Azərbaycan dünya mediasında: yüksələn nüfuzun mənzərəsi

 

Baş verdiyi məkandan, xarakterindən, əhəmiyyətlilik dərəcəsindən asılı olmayaraq bütün proseslərin, hadisələrin qısa zaman kəsiyində informasiyalaşması müasir dövrümüzün reallığıdır. İnformasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir zamanda informasiyanın yayılma arealı, hədəf dairəsi genişlənmiş və kütləvi informasiya vasitələri qlobal miqyasda əsas məlumatlandırma və müxtəlif məqsədlərə xidmət edən təbliğat vasitəsinə çevrilmişdir.

 

Qloballaşan dünyada informasiyanın da qloballaşması özünü həm müsbət, həm də mənfi tərəfləri ilə büruzə verməkdədir. İnformasiyanın sürətinin və keyfiyyətinin artması və onun cəmiyyətdə baş verən hadisələrlə ayaqlaşması təhlil əsaslı informasiyanın daha geniş şəkildə yayılmasına və informasiya subyektlərinin daha dolğun məlumatla təmin edilməsinə şərait yaradır. Gündəlik həyatımızda artıq informasiya siyasəti, informasiya cəmiyyəti, informasiya məkanı, informasiya münasibətləri, informasiya hədəfləri kimi ifadələrlə tez-tez rastlaşırıq. Mövcud reallıqdan çıxış edərək bu gün informasiya cəmiyyətində, medianın ictimai şüura və fəaliyyətlərə çox güclü şəkildə təsir etdiyi və yönləndirə bildiyi qlobal bir məkanda yaşadığımızı əminliklə söyləmək olar.

İnformasiyanın ictimai-siyasi həyatın ayrılmaz bir hissəsinə çevrilməsi faktı eyni zamanda bir çox çağırışları da gündəmə gətirmişdir. Müasir dövrümüzdə informasiyanın önəmi o qədər artmışdır ki, artıq dövlətlərin strateji əhəmiyyət kəsb edən məqsədlərindən birimilli maraqların təmin edilməsinə yönələn və ölkənin nüfuzunun daha da yüksəlməsinə yardımçı ola biləcək düzgün informasiya siyasətinin qurulması və həyata keçirilməsinə nail olmaqdan ibarətdir. Bu prizmadan yanaşdıqda, dövlətimiz haqqında düzgün və qərəzsiz informasiyanın dünya mediasında yayılması həm ölkənin əhatəli şəkildə tanıdılması və diqqət mərkəzində olması, həm də Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılması baxımından xüsusi önəm kəsb edir.

Müstəqillik dövründə Azərbaycanın beynəlxalq mediada güclü şəkildə informasiyalaşdırılmasına əsas yaradan ən mühüm hadisələri ümumiləşdirərək aşağıdakı ardıcıllıqla sıralamaq olar:

- Müstəqillik aktının qəbul edilməsi ilə eyni zamanda cərəyan etməkdə olan Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu və münaqişənin sülh yolu ilə həlli istiqamətində bu günədək davam etməkdə olan beynəlxalq danışıqlar;

- "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycan Respublikasının qlobal siyasi, iqtisadi layihələrdə öz bəlli funksiyaları ilə yer alması, inkişaf etmiş sənaye ölkələrində enerji resurslarına artan tələbatın ödənməsi , ABŞ və AB ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi üçün gündəmə gətirilən beynəlxalq layihələrdə Azərbaycanın iştirakı zərurəti;

- Müstəqillik dövründə Azərbaycan Respublikasının yeni inkişaf istiqamətində inamla irəliləməsi, qərbyönümlü müasir dövlət quruculuğu istiqamətində aparılan davamlı islahatlarmakro-iqtisadi göstəricilərinə görə inkişaf dinamikasının beynəlxalq reytinq agentlikləri tərəfindən müsbət qiymətləndirilməsi;

- çoxpartiyalı siyasi mühitin formalaşması, vətəndaş cəmiyyəti quruculuğu, cəmiyyətdə mövcud siyasi qurumlar arasında qarşılıqlı münasibətlər (müsbət və mənfi çalarları ilə);

