Xətai rayonu inkişafın yeni mərhələsində

 

Azərbaycanın tarixi müstəqilliyinin bərpasının 20-ci ildönümünün tamam olduğu 2011-ci ildə qlobal maliyyə böhranının dünyanın qabaqcıl ölkələrinin əksəriyyətinin iqtisadiyyatını ağır və çətin duruma salmasına baxmayaraq, ölkəmiz Prezident İlham Əliyevin böyük uzaqgörənliklə, yaradıcı şəkildə və qətiyyətlə davam etdirdiyi inkişaf və tərəqqi strategiyası nəticəsində özünün inkişaf dinamikasını saxlamağa nail olmuş, bir çox uğurlara imza atmışdır. Qarşıya qoyulan vəzifələr uğurla icra olunmuş, ölkə iqtisadiyyatının bütün sahələrində inkişaf dinamikası müşahidə edilmişdir.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqində ötən dövrü ətraflı təhlil edərək, 2011-ci ildə ölkə iqtisadiyyatının inkişafını şərtləndirən mühüm amilləri çox müsbət qiymətləndirmişdir. Qəbul edilmiş dövlət proqramları və qarşıya qoyulan bütün sosialiqtisadi vəzifələr uğurla icra edilmiş, məhz bunun nəticəsində də qeyri neft sektoru 9,4 faiz, qeyri-neft sənayesi isə 11,1 faiz artmışdır. Tarixdə ilk dəfə olaraq müstəqil ölkəmizin dövlət büdcəsinin xərcləri 22 milyard dollara, icmal büdcəsi isə 25 milyard dollar səviyyəsinə çatmış, valyuta ehtiyatlarımız 41 milyard dolları keçmişdir. Ölkə iqtisadiyyatına təkcə 2011-ci il ərzində 20 milyard dollar investisiya yatırılmış və iqtisadi strategiyanın prioritetlərindən olan sənayeləşmə xətti uğurla inkişaf etdirilmişdir.

Ölkənin davamlı inkişaf prosesinə mühüm töhfələr vermiş Bakının Xətai rayonunun da sosial-iqtisadi göstəriciləri yüksək olmuş, rayonda sosial-məişət məsələlərinin həlli istiqamətində bir sıra ciddi tədbirlər həyata keçirilmişdir. Rayon iqtisadiyyatının əsas sahələrində əvvəlki illə müqayisədə 8,7 faiz çox sənaye məhsulu istehsal olunmuş, pərakəndə əmtəə dövriyyəsi 19,6 faiz, pullu xidmətlərin həcmi isə 1,6 faiz artmışdır. Əhalinin rifah halının əsas göstəricilərindən olan istehlak bazarı dinamik inkişaf etmişrayon əhalisinə 2010-cu ildəkindən 14,4 faiz çox geniş çeşidli istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir.

Bu dövrdə rayonun inşaat kompleksində tikinti-quraşdırma işlərinin həcmi də 2,4 dəfə artmış, iqtisadisosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 498 milyon 211 min manat investisiya yönəldilmişdir ki, bu da 2010-cu ildəkindən 3,1 dəfə çoxdur. Etiraf etmək lazımdır ki, milyonlarla vəsaitin yönəldildiyi sahələrdə işlərin inkişaf tempi sürətlə getdiyindən rayonun ümumi mənzərəsi də sürətlə dəyişir, sakinlərin gündəlik məişət problemləri bu dəyişən şəraitə uyğun olaraq daha tezoperativ həll olunur.

2011-ci ildə iqtisadisosial sahələrdə muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 16,4 faiz artaraq 516,4 manata çatmış, sənaye müəssisələrində çalışanların orta aylıq əmək haqqı 11 faiz, tikinti kompleksində 10,6 faiz, nəqliyyat müəssisələrində 7,3 faiz artmışdır. İl ərzində 3948, bütövlükdə isə son 8 ildə 23256 yeni yeri yaradılmışdır ki, bunun da 23050-si daimi yerləridir. Statistik materialların təhlili də rayon əhalisinin maddi-rifah halının davamlı olaraq yüksəlməsinə, vətəndaşların etibarlı sosial müdafiəsinin təşkilinə diqqətin artırıldığını nümayiş etdirir. Onun nəticəsidir ki, son bir ildə əhalinin maddi rifah halının yaxşılaşması nəticəsində ünvanlı sosial yardım alan ailələrin sayı 2010-cu ildəkindən 245 ailə azalaraq 3205 ailə təşkil etmişdir. Pensiyaların, sosial müavinətlərin və ünvanlı sosial yardımların ödənilməsində gecikmə hallarının qarşısının alınması üçün tədbirlər görülmüşbu vacib məsələ bütün il ərzində gündəlik nəzarətdə olmuşdur.

