"Şabran çox sürətlə inkişaf etmişdir"

 

Şabran Rayon İcra Hakimiyyətinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2012-ci ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı, ənənəvi olaraq, toplantı iştirakçılarının ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsinin ziyarəti ilə başladı. Sonra qonaqlar və toplantı iştirakçıları iclas salonunun foyesində nümayiş etdirilən Şabran rayonunun sənaye və kənd təsərrüfatı müəssisələrinin istehsal etdikləri məhsullarla tanış oldular.

Yığıncaqda geniş hesabat məruzəsi ilə çıxış edən Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov qeyd etdi ki, yola saldığımız 2011-ci il dünya ölkələrinin əksəriyyəti üçün qlobal maliyyə böhranının və borc öhdəliklərinin yaratdığı problemlər və çətinliklərlə xarakterizə olunsa da, ölkəmiz, tarixi müstəqilliyimizin bərpasının 20-ci ildönümünə təsadüf edən bu ili də yüksək nailiyyətlər və əlamətdar hadisələrlə yola saldı.Dövlətimizin başçısı İlham Əliyevin uzun illərə hesablanmış Azərbaycanın sosial-iqtisadi inkişaf və tərəqqi strategiyasının son 8 ildə qətiyyətlə həyata keçirilməsi nəticəsində 2011-ci ildə qarşıya qoyulan vəzifələr uğurla icra olunmuş, ölkə iqtisadiyyatının bütün sahələrində inkişaf dinamikası davam etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı dərin məzmunlu nitqində ötən dövrü ətraflı təhlil edərkən bu zaman çərçivəsində əldə olunmuş nəticələri uğurlu hesab etmiş, 2011-ci ildə ölkə iqtisadiyyatının inkişafını şərtləndirən mühüm amilləri çox müsbət qiymətləndirmişdir.

N.Novruzov bütün sahələr üzrə əldə olunan uğurlar haqqında geniş məlumat verərək göstərdi ki, ölkəmizdə son 8 ildə yeni açılan yerlərinin sayı bir milyonu ötmüş, işsizliyin həddi 5,4 faizə enmiş, əhalinin pul gəlirləri 19,6 faiz artmışdır. Təkcə ötən ildə 94 min yeni yeri açılmışdır ki, onun da 73 mini daimi yeridir.

Dövlət başçısının uğurla gerçəkləşdirdiyi sosialyönümlü iqtisadi siyasət və çevik islahatlar nəticəsində əldə olunan nailiyyətlər ölkə vətəndaşlarının hər birinin yaşayış səviyyəsinin daim yüksəldilməsini təmin edən fundamental əsasları formalaşdırmışdır. Dövlət siyasətinin əsas prioritetlərindən olan respublika əhalisinin sosial rifah halının durmadan yaxşılaşdırılması da əslində 2011-ci ilin mühüm əhəmiyyət kəsb edən göstəricilərindən biri olmuşdur.

Natiq daha sonra Şabranın sosial-iqtisadi həyatı barədə müfəssəl məlumat verərək qeyd etdi ki, yola saldığımız 2011-ci il rayon üçünbir çox cəhətdən yaddaqalan, əlamətdar il olmuşdur. İqtisadi, sosial, mədəni quruculuq işləri sahəsində nəzərəçarpacaq irəliləyiş əldə edilmiş, rayon mərkəzi, kəndlər xeyli abadlaşmış, sosial əhəmiyyətli bir çox vacib məsələlər öz həllini tapmışdır.

Yola saldığımız il şabranlılar üçün həm də möhtərəm Prezidentimiz İlham Əliyevin rayona tarixi səfərlərindən biri kimi də əlamətdar olmuşdur. Səfər zamanı dövlət başçısı son illərdə rayonda aparılan abadlıq, quruculuq işləri ilə yaxından tanış olmuş, Heydər Əliyev Mərkəzi, Şabran Tarix Diyarşünaslıq Muzeyi, Uşaq Yaradıcılıq Mərkəzi, Mədəniyyət Sarayı və 80 çarpayılıq rayon xəstəxanasının yeni binasının istifadəyə verilməsində iştirak etmişdir.

Prezident rayon ərazisində tikilən dövlət əhəmiyyətli layihə olan Vəlvələçay-Taxtakörpü kanalının istismara hazır olan 10,7 kilometrlik birinci hissəsinin açılışında iştirak etmiş, "Taxtakörpü" Su Anbarında aparılan tikinti işlərinin gedişi ilə yaxından maraqlanmışdır.