- Azərbaycanın təkcə iqtisadisiyasi sahədə deyil, həm də mədəniyyət sahəsində müasir sivilizasiya dəyərlərinə malik olması üstünlüyünü təsdiq edən fakt kimi, ölkəmizdə sivilizasiyalararası və mədəniyyətlərarası dialoq mühitinin təşəkkülü;

- beynəlxalq müstəvidə çox gərgin siyasi-diplomatik mübarizə şəraitində dünyanın əksər dövlətlərinin dəstəyi ilə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv seçilməsi;

- nəhayət, keçən il Avropanın aparıcı ölkələrindən birində - Almaniyada keçirilən "Avroviziya" mahnı müsabiqəsində qalib gələrək, bu möhtəşəm incəsənət yarışmasının ölkəmizin paytaxtı Bakıda keçirilməsi.

Sadalanan istiqamətlər və hadisələr üzrə ölkəmizin həyatında baş verən bütün proseslər haqqında beynəlxalq mətbuatda həm obyektiv təhlil xarakterli məlumatlar, həm də bəzi hallarda subyektiv və qərəzli görünən yazılar işıq üzü görmüşdür. Bu materialları xronoloji ardıcıllıqla izlədikdə ölkəmizdəki inkişaf dinamikasına paralel olaraq dünya mətbuatında yarananya yaradılan təsəvvürlərin düz mütənasibliyini müşahidə edirik.

Azərbaycan müstəqilliyini bərpa etdiyi dövrdən bu günədək bütövlükdə ölkə həyatının informasiyalaşdırılması da ciddi şəkildə təkamülə uğramışdır. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində ölkədəki qeyri-sabit durum, ərazi bütövlüyünün pozulması, siyasi risklərin təhlükəli həddi, müvafiq media resurslarına çıxış imkanlarının məhdud olması dünya mətbuatında Azərbaycan barədə bir çox hallarda yanlış məlumatların yayılmasına səbəb olurdu. Milli müstəqilliyimizin ilk illərində Azərbaycan haqqında dünya mediasına çıxan informasiyanın xarakteri bir çox hallarda qərəzli, yayğın, təsadüfi, idarəolunmaz idibu kimi məlumatların, məqsədli dezinformasiyanın yayılmasının qarşısının alınmasına yönələn təsir vasitələri də yox idi. Xüsusilə, Ermənistan-Azərbaycan müharibəsinin, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinin və Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyətinə düzgün şəkildə çatdırılması imkanları olduqca məhdud idi.

Artıq bu işlərə çoxdan, həm də güclü havadarları vasitəsilə, məkrli planlar əsasında başlamış Ermənistanla müqayisədə Azərbaycan informasiya savaşına hazır deyildibu da Azərbaycan həqiqətlərinin beynəlxalq arenada doğru-düzgün yayılmasına imkan vermirdi. Bütün dünyada, xüsusilə də ABŞ-daAvropa ölkələrində Azərbaycan haqqında ermənilər tərəfindən fəal şəkildə yayımlanan yanlış və qərəzli informasiya suveren şəkildə dünya birliyinə yenicə qoşulmuş Azərbaycanın mövqelərini zəiflətmiş, hətta ABŞ dövləti tərəfindən Azərbaycana maddi-texniki yardımı qadağan edən qətnamə (907-ci düzəliş) qəbul olunmuşdu. Belə mürəkkəb bir ictimai-siyasi şəraitdə beynəlxalq medianın Azərbaycan Respublikasına münasibətini bütünlüklə yenidən qurmaq, milli mətbuatla beynəlxalq media arasında qarşılıqlı əməkdaşlıq münasibətləri yaratmaqmövcud tendensiyanı düzgün məcraya yönəltmək zərurəti yaranmışdı.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onun rəhbərliyi və birbaşa təşəbbüsü ilə həyata keçirilən kompleks islahatlar ölkəmizin dünya mediasına öz həqiqətləri ilə çıxmasına, qlobal miqyasda Azərbaycan haqqında məlumatların geniş şəkildə çatdırılmasına yeni imkanlar açdı. Beynəlxalq media vasitələrində ölkənin ictimai-siyasi, mədəni həyatı haqqında informasiya daha da dolğunlaşdı və genişləndi. Ölkədə həyata keçirilən demokratik islahatlar, çoxşaxəli inkişafa hədəflənmiş uğurlu siyasətin real nəticələri barədə məlumatlar artıq ölkə sərhədlərini aşaraq xarici mətbuatda da geniş şəkildə işıqlandırılmağa başlandı. Artıq növbəti mərhələdə Azərbaycan özü haqqında olan beynəlxalq informasiyanın formalaşdırılmasında bilavasitə iştirak etmək, müəyyən mənada bu prosesi məqsədəuyğun şəkildə istiqamətləndirmək imkanları da qazandı. Bu da ölkəmiz ətrafında beynəlxalq arenada səhih informasiya münasibətlərinin qurulmasında xüsusi rol oynadı və oynamaqdadır.

