“Azərbaycan 2020: gələcəyə baxış” “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası – gələcək uğurların möhtəşəm təməli

 

 

Son illər ölkəmizdə gedən inkişaf proseslərinin ümumi xronologiyasına nəzər salsaq görərik ki, bütün sahələrdəki irəliləyişlər, artım tempi, reytinq cədvəllərində olan nəticələr reallığı əks etdirməklə yanaşı, qürurverici nailiyyətimizdir. Mövcud durum bunu söyləməyə əsas verir.

 

 Ötən əsrin 90-cı illərinin ortalarından etibarən ümumilli lider Heydər Əliyevin siyasiiqtisadi islahatları nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə  daxil oldu. Azərbaycanın karbohidrogen ehtiyatlarının ümumxalq mənafeyinə uyğun istifadə olunmasının əsası qoyuldu. 1994-cü ildə “ Əsrin müqaviləsi” nin imzalanması və genişmiqyaslı iqtisadi islahatlara başlanılması məhz bu dövrün  real hadisələridir.

 

2000-ci illərdə ölkəmizdə aparılan uğurlu islahatların nəticəsi olaraq sürətli inkişafa əlverişli şərait yaradılmışdır. Ölkədə investisiya mühitinin yaxşılaşdırılmasında mühüm addımlar atılmış, dövlət idarəçiliyi müasir meyarlara uyğun yenidən qurulmuşdur.

 

Təbii resursların geniş şəkildə hasilatına və ixracına nail olmaqla yeni impuls qazanan iqtisadi artım dinamikası 2009-cu ildə qlobal iqtisadi böhran şəraitində belə Azərbaycan iqtisadiyyatında yüksəlişin qeydə alınması seçilmiş strateji kursun uğurla həyata keçirilməsinin təzahürüdür.

 

Azərbaycan son bir neçə il ərzində dünya miqyasında iqtisadi cəhətdən qlobal miqyasda fərqlənən ölkələrdən biri olmuşdur. Son səkkiz ildə iqtisadiyyatımız 3 dəfə artmış, yoxsulluğun səviyyəsi 7 dəfə aşağı düşmüşdür. Dövlətin iqtisadi siyasətinin əsas prioriteti iqtisadiyyatımızın şaxələndirilməsidir. Bu sahədə xeyli addımlar atılmış və nəticəsi də olmuşdur. Baxmayaraq ki, Azərbaycan neftqaz ehtiyatları ilə zəngindir, bu ilin 9 ayının nəticələri onu göstərdi ki, qeyri-neft sektorumuz 10 faizdən çox inkişaf edib. Bu, iqtisadiyyatın diversifikasıyasın sürətli getməsinə real sübutdur.

 

Bütün bu uğurları gördükcə belə bir əminlik yaranır: deməli, ölkəni inkişaf etdirmək və gələcəyə nailiyyətlərlə irəliləməsinə nail olmaq üçün dövlətimizin siyasi iradəsi varbu əzm məqsədyönlülük qarşıda duran vacib hədəflərə çatmaqda. Bu, o deməkdir ki, biz gələcəyimizi indidən proqnozlaşdıra bilirik və 10 ildən sonrakı vəziyyətimizi qiymətləndirməyi bacarırıq.

 

Bütün bu inkişaf parametrləri baxımından öndə getməyimiz müqabilində Prezident İlham Əliyevin 2011-ci il noyabrın 29-da “ Azərbaycan-2020: gələcəyə baxış ” İnkişaf Konsepsiyasının hazırlanması ilə bağlı verdiyi tarixi sərəncam bu işlərin daha sürətlə getməsinə və görülən işlərin səmərəliliyinin artırılmasına zəmin yaratdı. Bu konsepsiya ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoymasınının başlanğıcı oldu.

 

Konsepsiyanın əsas strateji yanaşması bunlardan ibarətdir:  mövcud imkanlarresurs perspektivləri nəzərə alınmaqla ölkəmizdə sistemli inkişaf, davamlı iqtisadi artım, yüksək sosial rifahın təminatı, güclü və səmərəli dövlət idarəetmə aparatı, hüququn aliliyi, vətəndaş cəmiyyətinin qorunması və daha da inkişaf etdirilməsi. Bu minvalla 2020-ci ilə qədər Azərbaycanın iqtisadisiyasi cəhətdən  inkişaf etmiş, bütün sahələrdə rəqabətə davamlı bir ölkəyə çevrilməsidir. Azərbaycanın ən ucqar kəndlərində belə vətəndaşların rahat gündəlik həyatı üçün lazımi bütün kommunikasiyalar (rabitə, internet, bank xidmətləri, kommunal xidmətlər, yollars.) səhiyyə və təhsil xidmətləri təmin ediləcəkdir. Azərbaycan  əhalinin gəlirlərinin yüksək, işsizlik səviyyəsinin minimum həddə olduğu,  inkişaf etmiş insan kapitalına, mühafizə edilmiş, sağlam ətraf mühitə və hər bir vətəndaşı üçün geniş imkanlara malik məkan olacaqdır.

