AMEA-nın Dilçilik İnstitutunda
Məmməd Səid Ordubadinin 140 illik yubileyi qeyd edilmişdir
İyulun 4-də Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi
adına Dilçilik İnstitutunda
görkəmli Azərbaycan yazıçısı, şair, dramaturq, publisist və ictimai xadim Məmməd Səid Ordubadinin
anadan olmasının 140 illiyinə həsr
edilmiş konfrans keçirilmişdir.
AMEA-dan bildirmişlər ki, institutun direktoru filologiya elmləri
doktoru, professor Fəxrəddin
Veysəlli M.S.Ordubadinin Azərbaycanın ictimai fikir tarixindəki yeri və rolundan
danışmışdır. Yazıçının qələmə
aldığı əsərlərin bütün
dövrlərdə öz dəyərini qoruduğu və maraqla oxunduğu diqqətə
çatdırılmışdır.
Sonra
Bakı Slavyan Universitetinin dosenti Dürdanə Əliyevanın
M.S.Ordubadinin dili və üslubuna dair məruzəsi dinlənilmişdir.
Konfransda
Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı
Rübabə Əliyeva görkəmli ədibin əsərlərindəki
xüsusi adlara, professor İsmayıl Kazımov isə
M.S.Ordubadinin "Gizli Bakı" əsərinin leksikasına
həsr olunmuş məruzələrlə
çıxış etmişlər.
Professorlar
Qəzənfər Kazımov, Qara Məşədiyev, Roza
Eyvazova və başqaları tədbirdə
çıxış edərək M.S.Ordubadinin
yaradıcılığında dil məsələləri ilə
bağlı fikirlərini bölüşmüşlər.
Xalq qəzeti.- 2012.- 5 iyul.- S. 5.