Nəsimi rayonunda yeni idman meydançası və park istifadəyə
verilib
Azərbayacan Respublikasının
Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə
2012-ci ilin “İdman ili” elan edilməsi
ilə əlaqədar
ölkəmizin hər
yerində olduğu kimi, Nəsimi rayonunda da idman
yarışları, tədbirlər
və müxtəlif işlər həyata keçirilmişdir.
Dünən rayonda “İdman
ili”nin yekunu
kimi 4-cü mikrorayon ərazisində inşasına
ilin əvvəlində
başlanmış idman
meydançası və
park istifadəyə verilmişdir.
Müasir standartlara cavab
verən idman meydançasında futbol,
voleybol, basketbol və qaçışla məşğul olmaq üçün hər cür şərait yaradılmışdır. Burada müasir işıqlandırma
sistemi və 500-dən
çox tamaşaçı
tutumu olan tribunalar qurulmuşdur.
Meydança idmanın müxtəlif
növləri üzrə
yarışların keçirilməsi
üçün lazımi
avadanlıqlarla təchiz
edilmiş, ətraf ərazidə genişmiqyaslı
abadlıq işləri
aparılmışdır.
İdman meydançasının yaxınlığında
bir hektara yaxın ərazidə yeni istirahət parkı inşa edilmişdir. Parkda geniş yaşıllıq
zolaqları yaradılmış,
1500-dən çox ağac,
gül kolları və dekorativ kollar, 3 min kvadratmetrdən
artıq sahəyə
qazon əkilmişdir.
Burada
2500 kvadratmetr sahəyə
milli ornamentlərə
uyğun daş plitə döşənmiş,
müasir işıqlandırma
sistemi quraşdırılmış,
rahat oturacaqlar, müxtəlif uşaq oyun elementləri yerləşdirilmişdir. Bununla yanaşı, idman meydançası və parkın yaxınlığında
yerləşən yaşayış
binasının həyətində
abadlıq işləri
görülmüş, oturacaqlar
və uşaq oyun elementləri qoyulmuş, ağaclar əkilmiş, yeni işıqlandırma sistemi
yaradılmışdır.
İdman meydançası və parkın açılış
mərasimində çıxış
edən Nəsimi Rayon
İcra Hakimiyyətinin
başçısı Nəsib
Məhəməliyev sakinləri
və idmasnçıları
təbrik etmiş, onlara uğurlar arzulamışdır. O bildirmişdir ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi
altında ölkəmizdə
bütün sahələrdə
olduğu kimi, idmanda da böyük
nailiyyətlər əldə
edilir, idmançılarımız
dünya və Avropa səviyyəsində
keçirilən müxtəlif
yarışlarda uğurlar
qazanaraq ölkəmizin
adını yüksəklərə
qaldıraraq onun nüfuzunu artırırlar.
Azərbaycanda hər il çox sayda
müasir standartlara cavab verən Olimpiya idman kompleksləri, idman-sağlamlıq
mərkəzləri, stadionlar,
müxtəlif idman obyektləri istifadəyə
verilir və bunlar idmanın inkişafına, sağlam
həyat tərzinin bərqarar olmasına, gənclərimizin asudə
vaxtlarının səmərəli
keçirilməsinə öz
töhfəsini verir.
Sonra gənclər
və idman naziri Azad Rəhimov və Milli Məclisin deputatı Ziyad Səmədzadə çıxış
edərək yeni idman obyektinin istifadəyə verilməsi
ilə əlaqədar
sakinləri təbrik etdilər və öz arzularını bildirdilər.
Bayramsayağı bəzədilmiş parkda
rayon məktəblilərinin müxtəlif idman yarışlarında aldıqları
medal, diplom və fəxri fərmanlar nümayiş etdirildi.
Tədbirdə Milli Məclisin deputatları Aytən Mustafayeva, Asim Mollazadə, Ülvi Quliyev, Olimpiya çempionu Fərid Mansurov iştirak edirdilər.
Ayaz Həmidoğlu,
Xalq qəzeti.- 2012.- 25 dekabr.- S. 5.