Qaradağlı:
Qarabağın sinəsinə çəkilmiş qara dağ Qaradağlı
faciəsindən 20 il keçir
Qəddar yağının
Qarabağın sinəsinə çəkdiyi bu qara dağ
ötən iki onilin hər ayında, həftəsində,
günündə qəlbimizi yandırıb-yaxmış, bu
amansızlığa qarşı nifrətimizi
alovlandırmışdır. Ötən hər
il həm də düşmənə kimliyini göstərmək və Qarabağ davasını qələbə ilə
sonuclamaq uğrunda
mübarizəmizə bir az
da barışmazlıq, daha
artıq qeyrət, yeni-yeni imkan,
qat-qat üstün
güc-qüvvət gətirmişdir.
Bu savaşın ən gərəkli yönlərindən biri lənətə gəlmiş ermənilərin (onlar tutduqları haqsız yola və törətdikləri faciələrə görə, həqiqətən, lənətə düçar olmuşlar) yalan və hiylələrini ifşa etmək, bu ağlını itirmiş xalqın işğalçılıq siyasətinin qanlı nəticələrini dünyaya göstərməkdir. Azərbaycanın mərkəzi əyaləti Qarabağda muxtar qurumu olmaqla kifayətlənməyib, onu Qərbi Azərbaycan torpaqlarında yaradılmış Ermənistan dövlətinə birləşdirmək yolunda ağlasığmaz yalan və vəhşiliklərə əl atan erməni faşizmi artıq yaratdığı qan dəryasında boğulmaqda, çıxılmazlıq girdabında batmaqdadır.
Qarabağın axar-baxarlı, əsrlərdən bəri məskunlaşmış Qaradağlı adlı obasının yerli, dinc sakinlərini min bir əziyyətlə pərən-pərən salan, yerdə qalan bir qrup övladını isə hədsiz işgəncələrlə qətlə yetirən erməni quldurlarının törətdikləri digər fəlakətlər kimi, bu qırğın da onların öz alınlarına vurduqları lənət damğasıdır. İllər keçdikcə, bu faciə də insanlığa qarşı törədilmiş cinayətlər sırasında daha aydınlığı ilə görünür, uydurma erməni "əzabkeşliyi"nin arxasındakı müdhiş həqiqətlərə işıq salır.
Haqsevər insanlar hər dəfə Kərkicahan, Meşəli, Cəmilli, Malıbəyli, Xocalı... (bu sıranı tamamlamağa əsəb davam gətirmir) Qaradağlı faciələri barədə nəyisə eşidib-görəndə, istər-istəməz soruşurlar: axı nəydi bu insanların günahı? Bu sualın bircə cavabı var: onlar yalnız azərbaycanlı olduqlarına və öz evlərində yaşadıqlarına görə kütləvi qətlə yetirilmişlər. Bunun isə beynəlxalq hüquqi təfsirdə bir adı var: soyqırım.
Qaradağlı son bir əsrdə erməni namərdliyinin ağrı-acılarını dəfələrlə dadmalı olmuşdu. Hamımız kimi, onlar da keçənə güzəşt deyib düşmənə aman vermişdilər. Təbiət bütün gözəlliklərini bəxş etdiyi kimi, tarix də bir çox sınaqlarını bu kənddən əsirgəməmişdi. XX əsrdə Qaradağlı kəndi beş dəfə - 1905, 1907, 1915, 1918-ci illərdə dağılmışdır. Bu illərdə verilən zülmlər sovetlər dövründə müvəqqəti unudulsa da, bu faciə və ağrıların izləri yaddaşlardan silinməmişdi.
Sovet dövründə də dinc dayanmayan ermənilər, milli münaqişəni qızışdırmaq üçün qanlı terror törətməkdən belə çəkinmirdilər. 1967-ci ildə milli münaqişə yaratmaq üçün üç nəfər Qaradağlı sakininə böhtan ataraq həbs etdirən ermənilər, onların məhkəmədə bəraət almalarına məhəl qoymamışdılar. Xankəndində qızmış kütlə günün günorta çağı, sovet əsgərlərinin gözü qarşısında soydaşlarımızın başlarını vəhşicəsinə kəsərək, üzərlərinə benzin tökərək yandırmışdı.Bu azərbaycanlılara qarşı hazırlanan və həyata keçirilən qanlı təxribatlardan yalnız biri idi.
