Azərbaycan Hərb Tarixi Muzeyinin 20 yaşı tamam oldu
Azərbaycan Hərb Tarixi Muzeyində (AHTM) bu qurumun 20 illiyi
münasibətilə geniş
toplantı keçirilmişdir. Tədbirdə Müdafiə
Nazirliyinin, respublika Silahlı Qüvvələri
Baş İnspeksiyasının,
ali hərbi məktəblərin, hərbi
hissələrin, Hərbi
Akademiyanın, Azərbaycan
Milli Elmlər Akademiyası
Tarix, Arxeologiya və Etnoqrafiya institutlarının, Bakı
şəhər veteran şuralarının,
şəhər muzeylərinin
və digər idarə-müəssisələrin nümayəndələri
iştirak edirdilər.
Tədbiri giriş sözü ilə AHTM-in rəisi, ehtiyatda olan polkovnik Rüfət Əmirov açaraq muzeyin yaranma tarixindən danışdı. Onun sözlərinə
görə, Azərbaycan
Milli Ordusunun ilk bölmə
və hissələri
müharibə şəraitində
təşkil edilib.
Ermənistanın Azərbaycana qarşı
ərazi iddiaları, çox keçmədən
Dağlıq Qarabağda
hərbi təcavüzə
başlaması ölkəmizi
təcili olaraq ordu yaratmağa və düşmənə
müqavimət göstərməyə
məcbur etdi. Beləliklə, ilk Azərbaycan hərbi
hissələri döyüşə-döyüşə
yaradıldı və
yaradıla-yaradıla döyüşə
atıldı.
Çox keçmədən bu hərb tariximizin yazıya alınmasına başlanıldı. Məşhur qələm adamlarımız
Mehman Süleymanovun, Şəmistan Nəzirlinin
uğurlu tədqiqatları və
digər müəlliflərin
hərb tarixinə dair əsərləri
yarandı. Belə çətin və
şərəfli bir dövrdə milli-hərbi
ruhun yüksəldilməsində
Hərb Tarixi Muzeyinin yaradılması da mühüm rol oynadı. Azərbaycanın müdafiə
nazirinin “Müstəqil
Dövlətlər Birliyinin
4-cü ordu qarnizonunun
“Döyüş şöhrəti”
muzeyinin təhvil verilməsi haqqında” 29 oktyabr 1992-ci il
tarixli, 418 saylı əmri verildi. Ehtiyatda olan polkovnikin sözlərinə
görə, Müdafiə
Nazirliyi Hərbi-Elmi Tədqiqatlar şöbəsinin
rəisi, polkovnik Çingiz Məmmədovun
sədrliyi ilə komissiya 10 dekabr 1992-ci ildə “Döyüş şöhrəti” muzeyini yeni yaradılan Azərbaycan Hərb Tarixi Muzeyinə təhvil verdi. Beləliklə, AHTM-in əsası qoyulmuş oldu.
Rüfət Əmirov qeyd etdi ki, AHTM, demək olar ki, sıfırdan qurulmağa başlamış
və bu illər ərzində böyük inkişaf yolu keçmişdir.
Hazırda muzey 12 zaldan
ibarətdir. Bunlardan 11-i muzeyin
ziyarətçilərinə xidmət edir. 1 zalda isə
son tamamlama işləri
aparılır. R.Əmirov muzeydə
439 adda eksponatın qorunub saxlandığını
bildirdi.
Sonra Azərbaycan
Hərb Tarixi Muzeyinin 20 illiyinə həsr edilmiş film nümayiş etdirildi. Filmdə AHTM-də yaradılmış
müxtəlif zalların
təsnifatı geniş
şəkildə əks
etdirilir. Eyni zamanda,
tarixi şəxsiyyətlər,
o cümlədən Nadir şah,
Fətəli xan və digər görkəmli sərkərdələr
haqqında da məlumatlar verilir.
Filmin nümayişindən sonra
A.Bakıxanov adına Tarix İnstitutunun “Yeni tarix” şöbəsinin müdiri, AHTM-in rəis müavini Hacı Həsənov çıxış
edərək qeyd etdi ki, Azərbaycanda
qısa müddət ərzində belə bir muzeyin yaradılması
Azərbaycanın hərb
tarixində mühüm
hadisədir. Digər tərəfdən isə, görülən işlər muzey kollektivinin böyük zəhməti hesabına başa gəlmişdir.
Hacı Həsənov
AMEA-ya, Bakı Dövlət Universitetinə
və digər institutlara bu məsələdə göstərdikləri
köməyə görə
minnətdarlığını bildirdi.
Tədbirdə “Azərbaycan dünyası”
jurnalının təsisçisi
və baş redaktoru Eldar İsmayılov, Respublika Veteranlar Şurasının
sədri Əlövsət
Baxışov, sədr
müavini Surxay Tağızadə, müharibə
veteranları bölməsinin
rəhbəri, ehtiyatda
olan polkovnik Rasim Muxtarov çıxış edərək
muzeyin kollektivini 20 illik yubiley münasibətilə
təbrik etdilər.
Elçin ABBASOV,
Xalq qəzeti.- 2012.- 22
dekabr.- S. 11.