Nəsimi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

 

Nəsiminin adını daşıyan və 1969-cu ildə yaradılan rayon ötən müddət ərzində böyük bir inkişaf yolu keçmişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin birinci dövründə rayonun istər iqtisadi, istərsə də sosial-mədəni sahələrində mühüm uğurlar əldə edilmişdir. Ulu öndərin ikinci hakimiyyəti illərində isə Azərbaycanın hər yerində olduğu kimi, burada da tikinti-quruculuq və abadlıq işləri böyük vüsət almışdır.

 

Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə reallaşdırılan məqsədyönlü siyasət nəticəsində adıçəkilən rayon daha da inkişaf etmiş, müasirləşmiş, güclü istehsal potensialı, infrastruktur sistemi formalaşmışdır. Dövlət başçısının tapşırıq və tövsiyələri əsasında abadlıq-quruculuq işlərinin miqyası genişlənmiş, çoxşaxəli istehsal sahələri yaradılmış, sosial problemlərin həlli istiqamətində mühüm addımlar atılmışdır. Bundan başqa, sakinlərlə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi və insanların qayğılarına həssaslıqla yanaşılması istiqamətində əməli və təsirli tədbirlər görülmüşdür.

 

Rəqəmlərin dili ilə

 

Bu ilin birinci rübündə rayonun sənayesində 83685,1 min manatlıq və ya əvvəlki ilin səviyyəsindən 1,6 dəfə çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənaye istehsalının 68,6 faizi məhsul istehsalının, 31,4 faizi isə sənaye xarakterli xidmətlərin payına düşmüşdür.

İnformasiya və rabitə müəssisələri tərəfindən hüquqifiziki şəxslərə göstərilən xidmətin dəyəri 4992,3 min manat təşkil etmişdir. 2012-ci ilin yanvar-mart aylarında nəqliyyat sektorundakı müəssisələr tərəfindən isə 93794,4 min manatlıq xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 33,2 faiz coxdur.

Bu ilin birinci rübündə rayonda bütün maliyyə mənbələri hesabına 22342,7 min manat dəyərində əsas fondlar istifadəyə verilmişdir. Eyni zamanda iqtisadisosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 57319,2 min manat məbləğində investisiya yönəldilmişdir. Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 21,2 dəfə çoxdur. Bundan başqa, əsas kapitala yönəldilmiş investisiyadan 34204,4 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,6 dəfə çoxdur.

Rayonda işsizlik probleminin aradan qaldırılması istiqamətində uğurlu nəticələr əldə edilmişdir. Belə ki, 2003-2011-ci illərdə rayon ərazisində yaradılan müəssisələrdə 19030 yeni yeri açılmışdır. Bu proses hazırda da davam etməkdədir. Cari ilin yanvar-mart aylarında rayonda 696 yeni yeri açılmışdır ki, bundan 69-u yeni yaradılan, 107-si mövcud müəssisə və təşkilatlar, 520-si isə fiziki şəxslər üzrə olmuşdur.

 

Abadlıq-quruculuq işləri geniş vüsət alır

 

Son illər rayonda yerləşən "Zabitlər" və Bülbül prospektindəki parklarda aparılan yenidənqurma işləri başa çatdırılmış, Dağ Yəhudiləri dini icması üçün yeni sinaqoq istifadəyə verilmiş, "Əjdərbəy" məscidinin açılışı olmuşdur. "Bakıelektrikşəbəkə" ASC-nin inzibati binasının və Mərkəzi Dispetçer Xidmətinin, 28 May küçəsi ilə Bülbül prospektinin kəsişməsində yerləşən yeraltı keçidin tikintiləri də başa çatdırılmışdır. Azərbaycan Dövlət Neft Akademiyasının əsas binasının ətrafında abadlıq və yenidənqurma işləri aparılmışdır.

Ekoloji vəziyyətin yaxşılaşdırılması rayon rəhbərliyinin daim diqqət mərkəzində olmuşdur. Prezident İlham Əliyevin bu sahəyə xüsusi əhəmiyyət verdiyini nəzərə alaraq yeni yaşıllıq zolaqları salınmış, yol kənarlarında, həyətlərdə ağacgül kolları əkilmiş, bu işlər mütəmadi olaraq davam etdirilməkdədir. Belə ki, son illərdə rayonun H.Seyidzadə, 20 Yanvar, Cavadxan, S.Vurğun küçələri, Vaqif, Azadlıq, Tbilisi prospektlərində, ayrı-ayrı məhəllələrdə, parkbağlarda ağacgül kolları əkilmiş, rayon ərazisində yeni-yeni yaşıllıq zolaqları salınmışdır. S.Vurğun, R.Behbudov, Bakıxanov, H.Ələsgərov, Mərdanov qardaşları və s. küçələrdə, Vaqif və Azadlıq prospektlərində səkilərə tamet plitələr döşənmiş, müxtəlif ünvanlarda bardürlər dəyişdirilmiş, yol kənarlarında ağaclardekorativ kollar əkilmişdir. D.Əliyeva, Cavadxan, A.Əliyev və digər küçələrdə məhəllədaxili yolların, meydançaların asfalt örtüyü dəyişdirilmiş, yeni oturacaqlar qoyulmuş, uşaq oyun elementləri quraşdırılmış, yaşıllıq zolaqları salınmışdır.

