Hacıqabul:
ötən ilin nəticələri sevindiricidir
Rayonda keçirilmiş
hesabat yığıncağı bu fikri qətiyyətlə
söyləməyə əsas verir. Tədbir
iştirakçıları ulu öndərin
abidəsini ziyarət edərək xatirəsinə
ehtiramlarını bir daha
nümayiş etdirdilər. Yerli şəraitdə
istehsal olunmuş məhsulların
sərgisinə baxışdan sonra tədbir
işinə başladı.
Geniş
məruzə ilə çıxış edən rayon icra
hakimiyyətinin başçısı Əhməd Muxtarov
ötən ilin göstəricilərini ümumilikdə
uğurlu saydı, xüsusilə abadlıq-quruculuq işlərinin
sürətlə və keyfiyyətlə
aparıldığını vurğulayaraq qeyd etdi ki, hesabat
dövründə şəhərin Dədə-Qorqud,
A.Şaiq, Ə.Həşimov, Şirvan, Savalan, Ə.Şıxlinski,
Şəhriyar, S.Almazov, V.Talıbov, M.Füzuli, Ş.İ.Xətai,
C.Cabbarlı, Xəqani, S.Vurğun küçələrinə,
Şəhidlər Xiyabanına, daxili küçələri
birləşdirən avtomobil yoluna ümumilikdə 5130 kubmetr
qum-çınqıl qarışığından, 52171
kvadratmetr sahəyə asfalt-beton örtüyündən əsas
qoyulmuş və 610 ton asfalt-beton örtüyündən
hamarlayıcı qat verilmişdir.
Heydər
Əliyev, İ.Qayıbov, M.Əsədov, M.Hüseynzadə
küçələrinə ümumilikdə 8499 kvadratmetr
yeni tamet tavalar vurulmuş və qeyd olunan küçələrdəki
divarlar 5065 kvadratmetr ağlay və 760 kvadratmetr mozaika ilə
üzlənmişdir.
Şəhərin
İ.Qayıbov küçəsində işıqlandırma
sistemi dəyişilərək, müasir üslubda 43 ədəd
işıq dirəyi quraşdırılmışdır.
Şəhidlər
Xiyabanında abidə memorial kompleksi tumbalarla
hörülmüş və rənglənmiş, qranit
tavalarla üzlənmiş, beton səki daşları
quraşdırılmışdır. Kompleksin giriş hissəsinə
185 kubmetr qum-çınqıl qarışığından əsas
qoyulmuş və 1223 kvadratmetr sahəyə asfalt beton
örtüyü vurulmuşdur.
Dədə Qorqud parkında güldanlar mişar daşından hörülmüşdür. Parkda 350 kvadratmetr divar ağlay daşı ilə üzlənmiş, 14 ədəd polad işıq dirəyi quraşdırılmışdır. Əraziyə 385 metr məsafədə polietilen borudan keçirilməklə kabel, 236 metr plastik borudan isə su xətti çəkilmiş, 20 ədəd suçiləyicinin və 26 ədəd su kranlarının quraşdırılması ilə yanaşı 1 ədəd fəvvarə quraşdırılmışdır. Parka yeni tamet tavalar döşənmişdir.
Bundan əlavə, şəhərin İ.Qayıbov küçəsində yerləşən 5 və 2 mərtəbəli yaşayış binalarının dam örtüyündə rekonstruksiya işləri aparılmış, 569 kvadratmetr andurin örtük vurulmuşdur. 5 mərtəbəli binanın fasadı suvanmış, 915 kvadratmetr divar şpaklovkalanmış və rənglənmiş ,122 metr navalça qurulmuş, ağlay daşı ilə üzlənmiş, 2 mərtəbəli binada 416 kvadratmetr suvaq daşı sökülmüş, binanın balkonları kərpiclə hörülmüş, mişar daşından divar hörülmüşdür.
Kürçülü kənd daxili avtomobil yolunun 500 metrinə qum-çınqıl qarışığından əsas qoyulmuş, Muğan-Udulu avtomobil yolu istiqamətində 6,3 kilometr uzunluğunda 4,5 metr enində qum-çınqıl qarışığından əsası qoyulmuş, Navahı kənd daxili avtomobil yolunun 5 kilometr qreyderlə hamarlanaraq, qum-çınqıl qarışığından əsas qoyulmuşdur.
Şəhərin, kənd və qəsəbələrin yaşıllaşdırılması 2011-ci ildə də davam etdirilmişdir. Hesabat dövründə təkcə şəhərdə 18 minə yaxın ağac, 11 min gül kolu əkilmişdir.
