Gəncə: tarixi siması qorunan və müasirləşən şəhər

 

Gəncə çox qədim, gözəl tarixi şəhərdir. İndi şəhər qədim simasını saxlamaqla, yeni müasir yanaşma ilə daha da gözəlləşir. Parklar, binalar bərpa edilir, gözəl küçələr salınır. Yəni, Gəncə dünya səviyyəli şəhərə çevrilir.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

 

 

 

Gəncənin çox qədim bir tarixə malik şəhər olmasından danışmağa ehtiyac yoxdur. Çünki onun hər daşı, kəsəyi, küçəsi, dalanı, abidəsi bunu deyir. Amma zaman dəyişir, dünyada yenilənmə, müasirləşmə gedir. Bəs necə etmək lazımdır ki, qədim tarixi olan bir şəhər öz keçmişini, ənənəvi memarlıq üslubunu, başqa sözlə, tarixi simasını itirmədən bu müasirləşmə ilə ayaqlaşa bilsin? Əslində asan deyil. Çünki ani bir ehtiyatsızlıq, səriştəsizlik işləri korlaya bilər. Bu baxımdan Gəncənin icra strukturlarının üzərinə indi böyük məsuliyyət düşür. Digər tərəfdən, ölkə Prezidenti İlham Əliyevin tapşırığıdır ki, Gəncə müasirləşməli, lakin öz tarixi simasını, milli-memarlıq ənənələrini qoruyub saxlamalıdır.

 

Qeyd edək ki, hələ vaxtilə ulu öndər Heydər Əliyev bu şəhərdə diqqətini təkcə yeniliyə deyil, eləcə də qədimliyə yönəltmişdi. 70-ci illərin sonu, 80-ci illərin əvvəllərində şəhərdə neçə-neçə tarixi abidə bərpa olunmuşdu. Bununla yanaşı, müasir şəhərsalma prinsipləri də unudulmurdu. Elə "Yeni Gəncə" və "Gülüstan" yaşayış sahələri də ulu öndərin təşəbbüsü və tapşırığı ilə salınmışdı...

Mövzudan uzaq düşməmək üçün şəhərin ən qədim küçələrindən olan Cavadxan küçəsində ötən ilin yazından başlanan işlərdən söhbət açmaq istərdik. Uzunluğu 435 metr olan bu küçədəki binalar əsasən XIX əsrin ikinci yarısında tikilmişdir. Nizami Gəncəvinin mənsub olduğu Şeyxzamanovlar nəslinin yaşadığı evburada yerləşir. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Xasməmmədov qardaşlarının, eləcə də 1899-cu ildə tikilən və alman mühəndisi Zingerin yaşadıqları evlər də Cavadxan küçəsindədir. Bir sözlə, kuçə öz tarixi mmemarlıq baxımından hamının diqqətini cəlb edir. Lakin burada sonradan tikilən və ümumi ansambla o qədər də uyğunlaşmayan tikililər də vardı. Aparılan böyük tikinti-quraşdırma işlərindən sonra indi Cavadxan küçəsini tanımaq olmur. Küçə artıq demək olar ki, açıq səma altında muzeyə çevrilib. Qırmızı kərpicin üzə çıxarılması, cilalanması, dəmir haşiyələr və məhəccərlər, şəbəkələr Gəncə memarlığına uyğun hazırlanıb, binalarn dam örtükləri də yenidən qurulub. Qapı və darvazalar milli şəbəkə formasında hazırlanıb. Küçəyə kanalizasiya xətti çəkilib, qazsu boruları yerin altına salınıb. Burada 9 min kvadratmetr sahəyə qranit plitə döşənib, 7 yerdə fəvvarə quraşdırılıb. Gələcəkdə xalça, misdöymə, dulusculuq sənəti ilə məşğul olanlar üçün emalatxanalar tikilməsi nəzərdə tutulub. İndi günün istənilən vaxtında, axşamdan xeyli keçmiş Cavadxan küçəsində yüzlərələ adam gəzişir, istirahət edir. Yadımdadır, küçədə yenicə qazıntı işləri apararkən müxalifət qəzetləri nələr yazmırdılar: "Elmar Vəliyev Cavadxan küçəsinin altını üstünə çevirib", "Cavadxan küçəsi darmadağın edilib" və sair. İndi onu yazanlara yazığım gəlir. Cəsarətlə deyirik: son bir ildə Gəncənin digər yerlərində heç bir görülməsəydi belə, tək Cavadxan küçəsində aparılan işlər kifayət idi ki, deyək şəhər gözəlliyə, qədim keçmişinə, müasirliyə qovuşur.

