Nəsimi rayonunda 2011-ci ilə
yekun vurulmuşdur
Nəsimi rayonunda 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunları
ilə bağlı yığıncaq keçirilmişdir. Tədbirdən əvvəl ümummilli
lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulmuşdur.
Rayonda sosial-iqtisadi sahədə əldə edilmiş nailliyyətləri əks
etdirən foto-stendə
baxış keçirilmiş
və film nümayiş
etdirilmişdir.
Yığıncağı Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı
Nəsib Məhəməliyev
açaraq məruzə
ilə çıxış
etmişdir. Natiq ötən il
möhtərəm dövlət
başçımız İlham
Əliyevin rəhbərliyi
altında ölkəmizdə
bütün sahələrdə
əldə edilmiş
uğurlardan danışmışdır.
Bildirilmişdir ki, 2011-ci ildə Nəsimi rayonunda sosial-iqtisadi sahədə bir sıra uğurlara
nail olunmuş, qarşıda
duran bütün vacib məsələlər
öz həllini tapmışdır. Keçən il rayonda ümumi
istehsal həcmi 2010-cu
illə müqayisədə
24,8 faiz artaraq 1 milyard 132 milyon 228,8 min manat təşkil etmişdir. Sənaye məhsulları istehsalı
4,1 dəfə, rabitə müəssisələri
tərəfindən görülmüş
iş və xidmətlərin həcmi
49,5 faiz artmışdır.
Əhaliyə göstərilən
pullu xidmətlər
12 faiz yüksələrək
681 milyon 783,4 min manat təşkil etmişdir.
Əvvəlki illərdə olduğu kimi, 2011-ci ildə də Nəsimi rayonunda genişmiqyaslı
abadlıq, yenidənqurma,
yaşıllaşdırma işləri
davam etdirilmişdir. İl ərzində
park və bağlarda
10 mindən çox ağac və gül kolları əkilmiş, böyük
yaşıllıq zolaqları
salınmış, rayon icra
hakimiyyəti tərəfindən
müəyyənləşdirilmiş 20 həyətdə yenidənqurma
və təmir-abadlıq
işləri aparılmışdır.
Keçən il "Zabitlər" parkında,
Bülbül prospektindəki
parkda yenidənqurma və abadlıq işləri başa çatdırılmış, Əjdərbəy
məscidinin əsaslı
təmirdən sonra açılışı olmuşdur.
2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev rayonda aparılan bir sıra təmir
və yenidənqurma işlərinin gedişi ilə tanış
olmuş və inşası başa çatmış obyektlərin
açılış mərasimlərində
iştirak etmişdir.
2011-ci ildə təhsil sahəsində də uğurlar əldə edilib. Ötən il rayonun ümumtəhsil məktəblərini bitirən şagirdlərdən 1121-i ali məktəblərə daxil olmuşdur. Onlardan 49-u 600-dən, o cümlədən 12-si 650-dən yuxarı bal toplamışdır. 3 nəfər Prezident təqaüdünə layiq görülmüşdür. 650-dən yuxarı bal toplayan abituriyentlərlə rayon icra hakimiyyətində görüş keçirilmiş və onlara qiymətli hədiyyələr verilmişdir.
2010-2011-ci tədris ilinin nəticələrinə görə, 8, 14, 42 və 151 saylı orta məktəblər "İlin ən yaxşı ümumtəhsil məktəbi" adına layiq görülmüş, 17 müəllim "İlin ən yaxşı müəllimi" nominasiyası üzrə qalib olmuş, 1 nəfər "Tərəqqi" medalına, 2 nəfər isə "Əməkdar müəllim" adına layiq görülmüşdür.
Keçən il "Nizami" kinoteatrı əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişlər.
Nəsib Məhəməliyev bildirmişdir ki, 2011-ci ili bütün sahələrdə böyük uğurlarla başa vurmuş Nəsimi rayonunda insanlar bu il də qarşıda duran vəzifələri, ölkəmizin tərəqqisinə yönəlmiş layihələri uğurla həyata keçirmək əzmindədirlər.
Nəsimi rayon prokuroru Aqşin Ziyadov, "BakıTikişEvi" ATSC-nin sədri Fidail Rəhimov fəaliyyətləri barədə məlumat vermişlər.
Tədbirdə Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin əməkdaşı Tağı Tağıyev çıxış etdilər.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olundu.
Ayaz HƏMİDOĞLU
Xalq qəzeti.- 2012.- 9 fevral.- S. 5.