2011-ci ildərayonda 11500 hektar taxıl əkilmişdir ki, bunun 6150 hektarı buğda, 5350 hektarı isə arpa sahəsi olmuşdur. Biçin dövründə 13054 ton arpa, 21094 ton buğda məhsulu olmaqla, ümumilikdə 34148 ton məhsul əldə edilmişdir. Qeyd etmək lazımdır ki, ötən 2010-cu illə müqayisədə rayonda istehsal olunan taxıl məhsulunun həcmi 27,4 %, o cümlədən buğda məhsulunun həcmi 30,0 %, arpa məhsulunun həcmi 21,0 % artmışdır. Hər hektardan məhsuldarıq 29,7 sentner olmuşdur.
Hesabat dövründə 23850 ton bostan, 18930 ton tərəvəz, 8760 ton meyvə məhsulları yığılmışdır. Əvvəlki illə müqayisədə tərəvəz məhsulu 39,8 faiz, bostan məhsulu 56,3 faiz, meyvə məhsulu 49,7 faiz artmış, 205 ton üzüm məhsulu toplanmışdır.
Regionların sosial -iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq yeni bitkiçilik sahələrinin inkişaf etdirilməsi nəticəsində son illərdə rayonda günəbaxan və qarğıdalı bitkiləri əkinlərinin genişləndirildiyini deyən Ə.Muxtarov əlavə etdi ki, 2011-ci ildə rayonda 72 hektar sahədən 94 ton günəbaxan, 59 hektar sahədən 190 ton qarğıdalı məhsulu yığılmışdır. Əvvəlki illə müqayisədə istər günəbaxan, istərsə də qarğıdalı məhsulu istehsalı 3 dəfə artmışdır. Kartof məhsulu istehsalına diqqətin nəticəsi kimi qeyd etmək lazımdır ki, 2011-ci ildə rayon ərazisində ilk dəfə olaraq 25 hektar sahədən 273 ton kartof məhsulu yığılmışdır.
Bütünlükdə aqrar bölmədə davam edən artım heyvandarlıqda da özünü büruzə vermişdir. Diri çəkidə ət istehsalı 5199 ton, süd istehsalı 14790 ton, yun istehsalı 216 ton, yumurta istehsalı isə 118 milyon 17 min ədəd olmuşdur.
Dövlət Proqramı çərçivəsində rayonun aqrar bölməsinin inkişafına təkan verəcək bir sıra mühüm əhəmiyyətli obyektlərin tikintisi 2011-ci ildə də davam etdirilmişdir. Bunlardan Ağsu rayonu ərazisindən başlayan Padar, Qarasu və Muğan kəndlərindən keçəcək 55 kilometrlik Baş Şirvan kanalının çəkilişini və Pirsaat çayı üzərindəki su anbarının lildən təmizlənərək yenidən qurulması istiqamətindəki böyük işləri göstərmək olar. Qeyd olunan kanalın 19,6 kilometrlik hissəsi artıq çəkilmişdir. Bu iki nəhəng layihələr həyata keçiriləndən sonra rayonda 15 min hektara yaxın torpaq sahəsi əkin dövriyyəsinə daxil olacaqdır.
Rayon ərazisində yerləşən yarımstansiyalarda və hava xətlərində xeyli cari və əsaslı təmir işləri aparılmışdır. 110 kv-luq Sol-Sahil hava xəttində, 35 kv-luq Udullu, Axtaçı Atbulaq, Pirsaat hava xətlərində 150 ədəd izolyator, 4 ədəd travers, 23 ədəd dayaq dəyişdirilmiş, 2000 metr yeni naqil quraşdırılmışdır.
Udulu açıb-bağlama məntəqəsində 35 kv-luq Udulu hava xəttinin və 35 kv-luq Muğan hava xəttinin yağ açarları təmir olunmuş, 10 kv-luq Padar, Xilə-Mirzə hava xəttində 4 ədəd cərəyan və 2 ədəd gərginlik transformatorları quraşdırılmışdır. Elektrik Şəbəkəsinin balansında olan 92 ədəd 10/04 kv-luq güc transformatorları cari, 36 ədəd transformator isə əsaslı təmir olunmuşdur. Fərdi abonentlər üçün 143 ədəd SMART kart tipli yeni sayğaclar quraşdırılmışdır. Kənd ərazilərində yanmış və sıradan çıxmış sayğaclar yenisi ilə əvəz olunaraq 234 ədəd 1 fazalı, 15 ədəd isə 3 fazalı sayğac quraşdırılmışdır.
