Salyan qurub-yaratmaq əzmi
ilə yaşayır
2011-ci ilə uğurlu yekun vuran rayonlardan biri də Salyandır.Bunu yola
saldığımız ilin təhlilinə
həsr olunmuş hesabat
yığıncağında səslənən fikirlər də
təsdiqlədi. Ulu öndər Heydər Əliyevin abidəsini ziyarətlə
başlayan, yerli istehsal nümunələrinin sərgisi ilə
tanışlıqdan sonra davam
edən tədbirdə geniş məruzə
edən rayon icra
hakimiyyətinin başçısı Tahir
Kərimov bildirdi ki,
ötən il aprel
ayının 15-də Prezident İlham Əliyevin cənub bölgəsinə səfəri zamanı yolüstü
Salyan şəhərində rayon ictimaiyyəti ilə görüşünün
yaratdığı xoş təəssüratlar,
ölkə başçısının tikinti-quruculuq
və abadlıq işləri ilə tanış olması və
görülən işləri yüksək qiymətləndirməsi
salyanlıları ruhlandırmış, onların qurub-yaratmaq əzmini
artırmışdır.
Məhz bunun nəticəsidir ki, 2011-ci ildə rayonda tikinti-quruculuq və abadlıq işləri geniş vüsət almışdır. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 16 mənzilli yaşayış binası, 8 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin inzibati binası, Abadkənd və Parça Xələc kəndlərində yeni poçt şöbəsi, şəhər əhalisinə mədəni xidmət etmək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 4 ədəd "xeyir-şər" obyekti tikilib istifadəyə verilmişdir. Yararsız vəziyyətə düşmüş XIX əsrin tarixi abidəsi olan Cümə məscidində təmir-bərpa işləri, Heydər Əliyev Fondunun dəstəyi ilə Uşaqların Texniki Yaradıcılıq Mərkəzi və Uşaq Kitabxanası üçün yeni binanın tikintisi başa çatmışdır. Fövqəladə Hallar Nazirliyinin xətti ilə Kür çayının daşqını zamanı ziyan çəkmiş ailələr üçün əlavə olaraq şəhər ərazisində 42, Qaraçala qəsəbəsində, Çuxanlı, Kərimbəyli və Qarabağlı kəndlərində 15 evin tikintisi başa çatdırılmışdır. Şəhərin küçələrində 6100 metr uzunluğunda yağış sularının axıdılması üçün küveytlər qazılıb mişar daşı ilə hörülmüşdür. "Kür" mehmanxanasında, "Muğan" şadlıq evində və Salyan Olimpiya İdman Kompleksinin stadionunda yenidənqurma işləri aparılmışdır.
Məlum olduğu kimi, 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Salyan Rayon İcra Hakimiyyətinə 2 milyon manat, bundan əlavə Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli sərəncamı ilə Salyan Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisi üçün 2 milyon manat vəsait ayrılmış və tikintiyə başlanmışdır. Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialının inzibati və yataqxana binalarının əsaslı təmiri üçün 500 min manat, şəhər ərazisində evlərin dam örtüyünün dəyişdirilməsi üçün 500 min manat vəsait ayrılmış və bu işlər başa çatdırılmışdır. Ayrılmış vəsait hesabına 17 kommunal hündür mərtəbəli binaların dam örtükləri dəyişdirilmişdir.
Ələt-Astara yolunun Salyan şəhər ərazisindən keçən hissəsində, Dövlət Bayrağı meydanında, Y.Qasımov, X.R.Ulutürk, T.Xəlilbəyli, Heydər Əliyev və Nizami küçələrində genişmiqyaslı quruculuq-abadlıq işlərinin aparıldığını qeyd edən rayon rəhbərinin məlumatına əsasən milli memarlıq üslubunda tikilmiş, eni 8, hündürlüyü 11 metr olan "Salyan şəhəri" nişangahının ətrafı abadlaşdırılmış, yaşıllıqlar salınmışdır. Şəhərə giriş istiqamətində 2034 metr uzunluqda istinad divarı tikilmiş və 3254 kvadratmetr "Gülbaxt" ağlay daşı ilə üzlənmişdir. Dövlət Bayrağı meydanında, "Heydər bulağı", "20 Yanvar" abidə-kompleksində, "31 Mart Dünya Azərbaycanlılarının Soyqırımı" abidə kompleksində, "1941-45-ci il Böyük Vətən müharibəsi" abidə komplekslərinin ətrafında ümumilikdə 1811 kvadratmetr və şəhərdaxili mağazaların və digər sosial obyektlərin fasadları və hasarları yenidən qurulmuş, milli ornamentlə "Gülbaxt" ağlay daşı ilə üzlənmişdir.