Prezidentin yeni xəstəxananın açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı dediyi, "Mən Şabran rayonuna dəfələrlə səfər etmişəm, buraya bir neçə dəfə gəlmişəm, vəziyyətlə tanış olmuşam. Deyə bilərəm ki, rayon çox sürətlə inkişaf etmişdir", sözləri hər birimiz üçün çox dəyərlidir və biz şabranlıları bundan sonra daha yaxşı işləməyə, rayonumuzun inkişaf etmiş qabaqcıl rayonlar səviyyəsinə çıxması üçün bütün səy və bacarıqlarımızı sərf etməyə səfərbər edir.

N. Noruzov 2011-ci ildə rayonda sosial-iqtisadi, abadlıq və quruculuq işlərinin yerinə yetirilməsində əldə edilmiş uğurları konkret faktlarla sadalayaraq bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2011-ci il tarixli sərəncamı ilə Şabran rayonunda abadlıq və quruculuq işlərinin sürətləndirilməsi məqsədilə 2 milyon manat, Dövlət Neft Fondundan 1milyon manat vəsait ayrılmışdır. Vəsaitin 1,9 milyon manatı ötən il ərzində ən vacib işlərin yerinə yetirilməsinə sərf edilmişdir. Heydər parkında tikinti və abadlıq işləri başa çatdırılmış, 30 mənzilli 5 mərtəbəli yaşayış binasının əsaslı təmiri yekunlaşmışdır.

60 mənzilli 5 mərtəbəli daha bir yaşayış binasında təmir-bərpa işləri başa çatmaq üzrədir. Görkəmli Azərbaycan şairi Xaqaninin heykəli ucaldılmış və qarşısında meydan tikilmiş, rayonun cənub tərəfindən milli ornamentlərlə cilalanmış giriş qapısı ucaldılmış, şəhərin mərkəzində "Bulaq" kompleksinin və qarşısındakı meydanın tikintisi yekunlaşmışdır.

Görülən işlərdə özəl bölmənin də xüsusi payı olduğunu və 4,96 milyon manatlıq tikinti işi apardıqlarını bildirən rayon icra hakimiyyətinin başçısı ötən il istifadəyə verilən obyektlər barədə də məlumat vermişdir:

- 80 çarpayılıq yeni xəstəxana, 80 şagird yerlik Vələsli ümumi orta məktəbi, Qarabağ əlilləri və şəhid ailələri üçün 16 mənzilli yaşayış evi tikilib istifadəyə verilmiş, 1 şəhid ailəsi, 15 Qarabağ müharibəsi əlili mənzillə təmin olunmuşdur. 2 nəfər Qarabağ müharibəsi əlili üçün fərdi yaşayış evi tikilmişdir. Şəhər 1 saylı uşaq bağçası, Aygünlü tam orta məktəbi əsaslı təmir olunub istifadəyə verilmiş, Pirəbədil tam orta, Çuxurazəmi ümumi orta məktəblərinin tikintisinə başlanmışdır. Hazırda xüsusi əhəmiyyət daşıyan böyük bir layihə, Şabran şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin qurulması işləri də sürətlə davam etdirilir.

Poeziya Evinin tikintisini də 2011-ci ildə görülmüş işlərin siyahısına daxil olduğunu bildirən natiq, ötən il əsası qoyulmuş "Məktəbli Dünyası"nın tikintisinin başa çatmaq ərəfəsində olduğunu, Yeni Azərbaycan Partiyası rayon təşkilatı üçün inzibati binanın tikintisinə isə noyabr ayında başlanacağını da diqqətə çatdırdı.

N.Novruzov bildirdi ki, 2011-ci ilin vəzifələrini müəyyənləşdirərkən rayonda görüləcək, iqtisadisosial sahələrin bütün sahələrini əhatə edən, 81 bənddən ibarət tədbirlər planı qəbul etmişdik. Nəzərdə tutulan həmin işlərin demək olar ki, əksəriyyəti yerinə yetirilmişaz bir qisminin hazırda icrası davam etməkdədir.

Rayonumuz ötən ili iqtisadiyyatın bütün sahələrində yaxşı göstəricilərlə başa vurmuşdur. İl ərzində istehsalın həcmi 263,2 milyon manata çatmış, sənaye məhsulları istehsalı 41 faiz artaraq 12,4 milyon manat, kənd təsərrüfatı məhsulları istehsalı 46 faiz artaraq 63,3 milyon manat olmuşdur. Adambaşına düşən məhsul istehsalı 13 faiz artaraq 4,9 min manat, bir nəfərə düşən pul gəlirləri 13 faiz artaraq 1,6 min manat olmuşdur.

