Suraxanı rayonu: dinamik inkişafın müsbət nəticələri

 

2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir, müstəqil Azərbaycanın təntənəsidir.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

 

Ötən il ölkəmizin sosial-iqtisadi sahələrində əldə edilən mühüm uğurlarla yadda qaldı. Dövlət başçısının elmi əsaslarla yürütdüyü sosial-iqtisadi strategiya nəticəsində cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində yüksək dinamizmi və məqsədyönlülüyü təmin etdi. Paytaxtın və regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün görülən kompleks tədbirlər ölkəmizin uğurlarını şərtləndirdi. Həyata keçirilmiş məqsədyönlü iqtisadi siyasət hesabına yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin edilməsilə bağlı mühüm uğurlar əldə edildi.

 

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda bütün bunlar barədə ətraflı danışılmışdır. Dövlət başçısı nitqində vurğulamışdır ki, 2011-ci ildə ölkə iqtisadiyyatının qeyri-neft sektoru 9,4 faiz artmışdır. İnflyasiya birrəqəmli səviyyədə qalmışdır - 7,9 faiz. Əhalinin pul gəlirləri 19,6 faiz artmışdır. Bu statistik göstəricilər əyani şəkildə göstərir ki, insanların rifah halı yaxşılaşmışdır və beləliklə, inflyasiya ilə əhalinin pul gəlirləri arasındakı fərq kifayət qədər böyükdür.

Suraxanı 8 ildə

Azərbaycanın yüksək inkişaf tempi Suraxanı rayonunun timsalında da aydın nəzərə çarpır. Son illər rayon dinamik inkişaf edərək özünün yüksəliş dövrünü yaşayır. Rayonun ayrı-ayrı qəsəbələrindəki quruculuq işləri əhalinin həyat səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərir. Bu gerçəklik Prezident İlham Əliyevin ötən illər ərzində rayona səfərləri ilə şərtlənir. Belə ki, dövlət başçısının hər səfəri rayonun sosial-iqtisadi və mədəni həyatında mühüm yeniliklərlə, keyfiyyət dəyişiklikləri ilə müşayiət olunmuşdur. Belə ki, ölkə Prezidenti Suraxanı rayonuna səfərləri çərçivəsində burada görülən işlərə diqqət yetirmiş, qarşıya çıxan çətinliklərin aradan qaldırılması üçün müvafiq qurumlara tapşırıqlar vermişdir.

Ölkə Prezidenti İlham Əliyevin ayrı-ayrı vaxtlarda rayona səfərlərinə qısaca nəzər salaq. 2005-ci il avqustun 10-da, 2006-cı il mayın 15-də, 2007-ci il aprelin 4-ü və noyabrın 3-də, 2008-ci il mayın 9-u, noyabrın 8-i və dekabrın 25-də, 2009-cu il mayın 4-ü, oktyabrın 15-i, dekabrın 24 və 25-də, 2010-cu il martın 5-də, eləcə də bu il martın 31-də Suraxanı rayonunda olan dövlət başçısı burada aparılan abadlıq-quruculuq işləri ilə yaxından tanış olmuş, sakinlərin üzləşdikləri problemlərin həlli ilə bağlı konkret tapşırıqlar vermişdir.

Burada bir məqama da diqqət yetirməyi zəruri sayırıq. Ölkə Prezidenti İlham Əliyev Bülbülə qəsəbəsində olarkən sakinlər Heydər Əliyev prospektinə çıxmaq üçün yeni yolun salınmasını xahiş etmişdilər. Məsələ ilə yerində tanış olan dövlət başçısının bununla bağlı verdiyi tapşırıq qısa vaxt ərzində yerinə yetirilmiş və ölkə rəhbəri aprelin 11-də qəsəbədə yeni salınan yolun açılışında iştirak etmişdir.

Rayon ağsaqqallarından olan Mirzəağa Quliyev bu barədə deyir: - Dövlət başçısı İlham Əliyevin Suraxanıya səfəri bizim üçün, sözün əsl mənasında, bayrama çevrilir. Bilirik ki, cənab Prezidentin səfərindən sonra rayonumuza dövlət qayğısı bir qədər də artacaq, sakinlərin gün-güzəranı daha da yaxşılaşacaq. Məhz bütün bunlara görə, möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdarıq, ona xalqımızın firavan gələcəyi naminə fəaliyyətində uğurlar, cansağlığı arzulayırıq.

