“Bərdə
möcüzəsi”
Söhbət bu mözücəni
yaradanlardan, onun məqsəd və
mahiyyətindən gedir
“Bərdə möcüzəsi”. İndi bu
sözləri tez-tez eşitmək olar. Özü
də yaşından, siyasi
mövqeyindən
asılı olmayaraq
müxtəlif peşə
və sənət
adamlarının dilindən. Görünür,
elə ona
görə də qəzetimizin baş redaktoru növbəti
görüşlərimizin
birində haqlı
iradını bildirdi:
– Bərdə mözücəsi haqqında çox
danışırlar. Məncə, maraqlı
mövzudur. Hər
halda, bu möcüzənin necə
yarandığını,
nədən ibarət olduğunu
açıb göstərən yazıya ehtiyac
var...
Nədən başlamalı? Əlbəttə, ədalət və
obyektivlik onu tələb edirdi ki, ilk öncə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə görüşək. Ən
azı ona görə ki,
bu möcüzənin müəllifi, yaradıcısı məhz
icra
başçısının
özüdür. Axı “Bərdə möcüzəsi” ifadəsi
onun rayona rəhbərlik etdiyi
dövrdə
yaranmış, işlənmiş
və formalaşmışdır.
Ancaq
təəssüf ki, nəticə gözlədiyimiz kimi
olmadı. Daha dəqiq desək,
geniş müsahibə, təhlil
və araşdırma gözlədiyim halda,
icra
başçısı məsələyə daha
çox başqa
prizmadan yanaşdı:
—
Başçı burada elə bir
mözücə yoxdur,
— dedi.
Sadəcə olaraq, biz
öz vəzifəmizi vicdan
və ləyaqətlə yerinə yetirməyə çalışırıq. Əgər qarşıya qoyulan
vəzifə
vaxtında və uğurla
yerinə yetirilirsə, genişmiqyaslı tikinti-abadlıq və quruculuq işləri aparılırsa, ötən illərlə müqayisədə iqtisadi və sosial
göstəricilər dəfələrlə
artırsa mən burada
qeyri-adi heç nə, sizin
dediyiniz kimi, mözücə görmürəm. Millətinə, dövlətinə, torpağına ürəkdən bağlı, müstəqil və
suveren Azərbaycanımıza
sədaqətlə qulluq edən, xalqımızın
böyük oğlu, ulu
öndər Heydər Əliyevin
ölməz ideya və əməllərinə sadiq
olan, ölkə
Prezidenti İlham Əliyevin müdrik
və uzaqgörən
daxili və xarici siyasət xəttini
müdafiə edən, onu
konkret əməli işdə doğrultmağa çalışan hər
bir rəhbər
işçi məhz belə
yaşamalı və
işləməlidir. Vəssalam!
İkinci bir tərəfdən, möcüzəni biz yox, ölkə Prezidenti İlham
Əliyev yaradır. Öz yorulmaz
və qətiyyətli fəaliyyəti, dünyanın ən
böyük siyasət və
dövlət xadimlərini belə heyran qoyan
dərin zəkası,
iti ağlı, dəmir məntiqi,
gələcəyə hesablanmış müdrik
siyasəti ilə. Əgər siz
möcüzə deyəndə son iki
il ərzində Bərdədə
aparılan tikinti-abadlıq və quruculuq
işlərini,
bütün sahələri əhatə edən inkişaf
və yüksəlişi nəzərdə tutursunuzsa, bunun
müəllifi ən əvvəl ölkə Prezidentidir. Biz, sadəcə olaraq, dövlət rəhbərinin verdiyi məsləhət,
göstəriş və tövsiyələri, iqtisadi
və sosial sahədə qarşıya qoyduğu
vəzifələri yerlərdə vicdan və ləyaqətlə yerinə yetirməyə çalışırıq.
Bəli,
icra başçısının
cavabı belə oldu. Əlbəttə,
Vidadi müəllim, əslində,
haqlı idi. Ona görə ki,
bu möcüzəni daha
çox biz görməli, hiss etməli və qiymətləndirməliyik. Axı,
bu, bizim gözlərimiz qarşısında baş verib.
Digər vacib
bir məqam da
var: son iki il ərzində,
daha doğrusu, “Bərdə
möcüzəsi” yaranandan bəri burada
dəyişən təkcə icra
hakimiyyətinin
başçısı
olub. Rayon da, adamlar da, necə
deyərlər, təbiət də
elə həminkidir.
