Zərdab 2011-ci ilə yekun vurdu

 

Azərbaycanda gedən yeniləşmə və tərəqqi prosesinə töhfələrini ildən-ilə artıran zərdablılar 2011-ci ili də sanballı nailiyyətlərlə yola salmışlar. Rayon icra hakimiyyətində keçirilən hesabat yığıncağında uğurlar və qarşıda duran vəzifələrdən ətraflı söhbət açıldı, cari ilin hədəfləri diqqət mərkəzində oldu.

 

Hesabat məruzəsi ilə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev bildirdi ki, 2011-ci ildə respublikamızda qazanılan uğurlar, əldə olunmuş nailiyyətlər rayonun ictimai-siyasi və sosial-iqtisadi həyatında da özünü göstərmişdir.

Ötən ilin ən mühüm hadisəsi Prezident İlham Əliyevin may ayının 6-da Zərdaba tarixi səfəri olmuşdur. Dövlət başçısının görülən işlərlə tanış olması, ictimaiyyət nümayəndələri ilə görüşməsi, problemlərlə maraqlanması, səfərdən dərhal sonra Zərdabın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə 2 milyon manat vəsait ayırması rayon əhalisinin böyük sevincinə səbəb olmuş, minnətdarlıqla qarşılanmışdır.

2011-ci ildə aqrar sahənin inkişafı xüsusi diqqət mərkəzində saxlanılmışdır. Keçən il 35390,8 hektarya əvvəlki ilə nisbətən 3150,9 hektar çox sahədə kənd təsərrüfatı bitkiləri əkilmişdir. Sahələrin 50,4 faizini payızlıq dənli bitkilər, 45,2 faizini yem bitkiləri, 2,6 faizini texniki bitkilər, qalanını isə bostan və tərəvəz bitkiləri təşkil etmişdir. 17805 hektar taxıl, o cümlədən 4221 hektar arpa, 13584 hektar buğda əkilmişdir. Ötən müddətdə 41673 tonya əvvəlki ilə nisbətən 7175 ton çox taxıl məhsulu istehsal edilmiş, hər hektardan məhsuldarlıq 23,4 sentnerya 2010-cu illə müqayisədə 2,3 sentner artıq olmuşdur. 4 fermer təsərrüfatında 535 ton fiziki, 421 ton kondisiya çəkidə toxum istehsal edilərək torpaq mülkiyyətçilərinə satılmışdır. Hesabat ilində 2168 ton kartof, 2660 ton tərəvəz, 10265 ton bostan məhsulları istehsal edilmişdir.

Rayonda pambıqçılığın inkişaf etdirilməsi məqsədilə 912 hektar sahədə çiyid səpini aparılmışdır ki, bu da əvvəlki ildəkindən 290 hektar çoxdur. Əkilmiş sahədən 2010-cu ildəkindən 285 ton artıq olmaqla cəmi 556 ton pambıq istehsal edilmişdir.

Rayonda iri mal 2010-cu ilə nisbətən 389 baş artaraq 53499-a, davar 1744 baş artaraq 109434-ə, quşlar isə 2647 baş artaraq 184423-ə çatmışdır. Ət istehsalı 1 ton artaraq 4295-ə, süd 104 ton artaraq 21806-ya, yumurta 136 min ədəd artaraq 7 milyon 902 minə, yun istehsalı 30 kiloqram artaraq 163,6 tona yüksəlmişdir. Aqrar sahədə müəyyənləşdirilmiş bütün proqnoz tapşırıqlara əməl edilmişdir.

Kənd təsərrüfatı məhsulları istehsalının artırılması üçün hesabat ilində suvarma işlərinin təşkili daim nəzarətdə saxlanılmış, 36804 hektar sahəyə 71 nasos stansiyanın 165 aqreqatı vasitəsilə xidmət göstərilmişdir. 829,8 kilometr uzunluğunda suvarma kanalı lildən təmizlənmişdir. Şəftəhal, Aşağı Seyidlər kəndləri ərazisində su təminatını yaxşılaşdırmaq üçün yeni məhsuldar nasoslar quraşdırılmaqla su problemi aradan qaldırılmışdır.

İl ərzində rayonda 77380 ədəd, o cümlədən magistral yolların kənarlarında 41700 ədəd müxtəlif növ ağaclar əkilmişdir. Rayon ərazisində 17 ədəd, o cümlədən 2011-ci ildə 4 ədəd modul tipli sutəmizləyici qurğu tikilib istifadəyə verilmişdir. Hazırda 193 bulaq vasitəsilə 23850 nəfərdən çox əhali təmiz içməli su ilə təmin olunur.

