Beyləqan: dövlət qayğısı, təşəbbüskarlıq

 

Arazın bol suyu ilə Mil düzünün münbit çöllərinin ülfəti tariximizin yüksəliş dövrlərində bu yerlərin ruzi-bərəkətini birə-beş artırıb. Orta əsrlərin Beyləqanı Təbrizlə Şirvan arasında böyük yaşayış məntəqəsi, sənətkarlıq, ticarət və mədəniyyət mərkəzi olub. Bu torpağın bol taxılı, pambığı, üzümü, baraması, sürüləri,naxırları, ilxıları zaman-zaman onu yaxın-uzaqlarda şöhrətləndirib.

Bu gün Beyləqan öz tarixinin yeni, möhtəşəm bir dövrünü yaşayır. Ölkəmizin dövlət müstəqilliyindən, hünərli insanlarının xoş güzəran yaratmaq əzmindən güc alan bu bölgədə hər şey yeniləşmədə, hər sahə yüksəlişdədir. Tarixlərdən keçib gələn həqiqət yenidən təsdiqlənir: su gələn arxa bir də gələr...

Günü-gündən böyüyən, abadlaşan, yeni libas geyinən Beyləqan şəhərinin mərkəzi küçəsi ilə addımlayıb bu diyarın adını tarixdə ucaltmış Mücirəddin Beyləqaninin abidəsi önündə dayanırıq. Sanki, müdrik şair də əsrlərin dərinliyindən baş qaldırıb doğma şəhərinin bugünkü tərəqqisinə baxır. Yağmaçı yadellilərin yer üzündən sildiyi Beyləqanın yenidən Mil düzündə gözəl bir şəhərə çevrildiyini görən orta əsr mütəfəkkiri, elə bil ki, gördüklərindən qürurlanır, bu ehtişamı yaradanlara "Əhsən!" deyir.

Şairlə xəyali həmrəyliyin davamı olaraq, mərkəzi parkdakı tarixi memoriala daxil oluruq. Tarixin ayrı-ayrı dövrlərində mövcud olmuş Azərbaycan dövlətlərini bir-bir nişan verən, bütövlükdə şanlı keçmişimizi göz önündə canlandıran bu orijinal daş ansamblla tanışlıq da sonda adamı Beyləqanın indiki intibahına qaytarır. Dünəndən bugünə baxanda insanların yarım əsrdə, xüsusən, son illərdə bu yerlərdə nələr yaratdığını daha aydın görüb-anlayırıq.

Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən regional inkişaf proqramının xoş məramı, əzəməti Beyləqanda da hər addımda diqqəti cəlb edir. Son illərdə rayona təcrübəli və təşəbbüskar insan, aqrar sahəni və regional inkişaf məsələlərini dərindən bilən İrşad Əliyevin rəhbərlik etməsi Beyləqanda sürətli və hərtərəfli yeniləşmə ilə əlamətdar olmuşdur. Bugünlər rayon illik hesabata hazırlaşır. Ötən ilin əksər göstəricisi ürəkaçandır. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı, jurnalistlər üçün həmişə maraqlı müsahib olan İrşad müəllim bu hesabatda əksini tapmış bəzi fakt və rəqəmləri oxucularımız üçün də açıqladı:

- Birinciikinci regional inkişaf proqramlarında Beyləqan rayonu üçün də həlli vacib olan bir sıra tədbirlər nəzərdə tutulmuşdur. Həmin tədbirlərin icrası istiqamətində görülən işlər sayəsində rayonun sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində köklü irəliləyişə nail olunmuşdur. 2011-ci ildə rayon iqtisadiyyatının dinamik inkişaf tempi qorunub saxlanılmışdır. Bu dövrdə məhsul istehsalının və əhaliyə göstərilən xidmətlərin ümumi həcmi 96,4 milyon manat təşkil etmişdir. Bu, 2010-cu ildəkinə nisbətən 28,6 milyon manatya 42,2 faiz, 2003-cü ildəkindən isə 2,6 dəfə çoxdur. İstehsal olunmuş məhsulların adambaşına düşən həcmi 1082 manatya 1369 ABŞ dolları təşkil edir. Bu isə ötən ildəkindən 311 manatya 42 faiz çoxdur. 4,2 milyon manatlıq və ya 85 faiz çox sənaye məhsulu istehsal edilmiş, xidmət göstərilmişdir. Bu, 2003-cü ildəkinə nisbətən 2,4 dəfə çoxdur. Sənaye məhsulunun 1,6 milyon manatı və ya 65 faizi özəl sektorun payına düşür.

