Kürdəmir: ürəkaçan nəticələr sözlə işin vəhdətindən yaranır

 

2011-ci il Azərbaycanın bütün bölgələrində olduğu kimi, Kürdəmirdə də həyatın bütün sahələrində uğurlu işlərlə yadda qalmışdır. Rayonda yeni istehsal müəssisələri, yerləri açılmış, əhalinin maddi-rifah halı nəzərəçarpan dərəcədə yüksəlmişdir. Ötən il əhalinin içməli su, təbii qaz, elektrik enerjisi ilə təminatı daha da yaxşılaşmışdır ki, bu da öz növbəsində sakinlərin dərin razılığına səbəb olmuşdur.

Kürdəmirdə hamı bilir ki, rayonda son illər irəli sürülən bütün mühüm vəzifələr gərgin, səmərəli işin, məqsədyönlü fəaliyyətin nəticəsində reallığa çevrilir. Sevindirici haldır ki, əhalinin demək olar ki, bütün təbəqələri bu inkişaf, tərəqqi prosesinə fəal surətdə qatılmağa çalışır. Rayon rəhbərliyi əmindir ki, birgə səylər nəticəsində qarşıdakı illərdə daha böyük uğurlar əldə etmək mümkün olacaqdır. Ölkə Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının təsdiq edilməsi haqqında" 2009-cu il 14 aprel tarixli fərmanına əsasən Kürdəmir rayonunun sosial-iqtisadi inkişafı proqramında nəzərdə tutulmuş tədbirlər uğurla icra olunur. Bu barədə söz düşəndə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Fəxrəddin Məlikov inamla vurğuladı ki, Dövlət Proqramındakı vəzifələrin icrası ilə əlaqədar ötən il mövcud müəssisələrin istehsal fəaliyyətinin bərpa edilməsi, yeni istehsal müəssisələrin yaradılması, yerli resurslardan səmərəli istifadə edilməsi, yeni yerlərinin yaradılması və əhaliyə göstərilən kommunal xidmətlərin yaxşılaşdırılması istiqamətində konkret tədbirlər müəyyənləşdirilərək həyata keçirilmişdir.

Kürdəmir bu gün respublikamızın ən böyük kənd təsərrüfatı rayonlarından biridir. 2011-ci ildə burada aqrar istehsalın bütün sahələrinə, o cümlədən pambıqçılığın inkişafına diqqət daha da artırılmışdır. Builki pambıq əkini üçün sahələr seçilmiş, dondurma şumu çıxarılmış, hazırda arat işləri aparılır.

Taxıl istehsalının artırılması tədbirləri də daim diqqət mərkəzində saxlanılır. Ötən il qarğıdalı dəni də daxil olmaqla 55762 ton taxıl istehsal edilmişdir ki, bu da əvvəlki illə müqayisədə 4400 ton çox olmuşdur. Rayonun fermer təsərrüfatları istehsal olunan taxıldan 5000 ton yüksək reproduksiyalı toxum əldə etmişlər. 2012-ci ilin məhsulu üçün bu ilin payızında 38 min hektardan çox taxıl əkilmişdir ki, bu da əvvəlki ildə olduğundan 3500 hektar çoxdur. 2011-ci ildə 12910 ton kartof, 21,1 min ton tərəvəz , 47565 ton bostan, 132 ton günəbaxan məhsulları istehsal olunmuşdur ki, bu da əvvəlki ilin göstəricilərindən xeyli çoxdur.

2011-ci ildə aqrar sahənin maddi-texniki bazası daha da gücləndirilmişdir. "Aqrolizinq" ASC-nin aqrotexservis mərkəzi yaradılmış, Kürdəmir Aqrotexservis Mərkəzinin 6 ərazidə mexaniki dəstələri təşkil edilmişdir. Aqrotexservis mərkəzinə və onun mexaniki dəstələrinə 45 traktor, 27 kombayn, ot biçən, taxıl səpən, ümumilikdə 100-dən çox traktor, digər kənd təsərrüfatı maşınları və avadanlıqları alınmışdır. Aqrotexservis mərkəzi tərəfindən istehsalçılara 700 tonadək güzəştli qiymətlərlə mineral gübrələr satılmışdır. Bundan əlavə 5 özəl aqrotexservis mərkəzi yaradılmışdır və burada da 120-dən çox traktor, kombayn və digər kənd təsərrüfatı texnikalarından istifadə olunur.