Xüsusilə, Dağlıq Qarabağ probleminə və münaqişənin doğurduğu nəticələrə dair yazı və məlumatlara daha çox rast gəlirik. Ölkəmizin apardığı xarici siyasətin əsas istiqamətlərindən biribu problemin mahiyyətini, onun beynəlxalq hüquqi aspektlərini, işğal olunmuş ərazilərdə durum barədə məlumatları beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırmağı, işğalçı, destruktiv siyasət yürüdən Ermənistanın təbliğat maşınına qarşı müvafiq resurslardan istifadə etməklə səmərəli mübarizə aparmağı təmin etməkdən ibarətdir. Ermənistan tərəfindən Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinin təhrif edilməsinə qarşı əks tədbirlər çərçivəsində, şübhəsiz, dünya ictimaiyyətinin məlumatlandırılmasının əhəmiyyəti böyükdür. Bu, işğalçı dövlətin beynəlxalq miqyasda qınaq obyektinə çevrilməsi və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsi istiqamətində dönüş yarada bilər. Bu çərçivədə aparılan informasiya müharibəsində Azərbaycanın getdikcə üstünlük qazanması beynəlxalq aləmdə mövqelərimizin daha da güclənməsinə zəmin yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi "bu gün əminliklə söyləmək olar ki, Ermənistanla və xüsusilə erməni lobbisi ilə informasiya müharibəsində biz qalib gəlirik. Onların son müddətdə müşahidə olunan çox əsəbi və isterik hərəkətləri onu göstərir ki, biz informasiya müharibəsində böyük uğurlara nail ola bilmişik". Mövcud vəziyyətin bu istiqamətə doğru dəyişməsi Azərbaycanın ədalətli mövqeyinin daha da möhkəmlənməsi və ona beynəlxalq dəstəyin qazanılması baxımından mühüm əhəmiyyət kəsb edir.

"Əsrin müqaviləsi" adını almış qlobal əhəmiyyətli neft-qaz layihələrinin müzakirə olunduğu dövrdə də Azərbaycan haqqında dünya mətbuatında yer alan materialların çoxu heç şübhəsiz siyasi xarakter daşıyırdı və bu layihələrin həyata keçməsində maraqlı olanolmayan beynəlxalq qüvvələr arasında rəqabətin üzdə görünməyən tərəflərini əks etdirirdi. O zaman həm beynəlxalq mətbuatda, həm də hətta bu layihələrdə maraqlı olan dövlətlərin bəzi mətbuat orqanlarında gah bu layihələrin iqtisadi cəhətdən səmərəli olmaması, gah da onun regionda ekoloji fəlakətə səbəb olacağı barədə qeyri-obyektiv məlumatlar və təhlillər daha çox yer alırdı. Bu kimi hallar bir tərəfdən ölkəmizin imicinin korlanmasına hesablanmışdısa da eyni zamanda, Azərbaycan haqqında beynəlxalq mətbuatda informasiya bolluğunun yaradılması üçün məlum diskussiya mövzusunu gündəmə gətirmişdi.

