Suraxanı rayonunda 2011-ci ilə yekun vurulmuşdur

 

Suraxanı Rayon İcra Hakimiyyətində 2011-ci ilin yekunları 2012-ci ildə qarşıda duran vəzifələr müzakirə olunmuşdur. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət etmiş, önünə tər güllər qoymuşlar.

 

Daha sonra tədbir iştirakçıları əməkdar rəssam, rayon sakini Qəyyur Yunusovun Heydər Əliyev Mərkəzində sərgilənən əsərlərinə baxmış RİH-in rəsm qalereyasında "Suraxanı 8 ildə" adlı fotosərgi ötən ilin iqtisadi göstəricilərini əks etdirən stendlərlə tanış olmuşlar.

Yığıncaqda hesabat məruzəsilə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov məlumat vermişdir ki, dövlət proqramlarının icrası ilə əlaqədar Suraxanıda ötən il ərzində xeyli görülmüşdür. Rayonun sənaye müəssisələri keçən il 291,6 milyon manatlıq yerinə yetirmiş, bir işçinin nominal orta aylıq əmək haqqı 461 manata çatmış, rayonda 2176 yeni yeri açılmışdır. Ümumiyyətlə, 2003-2011-ci illər ərzində rayonda 12340 yeni daimi yeri açılmışdır.

Rayon icra hakimiyyətinin başçısı geniş məruzəsində 2011-ci ildə qazanılan nailiyyətlərlə yanaşı, qarşıda duran vəzifələr onların həlli yollarını diqqətə çatdırmışdır.

İ.Abbasov çıxışının sonunda rayon sakinləri əmək kollektivləri adından Suraxanı rayonuna daim diqqət qayğı göstərdiyinə görə, ölkəmizi böyük qətiyyətlə irəliyə aparan Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirmiş əmin etmişdir ki, həmişə olduğu kimi, dövlət başçısının ətrafında sıx birləşərək, Azərbaycanın tərəqqisi iqtisadi qüdrətinin möhkəmləndirilməsi naminə qarşıda duran vəzifələr layiqincə yerinə yetiriləcək.

Məruzə ətrafında Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatı Ağacan Abıyev digər natiqlər çıxış etmişlər.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmiş rayon sakinləri Qəyyur Yunusov Vasif Rəhimova medallar təqdim olunmuşdur. Bundan başqa, rayonda aparılan abadlıq-quruculuq işlərində rayonun ictimai həyatında fərqlənən müəssisə şəxslər rayon icra hakimiyyəti başçısının Fəxri fərmanı təşəkkürnamə ilə təltif edilmişlər.

Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yığıncaq iştirakçılarının ünvanladığı müraciətin mətni oxunmuşdur.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2012.- 22 fevral.- S. 6.