Rayonda heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsi sahəsində də məqsədyönlü işlər görülür. Hazırda iri buynuzlu mal qaranın sayı 62.8 min başı, qoyun və keçilərin sayı 133.2 min başı ötmüş, heyvandarlıq məhsulları istehsalının dinamik artımına nail olunmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 34.8, süd istehsalı 26.6 faiz, yumurta istehsalı 1.9 dəfə artmışdır. Rayonda saatda 5 ton məhsul istehsal edən süd zavodunun tikintisi başa çatdırılmış, hazırda zavodda 4-5 adda süd məhsulları istehsal olunur.

Son illər Kürdəmirdə yol tikintisinə xüsusi qayğı göstərilir. Dövlət Proqramının icrası ilə əlaqədar 2011-ci ildə "Azəryolservis" ASC-nin vəsaiti hesabına Bakı-Ələt-Qazax avtomobil yolunun 2.5 kilometr hissəsində 18200 kvadratmetr və Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun 6.3 kilometr hissəsində 28750 kvadratmetr sahəyə asfalt döşənməklə ortacari təmir işləri aparılmışdır.

Dövlət Proqramına uyğun olaraq yeni elektrik yarımstansiyasının tikintisinin layihələndirilməsi, maliyyələşdirilməsi və tikintisi ilə əlaqədar müvafiq orqanlarla məsləhətləşmələr aparılır. Əhalinin elektrik enerjisinə olan tələbatını ödəmək məqsədi ilə 10 kv-luq elektrik hava xəttinin 5.35 kilometr hissəsində əsaslı, 28.5 kilometr hissəsində cari və 4 kv-luq elektrik hava xəttinin 5.1 kilometr hissəsində əsaslı, 39.4 kilometr hissəsində isə cari təmir işləri aparılmışdır. 35/10 kv-luq və 35/6 kv-luq Mollakənd yarımstansiyasında olan TM-3.2 MVA, TMH-4 MVA, TMH-6.3 MVA güc transformatorları cari təmir olunmuşdur. Kəndlərdə olan elektrik transformatorlarından 41 ədədi əsaslı, 73 ədədi cari təmir edilmişdir. 35/10 kv-luq Muradxan yarımstansiyasında 1 ədəd MVQ-10 tipli və 1 ədəd S-35 tipli yağ açarı əsaslı təmir edilmişdir. 1589 mənzildə elektrik sayğacı quraşdırılmışdır.

Əhalinin təbii qazla təminatının yaxşılaşdırılması məqsədilə Ağsu-Kürdəmir orta təzyiqli qaz kəməri 31 kilometr məsafədə diametri 315 millimetr olan polietilen boru ilə yenidən çəkilib istifadəyə verilmişdir. Sığırlı kəndində kənddaxili qaz kəmərinin 106 kilometri əsaslı təmir olunaraq, 1500 evin təbii qazla təchiz olunması üçün müxtəlif diametrli polietilen boru ilə qaz kəməri çəkilmişdir. Kənddə 1000 sayğac quraşdırılmış, 780 evin qaz xətləri təbii qazın verilməsi üçün hazır vəziyyətə gətirilmişdir.

Kürdəmir şəhərinin Heydər Əliyev prospektində abadlıq işlərinin aparılması ilə əlaqədar 1255 metr uzunluğunda diametri 219 millimetr olan yerüstü metal boru sökülərək, diametri 280-215 millimetr olan polietilen boru ilə yenidən çəkilib istifadəyə verilmişdir. 10 ədəd qaz tənzimləyici şkaf, 15 ədəd müxtəlif diametrli siyirtmə quraşdırılmışdır. 376 metr korroziyaya uğramış boru dəyişdirilmiş, 6200 metr boru həyətlərdən küçəyə çıxarılmış, 1987 ədəd köhnə qaz sayğacı dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. 287 mənzil qazlaşdırılmış, 267 ədəd yeni qaz sayğacı quraşdırılmışdır.