Ümumiyyətlə, söhbət etdiyimiz rayon sakinləri ölkəmizdə, eləcə də Suraxanı rayonunda aparılan abadlıq-quruculuq işlərindən, ümumi inkişafdan böyük səmimiyyətlə söhbət açdılar, ölkə rəhbərinin Azərbaycanın bütün bölgələrinə, o cümlədən Suraxanıya diqqət və qayğısını yüksək qiymətləndirdilər.

Məlum olduğu kimi, 2011-ci il martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr edilmiş müşavirə keçirilmişdir. Dövlət başçısı həmin müşavirədə verdiyi tapşırıqların icrası ilə yerində tanış olmaq məqsədilə ötən il iyulun 14-də rayonun Yeni Suraxanı qəsəbəsində olmuşdur. Dövlət başçısına məlumat verilmişdir ki, müşavirədə qarşıya qoyulan vəzifələrə uyğun olaraq paytaxtın bütün rayonlarında olduğu kimi, Suraxanıda da genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Belə ki, Yeni Suraxanı qəsəbəsində küçələrə 75500 kvadratmetr asfalt örtüyü salınmış, digər küçələrdə isə kanalizasiyasu şəbəkələri qurulduqdan sonra asfaltlanacaq.

Dövlətimizin başçısı həmin gün Yeni Suraxanı qəsəbəsinin mərkəzində yerləşən 14 İyul küçəsində xalqımızın ümummilli lideri Heydər Əliyevin 1969-cu ildə Azərbaycana siyasi rəhbərliyə gəlməsinin şərəfinə ucaldılmış memorial abidə kompleksi ilə tanış olmuş, sakinlərlə söhbət etmişdir. Ölkə Prezidenti rayonda gördüyü yeniliklərdən, inkişafdan məmnunluğunu bildirmişdir.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin rayona əvvəlki səfərlərinin birində sakinlər 85 nömrəli orta məktəbin bir korpusunun tamamilə yararsız vəziyyətdə olduğunu bildirmişbu tədris ocağının yenidən qurulmasına kömək göstərilməsini xahiş etmişdilər. Artıq dövlət başçısının bununla əlaqədar verdiyi tapşırığa uyğun məktəbin qəza vəziyyətindəki korpusu sökülərək yerində 480 şagirdlik yeni korpus inşa edilir. Bundan əlavə, dövlət başçısı İlham Əliyev 2011-ci il sentyabrın 14-də rayondakı 285 nömrəli tam orta məktəbdə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılmış şəraitlə tanış olmuşdur. Cari ilin fevral ayının 8-də isə Prezident İlham Əliyev 313 saylı körpələr evi-uşaq bağçasıının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətilə tanış olmuş, müvafiq tapşırıqlar vermişdir.

Göründüyü kimi, ölkə Prezidenti İlham Əliyevin Suraxanıya gerçəkləşdirdiyi səfərlərin hər biri rayonun sosial-iqtisadi və mədəni həyatında mühüm yeniliklərlə, keyfiyyət dəyişiklikləri ilə müşayiət olunmuşdur. Bu illər ərzində Suraxanıda "Buta Palace" sarayı və "Baku Expo Centre" sərgi mərkəzi, Hövsan qəsəbəsində Olimpiya-İdman Kompleksi, taxıl terminalı, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yaşayış binası istifadəyə verilmiş, daha 2 yaşayış binası inşa edilir. Əmircan qəsəbəsində 4,03 hektar ərazidə Heydər Əliyev Parkı salınmışdır. Burada Heydər Əliyev Mərkəzi və RİH üçün yeni inzibati bina tikilmişdir.

Ümumi uzunluğu 20 kilometr, Suraxanı rayonu ərazisindən keçən hissəsinin uzunluğu 17 kilometr olan Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral beton avtomobil yolu inşa edilmiş, Heydər Əliyev prospekti yenidən qurulmuşdur.

