Kreativlik zamanın çağırışıdır, yoxsa moda?

 

(Akademik Ramiz Mehdiyevin "XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstində" məqaləsinə politoloqun refleksiyaları)

 

Hər bir sosial hadisə kimi siyasət də sadəcə dəbə məruz qalmır, çox vaxt "iblisin vəkili" rolunda çıxış edir, alimlərə və jurnalistlərə bəzən mövcudluğu üçün real zəmin olmayan yeni anlayışları təhrikçi şəkildə təklif edir. Məsələn, "siyasi kommunikasiya refreyminqi" anlayışını araşdırdıqdan sonra başa düşürsən ki, söhbət ənənəvi manipulyasiyadan gedir.

 

Bu gün diskussiya mövzusuna çevrilmiş "kreativ sinif" anlayışı sosiologiyanın dəbdə olan trendidir, yoxsa qloballaşmaqda olan iqtisadiyyatın həqiqi inkişaf fenomeni? Bu anlayışın tərifindəki dəbdə olan ingilisdilli fleri bir kənara atsaq, hansı sinif barədə, hansı mənada söhbət gedir? Hansısa bir strat, sosial təbəqə şəklində sosioloji sinif barədə? Bəlkə söhbət sırf təsnifatdan gedir - müəyyən yaradıcılıq meyarları üzrə birləşən insanlardan? Əgər təsnifat üzrə götürsək, meyarlar necə olmalıdır, onlar sistemyaradıcı elementlərdirmi?

Azərbaycan ziyalıları, xüsusən elmi ziyalılar kreativ sinif haqqında, Azərbaycanda bu sinfin inkişafının ilkin şərtləri və real perspektivləri barədə refleksiya üçün güclü impuls almışlar. Nəzəriyyə və praktika, təcrübə və novatorluq - fikrimcə, bu dual kateqoriyalar mahiyyət etibarilə siyasi fəlsəfənin bütün spektrini əhatə etməklə siyasi dəyərlər, Azərbaycanın siyasi strategiyasının formalaşmasında onların rolu kimi problemlər qaldıran akademik Ramiz Mehdiyevin elmi yaradıcılığını müəyyənləşdirir.

Azərbaycan millətinin inkişafının ideya, siyasi, sosiomədəni və texnoloji aspektlərini açıqlayan, bu yaxınlarda ictimaiyyətə təqdim edilmiş "XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstində" adlı yeni məqalə də bu baxımdan istisna olmamışdır. Bu özünəməxsus siyasi refleksiya özlüyündə yetərincə ənənəvi olan şəxsiyyətin kreativliyi deyil, identikliyin ümumi dərkinə malik olan millətin kreativliyi kimi yeni sosiomədəni və iqtisadi fenomenin siyasi təhlilinin intellektual əsasları ilə fərqlənir. Dərin təfəkkürlü filosof və siyasi idarəetmə sahəsində təcrübəli praktik olan akademik Ramiz Mehdiyev sosial və siyasi elmlərdə yeni paradiqmalar doğuran sosial-siyasi reallığın "sinirini" həmişə dəqiq müəyyən edir. İnnovasiyalara, sahibkarlığa və iqtisadi inkişafa istiqamətlənmiş kreativ sinfə marağın artması qərbdə ictimai elmlər üçün bu cür innervasiya olmuşdur.