İşsizliyin azalmasının əhalinin maddi rifah halına ciddi təsir göstərdiyini nəzərə alaraq, əmək ehtiyatlarından səmərəli istifadəyə diqqət artırılmış, vakant yerləri haqqında məlumatlar toplanılmış, işləməyən əhalinin uçotu aparılmış, keçirilən əmək yarmarkalarında yerli müəssisələrin iştirakı təmin edilmişdir.

Son illər təkcə respublika əhalisi yox, xarici ölkələrdən gələn qonaqlar da Bakı şəhərinin və ətraf qəsəbələrin, eləcə də respublikamızın regionlarının sürətlə inkişaf edərək öz simalarını dəyişmələrini nəzərdən qaçırmırbunu Bakı haqqında təəssüratlarında da xüsusi qeyd edirlər. Bu dəyişikliklərin bir ünvanı da məhz Xətai rayonudur. Son illər rayonda kompleks yenidənqurma, tikintiquruculuq tədbirlərinin dinamikası da sürətlə artmaqda, yeni-yeni müəssisə və obyektlərin inşası davam etməkdədir.

Şəhər yollarının və səkilərin yenidən qurulması, buradakı işıqlandırma sisteminin müasirləşdirilməsi, Şərq üslubunda hazırlanmış dayanacaqların quraşdırılması, yaşıllıqların salınması və bir çox yaşayış binalarının fasadlarının, eyvanlarının təmiri, dam örtüklərinin müasirləşdirilərək, memarlıq üslubunda mansardla əvəz olunması rayonun ümumi görkəminin yaxşılaşdırılmasına imkan yaratmışdır.

Abadlaşdırma layihələri çərçivəsində Xocalı 9116 və Y.Səfərov 18 saylı binaların arasındakı sahədə müasir tələblərə və ərazinin memarlığına cavab verən şəbəkəli tağın tikintisi aparılmışdır. Tamamlanmaqda olan bu tağ və qarşı tərəfdəki Əfəndiyev adına xəstəxanada aparılan tikinti, təmir və yenidənqurma işləri, binanın üzlük daşla üzlənməsi bu əraziyə yeni görkəm vermişdir.

Xətai rayonu üçün tikinti və yenidənqurmanın növbəti mərhələsi kimi yadda qalacaq 2011-ci ildə Y.Səfərov küçəsindəki park-xiyabanda aparılmış yenidənqurma işləri, quraşdırılmış fəvvarələr, işıqlandırıcılar, salınmış yaşıllıq zolaqları ərazinin simasını dəyişmiş və reallıqda bu küçəni şəhərimizin ən müasir və gözəl ərazilərindən birinə çevirmişdir.

Xocalı faciəsinin ildönümü ərəfəsində Xocalı prospektində ucaldılmış abidə kompleksində və bütövlükdə park xiyabanda bərpa və yaşıllaşdırma işləri aparılmış, prospekt boyunca yerləşən yaşayış evlərinin və inzibati binaların fasadları əsaslı təmir olunmuşdur.

Nəcəfqulu Rəfiyev küçəsində FHN strukturları üçün müasir tələblərə cavab verən yeni inzibati bina istismara verilmiş, müasir memarlıq üslubunda yeni tikilmiş DİN-in Çevik Polis Alayının və Miqrasiya Xidmətinin inzibati binaları, idman kompleksi Nobel prospektinin müasirləşdirilməsinə imkan yaratmışdır. Bu prospekt boyunca yerləşən yaşayış binalarının, sənaye müəssisələrinin inzibati binalarının əsaslı təmir olunması, ətrafda görülən abadlaşdırma və yaşıllaşdırma işləri, hazırda prospektin başlanğıcındakı yaşayış binalarının fasadlarının üzlük daşla üzlənməsi, eyvanların əsaslı təmiri və sair layihələr başa çatdıqdan və binaların dam örtükləri indiki tələblər səviyyəsində müasirləşdikdən sonra Nobel prospekti də şəhərin mərkəzi küçələrindən seçilməyəcəkdir. Digər tərəfdən, bu yaxınlarda rayonun ərazisində iki ölkənin - Azərbaycan və Fransa respublikalarının prezidentlərinin də təməlqoyma mərasimində iştirak etdikləri fransız liseyinin müasir üslubda tikiləcək binası və inşası sürətlə aparılan Azərbaycan Boks Federasiyasının binası Nobel prospektinə əlavə yaraşıq gətirəcəkdir.

