İllərin arxasından boylananQaya

 

 

Azərbaycan xalqının bir neçə nəsli bu şöhrətli kollektivin mahnıları ilə böyüyüb: “Ey həyat, sən nə qəribəsən?”, “Xədicə”, “Bakının qızları”, “Reyhan”, “Mən gəzirəm hər yanı”, “Almanı atdım xarala”...  Bu mahnıları uzun illərdir ki, böyük həvəslə, məhəbbətlə dinləyirik. Ötən ilQaya” Dövlət Ansamblının 50 yaşı qeyd olundu. Bu il isə ansamblın yaradıcılarından biri və hazırkı bədii rəhbəri, respublikanın xalq artisti Rauf Babayevin 75 yaşı tamam olur.

 

Keçən əsrin 60-cı illərinin əvvəllərində A.Zeynallı adına orta ixtisas musiqi məktəbində təhsil alan dörd gənc - Teymur Mirzəyev, Rauf Babayev, Arif Hacıyev və Adil Nəzərov vokal kvartet yaratmaq fikrinə düşürlər. İlk çıxışları tələbə yığıncaqlarında, musiqi məktəbinin kiçik otaqlarında baş tutur. 1961 - ci ildə kvartet Azərbaycan Dövlət Estrada Orkestriya o zaman hamının “Qoscaz” adlandırdığı kollektivə işə dəvət edilir. O vaxtlar Azərbaycan Dövlət Estrada Orkestrinə tanınmış bəstəkar Rauf Hacıyev rəhbərlik edirdi.

 

Beləliklə,  kvartetin rəsmi yaranma tarixi  - 1961-ci ilin ilk günü hesab olunur. O zaman kollektiv “Bakı vokal kvarteti” adlanırdı. Azərbaycan Dövlət Estrada Orkestrində çalışdıqları dövrdə Adil Nəzərov ailə vəziyyətilə bağlı kollektivdən gedironu Lev Yelisavetski əvəz edir. Sonra bəstəkar Murad Kajlayevin dəvətilə kvartet Dağıstana gedir. Burada Rafiq Babayevin rəhbərlik etdiyi ansamblın müşayiəti ilə çıxış edir. Dağıstanda böyük yaradıcılıq şövqü ilə işləyirlər, lakin maddi ehtiyacları və ailə problemləri həll olunmadığı üçün Bakıya qayıtmalı olurlar. Bakıya qayıdarkən qatarda kvartetin adı haqqında düşünmək fikrinə düşürlər. Müxtəlif variantlar səslənir. Təkliflərdən biri də “Qayaolur. Bu adı ilk dəfə kimin təklif etdiyini indi heç kəs xatırlamır. Zənnimcə, bunun o qədər  əhəmiyyəti də yoxdur. Əsas odur ki, “Qaya” adını hamısı bəyənir.  Doğrudan da, bu ad düşərli oldu, Azərbaycan mədəniyyəti tarixinə yazıldı və “ Qaya” 50 ildən çox müddətdə sənət yolunda şərəflə addımlaya bildi. Bu yol Azərbaycan müsiqisini dünyaya tanıdan yol idi.

 

Qaya” nın populyarlığı getdikcə artırdı. Təkcə Azərbaycan auditoriyası ilə kifayətlənmək olmazdı. Odur ki, kollektiv imkan düşdükcə, qastrol səfərlərinə çıxır, həm özlərini, həm də bənzərsiz Azərbaycan musiqisini fəal surətdə təbliğ edirdilər. Belə qastrollardan biri 1965-ci ildə dünya şöhrətli müğənnimiz Müslüm Maqomayevlə birgə SSRİ-nin Uzaq Şərq regionuna reallaşan 4 aylıq qastrol səfəri oldu. Anşlaqla keçən bütün konsertləri “ Qaya” açır, Müslüm Maqomayev isə yekunlaşdırırdı.

 

Kvartet ilk  müvəffəqiyyətini 1966-cı ildə Moskvada keçirilən “Ən yaxşı sovet mahnısı ifası” üzrə Ümumittifaq müsabiqəsində qazandı. Bu müvəffəqiyyətin qazanılmasında görkəmli bəstəkarımız Tofiq Quliyevin əvəzolunmaz köməyi və böyük rolu oldu. Müsabiqəyə hazırlıq dövründə Tofiq Quliyev kvartetin müəllimi və yolgöstərəni idi. Tofiq müəllim onları dinləyir, zəif cəhətlərini müəyyən edir və əsl peşəkar kimi buya digər məsələnin ən düzgün həlli üçün məsləhət verirdi. Tofiq müəllim iki gün ərzində məşhur “Bakının qızları” mahnısını bəstələyib kvartetə təqdim eddi. Bəli, təkcə Azərbaycanda  deyil, bütün SSRİ-də sevilə - sevilə dinlənən, alqışlanan, sovet estradasının populyar mahnıları sırasında yer alan, bir neçə onilliklər ərzində “Qaya”nın ifa etdiyi həmin məşhur mahnını.  Müsabiqənin sonuncu turundaQaya” “ Bakının qızları” və         “ Xədicə” mahnılarını caz stilində təqdim etdi. Kvartetin gərgin əməyi bəhrəsini verdi. Kollektiv Ümumittifaq müsabiqəsinin qalibi oldu.