Amerikalı gənc sosioloq R.Florida özünün "Yaradıcı sinfin yüksəlişi" adlı kitabında (2002-ci il) belə bir ideya irəli sürmüşdür ki, milli sərvətin əsas mənbəyi faydalı qazıntılar və hətta sənaye istehsalı da deyil, iri şəhərlərdə, intellektual və bədii enerjinin qaynadığı mərkəzlərdə cəmləşmiş gənc əhalinin yaradıcı potensialıdır. Florida kreativ sinfin formalaşması üçün zəruri olan üç "T" şərtini göstərir: texnologiyalar, talant və tolerantlıq. Floridanın fikrincə, bu üç tərkib hissə aşağıdakı ilkin şərtlərlə müəyyən edilir: texnologiyalar və talant (əsasən texniki elmlər və sahibkarlıq sahəsində) - dövlətin elmi-texniki tərəqqiyə və təhsilə diqqəti ilə, tolerantlıq isə insan hüquqlarının dərk edilməsi ruhu ilə. Təbii ki, yüksək intellektual qabiliyyətlərə malik olan insan kapitalının formalaşmasında və güclü iqtisadiyyatın yaradılmasında təhsilin rolu bu gün o qədər aşkardır ki, onun əlavə arqumentlərə ehtiyacı yoxdur. R.Florida belə hesab edir ki, üçüncü şərtin - tolerantlığın indikatoru seksual azlıqlara münasibətdə dözümlülükdür. O, bu dözümlülüyü kreativ sinfin cəmləşdiyi mərkəzlərdə, məsələn Silikon vadisində gey-mədəniyyətin ölçülməsi yolu ilə öyrənməyi təklif edir. Kreativ sinfi bəzən Mark Tsukerberqin nəsli də adlandırırlar. 1984-cü ildən sonra doğulmuş bu insanlar cəmiyyətin bütün sahələrinə: həm biznesə, həm siyasətə, həm də incəsənətə radikal və qlobal dəyişikliklər edirlər. Kreativ sinfin ətrafında həm pozitiv, həm də neqativ aura yaranmışdır. Bu gün çoxları "qondarma" kreativ sinifdən danışır. Məsələn, rusiyalı politoloqların çoxu kreativ sinfi yeni qüvvənin hakim rejimə düşmənçiliyinin təzahürü kimi Bolotnaya meydanı ilə eyniləşdirməyə başlamışlar. Digərləri belə hesab edir ki, Riçard Florida hər halda orijinallığa iddia edə bilməz. Fransada "yeni solçular" 1968-ci il inqilabı dövründə birinci olaraq "Gənclər yaradıcı siyasi sinifdir" şüarını irəli sürmüşdü. Onlar bu şüarı Avropanın ən yaradıcı məkanında - Parisin Latın məhəlləsində qurulmuş barrikadalarda polis ilə küçə döyüşlərində irəli sürürdülər (http:www.net-fax.org). Beləliklə, siyasi ideyalar və vahid, hamılıqla qəbul edilən siyasi nəzəriyyəni tanımayan postmodern idealları nə qədər mürəkkəbdirsə, kreativ sinif ideyası ətrafında diskussiyalar siyasi baxımdan bir o qədər müxtəlif vektorludurlar, çünki bu istiqamətin nümayəndələri tərəfindən siyasət sahəsinə aid edilən məsələlərin əhatə dairəsi olduqca genişdir. Postmodern dövrünün hakimiyyəti əvvəlki tarixi dövrlərin mədəni və idrak potensialının səfərbər edilməsi; radikal plüralizm və tolerantlıq; kütləvi və elitar siyasi mədəniyyətlər arasında sərhədlərin aradan qalxması kimi siyasi mövcudluq prinsiplərinin məcmusunu həyata keçirir.

Bu cür diskussiyalı, siyasi baxımdan çox binar fonda bir "solo" səsin olması, öz mövqeyinin elmi cəhətdən əsaslandırılması çox vacibdir. Akademik Ramiz Mehdiyev idrak sahəsinə aid fenomen kimi milli ideyanın dərk edilməsi və siyasi mövcudluq, sosiumda kreativ təbəqəni formalaşdıran praktiki siyasət sahəsi arasında parlaq korrelyasiya aparır. R.Mehdiyevin təklif etdiyi kreativ insanlar millətinin yeni diskursu milli ideyanın istiqamətləndirici vektor funksiyasına çevrilir, mühüm siyasi meqainstitutlar olan dövlətin və vətəndaş cəmiyyətinin bu ideyanın reallaşdırılmasında rolunu izah edir. Siyasi idarəetmə sahəsində strateq və praktik olan Ramiz Mehdiyev belə bir mühüm nəticəyə gəlir ki, güclü milli liderin təşkiledici və istiqamətləndirici rolu olmasa ölkəni inkişaf etmiş dövlətlər sırasına çıxarmaq üçün bütün cəhdlər uğursuz ola bilər.

