Müasirləşmə və tərəqqinin başlıca amili: İnformasiya, kommunikasiya texnologiyaları

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə və inamla yürüdülən uğurlu daxilixarici siyasət nəticəsində ölkəmiz hərtərəfli inkişaf edir, iqtisadi qüdrəti durmadan artır, siyasi arenada nüfuzu yüksəlir və ölkə əhalisinin maddi rifah halı yaxşılaşdırılır. Bu gün Azərbaycan dövləti tərəfindən aparılan iqtisadi siyasətin əsas strateji xətti qeyri-neft sektorunun inkişafına nail olmaq, iqtisadiyyatın diversifikasiyası və yeni sənaye sahələrinin inkişafı üçün geniş imkanlar yaratmaqdır. Bu özünü 2012-ci ilin I yarımilliyinin yekunlarında da aydın şəkildə büruzə vermişdir. Belə ki, hesabat dövrünün yekunlarına görə, ölkə üzrə ümumdaxili məhsul istehsalı 1,5 faiz, qeyri-neft iqtisadiyyatı isə 11,3 faiz artmışdır ki, bu da ən yüksək nəticədir. Bu isə onu göstərir ki, ölkədə real sektor inkişaf edir və neftdən asılılıq aradan qaldırılır.

 

Bu sürətli inkişafda qeyri-neft sektorunun aparıcı sahəsi olan İKT-nin müstəsna yeri vardır. Respublikamızın sürətli sosial-iqtisadi inkişafı fonunda ölkənin rabitə və informasiya-kommunikasiya texnologiyaları sektoru göstərilən hərtərəfli dövlət qayğısı sayəsində dinamik inkişaf edir və yola saldığımız 2012-ci ilin 6 ayı ərzində sektorda əhəmiyyətli tədbirlər görülmüş, müsbət uğurlara imza atılmışdır. Konkret olaraq qeyd etmək istərdim ki, əvvəlki dövrlərdə olduğu kimi, qəbul olunmuş dövlət proqramlarının icrası nazirlik tərəfindən daim diqqət mərkəzində saxlanılaraq, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün mütəmadi olaraq tədbirlər həyata keçirilmişdir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nda, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda rabitə və informasiya texnologiyaları sahəsi üzrə nəzərdə tutulmuş tədbirlərin icrasının təmin edilməsi məqsədilə təsdiq olunmuş Tədbirlər Planının və həmçinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən həyata keçirilən tədbirlərin effektivliyini artırmaq məqsədilə özündə konkret tapşırıq və vəzifələri cəmləşdirən "2012-ci ildə rabitə və informasiya texnologiyaları göstəricilərinin yaxşılaşdırılması üzrə" Tədbirlər Planının icrası nəzarətə götürülmüşdür.

Özəl sahibkarlıq subyektlərinin inkişafı, sektorun fəaliyyətinin təşviqi diqqət mərkəzində olmuş və bu istiqamətdə məqsədyönlü tədbirlər görülmüşdür. Belə ki, İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,0 faiz artaraq 673,74 milyon manat təşkil etmişdir. Artım İKT sektorunda 19,2 faiz (telekommunikasiya sektorunda 20,5 faiz ), poçt sektorunda 9,3 faiz , informasiya sektorunda isə 21,9 faiz təşkil etmişdir.

Sektorun xüsusi çəkisi ÜDM-də 1,74 faiz , qeyri-neft ÜDM-də isə 3,7 faiz təşkil etmişdir.Sektor üzrə gəlirlərin 74,3 faizi qeyri-dövlət rabitə müəssisələrinin payına düşmüşdür.

Telekommunikasiya sektorunda əldə olunan gəlirlərin 65,4 faizi mobil operatorların payına düşməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə mobil sektor üzrə real artım tempi 15,9 faiz təşkil etmişdir.

Nazirlik üzrə 71 yeni iş yeri açılmış, orta aylıq əmək haqqı isə əvvəlki dövrlə müqayisədə 12,5 faiz artaraq 322,1 manat təşkil etmişdir.