 

 Sonra Bolqarıstanda keçirilən Gənclərin və Tələbələrin Beynəlxalq Festivalında birinci yer, qızıl medal və “Ən yüksək ustalığa görə” diplomu, “Şlyaqer-69” adlı beynəlxalq konsert proqramı, Dövlət “QayaOrkestrinin yaradılması və bütün SSRİ - də məşhur olanBöyük şəhərin işıqları” şou proqramı, ABŞ,  Almaniya Federativ Respublikası, Fransa, Kubabir sıra başqa ölkələrə qastrol səfərləri...

 

“Qaya”nın yaradıcılıq  uğurları  ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci dövrünə - keçən  əsrin yetmişinci illərinə təsadüf edirdi. Həmin dövrdə respublikamızda bütün sahələrdə inkişaf, görünməmiş yüksəliş var idi. İncəsənət sahəsi də istisna deyildi. Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın incəsənət xadimlərinə dövlət səviyyəsində diqqət və qayğını əsirgəməmiş, musiqi sənətimizin inkişafına mənəvi zəmin yaratmışdır. Heydər Əliyevin Azərbaycan musiqiçilərinin əməyini təqdir etməsi, onların yaradıcılığını yüksək fəxri adlarmükafatlarla dəyərləndirməsi bunun bariz təzahürüdür. Qeyd etmək lazımdır ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə “Qaya” ansamblının üzvlərinə  “Respublikanın əməkdar artisti” fəxri adları verilmişdir. Bir sözlə, yetmişinci illər və səksəninci illərin əvvəli “Qaya” ansamblının yaradıcılığında zirvə dövrü idi.

 

  1991-ci il. SSRİ adlanan nəhəng imperiyanın çökdüyü il. Bu dövr məlum keçmişlə naməlum gələcək arasında bir sərhəd idi. Bir zaman qüdrətli ölkənin süqutu ilə İttifaqın bir sıra musiqi kollektivləri də dağıldı. Siyasət çoxaldı, incəsənətə yer qalmadı. “Qaya” Dövlət Estrada - Simfonik Orkestri də dağılmağa başladı. Teymur Mirzəyev İsrailə mühacirət etdi. Bir qədər sonra Arif Hacıyev dünyasını dəyişdi. Rauf  Babayev, necə deyərlər “meydanda tək qaldı”. Bəlkə də başqa adam olsaydı, əl - qolunu yanına salıb vəziyyətlə razılaşardı. Amma Rauf Babayev  mübariz insandır. Qollarını çırmayıb çalışdı, “Qaya”nın yaddaşlardan silinməsinə, məhv olmasına yol vermədi.

 

1995- ci ilin oktyabr ayı idi. L. M. Rastropoviçlər adına 21 saylı musiqi məktəbində belə bir elan asılmışdı: “Qayakvartetinin solisti, Respublikanın əməkdar artisti Rauf Babayev vokal ilə məşğul olmaq ansambl yaratmaq üçün uşaqları dinlənilməyə dəvət edir”. Oktyabr ayının 2-də dinlənilmək üçün iyirmi uşaq gəlir. Rauf müəllim  onlardan  on nəfərini seçir musiqi məktəbinin ikinci mərtəbəsində ayrılmış otaqda məşqlərə başlayır. Otaqda bir piano iki stul var idi. Rauf müəllim bu dövrü belə xatırlayır: “Böyük məmnunluqla, demək olar ki, hər gün məşq edirdik. Uşaqlar tətil günlərində məşq etməyi xahiş edirdilər. Rastropoviçlər məktəbindən olan uşaqlarla işləmək həvəsimi yalnızQaya”nın yarandığı dövrdə olan həvəsimlə müqayisə edə bilərəm. İlk öyrəndiyimiz Ə.ƏzizovunTez gəl, yarQaya”nın repertuarından bir caz mahnısı oldu”. Rauf müəllim yeni yaratdığı kollektiviQaya”nın məşhur “Ay bəri bax, bəri baxAzərbaycan xalq mahnısının adına uyğunBəri baxadlandırdı. Kollektivin böyük səhnədə ilk çıxışı  Mədəniyyət Turizm Nazirliyi tərəfindən Respublika Sarayında keçirilən Gənclərin I Beynəlxalq forumuna həsr olunmuş konsert proqramında oldu. Debüt günüBəri bax”ın tərkibində Zərqələm Məmmədova, Elvin Məcidov, Şölə Səfərəliyeva, Anar Yusifov, Mail Fərid Mailovlar, Ülviyyə Rəhimova, Melana İsmayılova çıxış edirdilər.  Uşaqlar, səhnəyə çıxdılar, çox gözəl oxudular. Salonda alqış səsləri kəsilmək bilmirdi.

