Göygöl: uğurlar möhkəm təmələ əsaslanır

 

Regional inkişaf proqramlarının yaratdığı geniş imkanlardanyerli ehtiyatlardan bacarıqla istifadə edən göygöllülər son illərdə bütün sahələrdə davamlı inkişafa nail olmuşlar. Göygöl Rayon İcra Hakimiyyətində ötən ilin yekunları və 2012-ci ilin başlıca hədəflərinin müzakirəsinə həsr olunmuş toplantıda bu həqiqət konkret fakt və rəqəmlərlə bir daha təsdiqini tapdı.

 

Hesabat məruzəsi ilə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov ötən il ölkəmizdə qazanılmış böyük uğurların fonunda rayondakı dinamik inkişafı geniş təhlil etdi, qarşıda duran vəzifələrin miqyas və önəmini açıqladı. Natiq bildirdi ki, 2011-ci ildə Göygöl rayonunda istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial obyektlərin tikilməsi, abadlıq- quruculuq işlərinin aparılması, uzun illər yığılıb qalmış problemlərin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilmiş, iqtisadiyyatın dinamik inkişafı təmin olunmuşdur.

2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində 18 xidmət, 21 istehsal, 1 emal obyekti istifadəyə verilmişdir. Göygöl Şərab Zavodu ASC-nin istehsal sahəsini genişləndirmək məqsədilə əlavə spirt zavodunun tikintisinə başlanılmışdır. Son səkkiz il ərzində 5725 yeni yeri açılmış, onun da 4638-i daimidir. 2011-ci ildə isə 444-ü daimi olmaqla, 489 yeri açılmışdır.

Keçən il 36 milyon 445,9 min manat əsas kapitala investisiya qoyulmuş, bundan 35 milyon 99,7 min manatı tikinti-quraşdırma işlərinə yönəldilmişdir. İl ərzində 12 yeni sahibkar obyekti və 145 fərdi yaşayış evi inşa edilmişdir. Vaxtı ilə almanlar tərəfindən tikilmiş, qəza vəziyyətində olan 121 yaşayış evinin dam örtüyü təmir olunmuşdur. Göygöl şəhərində yanacaqdoldurma məntəqəsi istifadəyə verilmişdir.

Ümumxalq hərəkatına çevrilmiş ağacəkmə kompaniyası ötən ildavam etdirilmiş, şəhər, qəsəbə və kəndlərdə, parkxiyabanlarda, yol kənarlarında 28 362 ədəd müxtəlif ağac və bəzək kolları, meşə ərazisində isə 67300 ədəd ağac əkilmişdir.

Bildirildi ki, 2010-cu ilin yekunlarına dair rayonun şəhər, qəsəbə və kənd üzrə icra nümayəndələrinin və Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncaqlarında səslənmiş 104 rəy və təklifdən 78-nin icrası rayonda həyata keçirilən tədbirlər sırasında öz həllini tapmışdır.

Göygöl şəhər 1 saylı, Çaylı, Çaykənd, Aşıqlı, Şəhriyar kənd poçt şöbələri yeni binalara köçürülmüşdür. Qarabağ müharibəsi əlilləri üçün Göygöl şəhərində 3, Nadil və Göyçəkənd kəndlərinin hər birində 1 fərdi yaşayış evi tikilmişdir. Rayon mədəniyyət evi, Mollacəlilli kənd kitabxanası, Çaykənd sahə xəstəxanası, Toğanalı kənd tam orta məktəbi əsaslı təmir olunmuşdur.

Yeni Qızılca kəndində məktəb, Mollacəlilli kəndində və Hacıməlik qəsəbəsində poçt şöbələri üçün binalar istismara verilmişdir. Balçılı kəndində yeni poçt şöbəsi açılmışdır. Çaylı kənd tam orta məktəbi, Haçaqaya kənd ümumi orta məktəbi, Göygöl şəhər 8 Mart uşaq bağçası, Quşçu kənd mədəniyyət evi əsaslı təmir olunmuşdur. Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə Göygöl şəhərində 4 mərtəbəli 36 mənzilli yaşayış binası tikilmişdir.

Qızılca, ZurnabadQuşqara kəndlərində yeni məktəb binalarının, Baytarlıq İdarəsi, Dövlət Sosial Müdafiə FondununMilli Təhlükəsizlik Nazirliyinin rayon şöbələri üçün inzibati binaların, Göygöl şəhərində Olimpiya idman kompleksinin tikintisi davam etdirilir. Firuzabad qəsəbəsində məktəb binasının tikintisi, Göygöl şəhər 6 saylı uşaq bağçasının əsaslı təmiri üçün hazırlıq işləri aparılır.

