Yasamal rayonu inkişafın yeni mərhələsində

 

Azərbaycanda aparılan abadlıq və yenidənqurma işləri artıq bütün regionlarda özünü biruzə verir. Dövlət başçımızın tapşırıq və tövsiyələri, habelə qəbul olunmuş dövlət proqramları əsasında aparılan bu işlər paytaxtımızın simasını tamamilə dəyişmişdir. Bakının Yasamal rayonunda da geniş vüsət almış abadlıq və yenidənqurma işləri yüksək qiymətə layiqdir. Rayonun sakinləri, ziyalıları və ağsaqqalları deyirlər ki, son illər rayonun ayrı - ayrı yaşayış məntəqələrində və məhəllələrində yaradılmış səliqə-sahman, istirahət mərkəzləri, nümunəvi həyətlər sakinlərin ürəyincə olmuşdur.

 

Rayon icra hakimiyyətinin rəhbərliyi tərəfindən səyyar qəbulların keçirilməsi, sakinlərin diqqətlə dinlənilməsi və qarşılaşdıqları problemlərin qısa müddətdə aradan qaldırılmasında köməklik göstərilməsi, onların sabaha olan inamlarını daha da artırıb. Dövlət müstəqilliyimizin bərpa olunmasının 20-ci ildönümünü qeyd etdiyimiz 2011-ci il bütövlükdə ölkəmiz üçün bütün sahələrdə çox böyük uğurlar ili olmuşdur. Dünya iqtisadiyyatındakı qeyri-müəyyənliyə baxmayaraq, keçən il ölkədə, makroiqtisadi dinamika müşahidə edilmişdir. İqtisadiyyatın qeyri-neft sektorunda 10 faizdən çox artım qeydə alınmışdır. Dövlətin maliyyə mövqeyi güclənmiş, əhalinin pul gəlirləri 20 faiz artmışdır. Büdcə vəsaiti hesabına dövlətə məxsus əsas sosial vəzifələrin sabit maliyyələşdirilməsi təmin edilmişdir. Əmək haqları, müavinət, pensiya və digər xidmətlər üzrə bütün öhdəliklər yerinə yetirilmişdir. 2011-ci ildə ölkəmizdə 100 minə yaxın yeni yeri açılmışdır. Bununla da 2003-cü ildən indiyədək açılan yeni yerlərinin sayı artıq bir milyonu ötmüşdür. Yoxsulluğun səviyyəsinin 8 faizdən aşağı olması, işsizliyin isə 5,5 faizə enməsi sosial sahədə problemlərin aradan qaldırılmasının bariz göstəricisidir.Ölkədə inflyasiyanın səviyyəsinin təxminən 8 faiz olması da əhalinin pul gəlirlərinin artımında mühüm rol oynamışdır. Hazırda ölkəmizin valyuta ehtiyatları 40 milyard dollar səviyyəsinə çatmışdır. Ötən il ölkə iqtisadiyyatına 20 milyard dollar həcmində investisiya qoyulmuşdur. 2011-ci ildə maaşlar, pensiyalar artırılmışdır. 900 minə yaxın insanın pensiyası təxminən 40 faiz artmışdır. Dövlətdən ünvanlı sosial yardım alan ailələrin sayı 120 minə çatıb. Ötən il ölkəmizin beynəlxalq aləmdə daha yaxından tanınmasında mühüm rol oynayan iki hadisə xüsusi qeyd edilməlidir. Birincisi, müstəqil ölkəmizin mədəniyyət sahəsində bütün Avropa ölkələrini üstələyərək "Eurovision" mahnı yarışmasında birinci yer tutmasıdır. İkincisi isə, Azərbaycanın 155 ölkənin dəstəyini almaqla BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsidir. Hər iki hadisə ölkəmizin çox böyük nailiyyətidir.