Rayonda yenidən əsaslı təmir olunmaqla səkilərə 11000 kvadratmetr üzlük daşlar döşənmiş, səki kənarına 7,5 kilometr kiçik, 8,6 kilometr iri bardürlər düzülmüşdür.
Hazırda bütün bina və küçələrdə işıqlandırma sistemi əsaslı surətdə yenidən qurulur. Bu günə qədər şəhərdə 630 müasir işıq dirəyi quraşdırılmış, kommunal binaların, ticarət şəbəkələrinin və digər sosial obyektlərin fasadları gecə işıqlandırılması ilə təmin edilmişdir.
Yığıncaq iştirakçılarının diqqətinə çatdırıldı ki, 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan ilkin olaraq Salyan Rayon İcra Hakimiyyətinə ayrılmış üç milyon manat hesabına on min nəfər əhalinin yaşadığı, 6 yaşayış məntəqəsini birləşdirən və uzunluğu 23 kilometr olan Kürsəngi-Yolüstü avtomobil yolunun tikintisi başa çatdırılmışdır.
Şəhərin Heydər Əliyev, Ə.Quliyev, T.Davudzadə, Y.Qasımov, X.R.Ulutürk və T.Xəlilbəyli küçələrində ümumilikdə 5500 metr asfalt basılmışdır.
Məruzəçi qeyd etdi ki, 2011-ci ildə rayonun sosial-iqtisadi göstəriciləri artmış, nəticədə məhsul buraxılışının həcmi 188 milyon 423 min manat olmuşdur.
Həmçinin 2011-ci ildə 3050 iş yeri yaradılmışdır ki, bununda 523-ü daimi, qalanları isə mövsümi iş yerləridir.
2011-ci ildə 6335 hektardan 19357,2
ton buğda, 10196 hektardan
29081 ton arpa istehsal edilmişdir. Ötən il 118 milyon
718 min manatlıq kənd
təsərrüfatı məhsulları
istehsal olunmuşdur.
Qarabağlı, Pambıqkənd və Parça Xalac kənd elektron ATS-in birləşdirici xətləri
radio-rele avadanlıqları
ilə dəyişdirilərək
dayanıqlı rabitə
təmin edilmişdir. Qovşağın telefon şəbəkəsində
4600 metr məsafədə
iri tutumlu magistral kabellərdə və 6300 metr məsafədə kiçik
tutumlu kabellərdə
əsaslı təmir
işləri aparılmışdır.
2011-ci ildə şəhərə
üç istiqamətdə
orta təzyiqli yeni daşıyıcı
qaz kəmərlərinin
çəkilişinə başlanılmışdır
ki, bu da
şəhərin ucqar
hissələrinin də
təbii qazla təminatına imkan yaradacaqdır. Artıq bu sahədə
müəyyən texniki
işlər həyata
keçirilmişdir. Kür çayı
boyunca bəndvurma işləri zamanı yararsız vəziyyətə
düşmüş 900 metr
qaz kəməri 200 millimetrlik polietilen borularla yenidən çəkilərək şəbəkəyə
qoşulmuşdur. Şəhər daxilində küçələrdə
daxili qaz xətləri ikitərəfli
olmaqla təzələnir
və yeni sayğaclar quraşdırılır.
Arbatan, Çuxanlı, Babazanan, Yenikənd, Qardili, Şəkərli, Həsənli,
Qarabağlı, Yolüstü
kəndlərində qaz
xətlərində yenidənqurma
və bərpa işləri aparılmış
və qazla təminat yaxşılaşdırılmışdır.
21 kəndi dayanıqlı
qazla təmin etmək məqsədilə
hazırda "Təzəkənd"
ölçü qovşağından
23 kilometr uzunluğunda
315 millimetrlik polietilen
yeraltı orta təzyiqli qaz kəmərinin çəkilişi
aparılır.