Hesabatda daha sonra göstərildi ki, rayonda qaz təchizatının yaxşılaşdırılması məqsədilə Göygöl şəhərində 6000 metr, Quşqara kəndində 7900 metr, Mollacəlilli kəndində 1000 metr, Üçtəpə kəndində 1022 metr, Qızılqaya qəsəbəsində 1112 metr, məcburi köçkünlərin məskunlaşdığı Murovdağ qəsəbəsində 7606 metr qaz xətti çəkilmişdir. Çaykəndə 5800 metr, Çaylı kəndində 24 418 metr, Pənahlılar kəndində 4600 metr, Xasabağ kəndində 800 metr uzunluğunda olan daşıyıcı və paylayıcı qaz xəttində təmir-bərpa işləri aparılmış, 1087 abonent təbii qazla təmin edilmişdir. Göygöl şəhərinin və Quşqara kəndinin təzə salınmış yaşayış massivinə qaz xətti çəkilir.

Samux rayonunun Alıuşağı qazpaylayıcı stansiyasından Hacıməlik qəsəbəsinədək daşıyıcı magistral qaz kəmərinin tikintisidavam etdirilir. Dozular kəndinə, Üçtəpə, Qırıqlı, Xaqani, Balçılı kəndlərində yeni salınmış yaşayış massivlərinə, Çaykənd kəndində isə bütün abonentlərə təbii qazın verilməsi hələlik mümkün olmamış, 21 kənddə isə qaz təsərrüfatı mövcud deyildir. Əhali üzrə istehlak olunan qazın həcmi 15 milyon 707 min kubmetr təşkil etmiş, ödəniş 98,7 faiz yerinə yetirilmişdir. Ötən il elektrik şəbəkəsinin yenidən qurulması məqsədilə Göygöl şəhərində 87 kilometr elektrik verilişi xətləri izolyasiyalı naqillərlə əvəz olunmuş, 5027 SMART kart tipli sayğac quraşdırılmışdır. Gücü 35 kV-luq "Göygöl" yarımstansiyasının, 35 kV-luq ikidövrəli qidalandırıcı elektrik veriliş xətlərinin tikintisi və 35 kV-luq "Göygöl-2" yarımstansiyasında yenidənqurma işləri başa çatdırılmışdır. Elektrik təsərrüfatında 46,2 min manat dəyərində təmir, bərpa işləri aparılmışdır. Əhali üzrə istehlak olunan elektrik enerjisinin həcmi 20 milyon 996,8 min kilometr saat təşkil etmiş, ödəniş 97 % yerinə yetirilmişdir. Rayonda elektrik xətlərinin və transformatorların əksəriyyətinin istismar müddəti başa çatmışdır, təzə salınmış yaşayış massivlərində isə standartlara uyğun elektrik şəbəkəsi qurulmamışdır.

Göygöl şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi üzrə Kürəkçaydan 25 kilometr yeni magistral su kəməri, Göygöl şəhərinin 8 küçəsində 4737 metr su xətti, 12 küçəsində 7 570 metr kanalizasiya xətti çəkilmişdir. Hazırda sutəmizləyici qurğularının və anbarların tikintisi, sukanalizasiya xətlərinin çəkilişi davam etdirilir. Toğanalı, Caykənd, Yeni Zod, Mixaylovka, Göyçəkənd, Aşıqlı kəndlərinə Kürək çayından çəkilən magistral kəmərdən su verilməsi nəzərdə tutulmuşdur. Xanlar qəsəbəsinin içməli su təchizatı sistemi yenidən qurularaq 1920 metr su xətti çəkilmiş, 91 abonentə su sayğacı quraşdırılmışdır.

Son üç ildə köhnə tipli ATS-in əvəzinə Aşıqlı kəndində 384, Şəhriyar kəndində 272, Pənahlılar kəndində 256, Zurnabad kəndində 128 nömrəlik EATS-lər quraşdırılmışdır. Xətt şəbəkəsi olmayan Sərkərli kəndində 70, Haçaqaya kəndində 30, Danayeri kəndində 32 nömrəlik telefon çəkilmişdir. Rayon mərkəzində olan EATS-in tutumu 704 nömrə artırılmışdır. Göygöl şəhərində 1361 kanallı Hacıməlik qəsəbəsində, Xaqani, Qırıqlı, Yeni Qızılca və Üçtəpə kəndlərində 32 kanallı internet xidməti üçün ADSL avadanlıqlar alınıb quraşdırılmışdır. 2011-ci ildə telefonların sayı 7976-ya, internet xidmətindən istifadə edən abunəçilərin sayı 798-ə yüksəlmişdir. İl ərzində əhaliyə 22 növ poçt xidməti göstərilmiş, tarif planı 104,4 % yerinə yetirilmişdir.

Məruzəçi daha sonra bildirdi ki, 2011-ci il ərzində rayon büdcəsinin gəlirləri 3 milyon 350 min manata qarşı 3 milyon 705,8 min manatya 110,6%, xərcləri 13 milyon 23,1 min manata qarşı 12 milyon 444,9 min manatya 95,5 faiz icra edilmişdir. 2010-cu illə müqayisədə gəlirlər 343,5 min manatya 10,2 %, xərclər 1356,8 min manatya 12,2 % çox olmuşdur.