Rayon İcra Hakimiyyəti
Başçısının Aparatında, elə
idarə, müəssisə və
təşkilatlarda da, demək olar ki, heç bir ciddi kadr dəyişikliyi olmamışdır. Deməli,
buradan o nəticə çıxır ki, möcüzəni həm də icra
başçısının
özündə,
xarakterində, adamlarla
işləmək, onları
öz ardınca apara bilmək qabiliyyətində,
onun iş üslub və metodlarında, təşkilat-idarəetmə
məsələlərində axtarmaq
lazımdır. İcra başçısının dedikləri isə yalnız
yuxarıdakılardan ibarət
oldu. Əlac qaldı, bölgə müxbiri
kimi gördüklərimizə,
müşahidə etdiklərimizə, ağsaqqalların, ziyalıların, gənclərin fikir
və düşüncələrinə.
Əvvəlcə, bu
mövzu ilə səsləşən bəzi
xarakterik fakt, rəqəm və göstəricilər barədə.
Hazırda
rayon üzrə ümumi
məhsul
buraxılışı 2011-ci
ilin müvafiq dövrünə
nisbətən 15,3 faiz,
kənd təsərrüfatı məhsulları 5,8
faiz, sənaye məhsulları 12,4 faiz
artmışdır. Əsas kapitala yönəldilən investisiyalar 2,1 dəfə, tikinti-quraşdırma işlərinin həcmi də 2,1 dəfə çoxalmışdır. Rayonun iqtisadi, sosial
və mədəni xəritəsinə əlillər və
şəhid ailələri
üçün 17 fərdi
yaşayış evi,
14 mənzilli kommunal bina, gündəlik gücü 15 ton
olan ətkəsmə müəssisəsi, sutkalıq gücü 30
ton olan çörək
zavodu, Təhlə kəndində məcburi
köçkünlər üçün 195
ailəlik qəsəbə,
Mərkəzi istirahət parkı,
Nüşabə parkı,
“Qəhrəmanlar”
parkı, Bayraq
meydanı, maliyyə idarəsinin, regional pasport qeydiyyat xidmətinin inzibati
binaları, 220 yerlik
2-ci Hacallı kənd tam orta, 220 yerlik Şahvəlilər kənd orta, 360 yerlik Soğanverdilər kənd
tam orta, 360 yerlik
Zümürxan kənd tam
orta məktəbləri, Vergilər Nazirliyinin terminalı, “Teksun”
şirkətinin mərkəzi ofisi,
7 kəndin giriş qapısı, 6 obyektin
istilik-qazanxana sistemi və s.
Rəsm qalereyası, Mərkəzi Xəstəxananın
2 korpusu, ildə 1600 ton quş əti istehsal edən Bərdə
broyler fabriki, 6 saylı şəhər uşaq
bağçası, Elektrik Şəbəkəsinin Statistika
İdarəsinin, Mərkəzi Poçtamtın,
Telekommunikasiya qovşağının inzibati binaları isə
əsaslı şəkildə
yenidən qurulmuş və
təmir edilmişdir.
Hazırda
sahəsi 12 hektar olan Heydər Əliyev parkında, 1 saylı uşaq
incəsənət məktəbində, tutumu 2 min ton olan soyuducu anbarda, 220 yerlik Mirzalıbəyli kənd tam orta, 180 yerlik
Qullar kənd əsas məktəbələrində,
Rayon Təhsil Şöbəsinin inzibati binasında, məcburi köçkünlər üçün 866 ailəlik yaşayış məhəlləsində,
2000 başlıq ətlik, 1000 başlıq südlük istiqamətli cins heyvandarlıq komplekslərində və başqa obyektlərdə tikinti
işləri sürətlə aparılır.
Üzümüzə
gələn 2013-cü ildə isə şəhər 7 saylı, Türkmən, Qazaxlar, 1 saylı Nazırlı kənd
məktəblərinin, Mədəniyyət
Sarayının, Gənclər Evinin, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli binanın və digər obyektlərin tikintisi nəzərdə tutulur.
2009 və 2010-cu illərdə cəmi 3
kənd qazlaşdırıldığı halda, son
2 ildə 16 kənd
qazlaşdırılmış, rayon
mərkəzinin qazlaşdırılması isə
başa çatdırılmışdır. Hazırda
21 kənd
qazlaşdırılır.
Rayon mərkəzində 25
kilometr yol yenidən
qurulmuş, yolkənarı divarlar müasir memarlıq
üslubunda tikilmiş,
üzlənmiş, mühəndis-kommunikasiya xətləri texniki
normaya gətirilmiş,
küçələr
asfaltlaşdırılmışdır.