Belə bir ziddiyyətin mürəkkəbliyinə baxmayaraq sonda Azərbaycan dövlətinin iradəsi həmin dövrdə dünya mətbuatında məqsədli şəkildə yayılan dezinformasiyanın nəticələrini neytrallaşdıra bildi. Həm Azərbaycanın, həm də bu layihələrin reallaşdırılmasında maraqlı olan digər dövlətlərin iqtisadi inkişafına güclü təkan verəcək Bakı-Ceyhan və Bakı-Ərzurum kəmərləri ərsəyə gəldi və bu günuğurla fəaliyyət göstərən mövcud infrastuktur bir çox xalqların rifahı naminə əvəzsiz xidmət göstərir.

Artıq biz hər gün xarici mətbuatda, müxtəlif media mənbələrində, internet portallarında Azərbaycan barədə kifayət qədər yazı və informasiyanın yayıldığının şahidi oluruq. Azərbaycanın qısa zaman kəsiyində əldə etdiyi iqtisadi uğurlar, regionalqlobal əhəmiyyətli layihələrin təşəbbüskarı və iştirakçısı olması, strateji coğrafi məkanda yerləşməsi dünya mətbuatında ölkəmizin diqqət mərkəzinə gətirilməsini şərtləndirir. Son zamanlar, dünya mətbuatında ölkəmiz barədə əksini tapan məlumatlar əhatəliliyi və çoxşaxəliliyi ilə fərqlənir. Bu tendensiyanı hiss etmək və ölkəmizin nüfuz yüksəlişini izləmək üçün dünya ölkələrindən istənilən birinin mətbuatına ardıcıl şəkildə nəzər salmaq kifayətdir. Məsələn, öz dəqiqliyi, operativliyipraqmatikliyi ilə seçilən Böyük Britaniya mətbuatında vaxtaşırı Azərbaycanla bağlı məlumatlar yer almaqdadır və son bir ildə ingilis qəzet və jurnallarında Azərbaycana aid müxtəlif məzmunlu 100-ə yaxın məqalə işıq üzü görmüşdür.

"The Sunday Mail" qəzetinin keçən ilin iyun buraxılışlarından birində "Bakı gələcəyə doğru" adlı məqalədə Azərbaycanın dünyəvi, demokratik bir müsəlman ölkəsi olduğubu ölkədə qadınlara seçki hüququnun ABŞ və İngiltərədə olduğundan daha əvvəl verilməsi faktı vurğulanır. Bakının bolşevik əsarətindən əvvəl də dünyaya açıq, mədəni bir şəhər olduğu bildirilir və müəllif o zamanlar Bakının "Balaca Paris" adlandırıldığını xatırladır. Müəllif Bakıda tarixi abidələrin xüsusi qayğı ilə qorunub saxlanmasından və eyni zamanda qısa bir müstəqillik dövründə elm, təhsil, mədəniyyət təyinatlı dünya standartlarına uyğun yeni möhtəşəm binaların tikilməsindən danışır. Bakıda qaldığı müddətdə öyrənə bildiyi yerli adət-ənənələrdən və xüsusilə Azərbaycan qonaqpərvərliyindən heyranlıqla söz açır.