Rayonda 3940 şagirdlik 4 yeni məktəb binası, mövcud məktəblərdə 4040 şagirdlik 11 əlavə tədris korpusu, 240 yerlik 2 yeni uşaq bağçası, 4 yeni poliklinika binası tikilmiş, 11 məktəbdə, 9 uşaq bağçasında, 3 səhiyyə ocağında, 1 musiqi məktəbində əsaslı təmir işləri aparılmış, Bülbülə qəsəbəsində 640 şagirdlik yeni məktəb binasının, Yeni Günəşli yaşayış sahəsində yeni parkın inşasına və Qaraçuxur qəsəbəsində "Neftçilər" parkının əsaslı təmirinə başlanılmışdır. Eyni zamanda, 22 istilik qazanxanası tikilmişdir. İstilik sisteminə qoşulmuş 292 yaşayış binasının 263-ü, 35 tam orta məktəbin 30-u, 32 uşaq bağçasının 23-ü və 12 səhiyyə müəssisəsinin 9-u istiliklə təmin edilmişdir

Suraxanıda həmçinin 1000 kubmetr tutumlu 2 su anbarı tikilmiş, 54000 poqonometr su, 60 min poqonometrdən çox yeni kanalizasiya xətləri çəkilmişdir. Dədə Qorqud adlandırılan yaşayış sahəsinin yaxınlığında 70 min kubmetr, Yeni Günəşli yaşayış sahəsində 150 min kubmetr tutumlu su anbarları komplekslərinin tikintisinə başlanılmışdır.

Rayon sakinlərinin "mavi yanacaq" və elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması məqsədilə 280 min poqonometr qaz xətti çəkilmiş, 120 ədəd kompleks transformator məntəqəsi quraşdırılmış, qəzalı vəziyyətdə olan elektrik dirəkləri, hava elektrik xətləri və yeraltı kabel xətləri yenisilə əvəz edilmişdir. Ümumiyyətlə, həyata keçirilmiş tədbirlər nəticəsində 45200 ailənin qaz, 42800 ailənin elektrik, 25600 ailənin su təchizatı yaxşılaşdırılmış, 32800 fərdi yaşayış evi kanalizasiya şəbəkəsinə qoşulmuşdur. Qəsəbələrarası küçə və yollara, məhəllədaxili ərazilərə 1 milyon 800 min kvadratmetrdən çox asfalt örtüyü salınmışdır. Suraxanıda 124 məhəllə abadlaşdırılmış, 23 idman meydançası, 23 yeni park, 4 istirahət zonası yaradılmışdır.

Son illər Suraxanı rayonunda məşğulluq strategiyasının reallaşdırılması istiqamətində də konkret tədbirlər həyata keçirilmişdir. Məhz bunun nəticəsidir ki, 2003-2011-ci illər ərzində rayonda 12340 yeni daimi yeri açılmışdır.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da vaxtaşırı sözügedən rayonda olur. Mehriban xanım Əliyeva ötən il aprelin 5-də fondun təşəbbüsü ilə Yeni Günəşli yaşayış massivində 2 nömrəli uşaq evilə tanış olmuşdur. 2000-ci ildən fəaliyyət göstərən bu uşaq evi Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində yenidən qurulmuş, müasir avadanlıqla, kompyuterlərlə təmin olunmuşdur. Fond tərəfindən Uşaq evi üçün tikilmiş yeməkxana müasir avadanlıqla təchiz edilmişdir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Heydər Əliyev fondunun himayəsi altında olan həmin uşaq müəssisəsini həmişə diqqət mərkəzində saxlayır. Artıq altıncı dəfə bu uşaq evinə gələn Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva uşaq evində fəaliyyət göstərən "Günərzi qayğı mərkəzi" ilə tanış olmuş, balacaların təhsildəki ilk addımları ilə maraqlanmışdır. Mehriban xanım fondun adından uşaq evinə 28 yerlik avtobus hədiyyə etmişdir.

Həmin gün Mehriban xanım Əliyeva Heydər Əliyev Fondu tərəfindən Yeni Günəşli yaşayış massivində inşa edilmiş "Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi"nin açılışında da iştirak etmişdir. Mərkəzlə tanışlıq zamanı Mehriban xanıma məlumat verilmişdir ki, təxminən 1700 kvadratmetr sahəsi olan reabilitasiya mərkəzi ən son avadanlıqla təchiz olunmuşdur. Mehriban xanım Əliyeva fondun adından "Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi"nə mikroavtobus hədiyyə etmişdir.

Yeri gəlmişkən, onu da xatırladaq ki, Heydər Əliyev Fondu tərəfindən "Təhsilə dəstək" layihəsi çərçivəsində 104 saylı tam orta məktəb üçün 400 şagirdlik əlavə tədris korpusu tikilmişdir.

