Davamlı
inkişafın strateji məqsədləri
Prezident İlham
Əliyevin yürütdüyü siyasət
milli ideya səviyyəsinə
yüksəlmiş bu məqsədlərin
uğurla reallaşdırılmasına yol açır
Hər bir cəmiyyətdə mütləq çoxluğun mənafeyini ifadə edən, real təmınatlara söykənən iqtisadi siyasətin həyata keçirilməsi
davamlı tərəqqinin vacib şərtlərindən
biri sayılır. Müasir dövrdə hər
bir xalqın milli inkişaf strategiyası özündə həm
də ictimaiyyətin müəyyən gözləntilərini,
arzu və istəklərini təcəssüm
etdırir. İqtisadi inkişaf
prioritetlərinin düzgün müəyyənləşdirilməsi
ümumi məqsəd və
strategiyanın reallaşdırılmasına imkan yaradır, habelə modernləşmənin
vacib amilinə çevrilir.
Bu prizmadan əminliklə
söyləmək olar ki,
müstəqil Azərbaycanın son illərdə
əldə etdiyi böyük
makroiqtisadi uğurlar,
ilk növbədə, sistemli
və ardıcıl şəkildə gerçəkləşdirilən
islahatların nəticəsidir.
Bazar münasibətlərinə söykənən liberal iqtisadi sistemin qurulmasının, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına geniş meydan verilməsinin, Azərbaycanın zəngin təbii sərvətlərindən səmərəli istifadə edilməsinin, respublikanın investisiya cəlbediciliyinin yüksəldilməsinin və digər konseptual əhəmiyyətli tədbirlərin nəticəsi olaraq son illərdə Azərbaycan iqtisadiyyatı təkcə sürətli inkışafla deyil, eyni zamanda yeni keyfiyyət parametrləri ilə özünü təsdiqləmişdir. Ən müxtəlif iqtisadi mərkəzlər respublikanın davamlı iqtisadi yüksəlişi timsalında XXI əsrin yeni iqtisadi fenomenini görür, “İnkişafın Azərbaycan modeli”nin mahiyyətini öyrənməyə çalışırlar.
Azərbaycanı nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avratlantika geosıyasi arealında öz sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevirən cənab İlham Əliyevin 2003-cü ildən yürütdüyü siyasət dövlət başçısının xalqın, dövlətin gələcək inkişafı ilə bağlı aydın baxışlara malik olduğunu göstərir. İqtisadi-siyasi liberallaşmaya və demokratikləşməyə xidmət edən islahatların dərinləşdirilməsi, Azərbaycanın inkişaf etmiş ölkəyə çevrilməsi, hər bir vətəndaşın layiqli həyat tərzinin təmin edilməsi, ən başlıcası ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpası keyfiyyətcə yeni mərhələdə milli ideyanın mahiyyətində qərarlaşmış praktik məqsədlərdir.
Prezident İlham Əliyev ulu öndərin böyük müdrikliklə irəli sürdüyü inkişaf strategiyasını ötən 9 ildə inamla davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır. Cənab İlham Əliyevin prezidentliyi dövründə məhz bu postulat əsas götürülmüş, iqtisadiyyat həyata keçirilən çoxşaxəli islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil etmişdir. Başqa sözlə, praqmatik liderlik keyfiyyətlərinə malik olan dövlət başçısı keyfiyyətcə yeni mərhələdə Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişdir. İqtisadi məsələlərə xüsusi diqqətin ayrılması da əsaslı yanaşma olaraq dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlmişdir.
Nəticədə respublikada milli ideya səviyyəli məqsəd kimi nəzərdə keçirilən daha bir məsələ də müsbət həllini tapmış, Azərbaycan iqtisadi sahədə keçid dövrünü uğurla başa vuraraq iqtisadi və sosiomədəni modernləşmənin keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Şübhəsiz, keçid dövrünün müddəti hər bir dövlətin özünəməxsus inkişaf xüsusiyyəti, təbii resursları ilə şərtlənir. Keçid iqtisadiyyatı yaşayan ölkələr üçün mövcud olan ümumi qanunauyğunluq müxtəlif şəraitlərdə fərqli formalarda özünü göstərir. Bununla belə, iqtisadiyyatın dövlət inhisarından çıxarılması və özəlləşdirilməsi, bu əsasda sahibkarlığın, rəqabət mühitinin inkişaf etdirilməsi, qiymətlərin liberallaşdırılması, bazar infrastrukturlarının formalaşdırılması, əhalinin güclü sosial müdafiəsi sisteminin təşkili, fəal investisiya siyasətinin aparılması keçid dövrünü başa vuran ölkələr üçün ümumi cəhətlərdir.