2011-ci ildə də rayon ərazisində qaz sisteminin yenidən qurulması davam etdirilmişdir. Ümumiyyətlə, ötən dövrdə şəhərdə müxtəlif diametrli 202101 metr uzunluğunda yeraltı plastik boru çəkilmiş, 4550 ədəd Smart kart tipli sayğac quraşdırılmışdır. Ümumilikdə rayonun 30 məntəqəsində birpilləli qaz təminatı sisteminin çəkilişinə start verilmişdir. 9 kəndə təbii qaz verilmişdir. Belə ki, rayonun Rəncbər, Qarasu, Qızılburun, Qubalı-Baloğlan, Abdulabad, Atbulaq, Navahı, Udulu kəndlərinə və Muğan qəsəbəsinə ümumilikdə 387.935.15 metr boru çəkilmiş, 4523 sayğac quraşdırmış və 23 siyirtmə qoyulmuşdur. Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafını nəzərdə tutan Dövlət Proqramına əsasən Hacıqabul şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulmasına başlanılmışdır. Təhsilin inkişafını da prioritet məsələlərdən sayan məruzəçinin məlumatına əsasən şəhər 5 nömrəli tam orta məktəb Prezident İlham Əliyevin 28 iyun 2011-ci il tarixli sərəncamı ilə "Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsinin yekunlarına görə ölkənin 50 ən yaxşı məktəbi sırasına daxil olmuş və on min manat məbləğində mükafatlandırılmışdır.
Rayon icra hakimiyyətinin müraciətinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 avqust tarixli sərəncamına uyğun olaraq Tağılı kənd tam orta məktəbi üçün yeni 80 şagird yerlik məktəb binasının, 320 şagird yerlik Kolanı kənd tam orta məktəbinin əsaslı təmiri və əlavə 60 şagird yerlik tədris korpusunun tikintisi, 624 şagird yerlik Rəncbər kənd tam orta məktəbinin əsaslı təmiri və 200 şagird yerlik əlavə tədris korpusunun tikintisi və eləcə də 2 №-li "Gündüz" uşaq-bağçasında əsaslı təmir işləri aparılır. Atbulaq kənd tam orta məktəbinin binası isə Daxili İşlər Nazirliyi tərəfindən əsaslı təmir olunaraq şagirdlərin istifadəsinə verilmişdir.
2011-ci ildə Hacıqabul səhiyyəsində də xeyli təmir-abadlıq işləri görülmüşdür. Mərkəzi rayon xəstəxanasında və Uşaq tibb mərkəzində cari təmir işləri aparılmışdır.
Meyniman kəndində Kür çayının daşması nəticəsində qəzalı vəziyyətə düşmüş kənd həkim məntəqəsinin əvəzinə yenisi tikilib istifadəyə verilmiş və lazımı tibb avadanlıqla təmin olunmuşdur.
"Turizm ili" çərçivəsində Beynəlxalq abidələr günü, açıq qapı günləri və sair təbliğat xarakterli tədbirlər keçirilmişdir. Rayonda fəaliyyət göstərən "Pir Hüseyn Xanəgahı" Tarix Memarlıq Qoruğuna gedən yol təmir olunmuş, qum-çınqıl qarışığından ibarət material döşənmişdir. Yollara xüsusi göstəricilər və yol nişanları qoyulmuşdur. "Pir Hüseyn" Xanəgahı Tarix-Memarlıq Qoruğu Bakı-Qazax turizm marşrutuna salınmışdır. İcra hakimiyyəti tərəfindən rayonda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək mərkəzinə ayrılmış 6 otağın təmir olunması, mərkəzə su xətti çəkilməsi, istilik sistemi quraşdırılması da təqdirəlayiqdir.
Məruzəçi vurğuladı ki, ümumilikdə 2011-ci ildə görülmüş işlər 2012-ci il üçün də geniş imkanlar yaradır və bu da ölkə başçısının diqqət və qayğısının buriz nümunəsi olaraq əhalinin daha yaxşı yaşamasına xidmət edir.
Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev və Milli Məclisin üzvü Rəfael Hüseynov yığıncaqda iştirak və çıxış etdilər. Sonda tədbir iştirakçıları adından ölkə başçısına müraciət qəbul olundu.
Səməd
HÜSEYNOĞLU
Xalq qəzeti.- 2012.- 29 fevral.- S. 10.