Salyan şəhərinin
"Plasmas" yaşayış massivində salınmış
168 evdən ibarət yeni qəsəbənin qazlaşdırılması da
həyata keçirilmişdir. Habelə "Bəydili-Salyan" yeraltı
daşıyıcı qaz
kəməri üzərində
yeni ölçü qovşağı tikilmiş,
383 abonenti olan Yolüstü kəndinə
yeni qaz xətti çəkilərək
istifadəyə verilmişdir.
İçməli su təminatı sahəsində də müəyyən işlərin
görüldüyünü deyən rayon icra hakimiyyəti başçısının
sözlərinə görə
"Plasmas" yaşayış massivinin kanalizasiya nasosxanasında elektrik motoru və nasos quraşdırılmış,
təmir və bərpa işləri aparılmışdır.
Qeyd etmək
lazımdır ki, ilkin ayrılmış 500
min manat vəsait hesabına qrunt sularının səviyyəsini
aşağı salan yeni qurğunun tikintisinə də başlanılmışdır. Hazırda birinci
mərhələdə Ə.Zeynalov
və Ə.Qasımzadə
küçələrinin kəsişdiyi
ərazidə uzunluğu
20, eni 10, dərinliyi
6 metr olan su anbarının tikintisi aparılır.
Dövlət başçısı İlham Əliyevin "Əhalinin ekoloji cəhətdən təmiz
su ilə təminatının yaxşılaşdırılması
ilə əlaqədar
bəzi tədbirlər
haqqında" 20 iyun
2007-ci il tarixli sərəncamına
uyğun olaraq Dayıkənd, Seyidlər,
Şorsulu və Beştalı kəndlərində
sutəmizləyici qurğuların
tikintisi aparılır.
22 yaşayış məntəqəsində quraşdırılmış
sutəmizləyici qurğular
ümumilikdə 50 min nəfərə
yaxın kənd əhalisini ekoloji cəhətdən təmiz
içməli su ilə təmin etmişdir.
Ötən il AMİ-nin Salyan filialının
əsas korpusunun və yataqxanasının
dam örtüyü, fasadları,
pəncərələri yenilənmiş,
istilik sistemi yenidən qurulmuş, kanalizasiya sistemində təmir işləri aparılmışdır.
Bundan başqa, 180 şagird yerlik Düzənlik kənd ümumi orta məktəbi tikilib istifadəyə verilmiş, 480 şagird yerlik Qarabağlı -1 və 360 şagird yerlik Yolüstü kənd tam orta məktəbləri üçün yeni binaların tikintisinə başlanılmış, 8 saylı şəhər tam orta məktəbi təmir edilmiş, 2 və 3 saylı şəhər tam orta məktəbləri üçün yeni qazanxana tikilmiş, 4 saylı şəhər tam orta, 1 saylı humanitar və 7 saylı texniki fənlər təmayüllü məktəb liseylərin istilik sistemləri yenidən qurulmuşdur. Şəhər 2 saylı uşaq bağçasının əsaslı təmirinə başlanılmış və Təhsil Nazirliyi tərəfindən bağça üçün ayrılmış 43622 manatlıq inventar gətirilmişdir.
Son illər Kürsəngi, Çuxanlı, Yeni Uluxanlı, Yolüstü, Kərimbəyli, Yuxarı Noxudlu kəndlərində həkim məntəqələri, Kolanı və Bəydili kəndlərində tibb məntəqələri tikilmiş, Mərkəzi Rayon və Qaraçala qəsəbə xəstəxanaları əsaslı təmir edilmiş, tibb müəssisələri zəruri inventar və avadanlıqlarla təchiz edilmişdir. Hazırda rayonlararası Şorsulu psixiatriya xəstəxanası üçün 100 çarpayılıq yeni korpus tikilir.
2011-ci ildə başlanılmış genişmiqyaslı abadlıq-quruculuq işlərinin bundan sonra da eyni əzmkarlıq və qətiyyətlə davam etdiriləcəyini bildirən rayon rəhbəri əmin etdi ki, Prezident İlham Əliyevin diqqət və qayğısını həmişə hiss edən Salyan çiçəklənən rayonlar sırasında olacaqdır.
Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev, Milli Məclisin deputatları Əlağa Hüseynov və Fəzail Ağamalı yığıncağın işində iştirak və çıxış etdilər.
Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edildi.
Səməd
HÜSEYNOĞLU
Xalq qəzeti.- 2012.- 23 fevral.- S. 9.