Ötən illərdə bu istiqamətlərdə çox mühüm nailiyyətlər əldə olunmuşdur: Prezident İlham Əliyevin uğurlu iqtisadi siyasəti nəticəsində 2003-2011-ci illərdə ümumi daxili məhsulun (ÜDM) orta illik artım tempi 14,2 faiz, qeyri-neft sektorunda isə 10,7 faiz olmuşdur. 2003-2011-ci illərdə ölkənin strateji valyuta ehtiyatları 25,3 dəfə, dövlət büdcəsi 16,6 dəfə, bank aktivlərinin həcmi 10,4 dəfə, nominal əmək haqqı 5,9 dəfə, nominal orta aylıq pensiya 6,1 dəfə artmış, yoxsulluğun səviyyəsi 44,7 faizdən 7,6 faizə enmişdir. Ötən illərdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və sosial rifah sahələrində mühüm nailiyyətlər əldə etmişdir. Beləliklə, Azərbaycan keçid dövrünü başa vuraraq qlobal və regional çağırışlar fonunda kəmiyyət və keyfiyyət etibarilə yeni dövrün astanasındadır.
Dünya İqtisadi Forumunun dərc etdiyi “Qlobal rəqabətədavamlılıq hesabatında” Azərbaycan dünyanın 144 ölkəsi arasında 46-cı yeri tutmaqla, MDB-də ən rəqabətədavamlı iqtisadiyyata malik olduğunu sübut etmişdir. 20 il əvvəl Azərbaycan ilə eyni səviyyədə qərarlaşan postsovet ölkələri indi iqtisadi inkişaf səviyyəsinə görə respublikamızla rəqabətdə çətinlik çəkirlər. Azərbaycanın iqtisadi inkişaf dinamikası əvvəlcə resurslara əsaslanırdısa, hazırda iqtisadi şaxələndirmənin nəticəsi olaraq qeyri-neft sektoru üstün artım tempinə malikdir. Bəzən ölkəmiz dünya iqtisadiyyatında yeni təmayülləri hətta Avropa ölkələrini qabaqlamaqla mənimsəyir. Məsələn, Azərbaycan resursla zəngin olan ölkələr sırasında enerji səmərəliliyi sahəsində ən yüksək nailiyyət qazanmış və Şərqi Avropada “yaşıl iqtisadiyyat”ın tədqiqini aparan ilk ölkə olmuşdur.
Məlumdur ki, iqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər uğursuzluqla nətıcələnir, çünki tətbiqinə cəhd göstərilən mütərəqqi yenıliklər vətəndaşların real yaşayış səviyyəsi, həyat tərzi ilə uzlaşmır. Bu mənada, yüksək sosial-iqtisadi inkişafla yanaşı, demokratikləşmə prosesinin sürətləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğu prosesinin başa çatdırılması, hüquqi dövlətin, sözün həqiqi mənasında, bərqərar olması müasir Azərbaycan milli ideyasının tərkib hissələri kimi nəzərdən keçirilir. Dövlət hakimiyyətinin möhkəmliyi də bir çox cəhətdən iqtidarın cəmiyyətin müxtəlif təbəqələrinin mənafelərini müdafiə etmək, ictimai qüvvələrin tarazlığını qoruyub saxlamaq və cəmiyyətə xas olan mülki, demokratik, özünüidarə meyillərinin mütərəqqi inkişafını təmin etmək qabiliyyəti ilə müəyyən olunur. Bu mənada, ölkədə demokratik təsisatların rolunun yüksəldilməsi, insan hüquqlarının müdafiəsi sisteminin təkmilləşdirilməsi istiqamətində atılan addımlar nəinki respublikamızda, həmçinin beynəlxalq arenada yüksək qiymətləndirilir. Hüquqi-siyasi sahədə aparılan islahatlar Azərbaycanın Avropa hüquq məkanında fəaliyyət göstərən beynəlxalq standartlara tam uyğunluğunu təsdiqləyir.