Ötən il rayonda kənd təsərrüfatı məhsullarının istehsalı 32 faiz (14,5 milyon manat) artaraq 59,1 milyon manata çatmışdır. Bunun 30,4 milyon manatı heyvandarlıqdan, 28,7 milyon manatı isə bitkiçilikdən gələn gəlirdir. 11,3 milyon manat dəyərində tikinti-quraşdırma işləri görülmüşdür. Bu, əvvəlki ilin müvafiq dövründəkindən 3,8 dəfə çoxdur.

Ötən il əsas kapitala 13,3 milyon manat məbləğində (əvvəlki illə müqayisədə 3 dəfə çox) sərmayə qoyulmuşdur ki, bunun da 4,6 milyon manatı (35 faizi) istehsal təyinatlı obyektlərin tikintisinə yönəldilmişdir. 1995-ci illə müqayisədə istifadəyə verilmiş əsas fondlar 4,5 dəfə, əsas kapitala yönəldilmiş investisiya 44,3 dəfə, o cümlədən tikinti-quraşdırma işləri 56,5 dəfə artmışdır.

Rayonda fəaliyyət göstərən 400-ə yaxın ticarət və iaşə obyekti tərəfindən əhaliyə və istelakçılara 61,4 milyon manatlıq (ötən ildəkindən 9,7 milyon manatya 19 faiz çox) istehlak malları satılmışdır. Göstərilən pullu xidmətlərin həcmi 13,1 milyon manata (əvvəlki ildəkindən 2,8 milyon manatya 27 faiz çox) çatmışdır. Əhaliyə ötən ildəkindən 8 faiz çox olmaqla, 1 milyon 607 min manatlıq nəqliyyat, 410 min manatlıq rabitə xidməti göstərilmişdir. Bütövlükdə, adambaşına düşən xidmətlərin həcmi 18 faiz artaraq, 835 manat təşkil etmişdir.

Sosial-iqtisadi inkişafının yekunları nəticə etibarı ilə özünü güzəranın yaxşılaşdırılmasında büruzə vermişdir. Əhalinin pul gəlirləri 8,2 faiz artaraq 113,7 milyon manata çatmışdır. Adambaşına 1276 manat (əvvəlki ildəkindən 6 faiz çox) pul gəlirləri düşmüş, orta aylıq nominal əmək haqqı 21 manat artaraq 210 manata çatmışdır. Əhalinin banklara qoyduğu əmanətlərin miqdarı il ərzində 46,6 faiz artaraq 473,1 min manat təşkil etmişdir. Ümumi mənzil fondu 1 milyon 542 min kvadratmetrə çatmış, istifadəyə verilən əsas fondların dəyəri 1 milyon 178 min manat təşkil etmişdir.

Sosial sahədə görülmüş işlərdən söz açan başçı bildirdi ki, əhalinin dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə, enerji təchizatı şəbəkələrinin bərpası və yenidən qurulması üzrə dövlət proqramında nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq, Beyləqan şəhərinin ayrı-ayrı məhəllələrində, Bahar, Mirabad, Yuxarı Aran, Türklər, Bolsulu, Şərq və Mil qəsəbələrində, Bünyadlı, Birinciİkinci Şahsevən, Aşağı Çəmənli, Kəbirli, Əlinəzərli kəndlərində 27 müxtəlif güclü elektrik transformatorunda, yarımstansiyalardakı yağ açarlarında əsaslı və cari təmir işləri aparılmışdır. İstismara yararsız onlarla xətt dayağı, 100-dən çox izolyator, 1100 metrdən artıq elektrik naqilləri yenisi ilə əvəz olunmuşdur.

