Danışır
forum iştirakçılarış.
"Rusiya-Azərbaycan əlaqələrinin genişlənməsi
xalqlarımızın mənafelərinə xidmət edir"
Bildiyiniz kimi, iyunun 28-də Bakıda "Rusiya
- Azərbaycan dialoqu-2012" üçüncü
Rusiya-Azərbaycan regionlararası forumu keçirilmişdir. Forumun
əsas məramı Rusiya
Federasiyasının regionları ilə Azərbaycan
Respublikası arasında iqtisadi, elmi-texniki və humanitar əməkdaşlıq
sahəsindəki mövcud əlaqələrin
daha da genişləndirilməsi
üçün təklif və tövsiyələr
hazırlamaq olmuşdur.
Forum
Rusiya Federasiyası və Azərbaycan Respublikası prezidentləri
administrasiyalarının dəstəyi ilə "Avrasiya Tədqiqatları
İnstitutu" İnkişaf Fondu tərəfindən təşkil
olunmuşdur. Forumun işində hər iki ölkənin
Prezidentləri Administrasiyalarının, parlamentlərinin, mərkəzi
və regional hakimiyyət orqanlarının, elm və təhsil
müəssisələrinin, biznes strukturlarının, KİV
və QHT-lərin çoxsaylı nümayəndələri
iştirak etmişlər. Əməkdaşımız forum
iştirakçılarından bir neçəsi ilə
görüşərək, onlardan bu önəmli hadisə ilə
bağlı fikir və düşüncələrini qəzetimizin
oxucuları ilə bölüşdürmələrini
xahiş etmişdir.
Aqiyə Naxçıvanlı, Azərbaycan
Müəllimlər İnstitutunun rektoru:
- Mən bir ziyalı kimi forumun işindən çox razı qaldım. Məlumvat üçün deyim ki, forum çərçivəsində "Rusiya ilə Azərbaycan arasında humanitar sahədəki əməkdaşlığın hazırkı vəziyyəti" mövzusunda təşkil olunmuş "Dəyirmi masa"nın işində fəal iştirak etməyə çalışdım. Yeri gəlmişkən, oradakı çıxışım zamanı bir neçə məsələni xüsusi vurğuladım. Tezis şəklində həmin məqamları yenidən söyləyə bilərəm. Yəqin ki, xatırlayırsınız, 1990-cı illərin əvvəllərində Azərbaycan - Rusiya dövlətləri arasındakı münasibətlər heç də hamar deyildi, əslində, gərgin və mürəkkəb idi. Dahi siyasətçi Heydər Əliyev 1993-cü ilin yayında müstəqil Azərbaycana rəhbərlik etməyə başlayandan sonra, qonşu Rusiya dövləti ilə dostluq münasibətlərinin nizamlanmasında çox mühüm rol oynadı və ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoydu. 2000-ci ildə cənab Vladimir Putinin Rusiya Prezidenti seçilməsi Rusiya-Azərbaycan münasibətlərində yeni dönüş yaratdı. İki ölkənin liderləri zamanın sınağından çıxmış tarixi əlaqələri bərpa etməyə və sabit, mehriban qonşuluq münasibətləri qurmağa nail oldular. Çox fərəhli haldır ki, prezidentlər cənab İlham Əliyev və Vladimir Putin hazırkı dönəmdə bu əlaqələrin daha da gücləndirilməsinə böyük önəm verirlər. Bu dost və qonşu xalqların ziyalılarını, gənclərini, bir sözlə, hər birimizi çox sevindirir. Hazırda Azərbaycanda 120 mindən çox rus yaşayır. Heç kəsə sirr deyil ki, Cənubi Qafqazda rus diasporu ən çox Azərbaycanda özünün etnik identikliyini, mədəniyyətini, dil bənzərsizliyini qoruyub saxlaya bilmişdir. Başqa millətlərin nümayəndələri kimi, ruslar da ölkəmizin sosial-iqtisadi, siyasi və mədəni həyatına sıx inteqrasiya olunublar. Müstəqillik illəri ərzində Azərbaycanda rus dilinin tətbiqi sahəsi məhdudlaşdırmadı, əksinə, daha da genişləndi. Böyük A.S.Puşkinin, L.N.Tolstoyun, A.P.Çexovun qüdrəti təkcə mədəniyyətimizdə deyil, ictimai həyatın, demək olar ki, bütün sahələrində öz mövqelərini qoruyub saxladı. Hazırda rus dilində ölkəmizdə 50-dən çox qəzet və jurnal nəşr edilir ki, bu da sovet dövründə olduğundan bir neçə dəfə çoxdur. Rusiyanın bir çox populyar qəzet və jurnalları Azərbaycan ərazisində sərbəst satılır.