Həmin ölkənin digər mətbu orqanı olan və əsasən biznes məzmunlu "Direktor" jurnalının 2010-cu il iyul-avqust buraxılışında Azərbaycan enerji ehtiyatları ilə zəngin olançox ciddi inkişaf potensialına malik olan bir bir ölkə kimi xarakterizə olunur. Məqalədə göstərilir ki, qonşu Ermənistanla davam edən müharibə şəraitinə baxmayaraq ölkədə turizm sektoru, kənd təsərrüfatı, ortakiçik biznes müəssisələri sürətlə inkişaf edir və Azərbaycanın adamları artıq öz məhsullarını Avropa bazarlarına çıxarmaq haqqında düşünürlər. Dünya Bankının statistik məlumatlarına istinad edən müəllif 2005, 2006 və 2008-ci illərdə Azərbaycanın dünyada ən sürətli inkişaf tempinə nail olmasını diqqətə çatdırır. Məqalədə həmçinin bir çox transnasional korporasiyaların ölkəmizdə təmsil olunduğu bildirilir, ölkəmizdə qərb şirkətlərinə, xüsusən də İngiltərə adamlarına və şirkətlərinə qarşı isti münasibətin olduğunu və etibarlı işbirliyi yaratmaq üçün etibarlı zəmin olduğu vurğulanır. Məqalədə eləcə də Azərbaycan-Ermənistan müharibəsindən damnışılır, Azərbaycanın qərb regionlarının Ermənistan tərəfindən işğal olunması, eyni zamanda milyonlarla etnik azərbaycanlıların İrandaRusiyada yaşaması, Türkiyə ilə Azərbaycan arasındakı etnik-mədəni birliyin mövcudluğu oxucuların diqqətinə çatdırılır.

Dünya miqyasında məşhur olan "Financial Times" qəzetinin buraxılışlarlarından birində "Neftlə zəngin Bakının yüksəlişi" adlı məqalədə keçmiş sovet respublikası olan Azərbaycanın dünyada ən sürətlə inkişaf edən iqtisadiyyata malik olması vurğulanır. Müəllif ölkənin paytaxtı Bakıda baş verən sürətli dəyişiklikləri "inanılması mümkün olmayan möcüzə" adlandırır.

"Wallpaper" qəzetinin saylarından birində sovet dövründə 50-ci illərdən başlayaraq Bakıda çoxsaylı beton-blok binaların tikilməsini, müstəqillik dövründə isə dünya standartlarının ən yüksək səviyyəsinə uyğun əzəmətli binaların inşa edilməsindən danışılır. Müasir üslubda tikilən yeni binaların dünyanın tanınmış memarları tərəfindən işlənmiş layihələr əsasında tikilməsi, xüsusilə Zaha Hadid kimi dünya şöhrətli bir memarın müəllifliyi ilə tikilən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin unikal bir sənət əsəri olmasından danışılır. Məqalədə ölkəmizin sovet dövründən əvvəl "birinci neft bumu" adlandırılan dövründən bəhs edilir, hələ XIX əsrdən başlayaraq Bakıda tikinti işlərinə alman, fransız və italyan memarlarının cəlb olunmasından danışılır.

"Lonely Planet" jurnalının son bir ildə çıxmış saylarından birində Azərbaycan mətbəxinin ecazkarlığından danışılır, Bakıda müasir dizayn və memarlıq üslubunda tikilən iaşə müəssisələrinin açılmasından, burada həm Avropa və həm də Asiya mətbəxlərinin geniş çeşiddə xidmət göstərdiklərindən bəhs olunur.

Yenə də "Financial Times" qəzetinin 5 may buraxılışında müəllif Sofi Roberts Azərbaycanın coğrafi mövqeyison 100 illik tarixində baş verən hadisələr geniş şərh olunur, 1920-ci ildə müstəqil ölkənin Rusiyanın Qızıl Ordusu tərəfindən işğal olunması diqqətə çatdırılır. Müəllif Sofi Roberts Azərbaycanda yaşı 1500 ilə çatan tarixi avbidələrin mövcudluğundan, bu ölkədə tarixi-mədəni irsə göstərilən sayğıdan və eyni zamanda ölkəmizin müasirliyə açıq olmasından söz açır. Azərbaycan gənclərinin gələcəyə inamla baxmasından, onların qlobal inkişaf kontekstində öz potensiallarını reallaşdırmaq imkanlarından danışılır. Məqalədə müəllif Bakını "Şərqin Parisi" adlandırır.