Regional inkişaf proqramı əsasında planlaşdırılmış tədbirlərə uyğun olaraq, rayonun 8 yaşayış məntəqəsinə qaz çəkilişinə başlanılmışdır. Bu məqsədlə indiyədək 61 min 757 metr daşıyıcı və paylayıcı yeraltı qaz xətləri çəkilmiş, 3 qaz tənzimləyici şkaf quraşdırılmışdır. Dünyamalılar kəndində 1137 ailənin təbii qaza olan tələbatı ödənilmişdir. Hazırda Əlinəzərli, Orta Əlinəzərli, Birinciİkinci Aşıqlı, Eyvazlılar, Tatalılar, Təzəkənd və Bolsulu yaşayış məntəqələrinin qazlaşdırılması üzrə tikinti-quraşdırma işləri sürətlə davam etdirilir.

Öyrəndik ki, hesabat dövründə rayonun kənd və qəsəbə yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması, əhalinin içməli suya olan tələbatının daha dolğun ödənilməsi məqsədilə Eyvazlılar, Aşıqalılar kəndlərində, Türklər və Şərq qəsəbələrində quraşdırılmış modul tipli yeni sutəmizləyici qurğular əhaliyə xidmətini davam etdirir. Bundan əlavə, içməli suya ciddi tələbat olan 12 yaşayış məntəqəsində yeni artezian quyularının qazılması və küçə xətlərinin çəkilməsi üzrə layihə-smeta sənədləri hazırlanmışdır. Eyvazlılar kəndi ərazisində isə bir subartezian quyusu istifadəyə verilmişdir.

Dövlət proqramına uyğun olaraq, son illər Xan qızı və Yuxarı Mil kanalları arasında yerləşən, habelə, Şərq, Türklər və Sarısu ərazilərini əhatə edən 6200 hektar sahədə kompleks meliorativ tədbirlərin icrasına başlanılmışdır. Əkin sahələrinin su təminatının yaxşılaşdırılması, süxur sularının səviyyəsinin aşağı salınması məqsədilə 12 yaşayış məntəqəsinin ərazisində 600 min kubmetrdən artıq və ya 87,8 kilometr kollektordren şəbəkəsi, 29 yaşayış məntəqəsinin ərazisində 920 min kubmetrya 332 kilometr suvarma kanalları və ya təsərrüfatdaxili arxlar lildən təmizlənmişdir. 3 kilometr uzunluqda kollektor-dren şəbəkəsi, 178 hidrotexniki qurğu əsaslı və ya cari təmir edilmişdir. Son illər rayonda suvarma suyu itkisinin və torpaqların şoranlaşma prosesinin qarşısının alınması məqsədilə mütərəqqi suvarma metodlarının tətbiqinə başlanılmışdır. Bu məqsədlə 40 hektarda əkilmiş bostan-tərəvəz sahələri çiləmə metodu ilə suvarılmışdır.

Rayon ərazisində yerli əhəmiyyətli avtomobil yollarının təmiri üzrə planlaşdırılmış tədbirlərə uyğun olaraq Yuxarı Qarabağ kanalı - Beyləqan - Daşburun avtomobil yolunun ayrı-ayrı hissələrində 8 kilometrdə 39750 kvadratmetr asfalt-beton qarışığı ilə yeni yol örtüyü tikilmişdir. Həmin yolun hər iki tərəfi boyunca 60 kilometr uzunluqda çiyinlər hamarlanaraq plana salınmışdır. Hacıqabul - Bəhrəmtəpə - Mincivan, Mingəçevir - Bəhrəmtəpə avtomobil yollarının rayon ərazisindən keçən hissələrində, Qaralılar kəndi yaxınlığında olan dairəvi hərəkət qovşağında, yerli əhəmiyyətli yollarda hamarlama, təmir-bərpa, abadlıq işləri aparılmış, bəzi ərazilərə yeni asfalt-beton örtük salınmışdır.