Görülən işlər isə çoxdur. Bəzən adam inana bilmir ki, son bir ildə bu qədər irimiqyaslı işləri həyata keçirmək mümkün olsun. Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevdən "bunu sürətlə, həm də yüksək keyfiyyətlə necə edirsiniz" - deyə soruşanda "biz hamımız icraçıyıq, dedi, - görülən işlər ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü, xeyir-duası, köməyi, dəstəyi sayəsində mümkün olur".

Tarixi abidələrdən, tarixi binalardan söhbət düşmüşkən qeyd etməliyəm ki, bu sahədə çoxsistemli bir qurulub. Xüsusi komissiya yaradılıb, hər bir abidə, bina, ilk baxışda nəzəri cəlb etməyin hər hansı bir tikili diqqətlə öyrənilir, tarixi araşdırılır. İndiyədək şəhərdə 800-dən artıq abidə aşkar olunubbu hər gün davam etdirilir. Şəhərin müxtəlif yerlərində tarixi memarlıq baxımından maraqlı və qədimi tikililər necə deyərlər, "ikinci həyatı"na qaytarılıb. Qırmızı kərpicdən tikilmiş bir çox binalar indi şəhər sakinlərinin diqqətini cəlb edir. Bu binalarda aparılan təmir-bərpa işləri o qədər zövqlə, ehtiyatla və keyfiyyətli aparılıb ki, hələ bundan sonra neçə əsrlər göz oxşayacaq.

Gəncənin daim "yaralı yer"i sayılan su, kanalizasiya, qaz, işıq məsələləri demək olar ki, həll olunub. Yaxın iki il ərzində şəhərdə mənzillərdə 24 saat fasiləsiz içməli su olacaq, kanalizasiya sistemi yenidən qurulacaq. Artıq bir neçə ildir ki, irimiqyaslı bu layihənin icrasına başlanıb və qızğın gedir. Eybəcər şəkildə şəhərin görkəmini korlayan qaz xətləri yerin altına salınıb. Hörümçək toruna bənzəyən elektrik xətləri yeniləşdirilib, qaydaya salınıb.

Küçə və səkilərin genişləndirilməsi, yenidən qurulması şəhəri xeyli gözəlləşdirib. Ümumiyyətlə, son bir ilin təcrübəsi göstərir ki, Gəncədə küçə və prospektlərin genişləndirilməsi, artıq elementlərin yığışdırılması şəhəri tanınmaz dərəcədə dəyişdirir, füsunkar edir, həm də adamların, nəqliyyatın sərbəst hərəkət etməsi üçün şərait yaradır. Düzü, bu yaxınlarda Mərkəzi Poçtamtın qarşısından, Nizami küçəsindən və digər yerlərdən keçərkən istər-istəməz tərəddüd edirik: doğrudanmı, bu həmin küçədir? Geniş, çilçıraqlı, səliqəli...

Yaşayış binalarının da bir çoxunu tanımaq olmur. Adi beşmərtəbəli və ya iki, üçmərtəbəli binalar gözəl milli memarlıq binalarına çevrilib. Əlavə olunmuş sütunlar, şəbəkələr, artırmalar, digər elementlər binaları o qədər gözəlləşdirib ki, baxmaqla doymaq olmur. Bu binalar sanki 30-40 il əvvəl deyil, bir-iki əsr qabaq inşa olunub, qədim tarixə malik bir binadir.

Dəyişdirilən binaların təkcə fasadı deyil, dam örtüyü, həyət-bacasıdır. Qısa vaxt ərzində yüzlərlə yaşayış binasının, bir sıra inzibati binaların daim örtüklərinin dəyişdirilməsi, həm də mansard formada yenidən qurulması asan deyil. Həyətlərdə istirahət guşələri yaradılıb, uşaqlar üçün idman meydançaları tikilib.