 

Dekabrın 3-də  Bakı Strateji Araşdırmalar Mərkəzinin Bakıda təşkil etdiyi     “ Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası mövzusunda beynəlxaq konfransın keçirilməsi və orda səslənən fikirlər və maraqlı tezizlər dövlətin bu konsepsiyaya nə qədər önəm verdiyini bir daha təsdiqlədi. Prezidentin İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyev konsepsiya haqqında maraqlı fikirlər səsləndirdi. O, dedi: “ İlk növbədə qeyd etməliyik ki, təqdim olunan konsepsiya beynəlxalq təcrübədə hazırlanan analoji sənədlərdən mahiyyətinə və əhatə etdiyi sahələrə görə bir qədər fərqlənir. Bir qayda olaraq, beynəlxalq təcrübədə hazırlanmış uzunmüddətli strateji sənədlər daha çox sosial-iqtisadi hədəfləri özündə əks etdirir. Hazırda təqdim edilən sənəd cəmiyyətimizin qarşısında duran məsələlərin böyük əksəriyyətini özündə ehtiva etmişdir.”

 

Onu da bildirək ki, konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində dövrün sonuna ölkədə adambaşına düşən ÜDM-in həcmi iki dəfədən  çox artaraq 13000 ABŞ dollarına çatdırılacaq. 2020-ci ildə Azərbaycan Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə “yuxarı orta gəlirli ölkələr” arasında və BMT İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən “yüksək insan inkişafı” ölkələri qrupunda üst sıralara yüksəlməsi hədəflənir.

 

Azərbaycan Respublikasının iqtisadi inkişaf baxımından regionun lider dövlətindən beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabət qabiliyyətinə sahib iştirakçı statusuna yüksəldilməsi reallaşdırılacaqdır. Bu məqsədlə əlverişli coğrafi mövqeyi, geniş potensialı nəzərə alınaraq, ölkənin regionun ticarət mərkəzinə çevrilməsi, adambaşına düşən qeyri-neft sektoru üzrə ixrac həcminin 1000 ABŞ dollarına çatdırılması planlaşdırılır.

 

Göstərilən məqsədə çatmaq üçün bazar iqtisadiyyatı şəraitində sağlam rəqabəti təmin edən səmərəli dövlət tənzimlənməsi, enerjidən effektiv istifadə və yüksək əlavə dəyər yaradan ixrac yönümlü iqtisadiyyata transformasiyasosial-iqtisadi inkişafa kompleks yanaşma prinsipləri rəhbər tutulacaqdır. Bu konsepsiyaya uyğun olaraq, ölkə iqtisadiyyatının faktorların ümumi məhsuldarlığındakı artım sayəsində məhsuldarlığa əsaslanan iqtisadiyyata tranformasiyası hədəf götürülür.

 

Beynəlxalq konfransda çıxış edən PwS şirkətinin baş qlobal məsləhətçisi Yan Sturesson  “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf  Konsepsiyasını ölkəmizin yeni uğurlar planı kimi dəyərləndirərək onun əhəmiyyətini xüsusi vurğuladı. O bildirdi ki, “ sizin çox güclü strategiyanız var. Bu baxımdan sizi təbrik edirəm. Mən deyərdim ki, biz yeni kapitalist eranın içindəyik. İnsan kapitalı, mədəniyyət kapitalı, böyük sənaye kapitalı bütün bunlar yeni dünyanın şərtləridir. Sizin ölkə üçün bu böyük şansdır ki, sizbundan maksimum dərəcədə yararlanmalısız. Siz iqtisadiyyatı şaxələndirmək istəyirsiniz, bu, inkişafın yeni baxış bucağıdır. Öz mənsub olduğum ölkəni misal gətirərək deyə bilərəm ki, İsveçə bu inkişafı əldə etmək üçün 30 il lazım oldu. Siz isə bunu daha az müddətə əldə etmişsiniz.”

 

Onu da qeyd edək ki, konsepsiya məqsədyönlü şəkildə iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi tədbirlərini həyata keçirməyi nəzərdə tutur. Neft-qaz sektoruneft-kimya sənayesinin modernləşdirilməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi və inkişaf etdirilməsi, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının genişləndirilməsi, aqrar sektorun inkişafı və ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ticarət və xidmət fəaliyyət növlərinin genişləndirilməsi və inkişaf etdirilməsi, xarici ticarətin və investisiyaların strukturunun təkmilləşdirilməsi əsas aparıcı istiqamət  hesab olunur.  Konsepsiyanın əhatə etdiyi dövr ərzində qeyri-neft sektoru üzrə ÜDM-in orta illik real artım tempinin 7 faizdən yüksək olması hədəf götürülür. Bütün bunlar iqtisadiyyatımızın şaxələndirilməsi sayəsində mümkün olacaqbununla da dövlətimizin güclü dayaqlara malik olması təmin ediləcəkdir.

