Vətən, torpaq və həyat sevgisi

 

 

İnsanlar və talelər barədə düşünəndə tanıdığım adamlar göz önünə gəlir. Bu adamlar hər gün, vaxtaşırı, hərdən görüşdüyüm uşaqlıq, gənclik yoldaşları, qohumlar, dostlar, tanışlar, tələbə və yoladaşlarıdır. Onlar bir deyil, beş deyil, onlarla, yüzlərcədir... Bu sırada istedadlı, qabiliyyətli, vətənpərvər, yaradıcı insanlardan biriArif Qədimdir.

 

Arif gənc yaşlarından başlayaraq heykəllər düzəldib, gənclik həvəsini, həyat sevgisiniehtizaza gələn qəlbinin hərarətini söndürmək üçün düşündüyü mövzulara aid rəsmlər çəkməyə başlayıb. Orta məktəbi bitirdikdən sonra rəssamlıq təhsili alıb. Bütün ömrünü sənədli, elmi-kütləvi filmlər, rəssamlıq və heykəltaraşllq əsərlərinin yaradılması ilə yanaşı, Nuh mövzusunda arışdırmalara həsr edib. Naxçıvan MR Ədəbiyyat, TarixXalça muzeylərinin rəssamı olaraq çalışdığı illərdə bir-birindən dəyərli rəngkarlıq əsərləri, heykəllər yaratmış, ssenarilər yazaraq filmlər çəkmiş, muzeylərdə saxlanılan arxeoloji, çox qədim dövrlərin eksponatlarının və ümumiyyətlə Azərbaycan və dünya tarixini araşdıraraq dərindən öyrənmişdır. Naxçıvanın tarixi, ən çox Nuh peyğəmbərimizin həyatı ilə bağlı nəsildən-nəsilə keçən, el-obada ağsaqqal və ağbirçəklərin dillərindən eşitdikləri söz-söhbətləri qələmə almış, bu mövzularda məqalələr və şeirlər yazmışdır.

 

Naxçıvanda, Bakıda, Moskvada, Daşkənddə, Buxarada dəfələrlə rəsm və heykəltaraşlıq əsərlərinin sərgisi keçirilib. Türkiyədə, Özbəkistanda, Rusiyada isə çəkdiyi sənədli filmlər - “Qədim diyar”, “Sirli mağara”, “Qanlı örtük”, “Daşlarda yaşayan məhəbbət”, “Buxara incilər diyarıdır” və digər filmləri müsabiqə və kinofestivallarda nümayiş etdirilmişdir. Çox sevindirici haldır ki, onun “Gəmiqaya” tarixi-sənədli filmi 1988-ci ildə Cənubi Amerikada, Argentinanın paytaxtı Buenos Aires şəhərində keçiriləın XVI Beynəlxalq Milli Kinofestivalda nümayiş etdirilmiş və Beynəlxalq Kino Kataloquna daxil edilərək ABŞ, Kanada, Avstraliya və digər ölkələrdə göstərilmişdir. “Qaranlıq dünya” sənədli-bədii filmi isə XX əsr türk aşıq ədəbiyyatının görkəmli simalarından biri Aşıq Veysələ həsr olunmuşdur. Həmin film Ümumittifaq kino-festivalında birinci dərəcəli diploma layiq görülmüşdür.

 

Arif müəllim bu gün axtarışlarını davam etdirir, yazır, yaradır. O, vətən, millət, torpaq həyat sevgisi ilə tarixi, milli dərin məzmunlu əsərlər yaratmış, uzun illərdən bəri apardığı araşdırma tədqiqatların nəticəsi olaraq bir neçə kitabını ərsəyə gətirib nəşr etdirmişdir: “Naxçıvan Nuhun yurdudur” (Təbriz, “Ərknəşriyyatı, 2003), “Bir ömür yaşadım Adəmli, Huhlu” (2008), “Bir ömrün xatirələri” (2009) bu yaxınlarda işıq üzü görmüş atlının qisası” (Bakı, ADPU nəşriyyatı, 2012) kitablarıdır.