Kreativ insanların bir sinif olması ideyasını irəli sürən R.Floridadan fərqli olaraq Ramiz Mehdiyev elmi axtarışı bütövlükdə millətə, iqtisadiyyat, siyasət, elm və təhsil, sosial sahə, mədəniyyət, bu innovasiyalı tədqiqatların real ictimai praktikaya tətbiq edilməsi üzrə yaradıcı araşdırmalara əsaslanan modernləşmənin inkişafı məsələsinə diqqəti artırmağa yönəldir. Mənim fikrimcə, bu, diskussiya mövzusu olan aktual ideyalara Azərbaycanın innovasion modernləşməsi kontekstində praktiki istiqamət verməyə nail olmuş müəllifin hərtərəfli götür-qoy edilmiş yaradıcı mövqeyinə dəlalət edir.

Məqalədə müxtəlif ictimai-siyasi şəraitdə kreativ sinfin inkişafının zəngin dünya təcrübəsi, habelə son iki onillikdə ölkəmizin çox intensiv praktikası təhlil edilərək transformasiya mərhələsində olan bu postmodern sivilizasiyası fenomeninin nəzəri-metodoloji baxımdan dərk edilməsi üçün kifayət qədər güclü stimul yaradır. Kreativ sinfin özünün formalaşması çox cəhətdən postmoderninliberal iqtisadiyyatın dəyər və prinsiplərinin bərqərar olması ilə şərtlənmişdir.

Məqalədə təklif edilən ideyalar mahiyyət etibarilə siyasisosial elmlər sahəsində olduqca aktualperspektivli elmi axtarış istiqamətləri sırasına keçməklə özünün adekvat öyrənilməsini tələb etməklə bərabər, həm də Azərbaycanın siyasi praktikası üçün tətbiqi əhəmiyyətə malikdir, çünki ölkəmizin siyasi rəhbərliyi dünya təcrübəsinə həmişə diqqətlə yanaşır. Bu məqamı Aristotel fəlsəfi dildə çox yaxşı əks etdirmişdir. Şagirdlərinin necə uğur qazanmaq barədə sualına o belə cavab vermişdi: "Səndən geridə olanları gözləmədən irəlidə gedənlərə çatmalısan".

Mən kreativ şəxsiyyətə xüsusi sosial-psixoloji tip, qərarlaşmış xarakteri, güclü iradəsi, həyatda aydın, fəal mövqeyi olan, qeyri-standart təfəkkürlü, qeyri-müəyyənlik şəraitində səmərəli qərarlar qəbul etmək qabiliyyətinə malik passionari kimi tərif verən akademik Ramiz Mehdiyevlə tam həmrəy olduğumu bildirir və ölkəmizdə kreativ milli təbəqənin formalaşmasını ümummilli lider Heydər Əliyevin və indiki Prezident İlham Əliyevin siyasi liderliyi ilə əlaqələndirirəm.

Ümummilli lider Heydər Əliyevin praktik fəaliyyəti Azərbaycanda kreativ təbəqənin inkişafı üçün ilkin şərtlər yaratmışdır. Məqalədə bu ilkin şərtlər Heydər Əliyevin prezidentliyi ilə bağlı iki mərhələ çərçivəsində sistemləşdirilmişdir: birinci mərhələ Azərbaycanın strateji seçimini etdiyi və iqtisadiyyatın güclənməsinə təkan verən siyasi modernləşdirmə yolunda ilk addımlarını atdığı 1993-cü ilin ortalarından başlamışdır; ikinci mərhələ yeni inkişaf ideologiyasının formalaşması ilə bağlıdır. Bu zaman Azərbaycan cəmiyyəti xaos və özbaşınalıq dövrünü arxada qoyub, yeni dəyərlərə, qloballaşma dövründə Azərbaycan mentalitetinin keşikçisi və ölkədə tərəqqinin təminatçısı olan birlik ideyasına ehtiyac duyurdu.

