Mədəniyyətlərarası
dialoq Azərbaycanın mədəniyyət
siyasətində prioritet istiqamət təşkil
edir
Azərbaycan dünya xəritəsində cüzi
bir yer tutsa
da, bəşər
mədəniyyətinin zənginləşməsinə böyük töhfələr verən ölkələrdəndir.
Bu gün Azərbaycan
mədəniyyəti dünyaya sürətlə
inteqrasiya edir, beynəlxalq
aləmdə milli- mənəvi dəyərlərimiz
yüksək qiymətləndirilir.
Qloballaşan dünyada Azərbaycan mədəniyyəti öz yerini artıq
müəyyənləşdirmişdir. İndi
xalqımızın mədəni
nailiyyətləri getdikcə
genişlənir, dünyanın hər yerində mənəvi dəyərlərimiz böyük rəğbət və məhəbbətlə
qarşılanır.
Doğrudan da, hazırda mədəniyyətlərarası ünsiyyətin sağlam məcrada inkişaf etməsi məsələləri olduqca aktuallaşıb. Belə bir fikir formalaşıb ki, mədəniyyətlərin dialoqu olmadan dünya yalnız fəlakətlərə sürüklənə bilər. Bu gün sabahından nigaran qaldığımız və təlatümlü dünyamızda baş verən ağlasığmaz prosesləri, xüsusilə sivilizasiyalar və mədəniyyətlər arasında heç də rəvan olmayan, əksinə, gündən-günə gərginləşib düşmənçilik həddinə çatan münasibətləri dərin həyəcan və narahatçılıqla izləyirik. Dünyamız zahirən gündən-günə gözəlləşir, necə deyərlər, kosmosu su yoluna döndərən, sürətli internet vasitəsilə planetin bu başından o başına ölçüyəgəlməz məsafəni bir göz qırpımında fəth edən insanlar nədən öz aralarında dil tapmaqda bu dərəcədə çətinlik çəkirlər? Sual ritorik olduğu qədər də düşündürücüdür. Söz yox ki, problem hazırda planetimizin mütərəqqi fikirli, Yer kürəsinin bu günü və sabahı üçün məsuliyyətini dərk edən insanları ciddi narahat edir.
Bu narahatlığı bölüşən insanlar belə qəti qərara gəlirlər ki, mədəniyyətlərarası dialoq yaşadığımız dünyada qlobal səviyyədə özünü daha qabarıq şəkildə büruzə verən ən təxirəsalınmaz vəzifələrdən biridir. Bunu son illərdə mövzu ilə bağlı Azərbaycan paytaxtında keçirilmiş rəngarəng tədbirlər və müvafiq təşkilatların müəyyən etdiyi iş həcmi də təsdiqləyir. Gəlinən nəticə belədir ki, dünyanın müxtəlif mədəni qütbləri arasında dialoq və anlaşmanın alternativi yoxdur.
Dünyada mədəniyyətlərarası dialoqun rolunun dominantlıq təşkil etməsi və qlobal problemlərin intellektual, mədəni, tolerant müstəvidə həlli olduqca önəmlidir. Öz növbəsində bu sahədə potensialı və dəyərləri güclü olan ölkələrin dialoq məsələlərində təşəbbüslərinin və rolunun artırılması çox məqsədəuyğundur. Azərbaycan isə dünya intellektualları tərəfindən bu baxımdan güclü ənənələrə, potensiala və əzmə malik bir ölkə kimi dəyərləndirilməkdədir. Ölkəmiz bu gün əsas mədəniyyətlərarası dialoq mərkəzlərindən hesab edilir. Diqqətəlayiq haldır ki, Azərbaycan bu sahədə dünyaya açıq olduğunu bildirir və mədəniyyətlərarası dialoq mövzusunu dünya dövlətlərinin elmi-mədəni elitası ilə birgə ən ali səviyyədə müzakirə etməyə üstünlük verir. Elə ötən il BMT-nin Sivilizasiyalar Alyansı, YUNESKO, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və İSESKO-nun dəstəyi ilə Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bunu gözəl sübut edir.
Mədəniyyətlərarası dialoq məkanı kimi Azərbaycan modelinin özünəməxsusluğu, üstünlüyü və dünyaya verəcəyi töhfələr ilk növbədə ölkəmizdə bunun üçün şəraitin mövcudluğu ilə şərtlənir. Prezident İlham Əliyev 2011-ci ildə Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Forumun açılışı mərasimindəki çıxışında demişdir: “Mədəniyyətlərarası Dialoq Forumu Bakıda keçirilir. Bu ilin payızında Azərbaycanda birinci beynəlxalq humanitar forum keçiriləcəkdir. Yəni bütün bu tədbirlər onu göstərir ki, güclü iradə olan yerdə mədəniyyətlərarası dialoqun məzmunu da dolğun olur və bu görüşlər bütün xalqları bir-birinə daha da yaxınlaşdırır və bizi daha da birləşdirir. Bizim niyyətimiz bundan ibarətdir .”