Uzadılan, genişləndirilən Nizami prospekti dahi şairin adına layiq bir ünvana çevrilir. "Hərbi şəhərcik" deyilən ərazidə yolun hər iki tərəfinə şəbəkəli, milli ornamentlərlə bərkidilmiş hasarlar çəkilib, primitiv tikililər ləğv olunub, yaşıllıqlar salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb. Digər küçə və prospektlər də beləcə öz görkəmini tamamilə dəyişib. Heydər Əliyev, Nərimanov prospektləri göz oxşayır. Gecələr nəqliyyat vasitələrinin öz işıqlarını yandırmasına ehtiyac yoxdur. Çünki küçə və prospektlərdə milli ornamentli, çilçıraqlı lampalar ətrafı süd kimi işığa qərq edir.

Yeri gəlmişkən qeyd edək ki, şəhərdə Nizami Gəncəvi irsinin öyrənilməsi, təbliği ilə bağlı aparılan işlərin miqyası xeyli genişləndirilib. Ötən əsrin 70-ci illərində respublikamızda klassik mədəni irsimizin öyrənilməsi baxımından tamamilə yeni mərhələ başlanıb. Həmin mərhələ bilavasitə xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndərin təşəbbüsü ilə "Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında" 6 yanvar 1979-cu il tarixli qərar bu istiqamətdə kompleks vəzifələr irəli sürüb. Nizami Gəncəvinin 840 illiyi ilə əlaqədar 1981-ci ildə verilən qərar da nizamisevərlərin, bütövlükdə xalqın ürəyindən xəbər verdi.

Keçən ilin sonlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nizami Gəncəvinin 870 illiyinin təntənə ilə qeyd olunması ilə bağlı sərəncamı dahi Nizamiyə olan hörmət və izzət ənənəsinin uğurla davam etdirilməsinin daha bir parlaq təzahürü oldu.

Nizami məqbərəsində və onun ətrafında aparılan işlər bir daha göstərdi ki, ulu Nizami bizim qürur ünvanımızdır, fəxrimizdir və gələcək nəsillər üçün nümunədir.

Məqbərədə 7 min 540 kvadratmetr sahəyə qranit lövhə döşənmiş, dörd hovuz, iki şəlalə və fəvvarə yenidən inşa edilmiş, beş buta qranitlə üzlənmiş, bir süni gölkörpü yenidən təmir olunmuşdur. Məqbərənin qarşısından keçən yolun hər iki tərəfindəki istinad divarları da yenidən qurulmuşdur. Burada 11 hektar ərazidə yaşıllıq zonaları salınmış (keçən il dekabrın 24-də burada 50 mininci ağac əkildi - H.Q.), dekorativ ağaclar əkilmişdir. Bir fakt fərəh doğurur ki, şəhərin müəssisə və təşkilatlarının kollektivləri yaşıllıqlara qulluq etməyi öz öhdəliyinə götürmüşburada hər bir təşkilatın öz sahəsi var.

Məqbərənin qarşısında dahi şairin muzeyinin inşasına da başlanılmışdır. Həm muzeyin, həm də Nizami mərkəzinin ucaldılmasını gəncəlilər ölkə Prezidentinin şəhərə, ulu Nizamiyə göstərdiyi hədsiz diqqət və qayğı kimi qiymətləndirirlər.

Ümumiyyətlə, Nizami məqbərəsinədək sahə o qədər genişləndirilib, yenidən qurulub ki, bu yerlər indi əsl istirahət guşəsidir.

Şəhərin giriş hissəsi başqa bir görkəm alır. Burada ötən ilin aprelində "Qala" kompleksinin inşasına başlanıb. Bu, Gəncə - Bakı yolunun hər iki tərəfini əhatə edir. Yolun sağı ilə solu genişləndirilərək 22 metrə çatdırılıb. Qala divarının hər birinin uzunluğu 47 metr, hürdürlüyü 15 metr, qala qülləsinin hündürdüyü isə 22 metrdir. Yol boyu hər iki tərəfdə istinad divarları tikilir. Qalanın qarşısınıda "Xəmsə" bulağı inşa olunacaq.

Qeyd edək ki, "Qala" yeni giriş qapıları ilə Nizami məqbərəsinin arasındakı məsafə 4,6 kilometrdir. Yolboyu Nizaminin "Xəmsə"sinə daxil olan əsərlərinin adları həkk edilmiş 5 nəhəng kitab-abidə memarlıq elementinin, habelə şairin ölməz qəhrəmanlarının obrazlarını canlandıran heykəllərin ucaldılması dahi şair haqqında şəhərə gələn hər bir qonağa ətraflı məlumat verəcək. Yolboyu park zolağı salınacaq, 3 fəvvarə inşa ediləcəkdir.

