resursları ölkəmizin davamlı inkişafına əlverişli zəmin yaradır

 

 

İstanbulda keçirilən “Xəzər forumuyeni müzakirələrlə yadda qaldı

 

Şərq və Qərb, Orta Asiya - Qafqaz və Avropanı birləşdirən neft, qaz, nəqliyyat-kommunikasiya sahələrində transmilli layihələri reallaşdıran Azərbaycan özünün geostrateji əhəmiyyəti, zəngin təbii sərvətləri, sivilizasiyalararsı dialoqa misilsiz töhfəsi, iqtisadi inkişafı və tarazlaşdırılmış xarici siyasəti ilə bütün dünya dövlətlərinin  diqqətini çəkir. Bu gün ölkəmiz  Avopanın  enreji təhlükəsizliyində mühüm rol oynayır, o, nəinki Cənubi Qafqazın, eyni zamanda Avrasiya regionunun, bütün dünyanın qarşılıqlı-faydalı əməkadaşlığının inkişafına, regionalqlobal inteqrasiyanın sürətlənməsinə əvəzsiz töhfələr verir.  Dekabrın 6-da İstanbulda keçirilmiş  “Xəzər forumunda Azərbaycanın bu önəmi bir daha vurğulanmış, onun geostrateji əhəmiyyəti, o cümlədən  regional enerji və təhlükəsizlik məsələləri bir daha dünyanın nüfuzlu siyasətçiləri və enerji ekspertlərinin iştirakı ilə müzakirəyə çıxarılmışdır.

 

Xəzər  Strateji İnstitutu, Türk Əməkdaşlıq və İnkişaf Agentliyi (TİKA), Türkiyə Nazirlər Kabineti yanında Sərmayələrin Dəstəklənməsi və İnkişafı Fondu, ABŞ-ın Brookings İnstitutunun təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda xüsusi qeyd olunmuşdur ki,  Azərbaycanın Cənubi Qafqazın lider dövlətinə çevrilməsinin və dünyada böyük nüfuz qazanmasının səbəbi onun islahatlara söykənən daxili siyasət və müstəqil xarici siyasət həyata keçirməsi, həm də dünyanın enerjiyə olan tələbatını nəzərə alaraq, özünün zəngin karbohidrogen yataqlarının Avropa bazarlarına çatdırılması üçün qlobal əhəmiyyətli regioanal layihələrin təşəbbüskarı və memarı olmasıdır.  Türk dünyasının böyük oğlu Heydər Əliyevin neft strategiyası və ulu öndərin təşəbbüsü və iştirakı ilə 1994-cü ildə imzalanmış  “Əsrin müqaviləsi” Azərbaycanın neft sektoruna 50 milyard dollar, iqtisadiyyatımıza isə 120 milyard dollar sərmayə qoyulmasına şərait yaratmışdır. Bu, iqtisadi yüksəlişimizə rəvac vermiş və inkişafın “Azərbaycan modelinin meydana çıxmasına aparan yolun təməl daşı olmuşdur. 

 

Onu da xatırlatmaq yerinə düşər ki, məhz ulu öndər Heydər Əliyevin neft strategiyası nəticəsində ölkəmiz Xəzərdə İrandanRusiyadan sonra ilk dəfə olaraq öz sərvətinin sahibi kimi çıxış etmişkarbohidrogen ehtiyatlarını dünya bazarına çıxarmağa nail olmuşdur. Bu məsələdə ölkəmiz ümummilli liderimizinbir millət, iki dövlət” kimi xarakterizə etdiyi qardaş Türkiyə ilə birgə hərəkət etmişdir. Ulu öndərin müdrik siyasəti nəticəsində həyata keçirilmiş Bakı - Tbilisi - Ceyhan əsas ixrac neft boru kəməri bunun bariz nümunəsidir.