Heydər Əliyev Mərkəzinə ziyarətə gələnlər burada ulu öndərin zəngin irsi ilə tanış olurlar

Rayondakı Heydər Əliyev Mərkəzi "Heydər Əliyev parkı"nın ən gözəl guşəsində, Suraxanı RİH-in yeni inzibati binasının sag tərəfində özünəməxsus xüsusi bir layihə əsasında inşa edilmişdir. Bina 3 mərtəbəli olmaqla, ümumi sahəsi 1080 kvadratmetrdir. Ətrafında tikilmiş tağbəndlərdən ibarət dekorativ divar binanın görünüşünü daha da gözəlləşdirir. Mərkəzin önündəki meydanda ümummilli lider Heydər Əliyevin bürüncdən hazırlanmış möhtəşəm abidəsi ucalır.

Mərkəzin birinci mərtəbəsində multimedia və rəsm studiyaları yerləşir, elektron kitabxana fəaliyyət göstərir. Mərkəzə gələnlər ulu öndərin zəngin irsilə tanış olmaq, əyani vəsaitlərdən istifadə etmək imkanı qazanırlar.Xatırladaq ki, adı- çəkilən mərkəzin nəzdində 14 nəfərdən ibarət tədqiqat qrupu çalışır. Həmin qrup mərkəzdəki eksponatların zənginləşdirilməsi istiqamətində işləyir. Multimedia studiyasında qrupun topladığı materiallar eksponat kimi istifadə edilmək üçün hazırlanır. Studiyada, eyni zamanda, foto-video işi öyrədilir. Rəsm studiyasında istedadlı uşaqlardan ibarət 3 qrup, hər birində 5 nəfər olmaqla məşğələlər keçir.

Elektron kitabxananın xidmətindən indiyədək 8500 nəfərə yaxın şagird və ziyarətçi istifadə etmişdir. Burada, eyni zamanda, rayonda çalışan digər dövlət qulluqçuları üçün kompyuter məşğələləri təşkil olunur. Hər gün mərkəzə gələn ziyarətçilərlə yanaşı, müəyyənləşdirilmiş cədvələ uyğun olaraq şagirdlər də burada olur, ulu öndərin zəngin irsini öyrənirlər. Qonaqlar da böyük maraqla mərkəzin fəaliyyətilə tanış olurlar. Bu günə qədər ümumilikdə 42 min nəfər Mərkəzi ziyarət edərək ulu öndərin zəngin irsilə tanış olmuşdur.

Ötən il mərkəzdə reallaşdırılan bəzi tədbirlərə də qısaca nəzər salaq. Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş tədbir, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) və RİH-in təşkilatçılığı ilə "Vətəndaş cəmiyyətinin formalaşmasında medianın rolu" mövzusunda konfrans, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Heydər Əliyevin xatirəsinə həsr edilmiş məqalə müsabiqəsi, "Regionlarda qadın sahibkarlığın inkişafı" layihəsi çərçivəsində sahibkar qadınlarla görüş keçirilmişdir. Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə ümumrayon tədbiri, Azərbaycan Müəllimlər İnstitutuRİH-in birgə təşkilatçılığı ilə "15 iyun Azərbaycan dövlətçiliyinin xilası günüdür" mövzusunda elmi-praktiki konfrans, Azərbaycan Dövlət Pedaqoji UniversitetiRİH-in birgə təşkilatçılığı ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Heydər Əliyev ideyaları ilə zirvələrə doğru" mövzusunda konfrans da yaddaqalan olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə keçirilən "Səmərəli dövlət idarəçiliyi: zamanın çağırışları" adlı beynəlxalq konfrans iştirakçılarının rayona səfəri də mühüm hadisəyə çevrilmişdir. Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Polşa, Litva, Estoniya və Ukraynanın dövlət idarəçilik akademiyalarının, institutlarının və elmi mərkəzlərinin rəhbərlərinə rayon haqqında ətraflı məlumat verilmişdir. Qonaqlara RİH-in işində, xüsusilə kargüzarlıq sahəsində "Elektron İcraçı" Avtomatlaşdırılmış İdarəetmə Sistemi Proqramının tətbiqi haqqında ətraflı danışılmış, proqramın üstünlükləri və səmərəsi əyani şəkildə nümayiş etdirilmişdir. Daha sonra Heydər Əliyev Mərkəzi ilə tanış olan qonaqlara ümummilli liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərilə bağlı materiallar, fotoşəkillər və eksponatlar barədə məlumat verilmişdir.