Dövlət Proqramına əsasən rabitə xidmətinin yaxşılaşdırılması məqsədilə şəhərin Bakı prospektində 400 nömrəlik DS-200 tipli yeni EATS istimara verilmişdir. Şəhərin mərkəzi ATS-i üzrə A.Şakir, QarabağAran qəsəbəsində hava rabitə xətləri texniki norma səviyyəsinə gətirilmiş, 7,8, 10 və 11 saylı paylayıcı şkaflar istiqamətində TPP-200 x 2 və TPP-300 x 2 tipli kabelin zədəli hissələri dəyişdirilmişdir. Mollakənd, Köhünlü, Qarabucaq, Muğanlı, Karrar, Ərşəli, Şahbəyli, Pirili, Cəyli, Sor-Sor, Şüşün, Türkədi, Muradxan kənd və Karrar qəsəbə EATS-da təmir-bərpa işləri aparılmışdır. Yenikənd kəndinə telefon çəkilişi məqsədilə 700 metr məsafədə hava rabitə xətti çəkilmişdir. Əhaliyə keyfiyyətli və sürətli internet xidməti göstərilməsi məqsədilə NGN tipli elektron stansiyasının üzərindən 261 abunəçi, Şıxımlı kənd EATS-də 48 portluq DSLAM avadanlığının üzərindən isə 32 abunəçi sürətli internet xidmətinə qoşulmuşdur.

İçməli su ilə təchizatı yaxşılaşdırmaq məqsədi ilə 2011-ci ildə I və II Külüllü-Kürdəmir mərkəzi su xəttində təmir işləri aparılmış, bir neçə yerdə su itkisinin qarşısı alınmışdır. Su anbarları təmir olunaraq hazır vəziyyətdə saxlanılır. Şəhərin su xətti olmayan küçələrinə və məcburi köçkünlərin məskunlaşdığı ərazilərə avtomaşınla su verilməsi təşkil edilmişdir. Bu qrafik üzrə davam etdirilir. Heydər Əliyev prospektinin 1-ci məhəlləsində 160 millimetrlik plastik boru ilə yeni su xətti çəkilmiş, 22 ailə içməli su ilə təmin olunmuşdur. Ağsu rayonunun Ərəbmehdibəyli kəndindən Kürdəmir rayonu istiqamətində yeni magistral su xətti üçün 9300 metr uzunluğunda xəndək qazılmışdır. 560 millimetrlik polietilen boru ilə 4500 metr, 500 millimetrlik polietilen boru ilə 2000 metr uzunluğunda su xətti çəkilmişdir. Ərəbmehdibəyli kəndində 7500 kubmetrlik su anbarı üçün bünövrə qazılmış, dəmir-beton işləri davam etdirilir.

Dövlət Proqramına uyğun olaraq Kürdəmir şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işinə başlanılmışdır. Şəhərin cənub məhəlləsində sukanalizasiya borularını döşəmək üçün 7000 metr uzunluğunda xəndək qazılmışdır. 3100 metr məsafə polietilen boru vasitəsi ilə işlənərək dəmir beton baxış quyuları ilə təmin edilmişdir. Rayon ərazisində çirkab su təmizləyici qurğunun bünövrə çalası qazılmış, dəmir-beton işləri görülmüşdür. Bundan, əlavə çirkab su təmizləyici qurğunun qum tutanı üçün bünövrə çalası qazılaraq hazırlanmış, hazırda dəmir-beton işləri davam etdirilir. Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə rayonun 10 kəndində (Şüşün, Sovla, Köhünlü, Carlı, Beyi, Mollakənd, Şıxımlı, Pirili, Muradxan və Yenikənd kəndlərində) modul tipli su təmizləyici qurğular tikilmiş, 137 bulaq inşa edilmişdir. "BP" şirkətinin maliyyə dəstəyi ilə daha 5 kənddə (Sığırlı, Karrar, Çöhranlı, Atakişili kəndlərində və Karrar qəsəbəsində) su təmizləyici qurğular tikilmiş, bütövlükdə bu qurğular vasitəsi ilə 16 min nəfərdən çox əhali içməli saf su ilə təmin edilmişdir. Bundan əlavə, 2011-ci ildə daha 14 kənddə modul tipli su təmizləyici qurğuların tikilməsi planlaşdırılmış, tikiləcək qurğulara kəndlərdə yerlər seçilmiş və torpaqayırma sənədləri hazırlanaraq Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilmişdir.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə bu məqsədlə 870 min manat vəsait ayrılmışdır. Cəyli, Mürtülü, Dəyirmanlı kəndlərində də bulaqlarsu təmizləyici qurğular tikilib istifadəyə verilmiş, Şahbəyli, Muğanlı, Ərşəli və Sor-Sor kəndlərində su təmizləyici qurğuların tikintisinə başlanılmışdır.

