Salyan sürətlə yeniləşir
2012-ci ilin birinci yarısı Salyan rayonu üçün
sosial-iqtisadi inkişaf
tempinin daha da sürətləndirilməsi ilə yadda qaldı.
Belə
ki, məhsul buraxılışının həcmi ötən
ilin müvafiq dövrünə nisbətən 14 milyon 885 min
manat (20,2 faiz) artaraq 88 milyon 721 min manat, sənaye məhsulunun
ümumi həcmi 11 milyon 178 min manat (82,4 faiz) artaraq 19 milyon 733
min manat, kənd təsərrüfatı məhsullarının
ümumi həcmi 1 milyon 989 min manat (3,8 faiz) artaraq 40 milyon 974
min manat, tikinti-quraşdırma işlərinin həcmi 1 milyon
394 min manat (68,8 faiz) artaraq 2 milyon 219 min manat, rabitə işlərinin
həcmi 49 min manat (28,9 faiz) artaraq 220 min manat, nəqliyyat
işlərinin həcmi 95 min manat (20,7 faiz) artaraq 557 min manat,
pərakəndə ticarət dövriyyəsi 6 milyon 889 min
manat (3,7 faiz) artaraq 68 milyon manat, əhaliyə göstərilən
pullu xidmət 352 min manat (1,8 faiz) artaraq 20 milyon 39 min manat
çox olmuşdur. Əsas kapitala yönəldilən
investisiya 21 milyon 185 min manat olmuşdur. Bir nəfərə
düşən orta aylıq əmək haqqı 195 manat,
ümumi məhsul buraxılışının həcmi 698
manatdır.
2012-ci
ilin birinci yarısında 312-si daimi olmaqla 529 yeni iş yeri
yaradılmışdır.
Bu rəqəmlər
2012-ci ilin birinci yarısı üçün Salyan rayonunun
sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr edilmiş
yığıncaqda səsləndi. Rayon icra hakimiyyətinin
başçısı Tahir Kərimov geniş məruzə edərək
bildirdi ki, bu dövrdə küçələrə 20082
kvadratmetr üzlük daşı döşənmiş, səki
kənarına 21452 metr bardür düzülmüş, 5649
kvadratmetr sahəyə tava-plitə döşənmiş, 640
metr uzunluğunda 1920 kvadratmetr istinad divarı çəkilmişdir.
11 kommunal evin fasadı və 37 çoxmərtəbəli
yaşayış evinin dam örtüyü əsaslı təmir
olunmuşdur.
Eyni
zamanda şəhərin Heydər Əliyev, N.Nərimanov, Q.Səmədov,
Ə.Qasımzadə, Y.Zərgərli, M.Ağazadə, Ə.Zeynalov,
T.Xəlilbəyli, Ə.Kürçaylı və Şəhriyar
küçələrinə 90400 kvadratmetr asfalt
basılmışdır. Son günlər Arbatan kəndində
2800 metr, E.İmanov küçəsində 800 metr, A.Ağabəyli
küçəsində 600 metr asfalt basılmışdır.
Şəhərdə
630 müasir işıqlanma dirəyi
quraşdırılmış, kommunal binaların, ticarət
şəbəkələrinin və digər sosial obyektlərin
fasadları işıqlandırılmışdır.
Şəhər
1,2, 3,4,7 saylı tam orta məktəblərdə və
Uşaqların Texniki Yaradıcılıq Məkəzində
yeni istilik qazanxanası tikilmişdir.
Qaz təchizatının
yaxşılaşdırılması üçün
görülmüş işlərdən danışan icra
başçısı qeyd etdi ki, şəhərin Ə.Hüseynzadə,
H.Z.Tağıyev, A.Ağazadə, X.R.Ulutürk, Ə.Hüseynov
və T.Xəlilbəyli küçələrində
yeraltı qaz borularının əsaslı təmiri məqsədi
ilə 381 metr polietilen boru çəkilmiş, 20 Yanvar
küçəsində qaz xətləri yeniləri ilə əvəz
edilmişdir. Şəhəri təbii qazla təmin edən
159 millimetrlik orta təzyiqli, daşıyıcı qaz kəmərinin
Ə.Hüseynov və Ə.Zeynalov küçələrindən
keçən 2800 metrinin və "Mərkəzi
qazanxanalar" qaz kəmərinin eyni küçələrdən
keçən hissəsinin yenidən qurulması məqsədi
ilə yeni boru xətti çəkilmişdir. "Ələt-Astara"
avtomobil yolunun 62-ci kilometrində, Salyan şəhərinin girəcəyində
"Bəydilli-Salyan" 280-200 millimetrlik orta təzyiqli
polietilen yeraltı daşıyıcı qaz kəməri
üzərində yeni ölçü qovşağı
tikilmişdir.