Ötən il YUNESKO-nun keçmiş Baş katibi Koişiro Matsuura, Slovakiyanın keçmış prezidenti Rudolf Şuster, Latviyanın ətraf mühitin mühafizəsi və regional inkişaf naziri Raymonds Veyonisin, "Uralsib" maliyyə korporasiyasının direktorlar şurasının sədri Nikolay Svetkovun rəhbərlik etdikləri nümayəndə heyətləri, Dünya azərbaycanlılarının üçüncü qurultayında iştirak edən Estoniya nümayəndə heyəti də Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar.

Sosial-iqtisadi sahələrdə ötən ilin uğurları ...

Qəbul edilmiş Dövlət proqramlarının icrası ilə əlaqədar rayonda ötən il ərzində xeyli görülmüşdür. Sənaye müəssisələri keçən il 291,6 milyon manatlıq yerinə yetirmiş, bir işçinin nominal orta aylıq əmək haqqı 461 manata çatmış, 2176 yeni daimi yeri açılmışdır.

Ötən il Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunun və Heydər Əliyev prospektinin rayon ərazisindən keçən hissəsinin ətrafında dekorativ divarların tikilməsi, yeni parkların salınması, yolun kənarlarının yaşıllaşdırılması, abadlaşdırılması işləri davam etdirilmişdir. Bu cür tikinti-abadlıq işləri Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunun ətrafında da aparılmışdır. Onu da xatırladaq ki, ötən il "Atəşgah məbədi" Dövlət tarix-memarlıq qoruğunun ətrafının abadlaşdırılmasına başlanılmışdır. Eyni zamanda, Heydər Əliyev prospektini "Atəşgah" məbədilə birləşdirən S.Bəhlulzadə və V.Balandin küçələrində yerləşən qeyri-yaşayış obyektlərinin fasadlarının təmir olunaraq rənglənməsi işləri davam etdirilmişdir. Hövsan qəsəbəsinin doqquz çoxmərtəbəli yaşayış binalarında 10,4 min kvadratmetr yeni dam örtüyü vurulmuşdur. Bakı şəhərinin və ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının Tədbirlər Planında Suraxanı rayonu üzrə 102 bənddən ibarət tədbir nəzərdə tutulmuşdur. Dövlət Proqramından irəli gələn vəzifələrin operativ həyata keçirilməsi və icraçı təşkilatlarla əlaqəli fəaliyyət göstərilməsi məqsədilə rayon qərargahı yaradılmış, müvafiq strukturlarla mütəmadi görüşlər keçirilmiş, qarşıya çıxan problemlərin həlli üçün tədbirlər görülmüşdür.

Yeri gəlmişkən, sözügedən Tədbirlər Planının icrası ilə əlaqədar Suraxanıda görülmüş işlərə qısaca diqqət yetirək. Ötən il Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən rayonun küçələrinə və məhəllədaxili ərazilərə 281,6 min kvadratmetr, "Azəryolservis" ASC tərəfindən 142,6 min kvadratmetr, ARDNŞ tərəfindən isə 1453 kvadratmetr asfalt örtüyü salınmışdır.

Ötən il rayon ərazisində 26,5 min poqonometr yeni kanalizasiya xətti, 225,5 min poqonometr qaz xətti çəkilmiş, 31 min ədəd "Smart-kart" tipli elektron qaz sayğacı quraşdırılmışdır.

Rayon ərazisində 110 kV-luq hava elektrik verilişi xətlərinin yenidən qurulması, 35 kV-luq elektrik verilişi xətlərinin tikintisi, 6-10 kV-luq şəbəkədə TM-lərin və Elektrik Verilişi Xətlərinin yenidən qurulması, 0,4 kV-luq kabel xətlərinin çəkilməsi ilə şəbəkənin yenidən qurulması işlərinə başlanılmışdır.

Bülbülə gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması üzrə layihə hazırlanmış və artıq işə başlanılmışdır. Layihəyə əsasən, Bülbülə gölünün suyu yeraltı tunel vasitəsilə Hövsan aerasiya stansiyasına gedən şəhər kollektoruna axıdılacaq, gölün ətrafındakı nasosxanalar yığışdırılacaqdır.

Hövsan-Binə-Dədə QorqudBahar adlandırılan yaşayış sahələrinin ətrafında 300 hektar ərazidə müvafiq torpaq işlərinin görülməsi, su mənbələrinin müəyyənləşdirilərək, suvarma sisteminin qurulması və ərazinin yaşıllaşdırılması, Hövsan qəsəbəsində əkin və həyətyanı sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə 215,7 kilometr uzunluğunda boru xəttinin yenidən qurulması və digər işlərin görülməsi üçün layihə-smeta sənədləri hazırlanmışdır.