Bu dövr üçün planlaşdırılmış tədbirlərə uyğun olaraq Beyləqan şəhərinin 18 küçəsində, SMD-4 və SMD-42 qəsəbələrində təmir-tikinti işləri aparılmışdır. Magistral, M.Ə.Rəsulzadə, R.Abbasov, S.Qazıyeva küçələri və Kəbirli istiqamətində gedən magistral yolun kənarlarındakı səkilər yenidən qurulmuş, 42050 kvadratmetr asfalt-beton qarışığından örtük salınmışdır.

Rayonda genişmiqyaslı abadlıq işləri il boyu davam etdirilmişdir. Heydər Əliyev parkında 2500 kvadratmetrdən artıq səkilər yenidən qurularaq, üzərinə tamet daşlar döşənmiş və parkın barıları yenidən qurulmuşdur. M.Ə.Rəsulzadə küçəsində səkilərin kənarlarına 2200 metr beton bardürlər, suötürücü azbest borular döşənmişdir. 160 metr uzunluqda yeni səkilər salınmış, beton kanalın üzərindəki körpünün kənarlarına yaraşıqlı metal məhəccərlər quraşdırılmışdır. "Cərciz Peyğəmbər" ziyarətgahına gedən yolun magistral yolla kəsişməsində dairə yenidən qurularaq tamet daşlarla üzlənmişdir. Zərifə Əliyeva küçəsində 790 metr yeni səkilər tikilərək, üzərinə 948 kvadratmetr asfalt örtük döşənmişdir. Heydər Əliyev küçəsində barıların 230 kvadratmetr hissəsi müasir üslubda gülbax daşlarla üzlənmişdir. Mədəniyyət sarayının ətrafı yenidən qurularaq, əraziyə tamet üzlük döşənmiş, müasir işıqlandırma qurğuları quraşdırılmışdır.

Doğrudan da, son vaxtlar həyata keçirilən çoxsaylı layihələr, aparılan genişmiqyaslı yenidənquraşdırma, tikinti-abadlıq işləri rayonun mənzərəsini xeyli dəyişmişdir. Beyləqanın Şərq giriş kompleksi tikilmiş, yolboyu müasir işıqlandırma sistemləri quraşdırılmışdır. "Soyqırım" memorial abidə-kompleksinin ətrafı abadlaşdırılmış, yaşıllaşdırılmışdır. Bu dövrdə Heydər Əliyev Mərkəzinin ətrafında 2850 kvadratmetr sahəyə müasir tamet daşlardan örtük döşənmiş, 2700 kvadratmetr sahəyə çəmənlik salınmışdır.

360 şagird yerlik 3 mərtəbəli orta məktəb binası, Şəfəq qəsəbəsindəki gündəlik istehsal gücü 15 ton olan yağ-pendir zavodu, 6,5 min ton tutumu olan soyuducu anbar və "Ekologiya parkı" qısa müddətə tikilib istifadəyə verilən buraxılış obyektlərindəndir. 3 mərtəbəli ticarət-xidmət kompleksinin, çoxprofilli kənd təsərrüfatı sərgi kompleksinin, monumental pannonun tikintisi də tamamalanmışdır. Mərkəzi rayon xəstəxanasının, Telekommunikasiya qovşağının binaları əsaslı surətdə yenidən qurularaq təmir edilir. "Kral" şadlıq sarayının, xeyir-şər evinin, digər iri istehsal, emal, xidmət müəssisələrinin, onlarca yaşayış binalarının tikintisi davam etdirilir. Bu dövrdə Fövqəladə Hallar Nazirliyinin xətti ilə raoynda təbii fəlakət nəticəsində evləri qəzalı vəziyyətə düşmüş vətəndaşlar üçün ümumi sahəsi 4322,5 kvadratmetr olan 48 fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir.