Ümumilikdə respublika üzrə telekommunikasiya sektorunda orta aylıq əməkhaqqı 695,5 manat, poçt sektorunda isə 211,9 manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 4,9 faiz və 25,1 faiz çoxdur.

RİTN-in tabelyində olan birlik və müəssisələr üzrə 160,5 milyon manat proqnoza qarşı 180 milyon manat gəlir əldə edilmişdir ki, bu da proqnozla müqayisədə 12,2 faiz, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,3 faiz çoxdur.

RİTN-in tabeliyində olan birlik və müəssisələr tərəfindən 2012-ci ilin 6 ayı ərzində dövlət büdcəsinə 20,2 milyon manat, DSMF-yə isə 7,4 milyon manat vəsait ödənilmişdir.

Ölkənin rabitə sisteminin müasir dünya standartları səviyyəsinə çatdırılması, müasir texnologiyaların tətbiqi məqsəd ilə nazirlik üzrə 72,9 milyon manat investisiya qoyulmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,7 faiz çoxdur. Ümumilikdə isə sektora 6 ay ərzində 178,3 milyon manat investisiya qoyulmuşdurbu ölkə üzrə investisiyanın 4 faizini təşkil edir.

25 ədəd yeni EATS istismara verilmiş, 5 ədəd ATS rekonstruksiya olunmuş, 12 ədəd ATS-də genişləndirmə işləri aparılmış, 47 406 ədəd ADSL portu artırılmış, 21 ədəd TV-radio vericisi quraşdırılmış və 9 ədəd poçt şöbəsi binası tikilmişdir. Nəticədə respublikanın ümumi telefon şəbəkəsinin tutumu 1 736 695 nömrəyə, əsas telefon aparatlarının sayı isə 1 472 368 ədədə çatmışdır.

Masallıda partlayış nəticəsində dağılmış ATS binasının yerində müasir şəraiti olan bina tilkilərək istifadəyə verilmişdir. Hazırda bütün rayon mərkəzlərində olan qovşaqfilial binaları əsaslı təmir olunur, rayon mərkəzlərinə və kəndlərə gedən xətlərin fiber-optik kabellə dəyişdirilməsi işləri gedir.

Respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 18,6 ədəd (bu göstərici Bakı şəhərində 37 ədəd, respublikanın digər ərazilərində 11,5 ədəd, kənd yerlərində isə 7,1 ədəddir), hər 100 ailəyə düşən telefon aparatlarının sayı isə 68,8 ədəd (bu göstərici Bakı şəhəri üzrə 136,6 ədəd, respublikanın digər ərazilərində isə 47,6 ədəddir) təşkil edir. Hazırda ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 110-a bərabərdir.

Ölkədə əhalinin internet xidmətlərinə tələbatının artmasının və yaradılmış texniki imkanın nəticəsidir ki, ilin əvvəli ilə müqayisədə beynəlxalq internet kanallarının ümumi tutumu 2,2 dəfə artaraq təqribən 200 Gb/s-ə çatmışdır.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə dünya ölkələrindən Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin həcmi 30,3 milyon dəqiqə azalaraq 316,8 milyon dəqiqə, çıxış trafikinin həcmi isə 9,9 milyon dəqiqə artaraq 93 milyon dəqiqə təşkil etmişdir.

Azərbaycanın ilk telekommunikasiya peykinin hazırlanması və orbitə çıxarılması, peykin sığortalanması, Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin tikintisi və avadanlıqların quraşdırılması, Naxçıvan Muxtar Respublikasında Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin tikintisi üzrə işlər nəzərdə tutulmuş qrafik üzrə davam etdirilir. Eyni zamanda, ölkəmizin ilk aşağıorbitli yerin məsafədən zondlama peykinin hazırlanması, sığortası və orbitə çıxarılması (tender keçirilib), eləcə də digər ölkələrin aşağıorbitli peykləri vasitəsilə kosmik təsvirlərin alınması üzrə də işlər görülmüşdür.

