Azərbaycanda mədəni irsin qorunması diqqət mərkəzindədir

 

Mədəni irsimizin mühafizəsi, qorunması, inkişaf etdirilməsi, dövlət tarix və mədəniyyət qoruqlarında işin təşkili sahəsində davamlı tədbirlər həyata keçirilir. Bu tədbirlərin nəticəsidir ki, mədəni irsimizin qiymətli nümunələri YUNESKO-nun bəşəriyyətin qorunan irs siyahısına daxil edilmişdir. Onlar arasında muğam, aşıq və xalça sənətimiz, Novruz bayramı, Qobustan Tarixi Qoruğus vardır. Ötən il bu istiqamətdə işlər davam etdirilmişdir. Belə ki, Naxçıvanda mövcud olan Yusif Küseyir oğlu, Möminə Xatın, Gülüstan türbələrinin və Qarabağlar Tarix Memarlıq Kompleksinin YUNESKO-nun Mədəni İrs Siyahısına daxil edilməsinə dair müvafiq sənədlər işlənib hazırlanmışdır.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, "2012-2015-ci illərdə daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası və qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı üzrə Dövlət Proqramı"nın layihəsi hazırlanmış, müvafiq idarə və təşkilatların təklifləri nəzərə alınaraq ona əlavə və dəyişikliklər edilmiş və Nazirlər Kabinetinə təqdim olunmuşdur. Bundan başqa, Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində Azərturizm mərkəzi və etnoqrafik model-kənd yaradılması məqsədilə "2012 - 2016-cı illərdə Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunun inkişafı üzrə Dövlət Proqramı"nın layihəsi hazırlanmış və razılaşdırılmaq üçün müvafiq qurum və təşkilatlara göndərilmişdir. Ötən il, eyni zamanda Şəki rayonunun mədəniyyət sahəsində inkişafı, tarix və mədəniyyət abidələrinin qorunması və saxlanılması, eyni zamanda turizm infrastrukturunun inkişafı məqsədilə tədbirlər planı hazırlanmış və ölkə rəhbərliyinə təqdim edilmişdir. Bununla yanaşı, "Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2011-ci il tarixli sərəncamı ilə bağlı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təqdim olunan Şəki şəhərinin baş planına əlavə və dəyişikliklər edilmiş, tədbirlər planının layihəsi yenidən işlənilmiş və Şəki Şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və AMEA-ya göndərilmişdir.

Ötən il nazirliyin həyata keçirdiyi tədbirlərdən biriQuba rayonu Xınalıq Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu ilə bağlı olmuşdur.Belə ki nazirliyin xüsusi əmri ilə qoruğun özünəməxsusluğunun saxlanılması üçün onun ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi ilə bağlı təxirəsalınmaz tədbirlər keçirilmişdir. Hazırda qoruqda yerləşən abidə-evlərin dam örtükləri tamamilə dəyişdirilir.

Şəmkir rayonu qədim Şəmkir şəhərinin ərazisində "Şəmkir Dövlət Tarix-Mədəniyyət Qoruğu"nunGöygöl rayonu Göygöl şəhərinin tarixi hissəsində "Göygöl şəhəri" Dövlət Tarix-Memarlıq Qoruğunun yaradılması haqqında sərəncam layihəsi hazırlanmış və müvafiq qurumlarla razılaşdırılaraq yenidən işlənilmiş və Nazirlər Kabinetinə təqdim olunmuşdur.

"Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun "Yanar dağ" abidəsi ilə birlikdə və Şəki şəhərinin tarixi hissəsinin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi istiqamətində müvafiq işlər görülmüşdür.

"Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq, Xınalıq dövlət tarix-memarlıq və etnoqrafiya qoruqları, o cümlədən Bakı şəhəri, Xəzər rayonu Dübəndi neft terminalı dəmir yolu stansiyasının yaxınlığında yeni aşkar olunmuş qədim insan məskənində və Qala-Türkan-Hövsan ərazisində yerləşən ilk tunc dövrünə aid kurqanlar çölü və yaşayış məskəni ərazilərində arxeoloji qazıntı və elmi-tədqiqat işlərinin aparılmasına başlanılmışdır. Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində elmi-tədqiqat işlərinin aparılması üçün Azərbaycan MEA-ya müraciət edilmişdir.

"Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizəsinin təmin olunması və maddi-texniki təminatı barədə" Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2009-cu il tarixli sərəncamının icrası ilə bağlı qoruq ərazisinin abadlaşdırılmasına başlanılmışdır. Ərazinin ümumi görünüşünə xələl gətirən tikililər sökülmüşdür.

Ölkə tarixində ilk dəfə olaraq "Atəşgah" Sığorta Şirkəti əmtəə nişanı kimi adını daşıdığı "Atəşgah məbədi"ni öz vəsaiti hesabına 3 milyon dollar məbləğində sığortalamışdır. Bu məqsədlə ötən il noyabr ayının 23-də "Hyaat Regency" mehmanxanasında sığorta polisinin təqdimat mərasimi keçirilmişdir.

Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisində Heydər Əliyev Fondu tərəfindən abadlıq işləri aparılmış, Ş. Həbibullayevin şəxsi kolleksiyasının misgərlik nümunələri üçün muzey binası tikilmiş və fəaliyyətə başlamışdır.

2011-ci ildə "Atəşgah məbədi" dövlət tarix-memarlıq, "Yuxarı Baş" dövlət tarix-memarlıq, "Keşikçidağ" dövlət tarix-mədəniyyət, Kiş tarix-memarlıq qoruqlarında tərtibat işləri aparılmışdır.

"Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılmış, asfalt döşəmə çəkilmiş, ərazi qismən hasara alınmış, sanitariya qovşağı tikilmişdir. Qoruğun ərazisində yerləşən daşınmaz əmlakın qiymətləndirilməsi üzrə işlər başa çatdırılmışdır.

Bundan başqa, ötən il Ağsu rayonundakı "Xaraba şəhər" yaşayış yeri abidəsinin qoruq elan edilməsi haqqında sənədlər hazırlanmış və Nazirlər Kabinetinə göndərilmişdir.

"Pir Hüseyn Xanəgahı" qoruğunun yeni inzibati otaqları tikilib təhvil verilmişdir.

Eyni zamanda, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağları massivi ərazisində yerləşən və yeni aşkar olunmuş tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən qorunan Hacı Manaf məscidinin mühafizə zonasının təyin edilməsi ilə əlaqədar tədbirlər həyata keçirilmişdir.

Laçın rayonu ərazisində aşkar edilmiştarixi əhəmiyyət kəsb edən dəfinənin YUNESKO xətti ilə Azərbaycan Respublikasına qaytarılması məqsədi ilə Xarici İşlər Nazirliyinə müraciət edilmişdir.

Ermənistan tərəfinin Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində yerləşən qədim qəbirstanlığın dağıdılması barədə YUNESKO-ya müraciəti ilə əlaqədar göstərilən faktların həqiqətə uyğun olmadığını təsdiq edən arayış hazırlanmış vəYUNESKO-ya təqdim olunmuşdur.

Avropa Şurasının Demokratik İdarəçilik, Mədəniyyət və Müxtəliflik üzrə Müdiriyyəti və Avropa İttifaqının birgə dəstəyi ilə həyata keçirilən "Tarixi şəhərlərdə mədəni irsin bərpası" layihəsinin ilkin mərhələsi tamamlanmışdır. Layihənin icrası məqsədilə cari ilin iyunsentyabr ayları ərzində Zaqatala rayonunda seminar-treninqlər keçirilmişdir. Tədbirlərdə Avropa Şurasından dəvət edilmiş ekspertlər və Azərbaycanın 10 tarixi şəhərini təmsil edən nümayəndələr iştirak etmişdir. Birinci seminarın məqsədi layihədə təmsil olunan şəhərlər üçün İlkin Texniki Fayl adlanan xəritə və şəhərə aid statistik məlumatlardan ibarət faylın hazırlanması olmuşdur. İkinci seminarın məqsədi isə şəhər mühitində xidmətlərin və infrastrukturun vəziyyətinin təhlilindən ibarət olmuşdur.

Ötən il Azərbaycan Respublikasının ərazisində yerləşən və respublika Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə mühafizə olunan gürcü, rus, erməni, albanalman məbəd və kilsələrin siyahısı hazırlanmışdır.

Gürcüstan-Azərbaycan dövlət sərhədində yerləşən Sınıq körpünün (Qırmızı körpü) bərpası ilə bağlı müvafiq bərpa və konservasiya layihələrinin hazırlanması məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm NazirliyiGürcüstan Respublikasının Mədəni İrsin Qorunması üzrə Milli Agentliyinin mütəxəssislərindən ibarət müştərək qrup yaradılmışdır.

Taxtakörpü kanalının tikintisi zamanı dünya əhəmiyyətli "Gilgilçay müdafiə səddi"nin və "Şəhərgah yaşayış yeri"nin "Azərkörpü" MMC tərəfindən dağılması ilə bağlı işçi qrupu yaradılmış və yerində lazımi araşdırmalar aparmışdır. Aparılmış işlər nəticəsində Azərbaycan Respublikasının MeliorasiyaSu təsərrüfatı Acıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına adıçəkilən abidələrin dağıdılmış hissələrinin konservasiyası ilə bağlı layihə sənədlərinin hazırlanması və istehsalat işlərinin nazirliyin əməkdaşlarının nəzarəti altında aparılması barədə razılıq əldə olunmuşdur.

Respublikamızın ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin, həmçinin qoruqların istiqamətlərini və məsafələrini göstərən yol nişanlarının (bilbordların) hazırlanması və quraşdırılması məqsədilə müsabiqənin keçirilməsi ilə bağlı sənədlər və müvafiq maketlər hazırlanmış, onların qoyulacağı yerlər müəyyən olunmuşdur.

2012-ci ildə mədəni irsin qorunması və gələcək nəslə çatdırılması üçün nazirlik ciddi layihələr həyata keçirir.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2012.- 10 fevral.- S. 7.