Ölkəmizin sosial-iqtisadi uğurlarının qazanılmasında şübhəsiz ki, Yasamal rayonunun da payı vardır. 2011-ci ildə rayonda sənaye məhsulunun ümumi həcmi 231 milyon 986 manat, nəqliyyat sektorunda xidmətlərin həcmi 1 milyard 625 milyon 908 min manat olmuşdur ki, bu da 2010-cu ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 141 və 92,3 faiz təşkil etmişdir. Rabitə xidmətlərinin həcmi 144 milyon 880 min manat, əsas kapitala yönəldilən investisiyalar 802 milyon 913 min manat, ümumi investisiyadan tikinti-quraşdırma işləri 440 milyon 644 min manat olmuşdur.

Pərakəndə əmtəə dövriyyəsi 763 milyon 827 min manat, əhaliyə göstərilən pullu xidmətlər 521 milyon 427 min manat təşkil etmişdir ki, bu da əvvəlki illə müqayisədə 133,5 faiz və 111,9 faiz olmuşdur. Orta aylıq əmək haqqı 12,8 faiz artaraq 456,8 manat olmuşdur. Yeni yerlərinin açılması dövlət başçımızın daim diqqət mərkəzində saxladığı prioritet məsələlərdən biri olub. Bu problemin aradan qaldırılmasında Yasamal rayonunda da mühüm əhəmiyyətli tədbirlər həyata keçirilib. Bunun nəticəsidir ki, 2011-ci ildə rayonda 3444 yeni yeri açılmışdır ki, onlardan 515-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 223-ü mövcud müəssisələrdə, 2696-sı isə fiziki şəxslərdən ibarət olmuşdur. Son bir ildə rayonun 4 böyük yaşayış məhəlləsində-Yeni Yasamal-I ev 5 və 6-nın, 7 və 8-in, Talıblı 3/8 və Xiyabani 6 və 8-in həyətlərində nümunəvi məhəllələr yaradılmışdır. Burada yaşayan sakinlərin rahatlığı üçün bütün imkanlardan istifadə olunmuşdur. Ümumilikdə yaşayış məhəllələrinə və məhəllə daxili yollara 82000, magistral yollara isə 232000 kvadratmetr asfalt örtüyü vurulmuşdur. Xüsusi Dövlət Mühafizə Xidmətinin Müalicə-Diaqnostika Mərkəzinin ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş binası və 5 ulduzlu "Kempenski Badamdar" otel kompleksi ötən ilin ortalarında istifadəyə verilmişdir. Hər iki obyektin açılışında möhtərəm Prezidentimiz İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişlər.

Ötən il metronun "Nizami" stansiyasının ətrafında da abadlaşdırma işləri aparılmış, meydanda Zivər Əhmədbəyovun heykəli ucaldılmışdır. Bundan başqa, İnşaatçılar prospektində Azərbaycan Dövlət Pedaqoji Kollecin qarşısındakı ərazi tamamilə yenidən qurularaq ən müasir səviyyədə istirahət güşəsi yaradılmış, dahi bəstəkar Motsardın abidəsi qoyulmuşdur. Kollecin binası və ətrafda yerləşən binaların fasad hissələrində təmir-bərpa işləri aparılmışdır. Prospekt boyunca səkilərə üzlük daşı döşənmişdir. Abidənin açılış mərasimində möhtərəm Prezidentimiz İlham Əliyev və həmin vaxt Avstriyanın ölkəmizdə səfərdə olan Prezidenti iştirak etmişlər.

Rayonun ərazisində 36 binanın fasadında yenidənqurma və bərpa işlərinin görülməsinə başlanılmış və 24 binada işlər artıq başa çatdırılmışdır.

Rayon sakinlərinin keyfiyyətli və ucuz kənd təssərrüftı məhsulları ilə təmin olunması üçün hər həftənin şənbə-bazar günləri satış yarmarkaları təşkil olunmuşdur. Hər həftə yarmarkaya 60-70 ton müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları çıxarılır. Həmin məhsulların qiyməti bazar qiymətindən 25-30 faiz aşağı olur ki, bu da əhali tərəfindən razılıqla qarşılanır.