Təcrübə göstərir ki, liberalizm, demokratiya və bazar münasibətləri prinsipləri məcmu halda çıxış edir. Baza postulatını hər bir insanın doğulandan yaşamaq, azadlıq və mülkiyyətə malik olmaq kimi ayrılmaz hüquqlarının olduğunu özündə ehtiva edən liberalizm ideyasında göstərilən triada arasında, əslində, qırılmaz əlaqə mövcuddur. Çünki özəl mülkiyyət fərdi azadlığın əsasını təşkil edir və bu da öz növbəsində ayrıca götürülmüş fərdin özünütəsdiq, ifadənin zəruri şərti kimi çıxış edir. Həqiqətən də, iqtısadiyyat sferasında sərbəst bazar prinsiplərində ifadə olunan bu postulatla siyasi demokratiya arasında qarşılıqlı əlaqə mövcuddur. Məhz demokratik dövlət bazar münasibətlərinin və azad rəqabətin mövcudluğunun və səmərəli fəaliyyətinin təminatı kimi çıxış edir. İqtisadi məcburiyyət formasından insanları azad etməklə, bu sahədə silki və nomenklatura imtiyazlarını aradan götürməklə demokratiya cəmiyyətin hər bir üzvünün iqtisadi azadlığının reallaşması üçün ən yaxşı şəraiti yaradır.
Demokratiyanın mühüm göstəricilərindən biri də hökumətin ictimai rəyə münasibəti əsasında müəyyənləşir. İctimai rəy dövlətin işinə nəzarət funksiyasını yerinə yetirməklə, müsbət və mənfi meyillərə obyektiv qiymət verən, hökuməti mövcud problemlərin həllinə doğru istiqamətləndirən mühüm mexanizmdir. Ötən 9 ildə hökumətin vaxtaşırı olaraq xalqa hesabat verməsi də milli dövlətçilik tarıximizdə mütərəqqi ənənəyə çevrilmiş, demokratik dəyərlərə hörmətin, ictimai rəyə həssas münasibətin ifadəsi kimi diqqəti çəkmişdir. Bu, eyni zamanda, cəmiyyətdə şəffaflığın və sosial ədalət normalarının qorunmasını təmin etmiş, dövlət məmurlarının xalq və prezident qarşısında məsuliyyətini artırmış, onları qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi üçün daha səylə çalışmağa sövq etmişdir. Artıq bir neçə ildir ki, bu cür hesabatlar həm də konkret dövr ərzində əldə edilmiş nailiyyətlərin qiymətləndirilməsi, müstəqil dövlətimizin əldə etdiyi uğurların ictımaiyyətə düzgün, obyektiv çatdırılması, mövcud problemlər ətrafında müzakırələrin aparılması, bu problemlərin həlli yollarının tapılması üçün səmərəli vasitəyə çevrilmişdir.
Bütün bunlar, həm də bir sıra iqtisadi, siyasi və humanitar beynəlxalq tədbirlərin keçirilməsi məkanı kimi məhz Bakı şəhərinə üstünlük verilməsi ilə nəticələnir. Respublikamızın beynəlxalq nüfuzu daha da yüksəlir, dünya ictimaiyyəti respublikamızda həyata keçirilən islahatlar kursunun mahiyyəti ilə bağlı dolğun, hərtərəfli, obyektiv informasiya almaq imkanı qazanır. Azərbaycan sülh və əməkdaşlıq paytaxtı kimi tanınmağa başlayır və belə bir müsbət imicin formalaşmasında rəsmi Bakının praqmatik xarici siyasəti az rol oynamır. Respublikada müşahidə olunan dinamik iqtisadi tərəqqi ilə paralel şəkildə demokratik-hüquqi islahatların dönmədən davam etdirilməsi, bu iki təmayülün ümumi strateji inkişaf kursunun prioritet xətti kimi nəzərdən keçirilməsi Azərbaycanı qlobal əhəmiyyətli tədbirlərin mərkəzinə çevirir. Bir müddət əvvəl keçirilmiş İkinci Bakı Beynəlxalq Humanitar Forumu bunun bariz təsəssümü kimi tarixiləşmişdir. Belə bir forumun Bakıda keçirilməsi, ilk növbədə, respublikamızın sivilizasiyalararsı dialoq prosesində fəal mövqe tutduğunu, zəngin Şərq və Qərb mədəniyyətləri arasında körpü rolunu oynadığını göstərir.
Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal məkandır. Forum iştirakçılarının qənaəti bundan ibarət olmuşdur ki, qloballaşan müasir dünyada dəyər sistemləri yenilənir, sosial və mədəni proseslər sürətlənir. Həyatın bütün sahələrində fundamental dəyişikliklər yaradan siyasi və mənəvi irəliləyişlər baş verir, əvvəlki tarixi dövrlərdə cəmiyyətin şüurunda formalaşmış stereotiplər və sosial təsəvvürlər dəyişir. Bu şəraitdə elmin və təhsilin inkişafı, yeni texnologiyaların yaranması, informasiya cəmiyyətinin təşəkkülü vaxtilə sırf nəzəri təsir bağışlayan bir sıra problemləri aktuallaşdırır. Eyni zamanda, texnoloji inkişafın mədəni və tarixi ölçüləri yoxdur və o, cəmiyyət qarşısında yeni çağırışlar müəyyən edir. Müasir dünyada bu çağırışlara cavab vermək, dəyişikliklərə uyğunlaşmaq üçün xalqların bir-biri ilə daha yaxın və mehriban münasibətlər yaratması vacibdir.
İkinci Bakı Beynəlxalq Humanitar Forumu əsasən müasir biliklərin, humanitar elmin və bütövlükdə müasir elmin insan həyatı ilə sıx bağlı olmasına istiqamətlənmişdir. Ümumilikdə, forumun Azərbaycan paytaxtında keçirilməsi əlamətdar hadisə olmaqla yanaşı, dövlətimizin beynəlxalq nüfuzunu daha da artırmışdır. Bir daha təsdiqlənmişdir ki, Azərbaycan müxtəlif mədəniyyətlərin, qədimliklə müasirliyin qovuşduğu məkan olaraq bu məqsədlərə yönəlmiş mühüm təşəbbüslərlə çıxış edir. Eyni zamanda, beynəlxalq tədbir bəşəriyyətin üzləşdiyi qlobal çağırışlara cavab tapılması, mövqelərin yaxınlaşdırılması, mədəni dəyərlərin bölüşdürülməsi baxımından da əhəmiyyətli olmuşdur. Ümumilikdə, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən forum sülh naminə çalışan insanlara dünyada təhlükəsizliyin təmin olunması və xalqlar arasında dialoqun inkişafı üçün zəmin yaradır.
Bu gün monoetik və işğalçı Ermənistandan fərqli olaraq Azərbaycan polietnik dövlət kimi ərazisində yaşayan bütün xalqların vətənıdir. Bu mənada, ölkədə reallaşdırılmasına səy göstərilən istənilən ideya təkcə azərbycanlıların deyil, digər milli azlıqların da maraqlarını özündə tam ehtiva edir. Yəni dövlətin hədəflədiyi hər hansı ideya və proqramlar etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq, ölkənin bütün əhalisinin maraqlarını önə çəkir. Dünyəvi və demokratik dövlət modelini qəbul etməsinə rəğmən, respublıkamızda insanların dini inancları, habelə vicdan azadlığı yüksək səviyyədə təmin olunur. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın bu torpaq üçün milli yiyəlik hissini yaşaması da tolerantlığın bariz təzahürüdür. Dini və etnik tolerantlıq Azərbaycan xalqının qanında, canında, kökündə var. Milli ənənələrimizdə, mentalitetimizdə, düşüncə arxetiplərımizi özündə ehtiva edən fəlsəfəmizdə başqa dinlərə, millətlərə dözümlü münasıbət özünü yaşadır. Ulu öndər Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyası isə dini tolerantlığın ən başlıca təminatçısı kimi çıxış edir.
Hazırda milli ideya yalnız təmsil etdiyi dövlətin milli, siyasi, coğrafi hüdudları çərçivəsində deyil, qlobal məkanda həyatiliyini sübut etməlidir. Yəni milli ideya xalqın identikliyini nə qədər özündə əks etdirsə də, ümumən yeni dünya nizamının reallıqlarına cavab verməli, bəşəri dəyərlərlə uzlaşmalıdır. Hər bir xalqın milli ideyası özünün mütərəqqi xarakteri ilə sülh və tərəqqiyə, sivilizasiyalararası dialoqa xidmət etməlidir. Bu mənada, müasir Azərbaycan elmin, təhsilin inkişafına, insan kapitalının inkişafına göstərdiyi diqqətlə, həm də bəşəri tərəqqiyə, ümumi rifaha, nəcib niyyətlərin gerçəkləşməsinə sanballı töhfələrini verir. Bəşəriyyətin çoxəsrlik tarixi də göstərir ki, elm və təhsil hər bir xalqın mütərəqqi inkişafını təmin edən ən zəruri vasitələrdəndir. Cəmiyyət qarşısında dayanmış bir sıra əsaslı problemlərin həlli, ilk növbədə, bu sahələrin tərəqqisindən, habelə vətənpərvər və yüksək ixtisaslı kadr hazırlığından keçir.