Hesabatda daha sonra göstərildi ki, 2011-ci ildə rayon iqtisadiyyatının əsas sahələrində 84,3 milyon manatlıq məhsul istehsal olunmuş, xidmətlər göstərilmişdir. Əvvəlki ilə nisbətən artım 52,5 faiz olmuşdur. Ötən il rayonda 505 daimi yeri yaradılmışdır. Büdcə gəlirləri 12,2 milyon manata qarşı 12,1 milyon manat ya 99,3 faiz, yerli xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılmış vəsait 9,9 milyona qarşı 9,7 milyon manat ya 97,5 faiz, yerli gəlirlər 2,3 milyon manata qarşı 2,5 milyon manat ya 107,3 faiz icra edilmişdir. Rayon büdcəsinin məxaric hissəsi 14,7 milyon manata qarşı 14,3 milyon manat ya 97,2 faiz olmuşdur.

İl ərzində 194 fiziki, 20 hüquqi şəxs vergi orqanlarında qeydiyyatdan keçməklə fəaliyyətə başlamışdır. 738 ailəyə 69,5 min manat dövlət yardımı verilmişdir.

Keçən il rayonda yolların təmiri tikintisi istiqamətində müəyyən işlər görülmüş, Zərdab - Əlvənd - Mollakənd avtomobil yolunun 21,6 kilometr hissəsində üst layın tikintisinə başlanılmış artıq 17 kilometr məsafəyə asfalt-beton örtük çəkilmişdir.

Hesabat ilində rayon əhalisinin elektrik enerjisi, təbii qaz içməli su ilə təchizatının yaxşılaşdırılması istiqamətində xeyli görülmüşdür. 50 ədəd transformator yarımstansiyasında, 61 kilometr elektrik xəttində cari təmir işləri görülmüş, 265 ədəd sayğac quraşdırılmışdır. 2011-ci ildə rayonda dəyəri 23,1 milyon manat olmaqla 39,9 milyon kilovat/saat elektrik enerjisi istehlak olunmuş onun dəyəri 107 faiz ödənilmişdir.

Rayonun təbii qaz təminatı sisteminin yaxşılaşdırılması kəndlərin qazlaşdırılması sahəsində işlər il ərzində davam etdirilmişdir. Qaravəlli kəndinin, şəhərin 15-ci yaşayış massivinin Təzəkənd kəndinin qazlaşdırılması işləri başa çatdırılmışdır. Gəlmə, Salahlı, Xanməmmədli Hüseynxanlı kəndlərinin qazlaşdırılması işləri aparılır.

2011-ci ilin avqust ayından Zərdab şəhərinin su təchizatının yenidən qurulması kanalizasiya sisteminin yaradılması tədbirinin icrasına başlanılmışdır. Hazırda Dəli Quşçu kəndi yaxınlığında çirkab təmizləyici terminalının tikintisi aparılır. 1789 metr kanalizasiya, Zərdab-Kürdəmir istiqamətində 10300 metr su xətti çəkilmişdir.

Məruzəçi daha sonra bildirdi ki, 2011-ci ildə rayon ərazisində geniş tikinti-quruculuq, abadlıq işləri həyata keçirilmişdir. Ümumi sahəsi 4,5 hektar olan Heydər Əliyev parkında smeta dəyəri 3,2 milyon manat olan möhtəşəm Heydər Əliyev Mərkəzi, smeta dəyəri 337,5 min manat olan Gənclər Mərkəzinin, smeta dəyəri 106,8 min manat olan Veteranlar Yaradıcılıq evlərinin tikintisi başa çatdırılmışdır. Rayonda Qarabağ əlilləri şəhid ailələri üçün 16 mənzilli yaşayış binası, 14 nəfər Qarabağ əlilinə rayon mərkəzində kəndlərdə fərdi yaşayış evləri tikilmişdir. Fövqəladə Hallar Nazirliyi Zərdab Rayon Yanğından Mühafizə Hissəsinin inzibati binası istifadəyə verilmişdir. Şəhərin "32 hektar" adlanan ərazisində Fövqəladə Hallar Nazirliyinin xətti ilə 51 ev tikilib vətəndaşların istifadəsinə verilmiş, 24 evin tikintisi başa çatdırılmışdır.