Rayonda torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması sahəsində tədbirlər həyata keçirilir. Belə ki, 5 min hektaradək ərazini su ilə təmin edəcək uzunluğu 18 kilometrlik Axtaçı-Ərəbqubalı kanalının 13 kilometri tikilmiş və hazırda tikinti davam etdirilir. 5-6 min hektar ərazini suvarma suyu ilə təmin edəcək 33 kilometrlik Çərtəyəz-Muradxan beton üzlüklü kanalın tikintisinə başlanmış, 22 kilometrlik torpaq işləri görülmüş, 5 kilometri çəkilmiş, o cümlədən Çərtəyəz kəndi ərazisində 2 kilometr hissəsi istifadəyə verilmiş, hazırda tikinti işləri davam etdirilir. Rayondakı R-16 beton kanalının 8 kilometrliyində, R-19 beton kanalının isə 5 kilometrlik hissəsində əsaslı yenidənqurma işləri aparılmışdır.

Daxili imkanlar hesabına 12 kilometr uzunluğunda yeni torpaq kanalı çəkilmiş, 360 kilometrdən çox kanallar lildən təmizlənmiş, 9 ədəd yeni nasos kompleksi, 21 ədəd yeni hidrotexniki qurğu qurulmuş, 62 kilometr beton kanalı, 22 kilometr latok kanalı, 180-dən çox hidrotexniki qurğu təmir olunmuşdur. Meliorasiya sahəsində 1,5 kilometr yeni kollektor çəkilmiş, 72 kilometr kollektor-dren şəbəkəsi lildən təmizlənmiş, 38 hidrotexniki qurğu, 10 ədəd nasos əsaslı təmir edilmiş, 1 ədəd yeni nasos qurulmuşdur. 4.5 min hektar sahənin şor sularını kənarlaşdıran Beyi nasos stansiyası təmirdən sonra istifadəyə verilmişdir. Bələdiyyələrin vəsaiti hesabına əhalinin əkin sahələrinə 38.6 kilometr su arxları çəkilmiş, qrunt sularının ərazilərdən çıxarılması üçün 46 kilometr kanal qazılmışdır. Kür çayının rayon ərazisindən keçən 63 kilometrlik hissəsində bəndatma işləri görülmüşdür.

Kürdəmirdə tibb xidmətinin yaxşılaşdırılması üçün də ardıcıl və ciddi tədbirlər görülür. Səhiyyə Nazirliyinin vəsaiti hesabına mərkəzi rayon xəstəxanasının binalarında müasir tələblər səviyyəsində rekonstruksiya və əsaslı təmir işləri hazırda davam etdirilir. Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə qəza vəziyyətinə düşmüş Xəlsə kənd həkim məntəqəsinin 6 otaqdan ibarət binasının tikintisi, Köhünlü kənd həkim məntəqəsində əsaslı təmir işləri başa çatdırılmışdır. Mərkəzi rayon xəstəxanasının 20 çarpayılıq doğum şöbəsində, 75 çarpayılıq rayonlararası psixiatriya xəstəxanasında, 13 həkim və 3 tibb məntəqəsində cari təmir işləri aparılmışdır. Payız-qış mövsümü ilə əlaqədar olaraq bütün tibb məntəqələrində hazırlıq işləri görülmüş, dam örtükləri, pəncərə və qapılar, kanalizasiya, elektrik xətləri təmir edilərək hazır vəziyyətə gətirilmişdir.

