“Analar
köç edəndə...”
Ana hər
zaman yüksəklikdə dayanan qeyri-adi bir varlıqdır. Ana mövzusuna
toxunmağım heç də əbəs yerə deyil.
“Analar köç edəndə” kitabının kədər yüklü adı diqqətimi çəkdi....
Filoloğiya elimləri üzrə fəlsəfə doktoru Salatın Əhmədlinin bayatılarının toplandığı kitab “Elm” nəşriyyatında işıq üzü görüb. Müəllif kitabı anası Gülabatın xanımın əziz xatirəsinə ithaf edib .
Müəllif yazır.
“Anam yaxınlarını–anasını,bacılarını bir-bir itirdi. Ata evinə get-gəl yavaş-yavaş azaldı. Tez- tez belə bir cümlə işlədirdi: Atam evində anam yox, əmim evində bacım. Anamın bu sözlərini yaddaşıma həkk edərək bayatıya çevirdim:”
Ata evi, quş evi
Talvarı qamış evi.
Orda anam, bacım yox
O da bir tanış evi.
Bu bayatı məni uzun müddət düşüncələrə qərq etdi. Kimi anasını qocalar
evinə, küçələrə
atır, kimi isə onların həyatda olmamasına dözə bilmir. Kitabda toplanan bayatılar Salatın xanımın iç dünyasının zənginliyindən xəbər verir.
Kitabdakı ürəkləri sizladan daha bir bayatını
nəzərdən keçirək:
Məni
bir yağı vurdu,
Dolandı bağı,vurdu.
Nə gündüz, nə gecəydi,
Bir axşam
çağı vurdu.
Bayatıların hər
sətiri bir dərin fikri ifadə edir. İnsan sadəcə kənara çəkilərək oxumaq
istəyir. Salatın xanım
böyük ürək
sahibidir. Bu bayatılar
insanı, qəlbindəki
ən gizli xatirələri danışdırır.Yaşından
aslı olmayaraq sözün dəyərini
bilən hər kəsi duyğulanmağa
vadar edir. Bax budur sözün
qüdrəti... Təkcə
bu bayatı kifayət edir ki, Salatın xanımın daxili aləmindən xəbər
tutaq:
Ağdarə düzən yerdi,
Gözəllər gəzən yerdi.
Kor olsun ermənini,
Əlim üzülən yerdi.
Salatın xanımın bayatılarında Vətən həsrəti duyulur. Yenidən tərk edilmiş ocaqlara qayıdırıq, çayların şırıltısını, doğma yurdun təmiz havasını duyuruq. Ürəyimizdə Vətən nisgili, narın yağışların kədərindən, ot basmış qəbiristanlıqlarda məzar daşlarına dönmüş atalarımızın, analarımızın, yaxınlarımızın şirin xatirələrinə dalırıq:
Qızıl gülü əkəndə,
Dolu gülü tökəndə,
Balalar necə dözsün,
Analar köç
edəndə?
İnsan nə qədər daş ürəkli olmalıdır ki, bu misralar ona
təsir etməsin. Ana elə bir varlıqdır
ki, hər zaman duyulur. Bir dara düşəndə
onu arzulayırsan: Kaş ki, yanımda
olaydı... Yenə başımı onun dizlərinin üzərinə
qoya biləydim... Məni nəvazişlə
əzizləyib, əlləri
ilə saçlarıma
sığal çəkəydi...
Yenə “balam” kəlməsini söyləyəydi.
Biləydim ki, məni sevgi ilə gözləyən bir qəlb var. Həqiqətən də,
anasız dünya hər bir insan
üçün məzardı.
Allah bütün anaları
qorusun!
Dünya
durduqca, analara olan sevgi Salatın
xanımın həzin
bayatılarında yaşayacaq.
Ülviyyə VAHİDQIZI
Xalq qəzeti.- 2012.- 16 dekabr.- S. 8.