Son bir neçə ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının ilk illərində Xətai rayonuna səfəri zamanı ictimaiyyət qarşısındakı çıxışında səsləndirdiyi "Qara şəhəri şəhərə çevirməliyik" kəlamını özünün devizinə çevirmiş Xətai Rayon İcra Hakimiyyəti və rayonun əlaqədar təşkilatları həyata keçirilən genişmiqyaslı işlərlə ümummilli liderin bu arzusunu artıq günümüzün reallığına çevirmişlər - desək, heç də yanılmarıq.

Keçən il dünyanın maliyyə və ticarət mərkəzlərindən birində keçirilən beynəlxalq daşınmaz əmlak sərgisində nüfuzlu ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən Bakı " şəhər" layihəsi Mərkəzi və Qərbi Asiyada gələcəyin ən yaxşı layihəsi nominasiyasında 3 qalib layihədən biri kimi qiymətləndirilmişdi. Bu layihə dünyada ekoloji baxımdan regenerasiya olunan sənaye zonasında həyata keçirilən ən irimüasir layihələrdən biri olmaqla, mövcud Bakı bulvarı xəttini daha 1,3 km uzadaraq onun dünyada ən uzun istirahət məkanına çevrilməsinə imkan yaradacaqdır. Belə bir möhtəşəm layihənin məhz bizim rayonda reallığa çevrilməsi, bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili, ölkənin birinci xanımı Mehriban Əliyevanın bu layihənin təməlqoyma mərasimində iştirakı da artıq Xətai rayonunun tarixində yeni bir mərhələnin başlandığını xəbər verir. Şübhə etmirik ki, bu layihə rayonun simasını kökündən dəyişməklə yanaşı, Bakının adının dünyanın ən gözəl şəhərləri ilə birgə çəkilməsinə, bura turist axınının artmasına imkan yaradacaqdır.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov söhbət zamanı qarşıda duran vəzifələrdən danışarkən bildirdi ki, ötən ilin mart ayında Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirərək paytaxtətrafı qəsəbələrin abadlaşdırılması ilə əlaqədar ciddi tapşırıqlar vermiş, az bir vaxtdan sonra isə işlərin gedişi ilə yerində tanış olmuşdur. Aprel ayının əvvəlində dövlət başçısı Bakının ən qədim qəsəbələrindən hesab olunan və 15 min əhalinin yaşadığı Əhmədliyə gələrək burada gedən işlərlə yerində tanış olmuş, qəsəbə sakinləri ilə görüşərək onları dinləmiş və verdiyi bir qərarla bu gəlişini tarixiləşdirmişdir. Çünki elə həmin gün bu qəsəbənin ən böyük sosial problemlərindən biri olan yeni xəstəxana-poliklinika binsının tikintisinə sərəncam vermişdir.

Ötən ilin may ayında qəbul olunmuş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Xətai rayonunun mövcud problemləri də öz geniş əksini tapdı. Proqrama əsasən 2013-cü ilin sonunadək rayonda 79 tədbir həyata keçirilməlidir. Dövlət Proqramının qəbulundan keçən dövr ərzində rayonumuzun iki məktəbində, 7 uşaq bağçasında və 4 səhiyyə müəssisəsində əsaslı təmir işləri aparılmışdır. Əhmədlidə yeni xəstəxana-poliklinika binasının tikintisində işlər qabaqlayıcı qrafiklə həyata keçirilmişdir. Bir faktı da qeyd etmək lazımdır ki, rayonun sosial obyektlərində aparılan əsaslı təmir işləri əvvəlkilərdən yüksək keyfiyyəti ilə fərqlənir. Bu da dövlət başçısının son vaxtlar qarşıya qoyduğu ən mühüm vəzifələrdən biridir.

Dövlət Proqramı çərçivəsində cari ildə 20 məktəb, 12 uşaq bağçası, 2 səhiyyə müəssisəsi əsaslı təmir olunacaq, 1 kitabxananın və əlavə digər 2 məktəbin yenidən tikintisi aparılacaqdır. Ümumiyyətlə, rayonun 26 məktəbinin, 28 uşaq bağçasının, 7 səhiyyə müəssisəsinin əsaslı təmiri və əlavə tikililərin aparılması proqramda əks olunmuşdur. Hazırda rayonda Dövlət Proqramı çərçivəsində 3 poçt binasının, 1 müasir elektron ATS-in tikintisi aparılır.