 

Prezident mükafatçısı, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Naxçıvan MR əməkdar mədəniyyət işçisi Arif Qədimin bu yaxınlarda çapdan çıxmış atlının qisasıkitabında poemaları, şeirləri, toy deyimləri Naxçıvanın qədim tarixi yerləri ilə bağlı bayatıları toplanmışdır. “ atlının qisasıpoemasında bir atlı türk igidinin Azərbaycan torpaqlarının yağı düşmənlərdən azad edilməsi uğrunda vuruşa atılması, erməni daşnaklarına qarşı intiqam hissi ilə döyüşü, Qarabağ torpağının ermənilərdən təmizlənməsi, Şuşada Cıdır düzündə bayram edilməsi... şairin yaratdığı qəhrəmanın arzularının gerçəkləşəcəyi böyük vətənpərvəlik ruhi ilə qələmə alınmışdır. Poemada Vətən qeyrəti millət dərdi çəkən şairin iztirabları, mübariz çağırışı, güclü təbi tariximizin yaddaşında silinməz izlər kimi qalan hadisələri yada salır, onun qəlbinin dərinliyindən gələn misralar atlının qisası gününə az qaldığını göstərir oxucuları yeni mübarizələrə səsləyir.

 

Tanrı özün qoru bizipoemasında müəllif tarix boyu Vətənimizə, millətimizə, oğullarımıza atılan daşlarımilli varlığımıza dəymiş daşlar kimi səciyyələndirir. Bu minvalla şair Babəkə, Nəimiyə, Nəsimiyə, Əmir Teymura, Bəyazidə, Cavidə... atılan daşların milli tariximizin ayrı-ayrı dövrlərində yol verilmiş xətalar olduğunu göstərir, bu daş zərbələrinin türk oğullarına, Vətənə dəydiyini ürək yanğısı, millət dərdi kimi təsvir edir. Arif Qədim hiddətlə, qəzəblə tariximizdəki xətaları, ağrı-acılı hadisələri törədənləri lənətləyir, Tanrıya müraciət edir göydə fırlanan -Vətənə atılan daşlardan, bu daşları tullayanqardaşlardanqorunmaq üçünTanrı, özün qoru bizi- deyir.

 

Yaolum”, yaölümdeyəkpoemasında şair bir zamanlar Azərbaycan torpaqlarının böyük bir ərazini-Xəzərboyunu əhatə etməsi, Babək, Şah İsmayıl Xətai, Şəmsəddin Eldəniz kimi sərkərdə dövlət başçılarının dövründə torpaqlarımızın düşmənlərdən qorunmasında türk oğullarının zaman-zaman mübarizəsi, qəhrəmanlığından söz açır . Tariximizin şöhrət səhifələri ilə öyünən, iftixar hissi keçirən müəllif indi təəssüflə torpaqlarmızın itrilməsinə, parçalanmasına dözə bilməyərək dərdli-dərdli danışır erməni təcavüzündə qalan torpaqlarımızın azad edilməsi naminə xalqı türk qardaşlarını birliyə, qəhrəmanlığa çağırır.

 

Şair poemada erməni havadarlığını, türk dünyasına qarşı qərəzli mövqe tutanları, ermənilərin simasızlığını, rəzil xislətini açaraq tarixi faktlarla onları ifşa edir. Bir daha tarixi dövrlərdə yol verdiyimiz milli xətalarımızı yada salıb xain qonşularımızın məsləksizliyni göstərir. Bu tarixdən ibrət alaraq xalqımızı milli birliyə, ölkəmizin, Vətən torpaqlarının bütövlüyü naminə ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşib Qarabağa yürüş etməyə, yurdumuzu düşmənlərdən təmizləməyə, azad etməyə səsləyir.