 

İstanbulda keçirilən beynəlxalq konfrans çərçivəsində “Xəzər hövzəsi və iqtisadi inkişaf: Böyük İpək yolunun bərpası, şaxələndirmə və davamlı inkişafmövzusunda  bölmə iclasında çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mühüm bir məqama toxunaraq  qeyd etmişdir ki, bəzilərinin son anadək əfsanə hesab etdiyi, lakin ulu öndər Heydər Əliyevin qətiyyəti nəticəsində əfsanədən reallığa çevrilən  Bakı -TbilisiCeyhan əsas neft ixrac boru kəməri, təkcə  Avropanın etibarlı enerji təminatında rol oynamadı,  həm də regionda dəhşətli ekoloji faciənin qarşısının alınmasına da xidmət etdi: “Bu boru kəməri, eyni zamanda, Bosfor boğazında tankerlərin sıx hərəkəti ucbatından təhlükə ilə üz-üzə qalmış İstanbulu da xilas etmişdir. Təsadüfi deyildir ki, bu şəhərdə ulu öndərin möhtəşəm abidəsi ucaldılmışdır. Atatürk İstanbulu düşməndən xilas etmiş, Heydər Əliyev isə onu ekoloji fəlakətdən qurtarmışdır”.

 

Heydər Əliyevin neft strategiyası Avropanın və qardaş Türkiyənin enerji təhlükəsizliyinə, habelə iqtisadiyyatına böyük töhfələr vermişdir. OPEK və Rusiya xaricində ilk dəfə olaraq müstəqil neft ixracatçısına və mühüm oyunçuya çevrilən Azərbaycanın qardaş Türkiyə ilə həyata keçirdiyi TANAP layihəsi bu strategiyanın daha bir uğurlu nəticəsidir. “Xəzər forumunda bu məsələyə xüsusi diqqət yetirilmiş, rəsmi Bakının qətiyyətli siyasəti dünyanın nüfuzlu siyasətçiləri və tanınmış ekspertləri tərəfindən alqışlanmışdır.

 

Dünya birliyinin Azərbaycanın həyata keçirdiyi enerji strategiyasına rəğbət bəsləməsinin digər bir səbəbi də odur ki, bu gün istisnasız olaraq bütün inkişaf etməkdə olaninkişaf etmiş dövlətlərin enerjiyə olan təlabatı durmadan, sürətlə artır. Təkcə onu demək kifayətdir ki, “iqtisadiyyatın naviqatoru” adlandırılan elektrik enerjisinin əldə olunması üçün dünya ölkələrinin 40,1 faizi neftdən, 24, 3 faizi kömürdən, 22,1 faizi təbii qazdan,  6,9 faizi sudan, 6,4 faizi atom enerjisindən istifadə edir. Bundan başqa, önümüzdəki on ildə Avropada mavi yanacağa olan tələbatın ən azı 2 dəfə artacağı gözlənilir. Sıradan çıxmaqda olan köhnə kömür və nüvə əsaslı istilik stansiyalarının yenidən  bərpası məsələsi maliyyə böhranına düçar olan Qərb dövlətləri üçün ciddi problemə çevrildiyini nəzərə alsaq, onda bu tələbatın sürətlə artacağı da istisna edilmir.  Çünki onları  qısa vaxtda yalnız qaz əsaslı stansiyalarla əvəz etmək mümkündür.

 

Hazırda Avropa ölkələrinin mavi yanacağa olan tələbatının təxminən 42 faizini, bəzilərinin isə hətta 80 faizini Rusiya təmin edir. 2008-ci ilin sonlarından başlayaraq Rusiya ilə Ukrayna arasında baş verən qaz böhranı nəticəsində təminat baxımından bu ölkədən  asılı vəziyyətdə olan Avropa ölkələri, soyuq qış aylarında sözün həqiqi mənasında dondularbu azmış kimi iqtisadi çətinliklərlə də qarşı-qarşıya qaldılar.  Buradan da göründüyü kimi, neft  qaz iqtisadiyyatın, inkişafın həm də əsas “hərəkətverici qüvvəsi” olaraq qalır. Bu mənada, Azərbaycanın malik olduğu zəngin neft-qaz yataqlarının işlənilməsi və onların Avropaya çatdırılması, “Köhnə qitə”nin gələcək taleyinə istiqamət verəcək mühüm bir amildir.  Bir daha deyə bilərik ki, dünyanın ən azı 200 illik neft-qaz ehtiyaclarını təmin edəcək Xəzər regionu geoiqtisadi kontekstdə də dünya üçün ən mühüm məkanlardan biridir.

