“Əbədi odlar yurdu - Azərbaycanın minillik mədəniyyəti”

 

Özünün zəngin sənət nümunələrini,  nadir sənət incilərini bütün dünyaya tanıtdırmaq məqsədi ilə  bir çox dövlətlərlə qarşılıqlı mədəni əlaqələr qurub,  təşkil edən Azərbaycan hər zaman beynəlxalq sərgilərdə, konfranslarda, simpoziumlarda öz tarixini, mədəniyyətini, folklorunu, milli-mənəvi düşüncəsini tanıtdırıb,  təqdim edir.

 

Bu ölkələrdən biri də Azərbaycanın uzun illər sıx dostluq şəraitində münasibətlər qurub, əlaqələr yaratdığı Çexiya Respublikasıdır. İki dövlət arasında mövcud olan münasibətlərin dinamik inkişaf, təcrübə mübadiləsi, beynəlxalq layihələrdə birgə iştirak s.  bu kimi mədəni əməkdaşlığın müsbət nəticəsinin davamı  bu günlərdə Çexiyanın Ostrava şəhər muzeyində  2012-ci il  dekabrın 18-dən 2013 - ilin 28 fevralına kimi davam edəcək “Əbədi odlar yurdu - Azərbaycanın minillik mədəniyyəti” adlı sərgidir.

 

Sərgidə dünya ictimaiyyətini öz  qədim mədəniyyəti ilə heyran edən Azərbaycan incəsənətinin ən gözəl sənət inciləri nümayiş olunur.

 

L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin, rəssam İsmayıl Məmmədovun kolleksiyalarından seçilmiş 222 ədəd eksponat  Koreya-Azərbaycan Mədəniyyət Mübadiləsi Assosiasiyası (SEBA) tərəfindən  nəşr olunanQəbələnin arxeoloji qazıntıları” adlı kitab, kataloq və bukletlərdən ibarət olan  sərgi xalqımızın  keçmişinə, milli- mənəvi dəyərlərinə  səyahət etmək imkanı yaradaraq, onun adət-ənənəsindən, məişətindən,  bu günündən xəbər verən ən gözəl nümunələrdir.

 

Qeyd olunan kitabda təşkilatın dəstəyi ilə Qəbələdə  aparılmış arxeoloji qazıntılar zamanı tapılan XIV-XV əsrlərə aid sikkələr, məişət əşyaları və s.  maddi-mədəniyyət nümunələri və   tədqiqatlar zamanı prosesini əks etdirən  foto-şəkillər yer almışıdır.

 

Sərgidə XIX-XX əsrlərə aid olan, Azərbaycanın bütün xalçaçılıq məktəblərini  əhatə edən xovluxovsuz xalçalar, xalça məmulatları, misgərlik, zərgərlik nümunələri,  bədii tikmələr, milli geyimlər, XVI-XX əsrləri əhatə edən silah növləri, bizim eradan əvvəl III-əsr- bizim eranın XVIII əsrini əhatə edən sikkələr nümayiş edilir.

 

Sərginin açılışında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycan Respublikasının Çexiya Respublikasındakı səfiri cənab Tahir Tağızadə, Ostrava şəhərinin meri Petr Kaynar çıxış edib, bütün qonaqları salamladılar. Tədbirdə şəhərin elm və mədəniyyət xadimləri ilə yanaşı tələbələr də iştirak edirdilər.

 

İki ölkə arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə, Azərbaycanın dünyada tanınmasına və xalqlararası anlaşmaya xidmət edən sərginin kataloqu və Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq doktoru, professor Röya Tağıyevanın “Azərbaycan xalça ənənləri: Azərbaycan xalçası sivilizasiyaların kəsişməsində” adlı toplusu dərc olunub. Topluda xalqımızın yaşam tərzi, məişətdə istifadə etdiyi xalçaxalça məmulatları, eləcə də  dünya muzeylərini bəzəyən qədim xalçalar, bu xalçaların naxışları və s. haqqında ətraflı məlumatlar verilib,   foto-şəkillər əks olunub. Qeyd edək ki,  kataloqda da tətbiqi sənət nümunələrimizi bəzəyən milli naxışlarımız haqqında məlumatlar,  ölkəmizin tarixi abidələri və sərgidə nümayiş olunan nümunələrin illüstrasiyaları,  annotasiyaları dərc olunub.

 

Yüksək səviyyədə dizayn olunmuş bu toplular xalqımızın fəxr, qürur mənbəyi olan maddiqeyri- maddi mədəni irsini əks etdirərək,  Azərbaycanın qədim mədəniyyətə sahib olduğunu bir daha sübut edir.

 

M.MÜKƏRRƏMOĞLU,

 

Xalq qəzeti.- 2012.- 22 dekabr.- S. 11.