Ötən il ərzində rayonun texniki-xidmət sahələrinin işi daim rayon icra hakimiyyətinin nəzarətində olmuşdur. Bunun nəticəsidir ki, təhsil, səhiyyə, mədəniyyət müəssisələri və digər sosial obyektlər fasiləsiz olaraq elektrik enerjisi, qaz, su və digər xidmətlərlə tam təmin olunmuşdur.

Yaşayış binalarının istiliklə təmin olunması da həlli vacib məsələlərdəndir. Bu, rayon sakinlərinin demək olar ki, ən yaralı yerlərindən biridir. Bu məqsədlə istilik xətlərində müvafiq təmir işlərinin aparılması nəticəsində 269 yaşayış binasından 209-u istiliklə təchiz edilmişdir. Ümumilikdə isə rayonun mərkəzi istilik şəbəkəsinə qoşulmuş 401 yaşayış binasının 308-i, eləcə də digər mənbələrdən istilik alınması nəzərdə tutulan 130 yaşayış binasının 83-ü istiliklə təmin edilmişdir. Bu uğurların əldə edilməsində Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının (2011-2013-cü illər) qarşıya qoyduğu vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi böyük rol oynamışdır. Hazırda həm təbii qaz, həm də elektrik enerjisi üzrə təchizatda rayonun problemi yoxdur.

Bütün bunlarla yanaşı, istilik sistemində həll edilməmiş problemlər də var. Rayon MKTB-nin balansında olan 60-dan çox yaşayış binası hazırda istiliklə təmin olunmur. Maliyyə vəsaiti ayrılmadığından bu binaların aşağı paylayıcı xətlərində təmir işləri aparılmamışdır. Digər bir səbəb isə ayrı-ayrı vətəndaşlar tərəfindən mənzillərdə dik dayaqların və bina daxili istilik sisteminin kəsilib çıxarılmasıdır. Mənzillərin istilik almamasının səbəblərindən biri də, mənzil və kommunal sahə rəhbərlərinin bu məsələyə laqeyd münasibətidir. Keçən mövsümdə İnşaatçılar prospekti 33 ünvanda 80 ailənin istilik almamasına səbəb magistral yolda 24 metr sahənin qazılaraq istilik xəttinin kəsilməsi idi. Bu məsələ 2 ildən artıq idi ki, öz həllini tapmırdı. Nəhayət ötən il bu məsələ həll edilmiş və 141 saylı qazanxanadan binaya yeni xətt çəkilmiş, hazırda bina istiliklə təchiz olunur.

Əhalinin içməli suya olan tələbatının ödənilməsi də daim diqqət mərkəzində olan məsələlərdəndir. Bu poblemin ardan qaldırılması ilə əlaqədar rayon ərazisində Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi üçün "Azərsu" ASC tərəfindən 5220 metr müxtəlif diametrli su kəməri çəkilmiş, rayon su-kanal sahəsinin qüvvəsi ilə isə 3500 metr müxtəlif diametrli polad boru, 1550 metr plastmas boru çəkilmiş və 65 ədəd siyirtmə dəyişdirilmişdir.

Həmişə olduğu kimi, ötən ilrayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin vəziyyəti rayon icra hakimiyyətinin daim diqqət mərkəzində olmuş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sahələrə göstərdikləri qayğı sayəsində ölkənin bütün bölgələrində olduğu kimi, Yasamal rayonunun məktəblərinin, məktəbəqədər uşaq və səhiyyə müəssisələrinin maddi texniki bazalarının möhkəmləndirilməsi istiqamətində çoxsaylı işlər görülmüşdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi 4 may 2011-ci il tarixli "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən 11 orta məktəbin, 21 məktəbəqədər uşaq müəssisəsinin əsaslı təmiri, əlavə tədris korpuslarının, yeni məktəbəqədər uşaq müəssisələrinin tikintisi nəzərdə tutulmuşdur. 2011-ci ildə bu proqrama əsasən rayonun 150, 225 saylı məktəbləri, Heydər Əliyev Fondu tərəfindən isə 13 №li məktəb yüksək səviyyədə əsaslı təmir olunaraq pedaqoji kollektivin və şagirdlərin istifadəsinə verilmişdir. Məktəblərdə aparılan əsaslı təmir və yenidənqurma işləri ilə yaxından tanış olmaq üçün Prezident İlham Əliyev hər iki məktəbdə olmuş, təmir işlərinin yüksək keyfiyyətlə görülməsi üçün tövsiyələrini vermişdir. Dövlət Proqramına əsasən rayonun 10, 12, 27, 36, 94, 201, 318, 326 saylı uşaq bağçalarında da əsaslı təmir işləri vaxtında başa çatdırılmışdır.