R. Məmmədov qeyd edir ki, rayonda yol infrastrukturunun yeniləşdirilməsi də qarşıda duran ən mühüm problemlərdən biridir. Əslində son illərdə rayon ərazisində yeni yol qovşaqları, körpülər, yol ötürücüləri, yeraltı və yerüstü keçidlər tikilib istifadəyə verilmiş, mərkəzi yollar, o cümlədən Y.Səfərov küçəsi, Nobel prospekti və Zığ yolu küçəsi dünya standartları səviyyəsində yenidən tikilmişdir. Rayonun daxili küçə və yollarının əsaslı şəkildə təmiri və yenidən qurulması istiqamətində də Dövlət Proqramına uyğun xeyli görülmüşdür. Belə ki, qısa vaxt ərzində Əhmədli qəsəbəsində 76 min kvadratmetr, NZS, UPD, Mirzə Davud, Əbilov, Elektrotok, Naximovs. kimi yaşayış sahələrindəki küçələrə isə 180 min kvadratmetrə yaxın asfalt örtüyü salınmışdır. Bu işlər cari ildə də davam etdirilməkdədir.

Diqqətçəkən məqamlardan birison illər rayonda yaşıllaşdırma işlərinin geniş vüsət almasıdır. "Ekologiya ili"nin 2010-cu ildə başa çatmasına baxmayaraq, ötən ildə də rayonun ekoloji təmizliyi, yaşıllıqların artırılması ciddi nəzarətdə olmuş, ağacəkmə kampaniyası ümumxalq hərəkatına çevrilmiş, yaşıllıqlara aqrotexniki qulluq göstərilməsi, inkişafdan qalmış ağacların yeniləri ilə əvəzlənməsi, ehtiyac olan yerlərdə əlavə yeni ağacların əkilməsi davam etdirilmişdir.

Qış aylarında əhalinin elektrik enerjisi, qaz, istilik, içməli su təminatının daha da yaxşılaşdırılması üçün rayonda Dövlət Proqramı çərçivəsində mühüm işlər görülmüş, sayğaclaşmanın başa çatdırılmasına xüsusi əhəmiyyət verilmişdir. Hazırda istehlakçıların elektrikqaz sayğaclarının elektron sayğacla əvəzlənməsi işləri aparılır. Həyata keçirilən bu tədbirlər və rayon icra hakimiyyəti yanında yaradılmış qərargahın operativ fəaliyyəti nəticəsində həm təminat məsələlərində, həm də ödənişlərdə müsbət dinamika müşahidə olunur.

2011-ci ildə rayonun ictimai -siyasi həyatında da bir sıra əlamətdar hadisələr yer almışdır. Oktyabr ayında Türkiyə Respublikasında keçirilən incəsənət festivalında respublikamızı Heydər Əliyev Fondunun və Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun 3 saylı uşaq evinin rəqs kollektivi təmsil etmişböyük uğur qazanmışdır.

2011-ci il martın 17-də isə Mustafa Kamal Atatürkün Türkiyə Respublikasının Tarsus şəhərinə gəlişinin 88-ci ildönümü münasibətilə keçirilən anma mərasimləri və şəhərdə yaradılmış Xətai parkı yaxınlığında ulu öndərimiz Heydər Əliyevin adına salınmış körpünün açılışı münasibətilə keçirilən tədbirlərlə əlaqədar rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov, aparatın məsul əməkdaşları və Milli Məclisin deputatı Hüseynbala Mirələmov qardaş ölkədə işgüzar səfərdə olmuşqeyd olunan tədbirlərdə iştirak etmişlər.

Rayonda təhsilin keyfiyyətinin yüksəldilməsi, tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən ardıcıl tədbirlərin davam etdirilməsi dərs ilinin yekununda yüksək nəticələr əldə olunmasına zəmin yaratmışdır. Ötən tədris ilinin yekunları bu sahəyə göstərilən diqqət və qayğının qarşılığını verdi, desək, heç də yanılmarıq. Təhsil ocaqlarının məzunlarının 52,9 faizinin ali məktəblərə qəbul olunması, 2 nəfərinin 700 bal, 37 nəfərinin isə 650-dən yuxarı bal toplaması, 2 məzunun Qızıl medala, 10 tələbənin Prezident təqaüdünə, 1 məktəbimizin "İlin ən yaxşı məktəbi", 10 müəllimin "İlin ən yaxşı müəllimi", 1 müəllimin "Tərəqqi" medalına , 3 müəllimin isə "Əməkdar müəllim" adına layiq görülməsi fikrimizin təsdiqi üçün yetərincə böyük faktlardır.