Azərbaycanın istər coğrafi mövqedən, istərsə də dövlətimizin yürütdüyü siyasət baxımından Qərb və Şərq sivilizasiyalarının sintezində oynadığı rol xüsusilə diqqətəlayiqdir. Həmçinin, Cənubla Şimal arasında münasibətlərin inkişaf etdirilməsi baxımından rolumuz böyükdür. Həm də Azərbaycanın öz mədəniyyətinin belə bir sintetik xarakter daşıması, yəni həm ənənəvi olaraq Şərq ölkəsi olması, həm də müasir Avropa mədəniyyətini mənimsəməsi bir növ dünya ölkələri üçün göz qabağında olan, başqalarının da gələcəkdə keçməli olduğu bir yoldur. Bu yolu ilk dəfə keçən bizik. Biz mədəniyyət və sivilizasiya müstəvisində açıq qapı siyasətinə üstünlük veririk. Mütəxəssislərin fikrinə görə, mədəniyyət və sivilizasiyaya münasibətin də bir modeli var. Bu, ən çox Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlərdə özünü büruzə verir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə aparılan beynəlxalq miqyaslı fəaliyyətdə Azərbaycan mədəniyyətinin dünya miqyasına çıxarılması, eyni zamanda, dünya mədəniyyətinin Azərbaycana gətirilməsi prosesləri bir-birini tamamlayır.
Azərbaycanın bu sahədə özünəməxsus cəhətlərinə münasibətini bildirən türk filosofu, professor Kənan Gürsoy demişdir: “Azərbaycanda keçirilmiş mədəniyyətlərarası dialoq forumu, əslində, bütün forum iştirakçılarına və bu forumdan xəbəri olan hər kəsə həyəcan verir. Çünki yavaş-yavaş həm Türkiyə, həm də Azərbaycan bu mədəniyyətlərarası dialoq mövzusunda, sivilizasiyaların uzlaşması məsələsində nə qədər önəmli mərkəzlər olduqlarını yaxşı anlayırlar. Çünki yüzillər boyunca, xüsusilə də İslam mədəniyyəti çərçivəsində Azərbaycan və Türkiyə önəmli bir mədəni-siyasi mərkəz rolunu bölüşüblər. Burada yetişən böyük düşüncə sahiblərinin dünya fikir və mədəniyyət aləminə böyük təsirləri olub. Əgər bu gün biz bunları xatırlasaq, bütün dünyanı öyrədəcək, maarifləndirəcək çox gözəl anlayışlarımız, resurslarımız və sistemimiz ortaya çıxa bilər. Bunun önəmini dərk edən və dünyaya mesaj vermək istəyən Azərbaycan dövlətinə bu barədə göstərdiyi səylər, keçirdiyi tədbirlərə görə yalnız təşəkkürlər və ehtiram düşür”.
Qeyd edilən məqamla bağlı Rusiya Fəlsəfə Cəmiyyətinin birinci vitse-prezidenti Aleksandr Nikolayeviç Çumakov isə belə demişdir: “Mən çox açıq etiraf etməliyəm ki, Azərbaycan bariz şəkildə bütün sahələr üzrə ciddi inkişafdadır. Bunu fəlsəfi-elmi müstəvidə aparılan və dünyada sivilizasiyalararası münasibətlərin inkişafına töhfə verən müasir tədbirlər və konfranslar barədə xüsusilə bildirmək istərdim. Azərbaycan bu mövzularda son dərəcə xoş niyyət və fəallıq sərgiləyir. Bu barədə əsas ideya və təşəbbüslərin Heydər Əliyev Fondu tərəfindən irəli sürülməsi isə çox təqdirəlayiqdir. Moskvada və digər xarici şəhərlərdə, ölkələrdə fondun bu cür tədbirlər düzənləməsi, rus və digər xarici ölkə alimləri ilə ortaq işlər görməsi Azərbaycanın dünyaya bir mədəniyyətlərarası dialoq məkanı kimi açıq olmasını bir daha sərgiləyir”. Bakı belə mövzuların keçirildiyi məkan kimi artıq bir simvola çevrilib. İstər Asiya, istərsə də Avropanı təmsil edən fəlsəfə və siyasət təmsilçilərinin Bakıda toplaşması da çox məqamlardan xəbər verir.
Bir qazax filosofu demişdir: “Azərbaycanın unikallığı ondadır ki, Şərqlə Qərbin qovşağında yerləşən bu ölkədə mədəniyyətlərarası dialoq və anlaşmaya ən optimal səviyyədə, dövlət səviyyəsində diqqət yetirilir.” Sivilizasiyalar, mədəniyyətlər və qloballaşma məsələlərində hər bir ölkənin güddüyü maraqlar var. Azərbaycanın isə bu baxımdan dünyaya diktə etməli olduğu çox məsələlər var.
Biz mədəniyyətlərarası
dialoq vasitəsilə dünyaya
öz real
varlığımızı bəyan edirik.
Sadəcə olaraq qeyd
edək ki, bizim sənət
və mədəniyyət adamlarımız bunu
dünyada nümayiş
etdirir. Həm dünyaya
öz mədəniyyətimizi transfer edirik, həm də
dünya mədəniyyət xadimləri
Bakıya gəlib, bunun bilavasitə şahidi olurlar. Bizim məqsədimiz gerçək
bir inkişafdır, daha optimal bir model qurmaqdır. Xalqımızın ənənələrini, yüksək dəyərlərini
yaşatmaqla müasir
və öncül olmaq bizim amalımızdır.
Azərbaycan mədəniyyətlərarası dialoq mərkəzi kimi unikal bir model olaraq tanınır. Artıq Azərbaycan mədəniyyətlərarası dialoq mərkəzinə çevrilmişdir.
2013-cü ilin may ayında
Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilməsi nəzərdə
tutulmuşdur. Ümumiyyətlə, bu
beynəlxalq tədbirin hər iki ildən bir Azərbaycanda keçirilməsi haqqında qərar qəbul olumuşdur. Bu, bir daha Azərbaycanın artan nüfuzunun bariz
nümunəsidir.
Əlikram
ƏLİYEV,
Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsinin rəisi
Xalq qəzeti.- 2012.- 22 dekabr.- S. 9.