Ötən dövrdə rayon mərkəzində ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş "VİVA-L" özəl tibb mərkəzi, sanatoriya tipli "Naftalan" müalicəxanası yaradılmışdır. Təzəkənd kənd xəstəxanalarında əsaslı, Əlinəzərli və Bünyadlı həkim məntəqələrində cari təmir işləri aparılmışdır.

Ötən il M.Mehdizadə adına Beyləqan şəhər 3 nömrəli orta məktəbi üçün yeni bina tikilib istifadəyə verilmişdir. Bünyadı və İkinci Şahsevən məktəblərində əsaslı, Bahar, Şərq, Əhmədli məktəblərində cari təmir işləri aparılmışdır. Bu dövrdə məktəblərə 59960 manatlıq inventar və avadanlıq verilmişdir.

Regional inkişaf proqramında nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində yeni açılmış istehsal, emal və xidmət müəssisələri hesabına son 8 il ərzində rayonda 35724 nəfərin məşğulluq problemi həllini tapmış, 6691 daimi yerləri yaradılmışdır. Ötən dövrdə 2010 nəfər yeni yerləri ilə təmin olunmuşdur.

2011-ci ildə də ekoloji tədbirlər davam etdirilmişdir. Beyləqanlılar payız aylarında rayon ərazisində, o cümlədən magistraldaxili yolların kənarında 142 mindən çox, iməciliklərdə isə 40 mindən artıq ağac əkmişlər. Bu dövrdə Heydər Əliyev Mərkəzinin, mərkəzi şəhər parkının, Mücirəddin Beyləqani xiyabanının ərazisində 4,5 min kvadratmerdən çox çəmənliklər salınmış, dekorativ kollar əkilmişdir.

Dövlət büdcəsinin vəsaiti hesabına 2007-2011-ci illərdə kənd təsərrüfatı istehsalçılarına xidmət etmək üçün Beyləqan Aqroservisinə 94 kənd təsərrüfatı texnikası, o cümlədən 19 traktor, 18 kombayn, 57 müxtəlif kənd təsərrüfatı alətləriqoşqu vasitələri, 6800 tondan çox mineral gübrələr və pestisidlər verilmişdir.

2007-2010-cu illərdə kənd təsərrüfatı istehsalçılarına əkin üçün lazım olan yanacaqmotor yağlarına görə 9 milyon 391 min manat, buğda əkinlərinin becərilməsi üçün 3 milyon 87 min manat, o cümlədən ötən il 12886 nəfər istehsalçıya becərilən 48417 hektar sahə üçün 1 milyon 746 min manat subsidiya verilmişdir. İstehsalçılara 50 faiz güzəştlə 5044 ton mineral gübrə satılmışdır. Yüksək reproduksiyalı toxum istehsalı və satışına görə onlara hər kiloqram üçün 30-40 faiz əlavə maliyyə yardımı edilmişdir.

Bütün bunların nəticəsidir ki, 2011-ci ildə əvvəlki ildəkindən 10,7 min ton çox olmaqla, 56,5 min ton taxıl istehsal edilmişdir. Bu, 1995-ci ildə istehsal edilmiş taxıl məhsulundan 2,2 dəfə çoxdur. Əvvəlki ildəkindən 89 ton, 1995-ci ildəkindən 23 dəfə çox olmaqla, 3048 ton kartof, əvvəlki ildəkindən 167 ton çox olmaqla, 11239 ton tərəvəz, 1995-ci ildəkindən 5,9 dəfə çox olmaqla 4819 ton bostan məhsulları istehsal edilmişdir. Ötən ildəkindən xeyli çox meyvə, üzüm, günəbaxan, dən üçün qarğıdalı əldə edilmişdir.