Rayonun 65, 114, 196, 232, 285 saylı tam orta məktəbləri, 19, 163, 268, 312, 313, 323 saylı uşaq bağçaları, 37 saylı uşaq musiqi məktəbi əsaslı təmir olunmuş, 196, 232, 141, 114 saylı tam orta məktəblər üçün sinif otaqları (cəmi 1640 şagird yerlik 4 əlavə tədris korpusu) tikilmişdir. Eyni zamanda, 89 saylı məktəbdə bərpa-gücləndirmə işləri, 12 əlavə sinif otağının və 85 saylı məktəb üçün 480 şagird yerlik əlavə tədris korpusunun tikintisi davam etdirilir.

Hövsan qəsəbəsində uşaq poliklinikası, südçülük sovxozunda həkim, Əmircan qəsəbəsində rayon baytarlıq məntəqələri üçün inzibati binalar tikilmiş, 3 saylı Doğum evi, 8 saylı Birləşmiş Uşaq Xəstəxanası, 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının Poliklinika şöbəsi əsaslı təmir edilmiş, müasir avadanlıq və inventarla təchiz olunmuşdur. Bundan başqa, 2 saylı bərpa xəstəxanasının yararsız vəziyyətdəki binası sökülmüş və yerində yeni xəstəxana binasının tikintisinə hazırlıq işləri görülür. Hövsan qəsəbəsində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 81 mənzilli 9 mərtəbəli yaşayış binası tikilir. Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolundan Qala stansiyasına və dənizin sahilinə gedən avtomobil yolu inşa edilir.

Ötən tədris ilində rayonun təhsil işçiləri bir sıra nailiyyətlər qazanmışlar. 2010-2011-ci ildə keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" respublika müsabiqəsinin yekunlarına əsasən, 104,141, 279, 282, 318 saylı tam orta məktəblər qaliblər sırasında olmuşdur.

2010-2011-ci tədris ilində rayon ərazisində yerləşən 33 tam orta məktəbi və XDTG-ni 2139 şagird bitirmiş, onlardan 1819 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermiş, 917 nəfər tələbə adını qazanmışdır. Abituriyentlərdən 58 nəfəri 600-dən yuxarı bal toplamış, yüksək balla ali məktəbə daxil olmuş 4 məzun isə Prezident təqaüdçüsü adına layiq görülmüşdür.

Prezident İlham Əliyevin tövsiyəsinə uyğun olaraq RİH və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə rayon əhalisinin tibbi müayinəsi təşkil edilmiş, 192 min nəfər sakin tibbi müayinədən keçmişdir.

2011-ci ildə RİH-də vətəndaşların ərizə, təklif və şikayətlərinə, idarə, müəssisə və təşkilatlardan daxil olmuş korrespondensiyaya baxılması prosesində qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara ciddi diqqət yetirilmiş və qaldırılan məsələlərin həlli üçün zəruri tədbirlər görülmüşdür. Belə ki, 2011-ci ildə 4950 vətəndaşın müraciətindən 1168-i müsbət, 9-u qismən həll edilmiş, 3419-na müvafiq izahat verilmiş, 1-i əsassız sayılmış, 107-si müvafiq proqrama daxil olunmuş, 41-i baxılması üçün tabeli qurumlara, 205-i isə aidiyyəti təşkilatlara göndərilmişdir. Problemlərin daha çox mövcud olduğu ərazilərdə 2011-ci ildə 2070 nəfər sakinin iştirakı ilə 38 səyyar görüş-qəbul keçirilmişdir. RİH başçısı yanında Şuranın 10 iclasında 26 məsələyə baxılmışdır.

Göründüyü kimi, ötən il rayonun sosial-iqtisadi inkişafı, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, geniş abadlıq-quruculuq işlərinin aparılması, kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm işlər görülmüşdür. O da etiraf olunmalıdır ki, hazırda dinamik inkişaf edən Azərbaycanın əldə etdiyi uğurlarda Suraxanının da özünməxsus payı varbu rayonun ümumi inkişafa verdiyi töhfələr ildən-ilə artır. Bütün bunlar isə Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısının-"əsl siyasət real konkret fəaliyyətdən ibarətdir" məramının məntiqi nəticəsidir.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2012.- 21 fevral.- S. 5.