Tənzimlənmə istiqamətində işlər görülmüşdür. Hesabat dövründə sürətli poçt xidmətləri üzrə 2 ədəd, telekommunikasiya xidməti üzrə 1 ədəd lisenziya, eyni zamanda, müxtəlif tipli avadanlıqların mülki dövriyyəsinə 175 ədəd xüsusi icazə, müxtəlif tipli telekommunıkasiya vasitələri və qurğularına 762 ədəd uyğunluq sertifikatı verilmişdir.

Respublikamızda 4G LTE texnologiyasının tətbiqi ilə bağlı müxtəlif tezlik diapazonlarından uyğun tezlik nominalları mobil operatorlara ayrılmışdır və hazırda xidmətlərin tətbiqi ilə bağlı işlər aparılır.

İnformasiya cəmiyyətinin inkişafı, İKT-nin cəmiyyətdə tətbiqi və əhalinin İKT biliklərinin artırılması istiqamətində də ardıcıl işlər görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında elektron xidmətlərin tətbiqinin vacibliyi ilə bağlı tapşırığından sonra dövlət orqanları tərəfindən elektron xidmətlərin təşkili prosesi daha da sürətlənmişdir. Belə ki, həmin tapşırıqdan ötən müddət ərzində "elektron hökumət" şlüzünə qoşulan qurumların sayı 16-dan 30-a, onların "elektron hökumət" portalına inteqrasiya edilən elektron xidmətlərinin sayı 56-dan 119-a, e-imza alan qurumların sayı isə 9-dan 25-ə (ümumilikdə 1926 ədəd e-imza verilmişdir).

Əhalinin hər 100 nəfərinə düşən kompyuterlərin sayı 20 ədəd, internet istifadəçilərinin sayı isə 65 ədədə bərabərdir. Hazırda respublika üzrə əhalinin hər 100 nəfərindən 30-dan artığı genişzolaqlı internet istifadəçisidir.

"Dilmanc" layihəsi Yevlax şəhərində inşa edilmiş Regional İnformasiya Mərkəzinin açılışı tədbirlərində kor və görmə qabiliyyəti məhdud olan şəxslər üçün tələb olunan kompyuter hazırlayıb.

Hazırda ölkənin bütün yaşayış məntəqələrində əhalinin genişzolaqlı xidmətlərə yüksək keyfiyyətli çıxışını nəzərdə tutan genişzolaqlı internet xidmətlərinin təşkili layihəsi üzərində aparılır. Layihənin Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur. Layihə üzrə fondun rəhbərliyi ilə nazirlikdə görüş keçirilmiş və hazırda layihənin hazırlanması üzrə işçi qrupu səviyyəsində işlərə başlanılmışdır.

Bu il ölkəmizdə "Eurovision-2012" beynəlxalq əhəmiyyətli mahnı müsabiqəsi yüksək səviyyədə keçirilmişbu müsabiqənin təşkilində rabitə xidmətlərinin keyfiyyətli və dayanıqlı göstərilməsi üçün təxirəsalınmaz tədbirlər görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 15 mart 2012-ci il tarixli 2095 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılmışdır. Fondun Əsasnaməsi və vəsaitlərindən istifadə ilə bağlı Qaydalar layihəsi, eyni zamanda, sahənin inkişafı ilə bağlı təkliflər paketi hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuşdur. Hazırlanmış təkliflərlə bağlı müvafiq nazirliklərin rəy və təklifləri alınmış və münasibət bildirilməsi üçün Nazirlər Kabinetinə təqdim olunmuşdur.

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu üçün sahə ayrılaraq tam təmir olunmuşdur.

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının rabitə və informasiya texnologiyaları sahəsi üzrə bölməsinin hazırlanması üzrə işlər yekunlaşmaq üzrədir. İKT üzrə bölmənin hazırlanması ilə əlaqədar Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə "dəyirmi masa" keçirilmişdir. "Dəyirmi masa"da İKT-nin inkişafı və gələcəkdə bu sahə ilə bağlı həyata keçiriləcək layihələr haqqında geniş məlumat verilmiş, müzakirələr aparılmışdır.