Nizami Gəncəvinin "Xəmsə" kompleksinin yenidən qurulması da şairə olan dərin məhəbbətin nümunəsidir. Bir il qabaq bu kompleks bərbad vəziyyətdə idi və qarşısındakı lüzumsuz tikililər onu kənardan seyr etməyə imkan vermirdi.

Şəhərdə lüzumsuz, primitiv tikililərin ləğv olunması, onların yerində park və xiyabanların salınması sakinlərin böyük razılığına səbəb olur. İndi N.Nərimanov parkı şəhərin ən görməli, istirahət etməli məkanlarından birinə çevrilib. Onun sahəsi 5 min kvadratmetrə yaxındır və ərazi güllü-çiçəklidir, fəvvarəsi, gəzinti yerləri ilə tamamlanıb, N.Nərimanovun büstü qoyulub, "Zərdabi" poeziya teatrı, "Çökək hamam" abidəsi və digər tarixi yerlər yenidən bərpa olunub. Karvansarayda böyük işlər gedir. İmamzadə kompleksində işin qızğın çağıdır.

Şəhərdə Heydər Əliyev mərkəzinin və filarmoniyanın tikintisinə başlanması Gəncənin həyatında çox mühüm hadisə kimi qiymətləndirilir. Ulu öndərin adını daşıyan, sahəsi 360 hektardan çox olan parkda indi gərgin gedir. Burada ucaldılan Heydər Əliyev mərkəzinin yaxınlığında eni 20, uzunluğu 50, hündürlüyü isə 36 metr olan "Zəfər tacı" inşa edilir. Onun ətrafını seyr etmək üçün 30 metr hündürlüyündə meydança olacaq. Meydançaya qalxmaq üçün 2 lift və pilləkən quraşdırılacaq.

Üçmərtəbəli binanın ümumi sahəsi 4 min 500 kvadratmetrdir. Birinci mərtəbədə sərgi zalı, 2-ci mərtəbədə Azərbaycan tarixininmüasir inkişafını əks etdirən ekskursiya zalı, elektronadi kitabxana, 3-cü mərtəbədə köməkçi otaqlar, müşavirə-konfrans zalı, 400 yerlik iclas zalı olacaq.

Gəncə filarmoniyasının tikintisi də gəncəlilərin çoxdankı arzusu idi. Ötən əsrin 80-ci illərində inşa olunan filarmoniya binası qəzalı vəziyyətə düşmüşdü. İndi şəhərin mərkəzində 1 hektardan çox ərazidə 6 mərtəbəli yeni bina inşa olunur. Layihə üzrə 1200 tamaşaçı zalı, 2 kino zalı, açıq havada yay estrada meydanı, şəkil qalereyası, baxış qülləsi və sair olan yeni bina şəhərin çox görkəmli incəsənət obyektlərindən biri olacaq. Hündürlüyü 26 metrə yaxın olacaq binada restoran və kafelər, o cümlədən 800 kvadratmetrlik yeraltı qaraj tikiləcək. Bu bina Mərkəzi Univermağa olan bir məsafəni, yeni şəhərin baş meydanını bir növ tamamlayacaq. Yeri gəlmişkən, qeyd edək ki, şəhərin baş meydanı - Heydər Əliyev meydanı son bir ildə tamamilə yeni görkəm alıb. Binanın özüonun ətrafındakı evlər yenidən qurulub, ümumi ansambla uyğunlaşdırılıb, milli ornamentlərlə bəzədilib, maraqlı elementlər əlavə olunub. Meydanda qurulmuş iri manitorda hər cür maraqlı süjetlər göstərilir ki, bu da şəhər sakinlərinin istirahətlərinin daha mənalı keçməsinə imkan yaradır.

... Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir ay əvvəl Gəncəyə gəlişi, bir sıra obyektlərin açılışında, təməlqoyma mərasimində işitirak etməsi şəhər əhalisini hədsiz sevindirib və ruhlandırıb. Sakinlər öz doğıma şəhərlərinin hər gün, hər saat gözəlləşməsini görürbundan hədsiz qürur hissi keçirirlər. Bilirlər ki, bu gözəlliyi, tərəqqini, inkişafı onlara ölkə Prezidenti İlham Əliyev bəxş edib. Buna görə hamı özünü xoşbəxt sayır.

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2012.- 23 fevral.- S. 6.