Dövlət başçısının rəhbərliyi altında Azərbaycanda həyata keçirilən təhsil islahatlarının başlıca qayəsi də məhz bu fundamental prinsiplərin sistemli surətdə reallaşdırılması, dünya təhsil sisteminə inteqrasiyanın təmin edilməsidir. Cənab İlham Əliyev xüsusi qeyd edir ki, respublikamızda “qara qızıl” “insan qızılı”na, insan kapitalına çevirməyin vaxtı gəlib çatmışdır. Bu çağırışın əsasında Azərbaycanda güclü intellektual bazanın, müasir biliklərə əsaslanan yeni tipli iqtisadi sistemin formalaşdırılması, elmtututlu istehsal sahələrinin inkişafı yolu ilə milli iqtisadiyyatın neft amilindən asılılığının azaldılması ideyası dayanır.
“İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onlarda uğurun əsas səbəbi neft-qaz deyil, bilikdir, savaddır, müasirlikdir. Bizdə isə həm bu olmalıdır, həm də, əlbəttə ki, təbii ehtiyatlar da var. Bu amillərin sintezi Azərbaycanı çox qabaqcıl, müasir ölkəyə çevirəcəkdir” - deyən dövlət başçısının müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyasının mahiyyətində dayanıqlı və sabit inkişaf edən iqtisadi sistemin formalaşdırılması məqsədi dayanır. Modernləşmə xəttinin lideri olan cənab İlham Əliyev hesab edir ki, bu yol ölkəmizi bilik və informasiya cəmiyyətinə gətirib çıxaracaqdır. Bu isə modernləşmənin cəmiyyətin şüuru, onun elmə, təhsilə, mədəniyyətə münasıbəti ilə bağlılığını bir daha təsdiqləyir. Azərbaycanın sosiomədəni modernləşməsi təkcə yeni texnologiyaların və bazar mexanizmlərinin tez bir zamanda keyfiyyətli tətbiqini deyil, kreativ və innovasion şüurun köməyi ilə millətin sivil yeniləşməni şərtləndirə bilən instıtutların yaranmasını nəzərdə tutur.
Prezident İlham Əliyev yaradıcı zəka sahiblərinin, intellektual, kreativ kadrların, gənc, qabiliyyətli insanların dövlətin lazımi diqqət və qayğısı ilə əhatə olunmasını da son dərəcə vacib sayır. Cənab İlham Əliyev dəfələrlə vurğulamışdır ki, iqtisadi resursların insan kapitalının inkişafına yönəldilməsi yolu ilə formalaşan yeni təfəkkürlü intellektual elita ölkənin perspektiv inkışafının əsas lokomotivi - aparıcı qüvvəsi kimi çıxış edəcəkdir.
Prezident İlham Əliyev bu və digər ali məqsədləri sadəcə deklorativ bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində konkret addımlar atır. Dövlət başçısının “Azərbaycan – 2020: gələcəyə baxış” İnkışaf Konsepsiyasının hazırlanması barədə” 29 noyabr 2011-ci il tarixli sərəncamı bunun bariz nümunəsidir. Belə bir sərəncamın imzalanması deməyə əsas verir ki, ölkə başçısı Azərbaycanın sadəcə bugünkü dinamik inkişafı ilə arxayınlaşmağı düzgün saymır. Cənab İlham Əliyevin sözügedən sərəncamı ölkənin uzunmuddətli inkişaf strategiyasının dərin elmi proqnozlar əsasında işlənib hazırlanmasını nəzərdə tutur. “Azərbaycan - 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının qəbul edilməsinin məntiqi davamı olaraq strateji hədəflərin reallaşdırılması üçün müxtəlif sahələri əhatə edən məqsədli proqramlar qəbul ediləcəkdir.
İlham MƏMMƏDZADƏ, Fəlsəfə,
Sosiologiya və
Hüquq İnstitutunun
direktoru
Xalq qəzeti.- 2012.- 23 dekabr.- S. 2.