Rayonun iri istehsal müəssisələri olan Dəvəçi Dəyirman MMC-də 26,7 min ton un, 8,7 min ton kəpək, "Dəvəçi Broyler" ASC-də 14,9 min ton quş əti istehsal edilmişdir. "Dəvəçi Broyler" ASC-də yeni müəssisə - "Dəvəçi broyler dərin emal" sexi tikilib istifadəyə verilmişdir. Yeni işə salınmış istehsal sahəsində 70 nəfər əlavə işlə təmin edilmişdir. Sexdə yeni ildə 4 min ton yarımfabrikat məhsulların istehsalı nəzərdə tutulmuşdur.

Hesabatda göstərildi ki, sahibkarlığın inkişafı ümumdaxili məhsul istehsalının artım dinamikasında da özünü göstərir. Belə ki, rayonda istehsal olunan sənaye məhsullarının 84,8 faizi, kənd təsərrüfatı məhsullarının isə 99,8 faizi özəl sektorun payına düşür.

Son 8 ildə isə rayonda sənaye məhsulu istehsalı 7 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 6 dəfə, tikinti-abadlıq işləri sahəsində görülən işlərin həcmi 435 dəfə, əhaliyə göstərilən nəqliyyat xidmətinin həcmi 15,7 dəfə, rabitə xidmətinin həcmi isə 2 dəfə artmışdır.

Məruzədə qeyd olundu ki, rayon iqtisadiyyatının aparıcı sahələrindən olan kənd təsərrüfatında hesabat dövründə məhsul istehsalı 46 faiz artmışdır. Ötən il 21,7 min ton taxıl, 8,4 min ton tərəvəz , 834 ton meyvə, 835 ton üzüm istehsal edilmişdir. Son 4 ildə rayonda meyvəçilik üzümçülüyün inkişafına maraq artmış 2011-ci ildə 212 hektar meyvə, 171 hektar yeni üzüm bağları salınmış, meyvə bağları 1439, üzüm bağları 365 hektara çatdırılmışdır.

Çox sevindirici haldır ki, möhtərəm Prezidentimizin tapşırığı ilə, Azərbaycanda böyük ənənələrə malik uzun zaman ölkəmizin iqtisadiyyatında xüsusi çəkisi olan üzümçülüyün inkişafı ilə bağlı Dövlət Proqramı hazırlanıb qəbul edilmişdir. Dövlət başçısı Nazirlər Kabinetinin iclasında demişdir: "Üzümçülüyün Azərbaycanda ənənələri vardır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1970-1980-ci illərin əvvəllərində böyük üzüm bağları salınmışdır. Azərbaycanda 2 milyon ton üzüm istehsal edilmişdir".

Yaxın keçmişdə Şabranda da 24 min ton üzüm istehsal edilirdi. Rayon ərazisində 3 üzüm emalı müəssisəsi var idi. Ölkəmizdə qəbul edilmiş Dövlət Proqramına uyğun olaraq üzümçülüyün inkişafı ilə bağlı ənənəni davam etdirmək, bu sahəni rayonumuzun iqtisadiyyatının ən gəlirli sahəsinə çevirmək üçün yaradılan şəraitdən bütün mövcud ehtiyatlardan səmərəli istifadə etməliyik.

Novruz Novruzov bir maraqlı faktı da yığıncaq iştirakçılarının diqqətinə çatdıraraq bildirdi ki, üzümçülük kənd adamı üçün ən etibarlı sərfəli yeridir. Mütəxəssislərin hesablamalarına görə 1 hektar üzüm bağının becərilməsi üçün ən azı 4 daimi işçi tələb olunur. Bunu nəzərə alsaq, təkcə yola saldığımız ildə yeni salınan 171 hektar üzüm bağının hesabına 680 daimi yeri yaranıb.

Əkinçilik sahəsində işlərin uğurla getdiyini diqqətə çatdıran natiq bildirdi ki, artıq 2012-ci ilin məhsulu üçün 12 min 755 hektar sahədə payızlıq taxıl əkilmişdir. Bu isə ötənilki səviyyədən 2805 hektar ya 128 faiz çoxdur. 21 min 908 ton taxıl istehsal edilmişdir.

Ötən ildə aqrar sektora dövlət dəstəyi tədbirləri, o cümlədən vergi azadolmaları, lizinq xidmətləri, güzəştli kreditlərin subsidiyaların verilməsi davam etdirilmiş müasir texnologiyalara əsaslanan heyvandarlıq quşçuluq müəssisələri yaranmışdır. Nəticədə ötən ildə sahibkarlar tərəfindən daha 200 min başlıq kiçik quşçuluq sexləri tikilib istifadəyə verilmişdir. 2011-ci ildə 16,5 min ton ət, 12,4 min ton süd, 12,4 milyon ədəd yumurta istehsal edilmişdir.