Rayonda yerləşən tibb müəssisələrinin yenidənqurulması və bərpası istiqamətində də xeyli görülmüşdür. Ə.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanası əsaslı təmirdən sonra fəaliyyətini tam bərpa etmişdir. 3 saylı Uşaq Kliniki Xəstəxanasında, 3 saylı uşaq poliklinikasında və 20 saylı şəhər poliklinikasının nəzdində yeni travmatologiya məntəqəsində əsaslı təmir işləri aparılmışdır.

Sosial tədbirlərin həyata keçirilməsində Heydər Əliyev Fondunun mühüm rolunu da qeyd etməliyik. Rayonda bir sıra sosial təyinatlı obyektlər, o cümlədən, əqli cəhətdən zəif olan uşaqlar üçün 268 saylı xüsusi məktəb və atılmış uşaqlar üçün nəzərdə tutulmuş 1 saylı körpələr evi fondun təşəbbüsü və maliyyə dəstəyi ilə əsaslı təmir edilmişdir.

YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2011-2012-ci tədris ili ərəfəsində bütün birinci sinif şagirdlərinə məktəbli ləvazimatları hədiyyə edilmiş, il ərzində rayonda fəaliyyət göstərən yardımçı məktəblərə müntəzəm diqqət və qayğı göstərilmişdir.

 

Dövlət Proqramı uğurla həyata keçirilir

 

Bakının, eləcə də paytaxtətrafı qəsəbə və kəndlərin sosial-iqtisadi, mədəni inkişafının yeni vüsət alması, aparılan abadlıq və quruculuq işlərinin uğurla davam etdirilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən imzalanan "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Nəsimi rayonuna da geniş yer ayrılmış və 2013-cü ilə qədər rayon üzrə 41 tədbirin görülməsi nəzərdə tutulmuşdur. Bunlar qaz, elektrik enerjisi, istilik, su təchizatlarından tutmuş kanalizasiya, rabitə və informasiya, yol təsərrüfatı və nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət sahələrinə kimi ən müxtəlif sferaları əhatə edir.

Ölkə Prezidenti İlham Əliyev sözügedən Dövlət Proqramında qarşıya qoyulmuş vəzifələrin icra vəziyyətinin yerində şəxsən yoxlanılmasına hər zaman xüsusi önəm verirbunu dövlət başçısının yerlərə səfərlərindən də aydın sezmək mümkündür. Bu zaman obyektlərin keyfiyyət və estetik görünüşünün günün tələblərinə uyğunluğu da dövlət başçısı tərəfindən diqqət yetirilən əsas məqamlar sırasında yer alır. Xüsusilə qürurverici faktdır ki, ölkə Prezidenti 2003-cü ildən indiyədək müxtəlif rəsmi açılış və təməlqoyma mərasimlərində iştirak məqsədilə Nəsimi rayonunda 20 dəfədən çox olmuşdur.

Adıçəkilən Dövlət Proqramının qəbulundan ötən bir il ərzində Nəsimi rayonunda xeyli görülmüşdür. Proqrama uyğun olaraq rayonun 6 təhsil müəssisəsində, 4 körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri aparılmış, 35 və 151 saylı tam orta məktəblərdə müvafiq olaraq 250 və 160 yerlik əlavə korpuslar tikilmişdir. Məktəblərin maddi-texniki bazası daha da möhkəmlənmiş, ümumtəhsil məktəblərində vahid məktəbli formasının tətbiqi ilə bağlı tədbirlər başa çatdırılmışdır. Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 22 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın Əlavə Tədbirlər Planında da Nəsimi rayonuna geniş yer ayrılmışdır.

 

Həssas münasibət varsa...

 

Rayon rəhbərliyi ahıl yaşına çatmış sakinlərin qayğılarına daim xüsusi diqqət yetirir və onların problemlərinə həssaslıqla yanaşır. Rayon ərazisində yaşayan tənha, əlil və ahıl insanlara mütəmadi qaydada evlərində xidmət göstərilir. Bayram günlərində şəhid, əlil, aztəminatlı və sosial qayğıya ehtiyacı olan ailələrə icra hakimiyyəti tərəfindən maddi kömək edilir.