1988-ci il 12 fevral günü ermənilər iyrənc niyyələrini açıq şəkildə bəyan etdikdən sonra, məlum Qarabağ hadisələri başlandı. İlk günlərdən Dağlıq Qarabağda yaşayan azərbaycanlılar yer qalmadı ki, haqq səslərini çatdırmasınlar. Lakin bunlar heç bir nəticə vermədi. Münaqişə isə getdikcə genişlənib, qanlı xarakter aldı. Respublikanın o vaxtkı rəhbərləri isə yalnız hakimiyyət kreslolarını qorumağa çalışırdılar. Onların bu səriştəsizliyi, maymaqlığı və məsuliyyətsizliyi ermənilərin daha da azğınlaşmasına gətirib çıxardı. Qarabağda soydaşlarımızın yaşadığı kəndlər, şəhərlər bir-bir yandırıldı, talan edildi.
Bu rayonlardan biri də Xocavənd oldu. 1991-ci il 26 noyabrında Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv ediləndə, Martuni və Hadrut rayonlarının bazası
əsasında Xocavənd
rayonu yaradıldı.
Ümumi
sahəsi 1458 kvadratmetr,
əhalisi 41300 nəfər
olan Xocavənd rayonu 1992-ci ilin 2 oktyabrında Ermənistan silahlı birləşmələri
tərəfindən işğal
olundu. Erməni təcavüzü nəticəsində Xocavənd
sakinlərindən 145 nəfər
qətlə yetirildi.
Rayonun azərbaycanlı əhalisinin
hər 50 nəfərindən
biri şəhid oldu. 300 nəfərdən
çox sakin sağlamlığını itirdi.
Hazırda rayon əhalisi məcburi
köçkün kimi
ölkənin 36 rayonunda
məskunlaşmışdır.
Dağlıq Qarabağın ən çox itki verən və böyük döyüş
yolu keçən kəndlərindən biri Qaradağlıdır. Bütövlükdə 20-yə yaxın erməni kəndinin əhatəsində olan Qaradağlı kəndi keçmiş Xocavənd
- Xankəndi yolunun üzərində yerləşirdi.
4 il bu
yoldan ermənilərin
gediş-gəlişi kəsilmişdi
və onlar başqa yoldan istifadə edirdilər. Dörd il
öz kəndlərini
təkbaşına müdafiə
edən qaradağlılar
doğma yurdun hər daşı, hər qayası uğrunda sonadək mübarizə apardılar.
Dörd
il davam
edən qanlı-qadalı
günlərdə ermənilər
Qaradağlının dinc
əhalisinin və ora gəlib-gedənlərin
başına görünməmiş
müsibətlər gətirdilər,
şəhid olanların
və yaralananların
sayı gündən-günə
artdı. 1990-cı ildə
3, 1991-ci ildə 22 nəfər
vəhşicəsinə öldürüldü,
onlarla adam
yaralanıb şikəst
oldu. Xəsarət alanlardan bəziləri
sonradan dünyasını
dəyişdi. 1992-ci il yanvarın ilk günlərində isə
daha 2 nəfər şəhid oldu. Bir az əvvəl Xocavənd kəndinin işğal olunması ilə Qaradağlı tam mühasirəyə
düşdü. Növbəti hədəf Qaradağlı
oldu. Kənddə vəziyyət getdikcə
çətinləşir, faciənin
törədiləcəyi gün
hər saat yaxınlaşırdı.
Fevral ayının 14-də Kənxurd,
Qağarza, Ağkənd,
Aşan, Müşkabad,
Ninqi və digər erməni kəndləri istiqamətindən
quldurlar xarici muzdluların və Xankəndində yerləşən
366-cı sovet alayının
texnikasından və canlı qüvvəsindən
istifadə etməklə,
əlaqəsi hər tərəfdən kəsilmiş,
köməksiz qalan Qaradağlı kəndinə
qəti və sürətli hücuma keçdilər. Qaradağlılar düşmənlə qeyri-bərabər döyüşə
girdilər. Qaradağlının son döyüşünün xronikası
belə oldu. Fevralın
14-də 4 nəfər, 15-də 3 nəfər, 16-17-də isə
7 nəfər döyüşdə
şəhid oldu.
1992-ci il 17 fevralında
təklənmiş, kənardan
heç bir kömək almayan Qaradağlı kəndi erməni silahlı quldur birləşmələri
və onların havadarları tərəfindən
işğal olundu. 118 nəfər əsir
götürüldü. Əksəriyyəti gənclər olmaqla
33 nəfəri kəndin
yaxınlığında "Bəylik bağı" adlanan yerdə cəlladlar vəhşicəsinə
güllələdilər. Öldürülənləri yaralılarla
bir yerdə silos quyusuna tökərək üzərlərini torpaqla
örtdülər. Əsir götürülənlərin
68 nəfəri ermənilər
tərəfindən öldürüldü.