Milli ideya milli özünüdərkin kristallaşmasının məhsulu kimi ortaya çıxır və passiv statist rolu ilə kifayətlənməyərək ideya daşıyıcısı olan xalqın siyasi şüuruna təsir göstərir, tarixin dönəmlərində onun üçün mayak, oriyentir, bələdçi rolunu oynayır. Ümummilli lider Heydər Əliyevin bizə bəxş etdiyi azərbaycançılıq ideyası xalqımız üçün məhz belə bir bələdçiyə çevrildi. Bu ideya "milli mənsubiyyətin, milli mənəvi dəyərlərin müdafiəsi və qorunub saxlanması, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezinteqrasiya vasitəsilə zənginləşməsi, hər bir insanın inkişafının təmin edilməsindən ibarətdir". Gələcəyə yönəlmiş mütərəqqi ideya olan azərbaycançılıq modernləşdirilmiş tranzitin optimal gedişinimilli inkişaf vəzifələrinin həllini təmin etmişdir. Eyni zamanda, azərbaycançılıq həmrəy düşüncəyə və siyasi iradəyə malik olmayan xalqların koqnitiv səviyyədə eroziya diffuziyası, eyniliyin silinməsi təhlükəsi qarşısında olduğu bir dövrdə milli özgürlüyün qorunub saxlanmasının təminatçısı oldu.

R.Mehdiyevin tamamilə doğru qeyd etdiyi kimi, azərbaycançılıq ideyasının maddiləşməsinin əsasını Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən həyata keçirilən strateji kurs çərçivəsində gerçəkləşdirilən ölkənin innovasiya modernləşdirilməsi təşkil edir. Hökumət ölkənin ümumi modernləşdirilməsinə yönəldilmiş dövlət proqramının reallaşdırılmasına başlamışdır. Azərbaycanın iqtisadiictimai-siyasi düşüncəsində innovasiya modernləşdirilməsi siyasi layihəsi millətin kreativ potensialının formalaşmasının üçüncü mərhələsidir. Əhəmiyyətli haldır ki, milli modernləşmə öz tipologiyasına görə, zənnimizcə, həm Azərbaycan mentallığı ilə ahəngdar olan, həm də millətin kreativ potensialını sosial kataklizmlərsiz inkişaf etdirməyə imkan verən inkişafın təkamül yoluna daha yaxındır. Prezident İlham Əliyevin siyasi kursu modernləşmə prosesində xarici texnoloji nailiyyətlərin mexaniki tətbiqinə, yalnız əcnəbi mütəxəssislərin cəlb edilməsinə deyil, milli resurslara yönəldilmişdir. Prezident İlham Əliyev demişdir: "Qara qızıl"ın insan kapitalına çevrilməsi təkcə şüar deyildir. Bu, reallıqdır. Bizim məqsədimiz elmimilli inkişafın ümumi səviyyəsi arasında əlaqə yaratmaq, elm, ali təhsil və iqtisadiyyat arasında ahəngdarlığı təmin etməkdir. Görülən işlər sayəsində BMT-nin 2010-cu ildə insan potensialının inkişafına dair hesabatında Azərbaycan 2005-2010-cu illərdə insan potensialının inkişafına görə ən sürətlə inkişaf edən ölkə adlandırılmışdır". (Azərbaycan Prezidenti İlham Əliyevin "The Business Year" jurnalının xüsusi buraxılışına müsahibəsi).