Rayonda aztəminatlı vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzindədir. Son 5 ildə güzəştli kateqoriyadan olan sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün yaşayış yeri üzrə 40-dan çox ailə mənzillə təmin edilmişdir.

Nəsimi rayonunda məskunlaşmış qaçqın və məcburi köçkünlərin yerlərdə rastlaşdıqları çətinliklərlə əlaqədar yazılı və şifahi müraciətləri rayon icra hakimiyyətinin daim diqqət mərkəzindədir. Onların sosial, məişət, mənzil şəraitinin yaxşılaşdırılması, işlə təminat və s. məsələlər müntəzəm olaraq nəzarətdə saxlanılır.

 

Nəsimi rayonu ABŞ-ın Svitzer Haylend rayonu ilə qardaşlaşıb

 

Ötən ilin oktyabr ayı Nəsimi rayonunun ictimai-siyasi həyatında əlamətdar bir hadisə ilə yadda qalmışdır: ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərinin Svitzer Haylend rayonu Nəsimi rayonu ilə qardaşlaşmışdır. Bu, rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyevin başçılıq etdiyi nümayəndə heyətinin ABŞ-a səfəri zamanı Kaliforniya ştatının San Dieqo Şəhər Şurasında Svitzer Haylend rayonu ilə Nəsimi rayonu arasında müvafiq bəyannamə qəbul edilməsi ilə reallaşmışdır.

Keçirilən görüşlərdə Nəsimi və Svitzer Haylend rayonlarının qardaşlaşmasının Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi ilə üst-üstə düşməsi vurğulanmış və San Dieqo şəhərinin rəhbərliyi bu münasibətlə Azərbaycan xalqını təbrik etmişdir.

 

Vətəndaşların qəbuluna, müraciətlərə baxılmasına xüsusi önəm verilir

 

Prezident İlham Əliyevin iştirakı ilə bu ilin mayın 9-da açılışı olan RİH-nin yeddi mərtəbədən ibarət inzibati binasında elektron idarəetmə və məlumat bazası quraşdırılmışdır. Bununla da dövlət başçısının "elektron hökumət"in yaradılması barədə tapşırıqlarına uyğun olaraq, vətəndaşların ərizə və şikayətlərinin operativ qəbulu reallaşmışdır. Hazırda rayonun hər bir sakini icra hakimiyyətinin binasına gələrək bu sistem vasitəsilə elektron ərizə yazamüvafiq şöbəyə göndərə bilər. Eyni zamanda, vətəndaşlar bu sistemdən internetlə rayon icra hakimiyyətinin rəsmi saytına və ya bu bazaya daxil olaraq evlərindən birbaşa müraciət edə bilərlər.

Vətəndaşların yazılı və şifahi müraciətləri, onların problemlərinin həll edilməsi rayon rəhbərliyinin daim diqqətindədir. Başçı keçirilən səyyar qəbullarda vətəndaşların problemləri ilə yerində tanış olur, onların müsbət həlli üçün operativ tədbirlər həyata keçirir. Rayon icra hakimiyyətinin "Qaynar xətt"inə daxil olan məlumatlarla əlaqədar operativ tədbirlər də öz müsbət nəticəsini verir. Rayon icra hakimiyyətinin internet saytında məlumatlar mütəmadi olaraq yeniləşdirilir, əhalinin həmin məlumatlarla tanış olmaq və müraciətlərini yerləşdirmək imkanları genişləndirilir.

 

***

 

Son illər Nəsimi rayonunda qarşıya qoyulmuş başlıca vəzifələr əhalinin sosial rifah halının yaxşılaşdırılması, abadlıq-quruculuq işlərinin daha sürətlə aparılması, təhsil-səhiyyə müəssisələrinin fəaliyyətinə diqqətin artırılması, xidmət və infrastruktur sahələrində işin müasir dövrün tələblərinə uyğunlaşdırılması, sahibkarlara mane olan süni əngəllərin aradan qaldırılmasından ibarətdir. Sadalanan məsələlərlə bağlı həyata keçirilmiş çoxşaxəli tədbirlər sistemi həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlı olması ilə diqqət çəkir.

Prezident İlham Əliyevin yeni dövrün tələblərinə uyğun şəkildə Bakı şəhəri və ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün konktet vəzifələr müəyyənləşdirməsi qarşıdakı dövrdə Nəsimi rayonunda da böyük nəticələrin əldə olunacağına əminlik yaradır.

 

 

Ayaz HƏMİDOĞLU

 

Məqalə Nəsimi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

 

 

Xalq qəzeti.- 2012.- 8 iyul.- S. 5.