Prezident İlham Əliyevin rayona ayırdığı 2 milyon manat vəsait hesabına 5 ədəd 16 mənzilli yaşayış binasının dam örtüyü dəyişdirilmiş, 4 ədəd yaşayış binasında əsaslı təmir işləri aparılmışdır. Şəhərin dörd yol ərazisində elektron idarəetmə tipli giriş qapısı quraşdırılmışdır. Heydər Əliyev parkının giriş qapısı tikilmiş, dörd yol ərazisində 450 metr uzunluqda hasar inşa edilmiş, şəhərin küçələrinin işıqlandırma sistemi yenidən qurulmuşdur. Son 4 ildə rayon ərazisində vətəndaşlar tərəfindən 400-ə qədər, o cümlədən 2011-ci ildə 100-dən çox fərdi yaşayış evi tikilmişdir. Ulu öndər Heydər Əliyevin adını daşıyan parkın qarşısında hündürlüyü 42 metr olan Dövlət bayrağı ucaldılmış Bayraq meydanı salınmışdır. Bütövlükdə, 2011-ci il ərzində rayonda 17,2 milyon manatlıq əsaslı tikinti, təmir abadlıq işləri aparılmışdır.

Hesabatda humanitar sahələrdə qazanılmış uğurlardan da söhbət açıldı. Bildirildi ki, 2011-ci ildə 93 nəfər ali məktəblərə qəbul olunmuş, 3 nəfər məzun 600-dən çox bal toplamışdır. Zərdab şəhər 1 saylı məktəb-liseyin müəllimi Zümrüd Əliyeva "Tərəqqi" medalı ilə təltif edilmişdir. Hazırda rayonun məktəblərində 5 nəfər "Əməkdar müəllim", 4 nəfər "Tərəqqi" medalı ilə təltif olunmuş müəllim fəaliyyət göstərir.

Əhaliyə göstərilən tibbi xidməti yaxşılaşdırmaq üçün, hər il olduğu kimi, 2011-ci ildə rayon rəhbərliyinin təşəbbüsü ilə akademik Böyükkişi Ağayevin rəhbərliyi ilə M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin həkim briqadası 3 dəfə rayonda olmuş, min nəfərə qədər xəstəni müxtəlif xəstəliklər üzrə müayinə etmiş, 15 xəstənin üzərində cərrahi əməliyyat aparmışlar. Bu mərkəzin ümumi cərrah həkimi Teymur Əllərov hər həftənin cümə şənbə günləri rayon xəstəxanasına ezam olunmuş xəstələrin müayinəsi ilə məşğul olmuşdur. Ötən il 244 gənc həqiqi hərbi xidmətə yola salınmışdır.

Rayonda fəaliyyət göstərən 27 bələdiyyə hesabat ilində rayonun sosial-iqtisadi inkişafında, xüsusən, yerli əhəmiyyətli tədbirlərin həyata keçirilməsində işlərini gücləndirmiş, "Bir bələdiyyə - azı bir layihə" təşəbbüsü çərçivəsində il ərzində 58914 manatlıq tikinti abadlıq işləri digər tədbirlər həyata keçirilmişdir.

Ötən il Rayon icra hakimiyyətinə 1610 ərizə daxil olmuşdur. Rayon icra hakimiyyətinin başçısı tərəfindən 694 vətəndaş qəbul edilmişdir. İnzibati ərazilərdə 48 səyyar qəbul keçirilmiş, 262 vətəndaş qəbul olunmuş onların müraciəti əsasən öz müsbət həllini tapmışdır.

Sonda Lütvəli Babayev bildirdi:

- Hesabatdan göründüyü kimi, rayon ərazisində çox böyük tikinti-quruculuq, abadlıq işləri həyata keçirilmişdir. Rayonumuzun siması daha da gözəlləşmiş, əhalinin sosial problemlərinin həlli üçün inamlı addımlar atılmış, insanların yaşayış səviyyəsi xeyli yaxşılaşmışdır. Bütün bunlar deməyə əsas verir ki, rayonun sosial-iqtisadi inkişafı sahəsində qarşıya qoyulan vəzifələr bundan sonra da müvəffəqiyyətlə həyata keçiriləcəkdir.

Məruzə ətrafında çıxışlarda Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Sadıqov, Mərkəzi Xəstəxananın baş həkimi Ruslan Nemətov, Polis Şöbəsinin rəisi Elmar Həsənov, Gənclər Təşkilatının sədri Ramin Əliyev və başqaları ayrı-ayrı sahələrdə qazanılmış uğurlardan, qarşıda duran vəzifələrdən danışdılar.

Milli Məclisin deputatı Jalə Əliyeva və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev toplantıda iştirak edirdilər.

 

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2012.- 28 fevral.- S. 9.