Məlumat Hesablama Mərkəzi tərəfindən mövcud ənənəvi şəbəkəyə alternativ olaraq yaradılan və respublikanın bütün ərazisini əhatə edən "AzDataKom"şəbəkəsinin genişləndirilməsi, ayrı-ayrı sistemlər üzrə proqram təminatının yaradılması və ya yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir.

Respublika ərazisində TV və radio proqramlarının yayım keyfiyyətinin yaxşılaşdırılması məqsədilə 2012-ci ilin 6 ayı ərzində "Teleradio" İB tərəfindən 21 ədəd müxtəlif təyinatlı avadanlıq qurularaq istismara verilmişdir. Bundan 17 ədədi analoq radio-TV verici, 4-ü isə DVB-T TV rəqəmli vericilərdir.

Hazırda respublika əhalisinin yaşadığı ərazilərin 85 faizi açıq paketlə (10-12 kanal) rəqəmli televiziya yayımı ilə təmin edilmişdir. İyul ayının sonuna kimi əlavə olaraq 6 ədəd rəqəmli TV vericinin quraşdırılması nəzərdə tutulur ki, bununla da rəqəmli yayımın əhatə faizi 87 faizə yüksələcəkdir.

Hazırda "Teleradio" İstehsalat Birliyində efirə nəzarət zalının qurulması üçün layihə-smeta işləri aparılır.

"Azərpoçt" MMC-in xidmət şəbəkəsinin inkişafı genişləndirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir. 8 ədəd poçt şöbəsi binası tikilmiş, eyni zamanda, 10 ədəd inzibati 8 ədədbinasının cari əsaslı təmir işləri başa çatdırılmış yeni 9 PŞ açılmışdır.

PŞ-lər tərəfindən maliyyə xidmətlərinin göstərilməsi məqsdilə 01.07.2012-ci il tarixə Milli Bankdan 976 ədəd icazə alınmış, MMC-nin əksər məntəqələrində 1054 ədəd bank hesabları açılmışdır, yerli beynəlxalq ödəniş sistemlərinə inteqrasiya olunmuş, o cümlədən xarici banklarda-Citybank, Raifaizenbank Rusiyanın Sberbankında artıq müxbir hesablar açılmış MasterCarda qoşulma prosesi başa çatdırılmışdır.

Ümumilikdə Bakı şəhərində 7 ədəd, Gəncə şəhərində 3 ədəd ATM- bankomat alınaraq müştərilərin istifadəsinə verilmişdir. BRTİB istisna olmaqla bütün rabitə müəssisələrinin cari hesablarının Azərpoçt MMC-nin tabeli PF-lərində açılması bu hesablar üzərindən aktiv əməliyyatların aparılması təmin edilmişdir."Miqom", "Zalataya karona", "Kaspiyan Money" transfer ödəniş sistemlərinə qoşulma ilə bağlı müqavilə bağlanmış yaxın zamanda qeyd edilən ödəniş sistemləri üzərindən pul köçürmələrinin aparılmasına başlanacaqdır.

"Azərpoçt" MMC-nin 63 PF-dən 62-si Western Union pul köçürmələri sisteminə qoşulmuş hazırda Xızı PF-nin qoşulması üçün işlər aparılır.

"Azərmarka" şirkəti tərəfindən 8 mövzuda 29 ədəd poçt markası, 6 mövzuda poçt kartı, 7 mövzuda isə poçt zərfi dövriyyəyə buraxılmışdır.

Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin laboratoriyası inzibati binası tam yenidən qurularaq istifadəyə verilmişdir.

RİTN-in xarici əlaqələrinin inkişaf etdirilməsi, beynəlxalq əməkdaşlıq, o cümlədən ölkəmizdə rabitə İKT sahəsində aparılan islahatların beynəlxalq aləmdə tanınması üzrə zəruri tədbirlər həyata keçirilmiş, səfərlər edilmiş bir çox tədbirlərə ev sahibliyi edilmişdir.

RİTN tərəfindən qanunvericilik bazasının yaradılması təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilmiş yeni elektron xidmətlərin tətbiqi ilə bağlı müxtəlif normativ sənədlər hazırlanmış təsdiq olunmuşdur.