 

Ölməyə Vətən yaxşıpoemasında Vətən sevgisi vətən həsrəti əsərin əsas qayəsini təşkil edir. Nazlı ananın bircə balası Əziz doğma vətəni Naxçvanı tərk edib təhsil almaq üçün öncə Tiflisə, sonra da Moskvaya gedir. Oğul gedəndən bir müddət sonra atası Qurbanəli Şərifov yatağa düşür, ağır xəstələnərək vəfat edir. Həm ərinin ölümü, həm oğlunun qürbətdə qalması ananın dərdini artırır. Nəhayət, oğul təhsilini başa vurur, lakin Naxçıvana dönmək istəmir. Poemada Moskvada M.V. Lomonosov adına Universitetin professoru Əziz Şərifin həyatından söhbət açılır . Ə.Şərif bir gün anasına məktub yazır ki, artıq Vətən məni çəkir...Zaman öz çarxını fırladır. Ana da həyatdan köçür. Əziz Şərif anasını da görə bilmir.Bir gün isə Əziz Şərifin ölüm xəbəri gəlir. Əzizin xaçpərəst həyat yoldaşı deyir ki, yandırılsın külünü dəfn edək. Bu xəbər Azərbaycana yayılır. Professor Abbas Zamanov dərhal Moskvaya gedərək onun vətəni Azərbaycandır, deyərək cənazəni Naxçıvana gətirirlər. Əziz Şərif doğma şəhərində dəfn olunur. Bu poemada müəllif gənclərə ailə qurarkən öz milli mənsubiyyətinizi unutmamağı tövsiyə edir.

 

“Eh, uşaqlıq, uşaqlıqadlı poemada şair vaxtilə yaşadığı məhəllədə uşaqlıq dostları ilə keçirdiyi günlərin unudulmaz xatirələrindən söz açır. Poetik dillə, yaddaşının möhkəmliyi sayəsində uşaqlıq dövründə yaşanan günləri bir daha xəyalının süzgəcindən keçirir, anasının nağıllarına qulaq asması, orta məktəb günləri, məhəllədə uşaqlarlaGizlənpaç”, “Hostana”, “Çilingağac”, “Aşıq”... Oynamasıəziz xatirələr müəllifə keçən əsrin 50-60-cı illərini, uşaqlıq çağlarını yada salır, keçmiş zamanların acılı-şirinli günləri, hadisələri, bütün bunlar əl çatmaz xatirələrə çevrilir.

 

Kitabda A.Qədimin qələmə aldığı ictimai məzmunlu şeirlər də diqqətə layiqdir. Gün gələr”, “Dünya qarışır”, “Dağ olar”, “Bu dünyada nə gəzirik” və digər şeirləri şairin bəşəri, dünyəvi duyğularla yaşadığını, dünya hadisələrinə dərindən sirayət etdiyini, doğma Vətəninə, milli mənsubiyyətinə canı və qanı ilə bağlılığını göstərir. Vətənin, xalqın dərdlərinə öz ömrünü qatması, tarix boyu Azərbaycanın başına gətirilən bəlalar, müsibətlər, həyatımızın son iyirmi illik dövründə torpaqlarımızın erməni təcavüzünə və işğalına məruz qalması, Vətənimizin taleyi, tarixin bu gərgin mərhələsində baş verən hadisələri dərindən duyması şairin zamanın gedişatından düzgün baş çıxarmasından irəli gəlir.

 

Qədim Naxçıvan torpağının yetirmələrindən biri, vətənpərvər, ləyaqətli oğlu Arif Qədim doğulub boya-başa çatdığı torpağın tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini yaratdığı əsərlərində sönməz sevgi ilə, yanarlıqla tərənnüm və təbliğ edir. Ulu Azərbaycan və Naxçıvan tarixinin ayrı-ayrı səhifələrini araşdırıb təhlil etdikcə yenidən özündə qüvvət tapır, cavanlaşır. Yeni ruhla və həvəslə bədii yaradıcılığını, elmi araşdırmalarını davam etdirir. Bu şərəfli yaradıcılıq yolunda ona yeni uğurlar diləyir, inanırıq ki, Arif müəllim hələ neçə-neçə tarixi mövzuda nəzm və nəsr əsərləri yaradacaqdır. Xalqımızın tarixi kitablar xəzinəsinin zənginləşməsinə layiqli töhfələrini verəcəkdir.

 

Afət SADIQOĞLU,

 

Xalq qəzeti.- 2012.- 9 dekabr.- S. 5.