 

Bəri baxansamblı qəti addımlarlaşöhrət olimpinədoğru qalxırdı. 1997-ci ildə ansambl Moskva şəhərinin 850 illik yubileyi şənliklərində Moskvanın Sütunlu salonunda Böyük Teatrda, E. M. Qnesinlər adına Rusiya Musiqi Akademiyasının zalında çıxış etdi. 1998 - ci ildəBəri baxAmerikanın Azərbaycandakı səfirliyində,  Bakı Kirxasıında digər səhnələrdə caz müğənnisi, Rotterdam Universitetinin caz kafedrasının professoru Koko York ilə birgə konsertlər verdi. Həmin il ansambl Türkiyənin ən möhtəşəm salonlarından olan İstanbulunCamal Rəşid Rey”də konsert proqramı ilə çıxış etdi. Tamaşaçılar uşaqları ayaq üstə alqışlayırdılar. Onların arasında sevincdən ağlayanlar da var idi.

 

1999-cu ilin avqust ayındaBəri baxMisirə səfər etdi. Misir folklor festivalında uşaqların ifasını yüksək qiymətləndirən şəhərin valisi minnətdarlıq əlaməti olaraqBəri bax”a İsmailiyyə şəhərinin simvolik açarını bağışladı onlarıBir nömrəli ansambladlandırdı. 2001-ci ildə isəBəri baxbeş illik yubileyini Rəşid Behbudov adına Mahnı Teatrında solo konsert proqramı ilə qeyd etdi. Elə həmin ildə ansambl BelarusdaSlavyan bazarıfestivalı çərçivəsində keçirilən müsabiqədə iştirak etdi. Bəri baxbu beynəlxalq festivalda iki mükafat aldı. Onlardan biriƏn zil səsmükafatı, digəri isə Bolqarıstan RespublikasınınQızıl gül - A kamertonmükafatı idi.

 

“Bəri bax” ansamblının həyatında 2001 - ci il əlamətdar oldu. Mədəniyyət nazirinin əmrinə əsasən “Bəri baxqrupu rəsmi olaraq Mədəniyyət və Turizm Nazirliyinin Dövlət “Qaya” Ansamblı adına layiq görüldü. Beləliklə, “QayaSimurq quşu kimi yenidən canlandı. 2004-cü ildə “Qaya” Beynəlxalq Bakılı Cəmiyyəti tərəfindən təsis olunanHumay” mükafatına layiq görüldü. Elə həmin ildə Gürcüstanda keçirilən mədəniyyət festivalında uğurla çıxış edən ansabl yenə də mükafatla Vətənə qayıdı. Yüksək səviyyəli çıxışına görə “Qayabu festivaldaQran pri”yə və diploma layiq görüldü.

 

2007 və 2008-ci illər xüsusilə yadda qaldı. “Qaya” 2007-ci ildə YUNESKO-nun mənzil qərargahında, 2008-ci ildə isə ABŞ-da çıxış etdi.  “Qaya”nın gənc nəslini Tofiq Quliyev, Mstislav Rastropoviç, Qalina Vişnevskaya, Rolan Bıkov kimi korifeylər dinləmiş və heyran olmuşdular. Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli, Svyatoslav Belza, Vaxtanq Kikabidze, Nani Breqvadze, Larisa Dolina kimi sənətkarlar “Qaya”nın ifasına məftundurlar.

 

Qaya” yaşayır, sələfini və Azərbaycanı dünyada layiqincə təmsil edir. Son zamanlar tez - tez işlənən, xüsusilə gənclər arasında dəbdə olan söz var - brend. “Qayasovet dövrünün məşhur Azərbaycan “brendi hesab olunur. “Qaya”nın yenidən canlanmasında və yaşamasında onun bədii rəhbəri Rauf Babayevin əvəzolunmaz xidmətləri var. Bu xidmət dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyev 2006-cı ildə öz fərmani ilə Rauf Babayevə Azərbaycan  Respublikasının xalq artisti adı və Prezident təqaüdü verib.

 

Yubiley sadəcə yaş həddi deyil, arxaya dönüb baxmaq, yaşadığın həyatı dəyərləndirmək üçün bir fürsətdir. Bu gün 75 yaşını qeyd edən respublikanın xalq artisti Rauf Babayev bu həyatı ləyaqətlə yaşamışdır və bu gün də şərəflə davam etdirir. Sevimli sənətkarımıza və onun rəhbərlik etdiyiQaya” ansamblına yeni-yeni yaradıcılıq uğurları və əsl qaya ömrü, qaya dözümü arzulayırıq.

 

 

 

Nazim MƏMMƏDOV,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, H.B. Zərdabi mükafatı laureatı

 

Mədəniyyət.- 2012.- 28 dekabr.- S. 11.