Modernləşdirmə layihəsinin, demək olar ki, alternativi yoxdur təbii ki, Azərbaycan sosiumu tərəfindən ruh yüksəkliyi ilə qəbul edilir. Beləliklə, akademik Ramiz Mehdiyevin təklif etdiyi əsaslandırdığı kreativ millət konsepsiyası müasir Azərbaycan cəmiyyətinin modernləşməsi prosesi ilə əlaqədar aktuallaşır. Regionda lider statusunu qazanan dünya birliyində layiqli yerini tutan Azərbaycan qlobal proseslərə daha çox töhfə verən verə bilən ölkəyə çevrilmişdir. A.H.Okarın modernizator elitasının nümayəndələri yaradıcılıq identikliyinə malik insanlardır fikri ilə razılaşan R.Mehdiyev bu anlayışı milli identikliklə zənginləşdirir. Azərbaycançılığın indiki şəraitdə mütərəqqi xarakteri mahiyyət etibarı ilə qeyri-formal, lakin mühüm təsisat - Azərbaycanın qloballaşmış dünya sisteminə uzunmüddətli perspektivdə pariya kimi deyil, yüksək inkişaf etmiş kreativ insanlar milləti kimi daxil olmasının səmərəli inkişafının təminatıdır.

Azərbaycan milli ideyasının XXI əsrdə onun inkişaf paradiqmalarının nəzəriyyəsinin dərindən işlənib hazırlanmasında onun ontoloji mahiyyətinin, milli siyasi məkan baxımından onunla şərtlənmiş genezis mexanizmlərinin, habelə milli ideyanın siyasi həyata səfərbəredici - istiqamətləndirici təsirinin müəyyən edilməsində birincilik, heç şübhəsiz, akademik Ramiz Mehdiyevə məxsusdur. Təsadüfi deyildir ki, akademik Ramiz Mehdiyevin nəşrə hazırlanan kitabının bir fəsli olan bu məqalədə kreativlik sinfi əlamət kimi deyil, birləşdirici milli ideya kimi nəzərdən keçirilir. Onun fikrincə, modernləşmə baza milli nailiyyətlərinə dəyərlərinə bağlı olmalıdır modernləşmənin vəzifələrini yalnız milli kadrlara arxalanmaqla səmərəli həll etmək olar.

Kreativ insanların mühüm meyarı budur ki, onlar üçün maddi amillər deyil, mənəvi amillər daha vacibdir onlar qurub-yaratmağa çalışırlar. Təbii ki, müəllifin sübut etdiyi kimi, yaradıcılıq funksiyasını hansısa ayrıca sosial stratda lokallaşdırmaq mümkün deyildir. Təsadüfi deyildir ki, cəmiyyətin ən aşağı təbəqələrindən başlayaraq ziyalılaradək bərabər bölünmüş şəxsiyyət potensialı, o cümlədən insan kapitalı anlayışı vardır. Bu baxımdan, kreativlik funksiyasını yalnız sahibkarlara, yaxud yalnız fəhlələrə aid etmək olmaz, çünki onların hamısı ümumi quruculuq prosesində iştirak edir. Akademik Ramiz Mehdiyev yazır: "Kreativ insanlardan yaradıcı düşünmək, yeni ideyalar, orijinal qərarlar irəli sürmək, yeni texnologiyaları mənimsəmək bacarığı tələb olunur". Kreativ düşüncəli insanlara yeni ideyalar üçün açıq məkan, əlverişli ətraf mühit lazımdır. Buna görə ölkəmizin təbii ehtiyatları təkcə iqtisadiyyatı inkişaf etdirmək üçün vasitə kimi deyil, həm müasir dövrün tələblərinə cavab verən intellektual elmi potensialın yaradılması üçün lazımdır.

Məqalənin siyasi fəlsəfi impulsları kreativliyi özlüyündə fundamental dəyərlər, sadəcə yenilik deyil, misilsiz yeniliklər kimi təqdim edir. Çünki müəllifi milli tariximizə, millətimizin mənəvi, insani intellektual resurslarına potensialına layiq səviyyəyə necə nail olunmasını başa düşmək arzusu ruhlandırır. Akademik Ramiz Mehdiyevin məqaləsi yaradıcı sinfin problemlərinin aktuallaşmasında yeni trendlər açır ictimai diskussiyalar üçün freyminq yaradır. İmmanuil Kantın sözləri ilə desək "düşüncələrə deyil, düşünməyi öyrədir".

 

 

Aqiyə NAXÇIVANLI,

siyasi elmlər doktoru,

professor

 

Xalq qəzeti.- 2012.- 29 iyul.- S. 3.