Lerik:inkişaf tarixinin daha bir ilinə yekun vuruldu
Dağlar qoynunda yerləşən
Lerik rayonu son illərdə xeyli dəyişmiş, inkişaf
etmişdir. Bu fikir 2011-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunmuş hesabat yığıncağında səslənən
bütün çıxışların
ana xəttini təşkil etmişdir.
Tədbir iştirakçıları
əvvəlcə ümummilli
lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, unudulmaz dahi şəxsiyyətin xatirəsi
önündə baş
əymişlər.
Rayon mədəniyyət evinin foyesində isə iştirakçılar tikinti-quruculuq
işlərini, istehsal
və turizm potensialını əks etdirən fotoşəkillərdən
və çeşidli
məhsul nümunələrindən
ibarət sərgi ilə tanış
oldular. Rayonun sosial-iqtisadi inkişafına
həsr olunmuş film
nümayiş etdirildi.
Sonra Lerik
Rayon İcra Hakimiyyətinin
başçısı Rövşən
Bağırovun 2011-ci ildə
görülmüş işlər
və qarşıda duran vəzifələrə
dair məruzəsi dinlənildi. O, böyük iftixar hissi ilə
bildirdi ki, Sovetlər dönəmində
heç bir ölkə rəhbərinin
qədəm qoymadığı
Lerikə 2005-ci ildən
başlayaraq, Azərbaycan
Prezidenti cənab İlham Əliyev 3 dəfə səfər etmişdir. Bir sıra sosial obyektlərin açılışında
iştirak edən ölkə başçısının
rayon ictimaiyyəti ilə
görüşü zamanı
söylədiyi fikirlər
görülmüş işlərə
verilən ən böyük qiymətdir:
"Mən çox şadam ki, Lerikdə inkişaf çox sürətlə
gedir... Rayonun, sözün əsl mənasında, inkişafı
həm yerli sakinlər, həm də bütün ölkə üçün
çox vacibdir... Dağ rayonlarına, paytaxtdan, mərkəzdən uzaqda yerləşən bölgələrə
xüsusi diqqət göstərilməlidir və
bu diqqət göstərilir".
Məruzəçi sonra dedi:
- Cənab İlham Əliyevin 14 aprel 2009-cu ildə imzaladığı
"Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı"nın təsdiq edilməsi haqqında Fərmanın icrasına uyğun olaraq keçən vaxt ərzində rayonumuzda 1951, o cümlədən
ötən il 621, ümumilikdə isə
2004-2011-ci illər ərzində
6701 iş yeri açılmışdır. Bu iş yerlərinin 30 faizindən çoxu daimi xarakterlidir.
Ölkə başçısının diqqəti
sayəsində rayonumuzda
dövlət vəsaiti
hesabına iki kənddə tam orta məktəblər inşa
edilmişdir. Yeddi kənddə isə məktəb binalarının
tikintisində iş davam etdirilir. 2012-ci ildə rayonumuzda
daha 7 məktəb binasının tikintisi nəzərdə tutulmuşdur.
Rayon icra hakimiyyəti
aparatı, baytarlıq
idarəsi yeni inşa edilmiş, müasir binalara köçmüşdür. Vergilər idarəsi
üçün kompyuter
terminalının, statistika
idarəsi üçün
inzibati idarə binasının, Siyov kəndində həkim məntəqəsinin tikintisində
son tamamlama işləri
aparılır. Rayon üzrə bütün
ATS-lər elektronlaşdırılmışdır.
Qarabağ müharibəsi əlilləri
və şəhid ailələri üçün
Lerik şəhərində
16 mənzilli yaşayış
evi, ərazilərdə
isə Qarabağ müharibəsi əlilləri
üçün fərdi
yaşayış evləri
tikilmişdir. Cənab İlham
Əliyevin şəxsi
tapşırığı ilə Lerik şəhərində 17 meqovatlıq
elektrik stansiyasının
tikintisinə başlanmışdır.
Lerik şəhərinin
su təchizatının
yenidən qurulması
və kanalizasiya sisteminin yaradılması ilə bağlı Dünya Bankı ilə Azərbaycan hökuməti arasında bağlanmış kredit sazişinə əsasən
müvafiq şəbəkələrin,
həmçinin su və çirkab su qurğularının təkmilləşdirilməsi məqsədilə
tenderdə qalib gəlmiş Türkiyənin
"Gəlişim" şirkəti
tərəfindən iş
aparılır. İlkin hesablamalara
görə, bütün
bu işlər üçün 50 milyon manatdan yuxarı dövlət vəsaiti ayrılmışdır ki,
bu da rayonumuzun
tarixində həyata keçirilən maliyyə
vəsaiti baxımından
ən böyük sosial layihələrdir.
Daxili imkanlar hesabına 8 kənddə,
"Azərsu" ASC tərəfindən
isə 3 kənddə
hər biri 40 min manata başa gələn artezian quyuları qazılmışdır. Gürdəsər kəndinin məhəllədaxili
su xətləri çəkilmişdir. Cari ildə
bu kəndlərdə
su anbarlarının və magistral xətlərin çəkilişi
başa çatdırılacaq.
Küman kəndinə
bir iş adamının köməyi
ilə 8 kilometr məsafədən su xətti çəkilmiş,
Cəngənəvud kənd
sakinlərinin dəstəyi
ilə isə kəndə su xəttinin çəkilməsinə
başlanmışdır. Lerik şəhəri
və rayonun 6 kəndində yaşayan
1800-dən yuxarı ailə
mavi yanacaqdan istifadə edir, daha 10 yaşayış məntəqəsinin qazlaşdırılması
üçün işlər
davam etdirilir. Lakin magistral qaz xətti
üzərində yerləşən
bəzi kəndlərin
layihə-smeta sənədləri
çoxdan hazırlansa
da, qaz çəkilişi
nədənsə yubadılmışdır.