Ötən il ərzində rayonda ümumi məhsul istehsalının 63 milyon 200 min manatı və ya 24 faizi kənd təsərrüfatı sahəsindən olmuşdur. Bunun 11 milyon 550 min manatı bitkiçilik, 51 milyon 714 min manatı heyvandarlıq, o cümlədən 1 milyon 627 min manatı meyvəçilik və üzümçülük məhsulları olmuşdur.

Hesabat məruzəsində rayon əhalisinin elektrik enerjisi, qazsu ilə təchizatında, kanalizasiya sisteminin qurulmasından, bu sahədə mövcud problemlərdən və onların həlli yollarından da ətraflı məlumat verildi. Bildirildi ki, il ərzində elektrik enerjisinin dəyəri 94,5 faiz, qazın dəyəri 97,5 faiz ödənilmişdir.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 2011-ci ilin fevral ayında dövlət investisiya vəsaiti hesabına MeliorasiyaSu Təsərrüfatı Səhmdar Cəmiyyətinin sifarişi ilə Şabran şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin tikintisinə başlanmışdır. Şabran şəhərində Surra, Güləmli, Qarabağlı yaşayış sahələri və şəhərə yaxın Sincanboyad kəndini əhatə edən bu layihənin icrasının 2012-ci ilin I yarısında başa çatdırılması planlaşdırılmışdır.

Məruzədə həmçinin əhalinin qış dövrü üçün istilik təchizatı, səhiyyə, rabitə, nəqliyyat xidmətlərinin mövcud vəziyyəti, ekoloji mühitin yaxşılaşdırılması, xalqımızın mədəni tarixi irsinin qorunması, turizmin inkişafı üçün infrastrukturun yaradılması, təhsilə prioritet sahə kimi diqqətin artırılması və sair məsələlər də geniş əksini tapdı. Qeyd olundu ki, 2011-ci ildə sosial infrastrukturun - təhsil, mədəniyyət, səhiyyə müəssisələrinin tikintisi və təmirində, şəraitinin yaxşılaşdırılmasında müsbət irəliləyiş əldə edilmişdir.

2011-ci ilin rayon üçün səhiyyə ilihesab edilə biləcəyini söyləyən natiq bildirdi ki, sakinlər çoxdan arzusunda olduqları, 2008-ci ildən tikintisinə başlanmış 80 çarpayılıq yeni xəstəxana, qeyd etdiyimiz kimi ölkə başçısının iştirakı ilə cari ildə istifadəyə verildi. Xəstəxananın ərazisində Gigiyena Epidemiologiya Mərkəzi, yoluxucu xəstəliklər şöbəsi və ekspertiza şöbəsi üçünbinalar tikilib istifadəyə verilmişdir.

İcra hakimiyyətinin başçısı hesabatını yekunlaşdırarkən bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin son müşavirəsində qeyd etdiyi kimi, 2012-ci ildə ölkə boyu "bütün infrastruktur yenilənməlidir. Sosial infrastrukturun tikintisi - məktəblər, xəstəxanalar, olimpiya komplekslərinin inşası davam etdiriləcəkdir. Elektrik xətləri, qazlaşdırma, içməli su, kanalizasiya xətləri, yollar büsbütün yenilənməlidir". Bu bizim qarşımızda çox məsul vəzifələr qoyur. Ötən il qazandığımız nailiyyətlər bizi qətiyyən arxayınlaşdırmamalıdır. Görülən işlər, qazanılan uğurlar yalnız növbəti, daha böyük işlər üçün start meydanıdır. Amma, dövlət başçısının haqlı olaraq qeyd etdiyi kimi, "işlər keyfiyyətli və cədvəl üzrə aparılmalıdır". Biz bütün səylərimizlə buna çalışmalıyıq.

Məruzə ətrafında çıxışlarda Şabran Rayon İcra Hakimiyyətinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunları ilə bağlı hesabatı qənaətbəxş hesab edildi. Yığıncaqda Milli Məclisin üzvü Tahir SüleymanovPrezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə şöbəsinin məsul işçisi Arif Novruzov çıxış edərək görülən işlər və qarşıda duran vəzifələrlə bağlı fikirlərini bildirdlər.

Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yığıncaq iştirakçılarının ünvanladığı müraciətin mətni oxundu.

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2012.- 12 fevral.- S. 4.