 

Azərbaycanın Böyük İpək yolunu bərpa etmək istiqamətində gördüyü işlər, Bakı - Tbilisi - Qars dəmir yolu xəttinin inşası Avropa, Qara dəniz, Qafqaz, Xəzər dənizi hövzəsində və Asiyanın müxtəlif  regionlarında ticarətin inkişafına, təbii ehtiyatlardan istifadəyə və onların nəqlinə, qarşılıqlı surətdə faydalı ticarət əməkdaşlığının sürətlənməsinə kömək edəcəkdir. Azərbaycan əzəldən Böyük İpək yolunda mühüm məntəqə olmuş, Avropa ilə Asiya arasında özünəməxsus körpü rolu oynamışdır. Xalqımızın  bu coğrafiyadakı varlığı bölgədə mədəni zənginləşmə, dini dözümlülük zolağının yaranmasına səbəb olmuş, İslam, xristian, yəhudi və digər dinlərə mənsub olan millətlərin mehribançılıq, qarşlıqlı anlayış şəraitində yaşaması kimi misilsiz tolerantlıq  nümunəsi göstərmişdir.

 

Bəşər sivilizasiyasının tarixində yollar, nəqliyyat xətləri həmişə çox böyük rol oynayaraq, cəmiyyət həyatının bütün sahələrinə - siyasətə, iqtisadiyyata, mədəniyyətə təsir göstərmişdir. Bunun parlaq nümunələrindən və rəmzlərindən biribir çox ölkələrin və xalqların minillik tarixini, Çinin qədim mədəniyyətini, avropalıların böyük coğrafi kəşflərini, orta əsr müsəlman intibahının nailiyyətlərini və bir sıra digər cəhətləri ehtiva etmiş qlobal, nadir hadisə olan Böyük İpək yoludur. Azərbaycanın tarixi missiyanı öz üzərinə götürərək bu yolu yenidən canlandırmağa çalışması, onun həm də bəşəriyyətin inkişafına ərmağanı kimi dəyərləndirilir.

 

Bütün bu müsbət məqamlarla yanaşı Cənubi Qafqaz regionunda həlli müşkülə çevrilən münaqişələrin mövcudluğu inkişafa və təhlükəsizliyin təmininə böyük təhdid təşkil edir. Buna görə də ABŞ-ın keçmiş müdafiə naziri Robert Qeyts İstanbulda keçirilən “Xəzər forumunda  Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinin Avropanın və dünyanın enerji təhlükəsizliyinə mühüm töhfə olduğunu vurğulayaraq, əlavə etmişdir ki,  bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində status-kvonun mövcudluğu qəbuledilməzdir.  O, bəyan etmişdir ki, problemin ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə tez bir zamanda həlli zəruridir. Problemin mahiyyəti Ermənistanın silahlı qüvvələrinin Azərbaycan ərazisinin 20 faizini işğalda saxlamasıdır. Bu, münaqişənin nizama salınmasına güclü əngəl törədir. Hətta bu qoşunların işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının başlanması münaqişənin həllinin başlanğıcı üçün şərait yarada bilər.

 

Regionun davamlı inkişafı üçün Xəzər hövzəsinin bütün dövlətləri üzərlərinə düşən vəzifələri yerinə yetirməli, bölgədə mövcud olan separatçılığa son qoyulmalı və münaqişələr öz həllini tapmalıdır. Konkret olaraq, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoyulmalı, ölkəmizin ərazi bütövlüyü bərpa olunmalıdır. Bu, həm də Avropanın enerji təhlükəsizliyi baxımından da önəmlidir.

 

Rauf  KƏNGƏRLİ,

 

Xalq qəzeti.- 2012.- 9 dekabr.- S. 1.