Bundan
başqa, şəhərin Ə.Qasımzadə, T.Davudzadə,
M.Ə.Rəsulzadə, H.Z.Tağıyev küçələrinə
diametri 100 millimetr olan 1512 metr uzunluğunda yeni ortatəzyiqli,
M.Ə.Sabir, E.İmanov və Y.Zərgərli küçələrinə
diametri 159 millimetr olan 2927 metr, Çuxanlı kəndinə
9300 metr, Arbatan kəndinə 4400 metr uzunluğunda qaz xətti
çəkilmişdir. 32 kilometr kənddaxili qaz xətləri
isə ikitərəfli çəkilmiş və 600 ədəd
yeni sayğac quraşdırılmışdır.
Parça-Xalac,
Seydan, Cəncəli və Piratman kəndlərinin qaz təchizatı
bərpa olunmuşdur. 21 yaşayış məntəqəsinin
birpilləli sistemdə qaz təminatının bərpa
olunması üçün 23 kilometr uzunluqda 315 millimetrlik qaz
kəməri çəkilmişdir.
Hazırda
ölkədə ən iri layihələrdən biri olan 6
rayonun içməli su xəttinin çəkilişinə
başlanmışdır. Prezident İlham Əliyevin 20 iyun
2007-ci il tarixli sərəncamına uyğun olaraq Salyanın
24 yaşayış məntəqəsində modul tipli sutəmizləyici
qurğular qurulmuşdur. Hazırda Dayıkənd və
Beştalı kəndlərində sutəmizləyici
qurğuların tikintisi aparılır.
Quraşdırılmış sutəmizləyici qurğular,
ümumilikdə, 50 min nəfərdən çox kənd əhalisini
ekoloji cəhətdən təmiz içməli su ilə təmin
etmişdir.
Bu il
rayonda hər hektardan məhsuldarlıq 31,7 sentner olmaqla 15330
hektardan 48533 ton taxıl istehsal olunmuşdur ki, bu da ötən
ilin müvafiq dövrü ilə müqayisədə 2973 ton
çoxdur. Ümumilikdə, əkinlər ötən ilin
müvafiq dövrü ilə müqayisədə 500 hektar
çox - 43369 hektar təşkil edir.
18 ərazi
komissiyasında 11159 nəfər kənd təsərrüfatı
məhsulları istehsalçısına 33889 hektar əkin sahəsinə
görə 1 milyon 355 min 573 manat subsidiyanın
hesablandığını deyən natiq əlavə etdi ki,
yeni istehsal və emal sənayesi sahələrinin
yaradılması istiqamətində də işlər
aparılır. Hazırda Çuxanlı kəndində
"Şəfa" Quşçuluq ASC-nin istehsal gücü
450 min ədəd yumurta olan inkubatorun, Qaraçala qəsəbəsində
fəaliyyət göstərən "Hacı-Camalxan" kəndli
fermer təsərrüfatı tərəfindən 10 min tonluq
taxıl anbarının tikintisi başa
çatdırılmış, beynəlxalq standartlara uyğun
2400 başlıq süd-əmtəə kompleksinin və
Qırxçıraq qəsəbəsində "Ələddin-Fermer"
MMC tərəfindən illik istehsal gücü 600 ton olan quru
meyvə istehsalı müəssisəsinin, Kürsəngi kəndində
istehsal gücü 100 min dekalitr olan şərab zavodunun
tikintisi davam etdirilir.
Rayonda
təhsil, səhiyyə və mədəniyyət sahələrinin
inkişafı ilə əlaqədar da müəyyən
işlər görülmüşdür. 360 yerlik
Yolüstü kənd tam, 480 şagird yerlik Qarabağlı-1 kənd
orta, 240 şagird yerlik Boranıkənd kənd orta, 80
şagird yerlik Quyçu kənd ümumi orta məktəb
binalarının və Təhsil Şöbəsinin inzibati
binasının tikintisi davam etdirilir. Uşaqların Texniki
Yaradıcılıq Mərkəzi və Uşaq Kitabxanası
tikilib istifadəyə verilmişdir. 3 qruplu 60 yerlik 2 saylı
uşaq bağçasının binasında isə əsaslı
təmir işləri başa
çatdırılmışdır.
Sonda
rayon rəhbəri salyanlılar adından ölkə
başçısını əmin etdi ki, bundan sonra da Salyan
ölkədəki sürətli yeniləşmə prosesinin
qabaqcıllarından olacaq.
Səməd HÜSEYNOĞLU
Xalq qəzeti.- 2012.- 25 iyul.- S. 5.