Kənd klublarında, kənd kitabxanalarında və mədəni-maarif müəssisələrində cari təmir işləri görülmüş, binalar əhənglə ağardılmışdır. Rayonda kitabxana-informasiya şəbəkəsinin təkmilləşdirilməsi üçün monitorinqlər aparılmışdır. Maddi-texniki bazası zəif olan 7 kitabxana filialı digər kitabxana filialları ilə birləşdirilmişdir. Bina vəziyyəti qeyri-qənaətbəxş olan 7 kitabxana filialının ləğv edilməsi yolu ilə sərbəstləşən ştatlar əsasında Kürdəmir Mərkəzi Kitabxanalar Sistemində yeni kitabxana informasiya proseslərinin avtomatlaşdırılması şöbəsi yaradılmışdır.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə 640 şagird yerlik şəhər 3 saylı orta məktəbin tikintisi başa çatdırılmış, bina istifadəyə verilmişdir. Yaponiya səfirliyinin maliyyə vəsaiti hesabına 200 şagird yerlik Bala Kəngərli kənd orta məktəbinin tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir. Dövlət vəsaiti hesabına 220 şagird yerlik Sor-Sor, 180 şagird yerlik Qarasaqqal, 220 şagird yerlik Xırdapay kənd tam orta məktəblərinin tikintisi hazırda davam etdirilir.

Yerli büdcə vəsaiti hesabına Ərəbqubalı və Məhərrəmli kənd orta məktəbləri əsaslı təmir olunmuşdur. Rayonun Uşaq Texniki Yaradıcılıq Mərkəzində təmir işləri aparılmışdır. 1 və 3 saylı körpələr evi-uşaq bağçasının rekonstruksiyası və əsaslı təmirinə başlanılmış, hazırda işlər davam etdirilir.

Kürdəmir Rayon İcra Hakimiyyətində həmçinin məlumat verdilər ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş işlərdən əlavə xeyli yenidənqurma, tikinti və abadlıq işləri aparılmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 9 saylı Ərazi Vergilər İdarəsinin Kürdəmir kompyuter terminalının tikintisi başa çatdırılmış, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Kürdəmir Regional Enerji Nəzarət İdarəsinin binası istifadəyə verilmişdir.

Dövlət Neft Şirkətinin maliyyə dəstəyi ilə şəhərin Heydər Əliyev prospektində 5244 kvadratmetr, "Heydər" parkında 1256 kvadratmetr ölçüdə mozaik tavalarla üzlənmə işi aparılmış, Heydər Əliyev prospektində, Babək küçəsində 5248 metr beton səki daşları dəyişdirilmiş, avtomobil körpüsünün yeni müasir metal məhəccəri quraşdırılmış, Heydər Əliyev prospektində, Babək küçəsində hasarların 2200 kvadratmetr hissəsi vinil saydinqlə üzlənmiş, vağzalətrafı meydan abadlaşdırılmış, 14 ədəd sahibkar obyekti yenidən qurulmuş, "Heydər" parkında və "Qələbə" parkında müasir fəvvarə quraşdırılmış, küçələrin işıqlanma sistemi müasir üslubda yenidən qurulmuşdur.

Dövlət Proqramına uyğun olaraq əhalinin daimi yeri ilə təmin olunması rayon icra hakimiyyətinin daim diqqət mərkəzində olmuş, bu sahədə xeyli görülmüşdür. Bu məqsədlə rayonda sahibkarlığın inkişafına diqqət daha da artırılmış, əhalinin pay torpaqlarından istifadəsinin səmərəliliyi yüksəldilmişdir. Bütün bunlar əhalinin işlə təmin olunmasına, həyat səviyyəsinin yaxşılaşdırılmasına, yoxsulluğun azaldılmasına şərait yaratmışdır. Fakt budur ki, rayonun sosial-iqtisadi inkişafı proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində 2011-ci ildə 631 nəfər işlə təmin olunmuşdur ki, bundan 526 nəfəri daimi 105 nəfəri isə müvəqqəti və mövsümü işlə təmin olunanlardır.

Bəli, Kürdəmirdə ötən il bütün sahələrdə nəzərəçarpan uğurlar əldə olunmuşdur. Kürdəmirlilər əmindirlər ki, hazırda rayon rəhbərliyi tərəfindən əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsi istiqamətində aparılan ardıcıl tədbirlər ötən il olduğu kimi bu ilrayonda iqtisadiyyatın daha sürətli inkişafına, əhalinin məşğulluğunun artırılmasına, yeni yerlərinin açılmasına imkan verəcək. Bunun nəticəsidir ki, kürdəmirlilər haqlı olaraq gələcəyə böyük inam və ümidlər bəsləyirlər. Burada qəlbən inanırlar ki, nəzərdə tutalan bütün vəzifələr əvvəlki illərdə olduğu kimi yenə də uğurla icra olunacaq.

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2012.- 12 fevral.- S. 6.