Böyük Britaniyanın biznesturizm məzmunlu ən məşhur dərgisi olan "Business Traveller" jurnalında Bakı haqqında yazılmış geniş bir məqalə oxucuya ünvanlanmış bu sualla başlayır. "Sizcə son illərdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı hansıdır?" . Müəllif hesab edir ki, yəqin ki, oxucuların çoxu bunun Çin, Hindistanya Dubay olduğunu iddia edəcəkdilər. Həqiqətdə isə bu ölkənin Azərbaycan olduğuÜDM-un artımına görə onun bütün statistik cədvəllərdə birinci yeri tutması bildirilir. Bu məqalədə də Azərbaycanın Sovet İttifaqının çökməsi ilə öz müstəqilliyini bərpa etməsi, qonşu Ermənistanıla Dağlıq Qarabağ ərazisi uğrunda müharibəyə cəlb olunması və Azərbaycana məxsus torpaqların işğal olunması faktı öz əksini tapmışdır. 1994-cü ildə atəşkəsə nail olunması və beynəlxalq neft müqavilələrinin imzalanması ilə ölkədə inanılmaz yüksəlişə nail olunması göstərilir.

Məqalədə Azərbaycanın AŞ-na üzv qəbul olunması, son illərdə sivilizasiyalararası dialoq məkanına çevrilməsi faktı da diqqət mərkəzinə gətirilməklə ölkəmizin dünya siyasi həyatında fəal rol oynaya biləcəyi inamla qeyd olunur. Daha sonra ölkədə vüsət almış tikinti işlərindən, dünyanın ən tanınmış hotel markalarının Azərbaycan bazarına həvəslə gəlişindən, ölkəyə milyardlarla dollar xarici sərmayələrin yatırılmasından bəhs edilir.

Əsasən, müasir həyat tərzindən və yaşam dəblərindən bəhs edən "Style" jurnalı da Azərbaycana olan marağını öz dərgisinin səhifələrinə gətirmişdir. Jurnal ölkəmizdə əyləncə müəssisələrinin ən yüksək standartlara cavab verməklə xarici adamlarının gündəlik yaşam tələbatını artıqlaması ilə yerinə yetirmək iqtidarında olduğunu göstərir. Avropalı incəsənət xadimlərinin və şou-biznes nümayəndələrinin Azərbaycan səhnələrində həvəslə çıxış etmələrindən danışır və Bakının qaynar bir biznes şəhəri olduğu kimi həm də müasir həyat tərzinin bütün tələblərinə cavab verən qonaqpərvər bir əyləncə şəhəri olduğunu vurğulayır. Dünyada məşhur olan bütün moda evlərinin Bakıda təmsil olunmasını müəllif azərbaycanlıların çağdaşsağlam həyat tərzinə üstünlük verməsinin parlaq təzahürü kimi qiymətləndirir.

Gündəlik milyonlarla tirajla yayımlanan məşhur "Evening Standard" qəzetinin müxbiri Kler Rothol öz məqaləsində bildirir ki, Azərbaycan haqqında Ceyms Bondun filmindən aldığı ilk bilgisi burada saysız-hesabsız neft buruqlarının olmasından, ölkəmizin Rusiya, İran və Türkiyənin əhatəsində yerləşməklə neft-qaz sərvətləri uğrunda bir sıra supergüclərin arasında gedən mübarizə və çəkişmələr meydanı olmasından ibarət idi. Lakin bu ölkəyə bir neçə günlük səfəri ona Azərbaycanın zəngin tarixiçağdaş durumu barəsində xeyli bilgilər verdi.

Müəllif dünyada tanınan bütün məşhur istehsalçıların burada öz nümayəndəliklərini açmasından, yüzilliklər ərzində qorunub saxlanmış tarixi tikililərin müasir üslubda göz oxşayan modern binalarla özünəməxsus şəkildə qaynayıb qarışmasından söz açır. Bu ölkədə əhalinin bütün dünya xalqlarının mədəniyyətinə yaxından bələd olmasından, çoxsaylı muzey və sərgilərə əhalinin canlı maraq göstərməsindən, bütün dinlərin məhz bu şəhərdə unikal bir şəkildə harmonoyaya qovuşmasından, burada hökm sürən tolerantlıqdan heyranlıqla danışır. Məqalədə həmçinin RotşildNobel kimi məşhur Avropa ailələrinin Bakı ilə bağlı həyat tarixçələri geniş şəkildə şərh olunur.