Rayon icra hakimiyyəti
tərəfindən edilən
müraciətlərdən sonra həmin yaşayış məntəqələrinə
ötən il
yenidən baxış
keçirilmiş və
sənədlər təkrar
hazırlanmışdır.
Şəhərin bütün küçələrində
suaxarlar, sakinlərin narahatlığına səbəb
olan sel suyu kanalları inşa edilmişdir. Hacı
Heydər küçəsində
abadlıq işləri
başa çatdırılmış,
şəhərin küçələrində
1700 kvadratmetrdən çox
istinad divarı hörülmüş, 1967 kvadratmetrlik
divar ağlay daşları ilə üzlənmiş, 1000 kvadratmetrədək
səkiyə tamet döşənmiş, küçələrdə
56 yeni işıqlanma
dirəyi quraşdırılmışdır.
Yol istismar idarəsi tərəfindən
hesabat ilində 20 min kvadratmetr yola asfalt döşənmiş,
Lənkəran-Lerik yolunda
baş verən uçqunlar təmizlənmişdir. Sakinlərin,
bəzi bələdiyyələrin
və iş adamlarının köməyi
ilə 16 kəndin bir-biri ilə əlaqəsini təmin edən 8 yolda təmir işləri aparılmış, Haftoni
kəndi yaxınlığında
körpü inşa edilmişdir. Amma Yol istismar idarəsinin
faydalı iş əmsalının artırılmasına
tələbat böyükdür.
Ötən il şəhərdə
yerli sahibkar tərəfindən 118 dükanı,
1 örtülü bazarı,
iaşə obyekti, məhsul anbarı və mehmanxanası olan bazar kompleksi
inşa edilərək
rayon sakinlərinin istifadəsinə
verilmişdir. Əliabad kəndində
350 yerlik xeyir-şər
evi, Daster kəndində şadlıq
sarayı, şirə
sexi, restoran, Günəşli kəndində
isə iaşə obyektinin tikintisində son işlər aparılır.
Rayonumuzda adambaşına düşən
gəlir 859 manata çatmışdır. Ümumi məhsul
buraxılışının həcmi əvvəlki ilə nisbətən 13, nəqliyyat daşımalarının
gəlirləri 9, pərakəndə
əmtəə dövriyyəsi
18, pullu xidmət 9 və kənd təsərrüfatı məhsulunun
həcmi 14 faiz artmışdır. 2011-ci ildə bütün maliyyə mənbələri
hesabına 338 min manatlıqdan
çox təmir-tikinti
işləri icra edilmişdir. Rayon üzrə əhalinin orta aylıq nominal əməkhaqqı artaraq
267 manata, adambaşına
düşən gəlirlər
859 manata çatmışdır.
Kənd təsərrüfatı məhsulları
istehsalı ilə məşğul olan fermer və fərdi təsərrüfatlarda
mal-qaranın baş sayı, ət, süd, yumurta, yun istehsalı artmışdır. Lakin "Aqroservis" yaradılmasına baxmayaraq,
maşın və digər zəruri texnika tələbatı ödəmir.
Lerik fermerlərinin istehsal etdiyi keyfiyyətli bal paytaxtda keçirilən sərgi-satış yarmarkalarında həvəslə alınır. Hazırda Piran kəndində broyler fabrikinin tikintisi aparılır. Obyektdə 80-dən yuxarı lerikli işləyir.
Qarabağ müharibəsi əlilləri, şəhid və digər kateqoriyadan olan imkansız ailələrə icra hakimiyyəti tərəfindən pul və ərzaq bağlamaları verilmiş, bayramlarla bağlı şadlıq saraylarında süfrələr açılmış, veteranların mənzil-məişət problemlərinin həllinə köməklik göstərilmişdir. Qış fəsli ilə əlaqədar sərt keçən havalarda rayon elektrik təsərrüfatının işi xeyli çətinləşmişdir. Belə ki, əsasən meşə ərazilərindən keçən, uzun müddət əsaslı təmir aparılmayan Lerik-Vizəzəmin elektrik xəttində mütəmadi qəzalar baş verir. Bu xəttin əsaslı təmirinə tələbat çox yüksəkdir.
Şəhərin təmizliyi üçün 12 ədəd müxtəlif markalı maşın ayrılmışdır. Salınmış yaşıllıqlar lazımı səviyyədə qorunmalıdır ki, sakinlərin istirahəti üçün yaradılan meydanlarda, park və xiyabanlarda, fəvvarələrin ətrafında nümunəvi şərait yaradılsın. İldən-ilə abadlaşan, xarici qonaqlarının sayı artan şəhərimizin təmiz saxlanması son dərəcə vacibdir.
Sonra icra hakimiyyətinin başçısı Rövşən Bağırov təhsil, səhiyyə, mədəniyyət və turizm sahələrinin işinə münasibət bildirdi. Bu sahələrdə qazanılan uğurları diqqətə çatdırmaqla bərabər, qarşıda duran vəzifələrdən danışdı.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümü ilə əlaqədar "Lerik: tərəqqi və yüksəlişə doğru" kitabının hazırlanması ilin yaddaqalan hadisələrindəndir.
Məruzə ətrafında işgüzar müzakirələr aparıldı. Milli Məclisin deputatı İqbal Məmmədov, Prezident Administrasiyasının məsul əməkdaşı Vəfadar Bağırov da yığıncaqda çıxış etdilər.
Sonda hesabat yığıncağının iştirakçıları və rayon ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.
Əli
NƏCƏFXANLI
Xalq qəzeti.- 2012.- 23 fevral.- S. 9.