Heydər Əliyev
prospekti, Yevlax şəhəri
və Ağdam rayonu istiqamətində yollar 2
kilometr
uzadılmış, səkilər və piyada yolları
tikilmiş, mühəndis-kommunikasiya xətləri çəkilmiş, yaşıllıq zolaqları salınmışdır.
Həzi Aslanov, Bakı, Koroğlu, C.Məmmədquluzadə küçələri yenidən qurulmuş, küçə və
meydanlara 26,2 kilometr gecə işıqlandırılması
verilmiş, 239 obyekt
yenidən qurulmuş, 19 bina əsaslı təmir edilmiş, 4 binanın ətrafı abadlaşdırılmış, 7
istirahət guşəsi yaradılmışdır. Şəhərin
müxtəlif yerlərində
ulu öndər Heydər Əliyevin
14 pannosu
ucaldılmış, 12500
kvadratmetr sahəyə tamet, 53991 kvadratmetr yola asfalt
döşənmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı
ilə 24 min nəfərdən çox
əhali yaşayan 14 kəndi birləşdirən Alpoud-Mustafaağalı — Qaratəpə
— Nazırlı avtomobil yolu
asfaltlaşdırılmışdır. Rayon ərazisində 2,3 milyondan
çox ağac və
güc əkilmişdir. Həyata
keçirilmiş kompleks tədbirlər nəticəsində son 2 il ərzində 5891 yeni iş yerləri açılmışdır ki, bunun
da 2168-i daimidir.
2012-ci ilin ötən ayları ərzində Bərdə
Rayon İcra Hakimiyyəti
başçısının yerlərdə 42 qəbul-görüşü keçirilmiş, bu görüş-qəbullarda 9676 nəfər iştirak etmiş,
439 nəfərin müraciətlərinə baxılmış, onların 334 nəfərin müraciətləri müsbət
həll edilmişdir. Hazırda keçən ilin müvafiq dövrünə nisbətən,
Rayon İcra Hakimiyyəti Başçısı Aparatına
daxil olan müraciətlərin sayı 39,4 faiz azalmışdır.
“Bərdə möcüzəsi” bax, belə
yaranmışdır, əziz
oxucular. İndi isə bərdəlilərin özlərini
dinləyək:
Oqtay Həşimov: – Biz bərdəlilər
həmişə öz
doğma
torpağımızla
haqlı olaraq fəxr
etmişik. Mən bu sözləri deyərkən Bərdənin şanlı qəhrəmanlıq
tarixini, müəyyən
bir dövrdə ölkə paytaxtı olmasını, yetişdirdiyi görkəmli dövlət, elm və ədəbiyyat xadimlərini nəzərdə tuturam. Ən yaxın tariximiz, ötən əsrin
70-80-ci illəri isə orta və yaşlı nəslin
yaxşı
yadındadır. Belə ki, bizim rayon
nəinki respublika səviyyəsində, habelə
keçmiş Sovetlər İttifaqında 100 min
ton həddini keçən ilk pambıqçılıq
rayonu idi. Kənd
təsərrüfatının
digər sahələri, o
cümlədən sənaye
və tikinti-quruculuq işləri də onun
kimi. Təkcə belə
bir faktı qeyd etmək
kifayətdir ki, kənd rayonları arasında ilk
doqquzmərtəbəli yaşayış binası
da məhz 70-ci
illərdə Bərdədə
inşa olunmuşdur.
Ancaq təəssüf ki, 80-ci
illərin axırılarında, 90-cı illərin əvvəllərində,
bütövlükdə, respublikanı bürüyən xaos və
anarxiya Bərdədən də
yan keçməmişdir. Sözün əsl mənasında,
durğunluq,
özbaşınalıq və mənəm-mənəmlik dövrü başlandı. Qanunsuz
silahlı dəstələr, küçə atışmaları adi hala
çevrilmişdi. Belə
vəziyyətdə, əlbəttə, hər hansı irəliləyişdən, qayda-qanundan danışmağa belə
dəyməzdi.
Yalnız ulu öndər Heydər Əliyev xalqın təkidli
tələbi ilə
ikinici dəfə siyasi
hakimiyyətə qayıtdıqdan sonra, hər yerdə olduğu
kimi, Bərdədə də həyat öz axarına
düşdü. İntizam
möhkəmləndirildi, qayda-qanun yaradıldı. Ancaq
elə buradaca təəssüf
hissi ilə etiraf etməliyik ki, son iki
ilə qədər Bərdə
respublikamızı
bürüyən, gündən-günə artan
inkişaf və yüksəlişlə ayaqlaşa
bilmirdi. Heç
uzağa getməyək. Ətraf
rayonlar gülüstana
seçilir, Bərdə
isə öz əvvəlki
görkəmini dəyişmirdi.