Hazırda rayonun təsərrüfatlarında 55262 baş - 1995-ci ildəkindən 2,1 dəfə çox mal, 289736 baş - 1997-ci ildəkindən 2,1 dəfə çox qoyun-keçi, 442875 baş quş var. Heyvandarlıq məhsullarının istehsalının mövcud sürətli artım tempi rayonda kənd təsərrüfatı müəssisələrinin genişləndirilməsinə ciddi zərurət yaradır. Bu cəhətdən hazırda rayonda gündəlik istehsal gücü 60 ton olan 12 süd emalı müəssisəsi fəaliyyət göstərir. Şəfəq qəsəbəsi ərazisində müasir texnologiyalara əsaslanan və istehsal gücü 15 ton olan yeni süd emalı zavodu tikilmişdir.

Rayonda 1 toxumçuluq, 2 damazlıq təsərrüfatı, 17 sudan istifadə edənlər birliyi, 1 aqrolizinq təşkilatı, 4 süni mayalanma məntəqəsi, 2 pambıqtəmizləmə zavodu, 1 taxıl qəbulu məntəqəsi, 14 süd qəbulu və ya emalı müəssisəsi heyvandarlıq və bitkiçiliklə məşğul olan fermerlərə xidmət göstərir.

Rayonda qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinin sayı 6081 nəfərə çatmışdır. Onlardan 560-ı hüquqi, 5521-i fiziki şəxslərdir. Bu dövrdə maliyyə mənbələri hesabına adamlarına 5 milyon 351 min manat (ötən ilin müvafiq dövründəkindən 28,3 faiz çox), o cümlədən Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 21 nəfər sahibkara 205 min manat güzəştli kreditlər verilmişdir. Nəticədə, məhsul istehsalı və xidmət sahələrində özəl sektorun xüsusi çəkisi artmış, sənayedə 90, tikintidə 40, nəqliyyatda 100 faiz təşkil etmişdir. Hazırda pullu xidmətlərin 90, pərakəndə əmtəə dövriyyəsinin və məişət xidmətinin 100, iaşənin 99 faizi özəl sektorun payına düşür.

Rayonda insana qayğı, güzəranın yaxşılaşması daim diqqət mərkəzindədir. Müharibə və əmək veteranlarının, əlillərin, şəhid ailələrinin, himayədən məhrum olmuş vətəndaşların sosial qayğıları hesabat dövründə də Beyləqan Rayon İcra Hakimiyyətinin nəzarətində olmuşdur. Bu dövrdə 159 Qarabağ əlili və şəhid ailəsinin 339 nəfər üzvünə, əlil, tənha və kimsəsiz vətəndaşlara müxtəlif növ sosial xidmətlər göstərilmişdir. 1783 nəfər sosial reabilitasiya xidmətindən istifadə etmiş, 985 aztəminatlı ailəyə ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur. Hazırda 1285 ailə, 5497 nəfər aztəminatlı ailə üzvü sosial yardımdan bəhrələnir. Hər ailəyə orta hesabla 100 manat, hər bir ailə üzvünə 24 manat məbləğində sosial yardım verilir.

Beyləqanlılar yeni ilin ilk ayını da uğurla yola salırlar. Bugünlər havaların soyuması, əlavə qayğıların ortaya çıxması ümumi fəaliyyət üçün əngəl törədə bilmir. Çünki qışa vaxtında, hərtərəfli hazırlıq görülmüşdür. İndi insanları yaxınlaşan yaz qayğıları, daha bir ilin uğurlarını təmin etməklə bağlı vəzifələr düşündürür. Bir məsələ yəqindir: son illərdə hərəkətə gətirilmiş nəhəng potensial, təşəbbüskar mühit və dəqiq icra intizamı beyləqanlıları bu il də irəli aparacaq.

 

 

Tahir AYDINOĞLU,

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2012.- 1 fevral.- S. 8.