2011-ci ildə qəbul edilmiş Azərbaycan Gəncliyi Dövlət Proqramı çərçivəsində yeni yaradılan Gənclər Fondunun həyata keçirəcəyi layihələr daha çox sayda gəncin quruculuq işlərinə cəlb edilməsinə imkan verəcək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2012-ci ilin "İdman ili" elan edilməsi rayonda idmanın uğurlarının daha da artmasına zəmin yaradacaqdır.

Əhaliyə səhiyyə və kommunal xidmətlərin, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması da Xətai Rayon İcra Hakimiyyətinin daim diqqətdə saxladığı əsas məsələlərdən olmuşdur.

Rayon sakinlərinin kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi, qiymətlərin süni artımının qarşısının alınması üçün ərazidə təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkaları böyük rol oynamışdır. Keçirilən bu yarmarkalarda rayonda fəaliyyət göstərən qida məhsulları istehsal edən özəl müəssisələrin və kənd təsərrüfatı məhsulları istehsal edən sahibkarların iştirakı da təmin olunur.

İcra hakimiyyətinin başçısı Razim Məmmədov sahibkarlığın inkişafı üçün yaradılmış hüquqi baza və dövlət tərəfindən verilən hərtərəfli dəstəyin rayonda bu özəl sektorun inkişafına böyük imkanlar yaratdığını qeyd edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Sahibkarlığa Kömək Milli Fondu keçən ildən etibarən Bakı şəhərinin qəsəbələrinə də vəsait yönəltməyə başlamışdır. Rayonun Əhmədli qəsəbəsində kiçik istehsal sahələrinin genişləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondunun sədri Şirzad Abdullayevin, İqtisadi İnkişaf Nazirliyinin mütəxəssislərinin və bir sıra bankların nümayəndələrinin iştirakı ilə keçirilən seminar, şübhəsiz, bu qəsəbədə də özəl sektorun inkişafına təsirsiz ötüşməyəcəkdir.

Rayonda fəaliyyət göstərən iki bələdiyyənin işində də son vaxtlar ciddi dönüş olmuş, yerli əhəmiyyətli məsələlərin həllində icra hakimiyyəti və bələdiyyələrin fəaliyyətini əlaqələndirmək məqsədilə xüsusi sərəncamla yaradılmış Bələdiyyələrin Əlaqələndirmə Şurası bu işə öz müsbət təsirini göstərmişdir. "Bir bələdiyyə-azı bir layihə" çərçivəsində rayonda və Əhmədli qəsəbəsində mövcud yaşayış binalarının kommunikasiya xəttləri təmir olunmuş, məhəllədaxili yollara asfalt örtüyü çəkilmiş, sukanalizasiya boruları dəyişdirilmiş, yerli idarəetmə orqanlarının abadlaşdırma işlərində yaxından iştirakına nail olunmuşdur. Bələdiyyə torpaqlarından və mülkiyyətində olan əmlaklardan qanunvericiliyə uyğun olaraq istifadə edilməsinə nəzarət artırılmışdır.

Xətai Rayon İcra Hakimiyyətinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2012-ci ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağında da sadaladığımız məsələlər öz geniş əksini tapdı. Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edən toplantı iştirakçıları iclas salonunun foyesində nümayiş etdirilən və paytaxtın iri sənaye rayonu olan Xətainin son illər sosial - iqtisadi inkişafını əks etdirən stendlər və diaqramlarda görülən işlərin ümumi mənzərəsi ilə yaxından tanış oldular.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov geniş hesabat məruzəsində 2011-ci ildə qazanılan nailiyyətlərlə yanaşı, qarşıda duran vəzifələri və onların həlli yollarını diqqətə çatdırdı. Məruzə ətrafında çıxış edən Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatları Hüseynbala Mirələmov, Səməd Seyidov və digər natiqlər Xətai Rayon İcra Hakimiyyəti başçısının hesabatını qənaətbəxş hesab etdilər

Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yığıncaq iştirakçılarının ünvanladığı müraciətin mətni oxundu.

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2012.-18 fevral.- S. 6.