Bu forum çox əlamətdar vaxtda baş tutdu. Belə ki, bu il ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 20 illiyidir. Sevindirici haldır ki, forumda hər iki ölkənin gənclər təşkilatlarının nümayəndələri fəal iştirak etdilər. Tədbirdə dəfələrlə qeyd olundu ki, Azərbaycan və Rusiya gəncləri arasında əlaqələrin inkişafı yeni meyillərə və innovasiyalara əsaslanır. Gənclər olmayan yerdə hər hansı bir yenilikdən danışmaq olmaz.
Yefim Pivovar, Rusiya Dövlət Humanitar Universitetinin rektoru:
- Mən forumun Rusiya tərəfindən moderatoruyam. Məxsusi qeyd etmək
istəyirəm ki, bundan əvvəl keçirilən forumlar artıq öz bəhrəsini vermişdir.
Bu forumun da
uğurla başa çatacağına tamamilə
əminəm. Azərbaycan
və Rusiya qonşu və dost ölkələrdir, xalqlarımız
arasında onillər boyu siyasi-iqtisadi, humanitar sahələrdə
sıx əlaqələr
formalaşmışdır. Rusiya-Azərbaycan əlaqələrinin genişlənməsi xalqlarımızın
mənafelərinə xidmət
edir. Prezident İlham Əliyevin
müdrik rəhbərliyi
ilə son illər Azərbaycanda baş verən sosial-iqtisadi inkişafı diqqətlə
izləyirəm. Bu heyratamiz tərəqqiyə
Azərbaycanın həqiqi
dostlarından biri kimi çox sevinirəm. Demək istəyirəm
ki, Azərbaycanın sürətli inkişafı
onun şimal qonşusu Rusiyanın da marağındadır.
Forumda səslənən bir çox faktlar məni sevindirdi. Belə ki, 2011-ci ildə ölkələrimiz arasında
ticarət dövriyyəsinin
həcmi əvvəlki
illə müqayisədə
yarım dəfə artaraq 3 milyard dollara yaxınlaşır.
Bu, böyük rəqəmdir. Hər iki
dövlətin və xalqın mənafeləri bu iqtisadi əlaqələri
daha da genişləndirməyi
tələb edir.
Rusiyanın böyük regionları
var. Onların ayrı-ayrılıqda
müstəqil Azərbaycan
ilə iqtisadi, ticari əlaqələri yüksələn xətt
üzrə inkişaf
edir. Yenə konkret rəqəmlər
çəkə bilərəm.
Məsələn, bu gün Rusiya Federasiyasının
83 subyektindən 70-i Azərbaycan
ilə əməkdaşlıq
edir. Dağıstan,
Tatarıstan, Başqırdıstan
respublikalarının ölkənizlə
həm iqtisadi, həm də humanitar əlaqələri
intensiv xarakter almışdır. Coğrafi cəhətdən
Azərbaycana yaxın
olan Krasnodar və
Stavropol diyarlarının da
ölkəniz ilə əlaqələri möhkəmlənmişdir.