Bu, hadisənin şahidi, həmin gün təsadüf nəticəsində sağ
qalan Vidadi Hüseynovun gözləri
qarşısında baş
vermişdi. Bu hadisənin dəhşətli
bir də onda idi ki,
adamlar doğmaları
qarşısında güllələnirdi.
Dinc əhalidən
yerdə qalan 4 nəfər Qaradağlı
- Xankəndi yolu üzərində yerləşən
erməni kəndlərində
maşından düşürdüldü
və hamının gözü qarşısında
güllələndi. 8 nəfər isə girovluqda olarkən əzab və işgəncə verilərək
amansızlıqla qətlə
yetirildi. 50 nəfər Xankəndi və Əsgəranda 2 aydan artıq əsirlikdə saxlanıldı.
Azad olunduqdan sonra
onların 18-i sağalmaz
yaralardan müxtəlif
vaxtlarda vəfat etdi. 4 nəfərin
isə taleyi bugünədək məlum
deyil.
Əsirlikdə saxlanılanlara qarşı
vəhşi, vandalizm hərəkətləri ilə
davranılması, insanların
başlarının kəsilməsi,
diri-diri basdırılıması,
dişlərinin çəkilməsi,
ac-susuz saxlanmaları,
döyülərək öldürülmələri
insanlığa qarşı
törədilmiş amansız
cinayət hadisələri
idi. Kənddə 2 ailənin hər
birindən 4 nəfər,
6 ailədən 2 və
3 nəfər öldürülmüşdür.
43 ailə öz
başçısını itirmiş, 1 ailədən
hər iki valideyn qətlə yetirilmiş, 146 uşaq yetim qalmışdır.
Qaradağlı kəndində 93 nəfər kənd sakininin hər 10 nəfərindən biri qətlə yetirilmişdir.
Öldürülənlərdən 21 nəfəri ahıl
və qocalar, 10 nəfəri qadın, 8 nəfəri məktəbli
olmuşdur.
Bəli, onların bircə təqsiri var idi. Min illərdən bəri məskun olduqları doğma yeri gəlmə və namərd ermənilərə könüllü
verib getmək istəməmişdilər.
İşğal nəticəsində kənddə 200 yaşayış
evi, 1 mədəniyyət
evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana
binası və çoxlu sayda digər sosial obyektlər dağıdılmışdır.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirdi ki, bu faciənin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə rayon icra hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan, rus və ingilis dillərində "Soyqırım: Qaradağlı" sənədli filmi çəkilmiş və 2011-ci ilin 17 fevralında təqdimat mərasimi keçirilmişdir. Erməni vandallarının Qaradağlı kəndində törətmiş olduqları cinayət əməllərini açıb göstərmək məqsədi ilə Azərbaycan, ingilis və rus dillərində qaradağlı.orq internet saytı yaradılmış və bu günlərdə təqdimat mərasimi keçirilmişdir.
Öyrəndik ki, faciədən bəhs edən Azərbaycan, ingilis, rus və fransız dillərində daha bir sənədli film çəkilmişdir. Bu gün Gənc Tamaşaçılar Teatrında həmin filmin təqdimat mərasimi keçiriləcəkdir.
Bu gün məşhur Qaradağlı soyqırımının 20-ci ildönümü tamam olur. Ölkə ictimaityyəti və Xocavənd rayonunun məcburi köçkün əhalisi, sinəsi qara dağlı qaradağlılar bu amansız qətliamın ikinci onilliyini dərin hüzn, düşmənə sonsuz nifrət, doğma yurda qayıtmaq inamı ilə qeyd edirlər. Qədirbilən insanlar bu gün paytaxtın Şəhidlər Xiyabanında və Xocavənd rayonundakı Nərgiztəpə xatirə kompleksində Qaradağlı şəhidlərini dərin ehtiramla yad edəcək, ruhlarına rəhmət diləcəyəklər. Xocavəndlilərin anım mərasimində Dağlıq Qarabağda törədilmiş soyqırım və qətliamlar lənətlənəcək, erməni faşizminin qanlı əməlləri dünyanın haqsevər insanlarının diqqətinə çatdırılacaq.
Tahir AYDINOĞLU, Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2012.- 17 fevral.- S. 6.