 

İqtisadiyyatın diversifikasiyası barədə sözügedən tədbirdə çıxış edən Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Larisa Leşenko maraqlı nüanslara aydınlıq gətirdi. İqtisadiyyatımızın diversifikasiya edilməsini təqdir edərək müqayisə üçün bildirdi ki, “ siz alternativ enerjidən səmərəli istifadə edirsiniz. Mən  Bakıdan bölgələrə gedərkən bunun şahidi oldum. Bu, çox müsbət göstəricidir. Öz ölkəmdən götürüm ki, Ukrayna təbii sərvətlər baxımından zəngin olsa da alternativ enerji mənbələri buradakı kimi çox deyil. Bu o deməkdir ki, sizin ölkənin böyük gələcəyi var. Baxmayaraq ki, zəngin neft-qaz yataqlarınız var, bununla belə alternativ enerji mənbələrini, qeyri-neft-qaz sektorunu da düşünürsünüz.”

 

 İqtisadiyyatın diversifikasiyasını dünya dövlətlərinin  görməli olduğu əsas plan hesab edən xanım Larisa Leşşenko daha sonra bildirdi: “Bu gün Rusiya bütün parametrlərdən təbii sərvətlərlə zəngindir. Əgər Mendeleyev cədvəlinə nəzər salsaq, oradakı bütün kimyəvi elementləri Rusiyada tapmaq mümkündür. Lakin bu ölkə iqtisadiyyatını diversifikasiya etmədiyindən Qərbi Avropa ölkələrindən xeyli geridə qalır. Norveç isə bu baxımdan xeyli irəli getmişdir. Çünki onlar kapitalı insana qoydular. Onların torpağı çox deyil, amma metallurgiya və kənd təsərrüfatı sahələrini diversifikasiya etməklə əhalinin rifahının yaxşılaşdırılmasında sıçrayış əldə etdilər.”

 

Göründüyü kimi, ölkəmizdə gedən inkişaf proseslərini etiraf edən əcnəbi qonaqlar burada dövlətin iqtisadiyyatı şaxələndirdiyini əsas predmet olaraq götürürlər. Bu baxımdan nəzərdə tutulan inkişaf konsepsiyasının bu gün üçün  əhəmiyyəti əvəzedilməzdir.

 

Qeyd etməliyik ki, enerjialternativ enerji mənbələrinin, informasiya kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi və genişləndirilməsi, etibarlı təhlükəsizliyin yaradılması, milli standartların formalaşdırılması və həmçinin, ölkə üçün tam rəqəmsal yayımın tətbiq olunması, analoq yayımın dayandırılması və eləcə də, elektron dövlət xidmətlərinin 100 faiz tətbiq edilməsi Azərbaycanın müasir dövlət kimi formalaşmasının əsas vacib istiqamətlərindən biri kimi gündəmdə olacaqdır. Xüsusilə, insan kapitalının inkişafı, sosial rifahın yüksəldilməsi əsas şərtlərdən biri kimi götürülür. Bundan əlavə, əhali və onun strukturu ilə bağlı kəmiyyət və keyfiyyət göstəriciləri milli gücün əsas elementlərini təşkil edir və Azərbaycan xalqının genefondunun qorunması, miqrasiyademoqrafiya kimi məsələlər milli təhlükəsizlik baxımından mühüm əhəmiyyətə malikdir. Konsepsiyanın əhatə etdiyi dövrdə ölkə əhalisinin hər il orta hesabla 1,1 faiz artaraq, 2020-ci ildə təxminən 10,2 milyon nəfər təşkil edəcəyi gözlənilir.

 

Qarşıda duran məqsədlərə çatmaq üçün ölkənin bütün imkanlarından tam şəkildə istifadə etmək, mövcud iqtisadi, sosial, siyasi resurslardan bütünlüklə yararlanmaq və ölkənin yüksəlişinə təkan vermək vacib şərtdir. Ona görə də, enerji, tranzit, nəqliyyat, loqistika infrastrukturunun inkişaf etdirilməsi, bölgənin tərəqqisini diqqət mərkəzində saxlamaq, regional inkişaf mərkəzlərinin formalaşdırılması, şəhər və kənd yerlərində sosial xidmətlərin inkişafı konsepsiyada öz əksini tapmışdır.

 

Beləliklə, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf  Konsepsiyasının hazırlanması və tətbiqi dövlətimizin ən başlıca prioritet hədəflərindən biri kimi, bu gün əsas müzakirə mövzularından biridir. Xalqımız bu prosesin uğurlu icrasını və səmərəli nəticələrini səbirsizliklə gözləməkdədir. Bu konsepsiya Azərbaycan dövlətinin yeni böyük uğurlarının başlanğıcıdır. Əminik ki, 10 il bundan əvvəllə müqayisədə inkişafımız necə hiss olunursa, 2020-ci ildə bu inkişaf daha parlaq görünərək hər bir azərbaycanlının sevincinə çevriləcəkdir.

 

Anar TURAN,

 

Xalq qəzeti.- 2012.- 23 dekabr.- S. 5.