Azərbaycanın uğurlarının, ölkənin tanıtımı xarakteri daşıyan məlumatların dünya mətbuatında işıqlandırılması, sözsüz ki, ölkəmizin beynəlxalq miqyasda artan nüfuzunun göstəricisi olmaqla yanaşı, həm də qazanılmış nüfuzun gündən-günə artırılmasına təkan verən vacib bir amildir. Obyektiv beynəlxalq informasiyanın əhəmiyyətini yetərincə artıran amil onun ictimai-siyasi həyatın bütün aspektlərinə nüfuz edərək, təkcə dövlət idarəçiliyində olan şəxslərin deyil, bütövlükdə cəmiyyətin düşüncə və fəaliyyətinə dəyişdirici təsir göstərməsidir. Bu gün heç bir fərd özünü informasiyadan təcrid olunmuş vəziyyətdə təsəvvür edə bilməz. Alternativ informasiya mənbələrinin yaranması isə bu prosesi daha da sürətləndirir və informasiyanın sürətini və keyfiyyətini artırır.

Əlbəttə, bəzi hallarda bu prosesin anarxik şəkil alması nəticəsində insanların informasiya asılılığına düşəcəyi barədə fikirlər də yaranır. Günümüzün reallığı isə onu göstərir ki, harada yaşamasından asılı olmayaraq, insan istəsə də, istəməsə də informasiyaya getdikcə daha çox yaxınlaşacaq və məlumat əldə etmə imkanları daha da təkmilləşəcəkdir.

Bu sahədə baş verən proseslərə, şübhəsiz, dövlətlər də biganə yanaşa bilməz, əksinə, artıq informasiya siyasəti qlobal miqyasda dövlətlərin prioritet fəaliyyət istiqamətlərindən birinə çevrilmişdir. Bu siyasət çərçivəsində informasiyanın idarə edilməsi heçmediainternet resursları üzərində dövlət nəzarətini bərqərar etmək deyildir. İdarəetmə sistemində demokratik prinsipləri rəhbər tutan dövlətlərdə informasiya siyasətinin mahiyyəti vətəndaşların informasiya əldə etmək hüquqlarının tam təmin edilməsindən, azad media məkanının formalaşdırılmasından və beynəlxalq arenada dövlətin yürütdüyü siyasətin, onun milli maraqlarının müdafiə olunması üzrə məlumatların əhatəli şəkildə işıqlandırılmasına dəstək göstərilməsindən ibarətdir.

Ölkə daxilində mətbuat azadlığı və onunla əlaqədar dövlətlərin, o cümlədən Azərbaycanın mövqeyi dünya mediasının daim diqqət mərkəzində olan məsələlərdən biridir. Bəzi hallarda xarici mediada Azərbaycanda mətbuatın vəziyyətinin, fikir plüralizminin təmin edilməsinin qənaətbəxş səviyyədə olmamasına dair qərəzli məlumatlarla rastlaşırıq. Bu məlumatlar birtərəfli xarakter daşımaqla yanaşı, ölkədə demokratik institutların normal fəaliyyət göstərməməsini, azad mətbuatın olmamasını göstərən "arqumentlərlə" ölkəmizin qeyri-demokratik imicinin formalaşmasına cəhd təəssüratı yaradır. Ölkədə sözfikir azadlığının, azad mətbuatın və internetin olmaması fikirlərinə ən tutarlı cavab məhz Prezident İlham Əliyev tərəfindən verilmişdir: "Azad internet, əhalisinin 50 faizi internet istifadəçisi olan bir ölkədə azad mətbuat məhdudlaşdırıla bilməz".

 

(ardı var)

 

 

Xalq qəzeti.- 2012.- 3 iyun.- S. 3.