Yeni tədris ilinə hazırlıqla əlaqədar 13, 53, 167, 175 saylı məktəblərin əlavə tədris korpuslarında və 52, 161, 176, 286 saylı məktəblərdə cari təmir işləri görülmüşdür. 18 saylı məktəbdə aparılan yenidənqurma və əsaslı təmir işləri hazırda davam etdirilir.

2010-2011-ci tədris ilinin yekunlarına əsasən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan rayonun 21 məktəbi üzrə tələbə adını qazananlar 44,7 faiz təşkil etmişdir. 600-dən çox bal toplayanların sayı isə keçən tədris ilinə nisbətən 3 nəfər artaraq 37 nəfərə çatmışdır. Akademik Zərifə Əliyeva adına məktəbin, AvropaFizika, riyaziyyat, informatika təmayüllü liseylərin, İncəsənət Gimnaziyasının ali məktəblərə sənəd verən 418 məzunundan 372 nəfəri 89 faizi tələbə adını qazanmışdır.

Ötən il rayonun səhiyyə müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və müasir tələblərə cavab verən tibbi avadanlıqlarla təchiz olunması istiqamətində xeyli işlər görülmüşdür.Xüsusilə qeyd etmək istərdim ki, Respublika uşaq klinik xəstəxanasının, Uşaq nevroloji xəstəxanasının, Respublika Diaqnostika Mərkəzinin, Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun, Topçubaşov adına Respublika Elmi Cərrahiyyə Mərkəzinin əsaslı təmiri, yenidən qurulması və ən müasir tibbi avadanlıqlarla təchiz olunaraq istifadəyə verilməsi bunun bariz nümunəsidir. Bütün bu sadaladığım tibb ocaqlarının açılış mərasimlərində şəxsən möhtərəm Prezidentimiz İlham Əliyev və ölkəmizin birinci xanımı Mehriban Əliyeva iştirak etmişlər.

2011-ci ildə rayon əhalisinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsinin diqqət mərkəzində saxlanılmışdır. Bu məqsədlə "Ünvanlı Dövlət Sosial Yardımı" Dövlət Proqramı çərçivəsində 3764 ailəyə sosial yardım verilmişdir. Sosial xidmətdə olan 362 tənha və kimsəsizin problemlərinin həlli, sosial-məişət şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində olmuşdur.

Əhalinin 65 faizini uşaq və gənclər təşkil edən rayonda "Dövlət Gənclər Siyasəti haqqında" qanundan və "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"ndan irəli gələn vəzifələri yerinə yetirmək istiqamətində əsaslı işlər görülmüşdür. Gənc nəslin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin öyrənməsi, Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, milli mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması, gənclərin hərbi vətənpərvərlik işinin gücləndirilməsi, onların hərbi xidmətə hazırlanması və digər istiqamətlərdə bir sıra tədbirlər həyata keçirilmişdir.