Hazırda rayon üzrə 82 kollektiv kəndli fermer təsərrüfatı, 54 məhdud məsuliyyətli cəmiyyət, 197 kiçik müəssisə, 7 səhmdar cəmiyyət var, 1919 fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Ümumdaxili məhsul istehsalında qeyri-dövlət sektorunun xüsusi çəkisi 67,8 % təşkil etmişdir. 2011-ci ildə sahibkarlıqla məşğul olan 39 hüquqifiziki şəxsə 741 min manat güzəştli kredit verilmişdir.

Hesabatda məlum oldu ki, 2011-ci ildə iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 112 milyon 817,4 min manata çatmışdır. Bunun 82 milyon 520 min manatı (73,1%) istehsal sahələrinin, 30 milyon 297,4 min manatı isə (26,9%) xidmət sahələrinin payına düşür. 22 sənaye müəssisəsi 7 milyon 835,5 min manat dəyərində məhsul istehsal etmiş, qeyri-dövlət sektorunun xüsusi çəkisi 44,4% olmuşdur. 2011-ci ildə rayon üzrə adambaşına düşən pul gəliri 1908 manat təşkil etmişdir. Orta aylıq əmək haqqı 11,9 manat artaraq 199 manata çatmışdır.

2011-ci ildə 39 milyon 584,8 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilmişdir ki, bunun da 99,6%-i qeyri-dövlət sektorunun payına düşür. Rayonda heyvandarlıq inkişaf etmiş, iri malın sayı 19 min 982 başa, davarın sayı 155 min 148 başa çatmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə heyvandarlıq məhsullarının istehsalı 4,2 % artmışdır.

Toplantıda qeyd olundu ki, dövlət proqramına əsasən və Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana-yeni məktəb" devizi altında 14 məktəb binası, 26 əlavə sinif otağı inşa edilmiş, 15 məktəb binası əsaslı təmir olunmuşdur. Lakin 50 ümumtəhsil məktəblərindən 31-i uyğunlaşdırılmış binalarda yerləşir, 7 məktəb binasının tikintisinə, 9 məktəb binasının əsaslı təmir olunmasına ehtiyac vardır. Kənd məktəblərində ixtisaslı fənn müəllimləri çatışmır. Keçən il ümumtəhsil məktəblərində XI sinfin buraxılış imtahanında iştirak edən 712 şagirddən 543 nəfəri orta təhsil haqqında attestat almışdır. Ali məktəblərə verən 410 məzundan 130-u qəbul olmuş, bu da əvvəlki ilə nisbətən 6 nəfər çoxdur. Onlardan 13 nəfəri 500-dən, 5 nəfəri 600-dən çox bal toplamışdır.

İl ərzində Balçılı kənd sahə xəstəxanası, Mollacəlilli tibb məntəqəsi təmir edilmiş, imtiyazlı xəstələrə 230 min manat dəyərində pulsuz dərman verilmişdir. Hazırda fəaliyyət göstərən 23 tibb məntəqəsindən 13-nün təmirə ehtiyacı vardır, 5 tibb məntəqəsi isə bina olmadığından şəxsi evlərdə yerləşir.

Rayonda 15 mədəniyyət evi, 15 klub, 48 kitabxana, 2 muzey, 31 yerli əhəmiyyətli tarixi abidə vardır. Xaqani kəndində yeni musiqi məktəbi açılmış, hazırda 2 musiqi məktəbi fəaliyyət göstərir. 2011-ci ildə 2291 nüsxə kitab alınaraq kitab fondu 331 158 nüsxəyə çatdırılmışdır. Mərkəzi Kitabxana Sistemi təmir olunmuş, VEB saytı yaradılmışdır. Buna baxmayaraq yerli əhəmiyyətli tarixi abidələrin, mədəniyyət evlərinin, klub və kitabxanaların əksəriyyətinin əsaslı və cari təmirə ehtiyacı var.

Rayonun 5 nəfər idmançısı Danimarkada Aşihara-karate idman növü üzrə keçirilən 17-ci dünya çempionatında iştirak etmiş, iki nəfər dünya çempionu olmuş, 1 nəfəri gümüş, 2 nəfəri isə bürünc medal almışdır.

Toplantıda ayrı-ayrı sahələrdə inkişaf və xidmətə məsul şəxslərin də hesabatı dinlənildi, həllivacib məsələlər vurğulandı. Sonda bildirildi ki, Göygöl rayonunda əhalinin rifah halının yaxşılaşdırılması, ictimai-siyasi fəallığının daha da yüksəldilməsi, rayonun sosial-iqtisadi cəhətdən yüksək inkişaf etmiş bir bölgəyə çevrilməsi istiqamətində həyata keçirilən tədbirlər bu il daha da sürətləndiriləcək, Prezident İlham Əliyevin dövlət orqanları qarşısında qoyduğu vəzifələrin icrası təmin olunacaqdır.

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2012.- 23 fevral.- S. 8.