Bakı Avrasiya
Universiteti - 20
Azərbaycan təhsil
sistemində uğurları ilə fərqlənən Bakı
Avrasiya Universitetinin 20 yaşı tamam oldu. Yubiley ərəfəsində
universitetin keçdiyi şərəfli tarixdən
danışan rektor, professor Nazim Hüseynli ümummilli lider
Heydər Əliyevin elmə, təhsilə daim böyük
qiymət verdiyini, ulu öndərin ideyalarının ölkə
Prezidenti İlham Əliyev tərəfindən uğurla davam
etdirildiyini söyləmişdir.
O, müxbirimizə bildirmişdir ki, qloballaşmanın vüsət aldığı informasiya cəmiyyətində sosial-iqtisadi fəaliyyət sahələrində rəqabətin gücləndiyi, habelə təbii resursların tədricən tükəndiyi bir vaxtda təhsilin rolu daha da artmaqdadır. Son illər dövlət tərəfindən aparılan islahatlar nəticəsində təhsil müəssisələrinin müstəqil fəaliyyətinə və inkişafına hüquqi, iqtisadi zəmin yaradılmışdır. Dövlətin bu qayğısı bütün təhsil işcilərini sevindirir və onları daha böyuk uğurlara fərəhləndirir.
Yubiley ərəfəsində Bakı Avrasiya Universitetinin bir sıra əməkdaşları, o cümlədən professor- müəllim heyəti təhsil naziri Misir Mərdanovun sərəncamı ilə fəxri fərmanlar və qabaqcıl təhsil işçisi döş nişanları ilə mükafatlandırılmışdır.
Mükafatların təqdim edilməsində iştirak edən Təhsil Nazirliyi icra aparatının rəhbəri İlham Pirməmmədov univesitetinin keçdiyi 20 illik tarixindən danışaraq qeyd etdi ki, Bakı Avrasiya Universiteti həm keçmişi ilə, həm də bu günü ilə ölkəmizdə adı hörmətlə çəkilən, nüfuz qazanan universitetlər arasında birincilər sırasındadır.
Təhsil naziri Misir Mərdanovun əmri ilə
universitetin 7 əməkdaşı qabaqcıl təhsil
işçisi döş nişanına,14 nəfər isə
fəxri fərmanlara layiq görülmüşdür.
Xalq qəzeti.- 2012.- 7 iyul.- S. 4.