Ötən il Heydər Əliyev muzeyi olduqca səmərəli fəaliyyət göstərmiş, çoxsaylı tədbirlər, konfranslar, açıq dərslər, dəyirmi masalar keçirilmişdir. Muzeydə dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümü münasibətilə "Müstəqilliyimiz milli sərvətimizdir", "Ölməz, əbədi müstəqilliyimiz", "Müstəqilliyimizi qoruyub saxlamaq hər birimizin borcudur" mövzusunda dəyirmi masalar keçirilmişdir. Ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi və təbliğ olunması məqsədilə, habelə anım günü ilə əlaqədar "Dahi şəxsiyyət, müdrik insan, əbədi lider" başlığı altında ekskursiya və mühazirələr təşkil olunmuşdur. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə "Heydər Əliyev və Azərbaycan diasporu" adlı konfrans keçirilmişbu mövzuda filmə baxış təşkil olunmuşdur. Sevindirici haldır ki, Heydər Əliyev muzeyi Mədəniyyət Nazirliyi tərəfindən respublikanın muzeyləri arasında keçirilən müsabiqədə "Heydər Əliyev və Azərbaycan mədəniyyəti" nominasiyasında 1-ci yeri tutmuş, muzeyin əməkdaşı Arifə Müzəffərova isə ən fəal muzey işçisi nominasiyasının qalibi olmuşdur. Cari ilin yanvar ayının sonunda isə Mədəniyyət Nazirliyi rayonun Heydər Əliyev muzeyinin çoxşaxəli fəaliyyətini nəzərə alaraq muzeyə Heydər Əliyev Mərkəzi statusu vermişdir. 2011-ci il ərzində rayonda yaradılmış təşviqat qrupları tərəfindən hər həftənin 5-ci günləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulları, iştirak etdiyi tədbirlər, səfərləri haqqında məlumatlar, məruzə və nitqlərində ölkənin ictimai-siyasi həyatında baş verən hadisələr barədə söylənilmiş fikirlərin operativ qaydada əhaliyə çatdırılması məqsədilə rayonun idarə, müəssisə və təşkilatlarında görüşlər keçirilmişdir.

Rayon icra hakimiyyətinin ötən ilki fəaliyyətinin əsas istiqamətlərindən biri də vətəndaşların müraciətlərinə baxılması, onların qəbulunun təşkili olub. 2011-ci ildə rayon icra hakimiyyəti başçısının aparatına vətəndaşlardan 3225 müraciət daxil olmuşdur. Bunlardan 798-i müsbət, 276-sı qismən həll olunmuş, 1070 müraciətə isə müvafiq izahat verilmiş, 80 müraciət müvafiq qurumlara, 119-u isə aidiyyatı üzrə göndərilmişdir. 69 müraciət icradadır, 28-nin icrası nəzərdə tutulmuş, 705 müraciət isə əsassız hesab edilmişdir. Hesabat ilində vətəndaşlar tərəfindən olunan müraciətlər əsasən mənzil, sosial müdafiə, fərdi ev tikintisi, təmirə icazə verilməsi, aparılmış tikintinin sənədləşdirilməsi, maddi yardım verilməsi, enerjiistilik təchizatı və sairə ilə bağlı olmuşdur.

Ötən il ərzində rayonun ayrı-ayrı məhəllələrində 15 səyyar qəbul keçirilmişdir. Həmin qəbullarda ümumilikdə 2900 nəfər sakin iştirak etmiş, ayrı-ayrı vətəndaşlar tərəfindən 134 müraciət olunmuşdur. Vətəndaşları narahat edən 149 sosial-məişət və digər məsələlər öz həllini tapmışdır. İcra hakimiyyəti basçısının aparatında vətəndaşların fərdi qəbulu təsdiq edilmiş cədvələ müvafiq aparılmışdır. Ötən il 2915 vətəndaş qəbul olunmuş, onların müraciətləri diqqətlə dinlənilmiş və naraharçılıq yaradan səbəblər aradan qaldırılmışdır.

Yasamal rayonu qədəm qoyduğu yeni inkişaf mərhələsində daha da abadlaşacaq. Dövlət başçımızın tövsiyə və tapşırıqlarına müvafiq olaraq ölkəmizin iqtisadi qüdrətinin artırılması istiqamətində bütün imkanlardan səmərəli istifadə olunacaq və sürətli inkişaf tempi qorunub saxlanılacaq.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2012.- 15 fevral.- S. 4.