Bu isə biz yerli
sakinlərdə
haqlı
narazılıq, acı təəssüf hissi yaradırdı.
İndi
isə,
gördüyümüz
kimi, şəhərimiz də,
kəndlərimiz də sürətlə dəyişir, abadlaşır, müasirləşir. Sözün düzü, adam inana
bilmir ki, bütün bunlar
cəmi son iki ildə
görülüb başa
çatdırılmışdır. Başqa sözlə desək, indi Bərdə öz əvvəlki şöhrətini geri
qaytarmışdır Biz
bunlarla fəxr edir,
qürur duyur, bu
şəraiti, bu
möcüzəni yaradanlara
“çox sağ olun” deyirik.
Namiq Əhmədov: — O yerdə ki, tələbkarlıq, yüksək məsuliyyət hissi
qayğı, hörmət
və diqqət hissi ilə
birləşir orda uğur
da var,
qarşılıqlı inam və etimad da. Son iki ildə Bərdədə insan
amili, onun vacib sosial ehtiyaclarının vaxtında
yerinə yetirilməsi
daim diqqət mərkəzində
saxlanılmışdır. Bu
isə, heç
şübhəsiz, adamlara əlavə ruh və
həvəs verir, onları daha
yaxşı işləməyə sövq
edir.
Bəli, Bərdədə son iki il ərzində,
az qala, onilliklərə bərabər abadlıq
və quruculuq işləri aparılmış, bütün sahələrdə əsaslı inkişaf və
irəliləyiş əldə edilmişdir. Demək
istəyirəm ki, burada, əlbəttə, bir çox amillərin rolu
var. Ancaq insan amili, onlarla dil
tapmaq, adamların hörmət
və məhəbbətini qazanmaq,
qayğı və diqqət həlledici cəhətlərdəndir.
Ulu
öndər Heydər Əliyev
respublikaya rəhbərlik etdiyi
dövrdə 14 dəfə Bərdəyə səfər etmişdir. Olduqca fərəhlidir ki, həmin
gözəl ənənə bu gün də davam etməkdədir. Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyevin bu il
oktyabr ayının 7-də
Bərdəyə tarixi səfəri buna əyani misaldır. Onu da
deyək ki, bu, ölkə rəhbərinin Bərdəyə beşinci səfəri idi.
Respublika Prezidenti Bərdəyə səfəri çərçivəsində
əvvəlcə ulu öndər
Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə
gül dəstəsi
qoymuş, qəhrəmanlar parkının açılışında
iştirak etmiş, əsaslı şəkildə yenidən qurulmuş
mərkəzi istirahət parkı
ilə, Nizami parkında
yardılmış şəraitlə,
Bayraq Meydanı ilə tanış olmuşdur. Dövlət
başçısı çörək zavodunun açılışında iştirak etmiş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüş,
onlarla səmimi söhbət etmişdir. Həmin unudulmaz
görüş və
söhbətlər bu gün də
bərdəlilərin qəlbində və
yaddaşında əziz
bir xatirə kimi yaşamaqdadır.
Biz bu
yazı üzərində
işləyərkən
bir daha Bərdədə olduq, adamlarla görüşüb söhbət etdik,onların arzu və
düşüncələrini,
ürək sözlərini eşitdik. Sözün düzü, bizi
daha çox ölkə Prezidentinin səfərindən
sonra görülən işlər, bu səfərin insanlar
arasında doğurduğu
əhval-ruhiyyə, qarşıda duran
vəzifələr
maraqlandırırdı.
Böyük sevinc
və fərəh hissi ilə deməliyik ki, bu gün
Bərdədə həyatın axarı
daha geniş və
gurdur. Rayonda böyük ruh yüksəkliyi, sağlam
mənəvi-psixoloji
ab-hava, yüksək
müttəşəkillik və təşəbbüskarlıq mövcuddur. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Bərdəyə
növbəti səfərindən sonra
tikinti-quruculuq və
abadlıq işləri daha
da genişləndirilmiş, bütün qüvvə və səylər hərəkətə
gətirilmiş,
adamların sabaha olan inam
və ümidləri daha da
artmışdır.
Deməli,
“Bərdə möcüzəsi”
davam etməkdədir. Daha
geniş, daha sürətli, daha inamlı...
Ziyəddin, Sultanov
Xalq qəzeti.- 2012.- 30
dekabr.- S. 5.