Moskva və Sankt-Peterburq şəhərlərinin
iş adamları Azərbaycan iqtisadiyyatına
ciddi maraq göstərirlər. Hər kəsə
bəllidir ki, Həştərxan, Volqoqrad,
Sverdlovsk, Samara, Rostov, Perm, Çelyabinsk və sair vilayətlərin
də Azərbaycan ilə əlaqələri
son illər daha da güclənmişdir.
Mən forumda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin parlaq çıxışını diqqətlə dinlədim.
O xüsusi vurğuladı
ki, bu səviyyəli
tədbirlərin müntəzəm
keçirilməsi prezidentlərimiz
İlham Əliyevin və Vladimir Putinin siyasi iradəsi sayəsində mümkün
olmuşdur. Hər iki dövlətin
rəhbərləri ölkələrimiz
arasında tərəfdaşlığın
daha da dərinləşdirilməsində,
həm siyasi, həm də iqtisadi və mədəni sahələrdə
əməkdaşlığın miqyasının genişləndirilməsində
maraqlıdırlar. Düşünürəm ki, qarşılıqlı
əlaqələrin bu
formatı daim dialoq aparmaq və fikir mübadiləsi
etmək, iqtisadi və humanitar münasibətlərin perspektivlərini
müzakirə etmək,
qarşılıqlı fəaliyyətin
yeni formalarını birlikdə axtarmaq və tapmaq üçün gözəl
imkandır.
Sergey Medvedev, Rusiya
Federasiyası "Rossotrudniçestvo"
İdarəsinin rəis
müavini:
- Mən bu forumda
iştirakımdan çox
məmnunam. Bir məqamı dostlarıma
da demişəm, fikrimi sizə də açıqlamaq istəyirəm. O da budur ki, bu
gün Rusiya ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrin dinamikası
intensivdir ki, bu münasibətlər əksər MDB dövlətləri
üçün də
gözəl nümunə
ola bilər.
Biz bilirik ki, Rusiya və Azərbaycan xalqları arasında çoxəsrlik
dostluq ənənələri
yaranıb, bizim bənzərsiz mədəniyyətlərimiz
bir-birinə qarşılıqlı
nüfuz edərək
zənginləşiblər. Bəllidir ki,
ümumi tarix, yüksək humanitar əməkdaşlıq iqtisadi
strukturların da uğurlu əməkdaşlığına
yol açır.
Bütün bunlar strateji
tərəfdaşlığın möhkəmlənməsi və
durmadan irəliləməsi
üçün zəmin
yaradır.
Bakı forumunun işi ilə bağlı həm də onu deyə bilərəm
ki, regionlararası dialoq təkcə iqtisadi dividendlər gətirməklə məhdudlaşmır,
həm də xalqlarımızın daha
da yaxınlaşmasına
şərait yaradan inteqrasiya elementi kimi çıxış edir. Dinamik inkişaf edən
qarşılıqlı ticari-iqtisadi
əlaqələr buna
sübutdur. Məsələn, son illərdə Rusiya Federasiyası müstəqil
Azərbaycana 400 milyon
ABŞ dolları məbləğində
sərmayə yatırmışdır.
Azərbaycan 10 il ərzində Rusiyaya 570 milyon ABŞ dolları məbləğində
sərmayə qoymuşdur.
İnvestisiya sahəsində əməkdaşlıq
üçün əlavə
imkanlar vardır.
Bakıda forum iştirakçılarına
göstərilmiş qonaqpərvərlikdən
çox razıyam.
Əslində bütün qonaqlar
forumun yüksək səviyyədə təşkilindən
çox razıdırlar.
Burada açıq və maraqlı fikir mübadiləsi üçün
əla şərait yaradılıb. İnanıram ki, forumda aparılan
maraqlı və səmərəli diskussiyalar,
səslənən yeni
ideyalar, əlaqələrimizin
daha da inkişaf
etdirilməsinə yardım
edəcəkdir.
Söhbəti qələmə aldı:
M.HACIXANLI
Xalq qəzeti.- 2012.- 4 iyul.- S. 6.