Əsas fəaliyyətlə yanaşı, qaçqın məcburi köçkünlərin, şəhid əlil ailələrinin, veteranların, idmançıların sosial vəziyyəti ağır olan digər insanların problemləri ilə yaxından maraqlanaraq, onlara daim yardımlar edilmiş, həmçinin, idmanın inkişafına yaxından köməklik göstərilmişdir. İdmançılara göstərilmiş qayğı nəticəsində rabitəçi idmançılar respublika birinciliyində beynəlxalq yarışlarda iştirak edərək 30 qızıl, 23 gümüş 39 bürünc medala layiq görülmüşlər. London Yay Olimpiya oyunlarına 3 boksçumuz vəsiqə qazanmış "Rabitə Voleybol Komandası" 5-ci il dalbadal Azərbaycan çempionu olmuş 13-19 oktyabr 2012-ci il tarixində Qətərin paytaxdı Doha şəhərində keçiriləcək Klublararası Dünya Çempionatına iştirak etmək hüququ qazanmışdır.

Rabitəçilərdən 1 nəfərə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı, 2 nəfərə "Rabitə ustası" fəxri adı, 17 nəfərə Fəxri Fərman, 13 nəfərə isə "Əmək veteranı" adı verilmişdir.

Əhaliyə göstərilən xidmətlərdə problemlərin yaranmasının qarşısının alınması vətəndaşların müraciətlərinin daha da operativ həll olunması məqsədilə RİTN- yaradılmış "qaynar xətt"ə elektron ünvana daxil olan hər bir məlumat sorğu aidiyyəti üzrə araşdırılır vətəndaşa məlumat verilir. Bu sahədə aparılan işlərin nəticəsidir ki, 6 ay ərzində vətəndaşlardan birbaşa RİTN-ə daxil olan müraciətlərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 388 ədəd azalaraq 1229 ədəd təşkil etmişdir. Həmçinin, 6 ay ərzində vətəndaşlardan "qaynar xətt"ə 2104 ədəd müraciət daxil olmuş, bundan sorğu xarakterli 721 müraciət üzrə müvafiq cavablandırma zəruri izahatlar verilmiş, qalan 1383 müraciətdən 1302-si müsbət həll olunmuşdur.

Eyni zamanda, qeyd etmək istərdim ki, 2013-cü il növbəti üç ilin büdcə layihəsi hazırlanaraq aidiyyəti dövlət qurumlarına təqdim olunmuş hazırda razılaşdırılması üzrə işlər aparılır.

Görülən işlərlə yanaşı, qəbul olunmuş dövlət proqramları və digər hüquqi sənədlərlə qarşıda mühüm vəzifələr müəyyənləşdirilmişdir.Ölkənin ilk telekommunikasiya peykinin orbitə çıxarılması, aşağıorbitli yerin məsafədən zondlama peykinin hazırlanması və orbitə çıxarılması ölkə ərazisində rəqəmsal yayımın ölkənin bütün ərazisində təşkilinə nail olmaq, mərkəzləşdirilmiş avtomatik radiomonitorinq şəbəkəsinin qurulmasına başlanılması və regionlarda qurulması, e-imzanın tətbiqinin genişləndirilməsi, elektron hökumət infrastrukturnun təkmilləşdirilməsi, dövlət qurumlarının inteqrasiyasının artırılması, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, yüksək texnolojielmtutumlu məhsulların hazırlanması üzrə innovativ zonaların yaradılması, nanotexnologiyaların tədqiqi və praktikada bilavasitə tətbiq olunması, telekommunikasiyapoçt infrastrukturunun modernləşdirilməsi, respublikanın bütün yaşayış məntəqələrində genişzolaqlı xidmətlərin tətbiqi, digər zəruri tədbirlərin görülməsi bu qəbildəndir.

 

 

Vidadi ZEYNALOV,

Rabitə və İnformasiya Texnologiyaları

Nazirliyinin Aparat rəhbəri

 

Xalq qəzeti.- 2012.- 20 iyul.- S. 5.