Azərbaycanda meliorasiyasu təsərrüfatının inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

 

Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik.

 

Heydər ƏLİYEV,

Ümummilli lider

 

Ölkəmizdə meliorasiya və irriqasiya işlərinə hələ XIX əsrin ikinci yarısından başlanmasına baxmayaraq, onların geniş miqyasda vüsət tapması 1969 - 1982-ci illərə, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf edir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev meliorasiyasu təsərrüfatının respublikamızın iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında, ölkə əhalisinin ekoloji cəhətdən təmiz ərzaq məhsulları ilə etibarlı təminatındakı rolunu nəzərə alaraq, eləcə də çoxminlik melioratorlar ordusunun şərəfli əməyini yüksək qiymətləndirərək Azərbaycanda "Meliorasiyairriqasiya haqqında" Qanunun 1996-cı ildə qəbul edildiyi 5 iyun gününün meliorasiyasu təsərrüfatı işçilərinin peşə bayramı - Meliorator Günü kimi qeyd olunması barədə 24 may 2007-ci il tarixli sərəncam imzalamışdır. Hörmətli Prezidentimizin sərəncamı meliorasiyasu təsərrüfatı sahəsinə göstərdiyi daimi diqqət və qayğının bariz nümunəsi kimi melioratorlar tərəfindən böyük sevinc və minnətdarlıqla qarşılanmış, onların öz çətin işlərinə daha məsuliyyətlə yanaşmalarına səbəb olmuşdur.

Azərbaycanın ərazisi əsasən quraq zonada yerləşdiyinə görə burada suvarma aparılmadan, meliorasiyasu təsərrüfatını inkişaf etdirmədən kənd təsərrüfatı məhsullarının yetişdirilməsi mümkün deyildir. Bunu böyük uzaqgörənliklə qeyd edən müdrik insan, böyük tarixi şəxsiyyət, dünya şöhrətli siyasətçi Heydər Əliyev meliorasiyasu təsərrüfatı sahəsini daim diqqət mərkəzində saxlamış, onun inkişafına xüsusi əhəmiyyət vermişdir.

Qeyd etdiyimiz kimi ölkəmizdə meliorasiyairriqasiya işləri 1969-cu ildən sonra daha sürətlə inkişaf etmişdir. Həmin vaxtdan etibarən ölkənin kənd təsərrüfatında, sənayesində ümumiyyətlə, iqtisadiyyatın bütün sahələrində xüsusi bir yüksəliş dövrü başlandı. Ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında bir sıra tarixi qərarlar qəbul edildi. Bu qərarlarda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsini təmin etmək məqsədi ilə kompleks meliorasiya proqramları hazırlandı və meliorasiya olunmuş torpaqlarda kənd təsərrüfatı istehsalının sabit şəkildə artırılması üçün mühüm tədbirlər işlənib həyata keçirildi.

1971-1975-ci illərdə ölkədə meliorasiya işlərinə 1966-1970-ci illərdəkinə nisbətən iki dəfədən çox vəsait ayrıldı. Bu müddətdə 23,5 min hektar yeni suvarılan torpaqlar istifadəyə verildi, 156,8 min hektar suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırıldı, 88 min hektar sahədə torpaqların yuyulması, o cümlədən 48 min hektarda əsaslı yuma, 110,3 min hektar sahədə suvarma şəbəkələrinin yenidən qurulması, 133,2 min hektar sahədə hamarlama işlərinin aparılması təmin olundu, 248,6 min hektar qış otlaq sahələrində su təminatı sistemləri yaradıldı. Bu illər ərzində bir sıra iri irriqasiyameliorasiya obyektləri, o cümlədən Araz çayı üzərində həcmi 1,35 milyard kubmetr olan Araz su anbarı su-elektrik stansiyası ilə birlikdə, Azərbaycan Respublikası və İran İslam Respublikası ərazilərində 400 min hektar sahəni suvaran Mil-Muğan hidroqovşağı, uzunluğu 37 kilometr olan Baş Mil kanalı, ümumi uzunluğu 71 kilometr olan Yuxarı MilYeni Xan qızı kanalları, Naxçıvan MR-də 6 min hektar sahəni suvaran Arpaçay nasos stansiyaları, Naxçıvan suvarma sistemi, Qusar rayonunda Caqar-Cibir magistral kanalı, Şamaxı rayonunda həcmi 3,5 milyon kubmetr olan Zoqolovoçay su anbarı və digər obyektlər tikilib istismara verildi. Həmin dövrdə yerinə yetirilən tikinti işlərinin xarakterik cəhətlərindən biri onların yüksək texniki səviyyədə aparılması idi.

1976-1982-ci illərdə ulu öndərimiz Heydər Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində su təsərrüfatı və meliorasiya obyektlərinin tikintisi, torpaq fondunun sağlamlaşdırılması və suvarma-drenaj sistemlərinin yenidən qurulması sahəsində aparılan işlərin miqyası daha da genişləndirildi. Bu illərdə meliorasiya tədbirlərinə yönəldilən vəsaitin miqdarı 1971-1975-ci illərdəkinə nisbətən 2,4 dəfə artdı, 605 min hektar sahədə suvarma sistemləri yenidən quruldu, 89,6 min hektar yeni suvarılan sahələr istifadəyə verildi, 137 min hektar torpaq meliorativ cəhətdən yaxşılaşdırıldı, 274,4 min hektar sahədə əsaslı hamarlama işləri aparıldı. Bu dövrdə Tərtərçay üzərində 144 min hektar sahəni suvarma suyu ilə təmin edən həcmi 550 milyon kubmetr olan Sərsəng su anbarı su elektrik stansiyası ilə birlikdə, həcmi 5,86 milyon kubmetr olan Madagiz su anbarı, Naxçıvan MR-də Arpaçay çayı üzərində həcmi 150 milyon kubmetr olan Arpaçay su anbarı, Naxçıvan çayından qidalanan həcmi 12,7 milyon kubmetr olan Sirab su anbarı, Füzuli rayonunda həcmi 9,5 milyon kubmetr olan Aşağı Köndələnçay su anbarı, Lənkəran rayonunda həcmi 52 milyon kubmetr olan Yuxarı Xanbulançay su anbarı kompleksi, Tovuz rayonunda nasos stansiyası və bir sıra digər obyektlər tikilib istismara verilmişdir. Bütün bunların nəticəsində respublikada kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı və ümumi məhsul istehsalı bir neçə dəfə artmışdır.

Ulu öndərimiz keçmiş İttifaq rəhbərliyində olduğu illərdə də respublika iqtisadiyyatının, o cümlədən meliorasiyasu təsərrüfatının inkişafını daim diqqət mərkəzində saxlamışdır. Lakin böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, o keçmiş İttifaq rəhbərliyindən getdikdən sonra kənd təsərrüfatının, xüsusilə də meliorasiyasu təsərrüfatının inkişafı, demək olar ki, tamamilə dayandı. Keçmiş respublika rəhbərliyinin səriştəsizliyi və bu sahəyə laqeyd münasibəti nəticəsində meliorasiyasu təsərrüfatı üzrə aparılan işlərin sürəti və həcmləri kəskin surətdə azaldı, kapital qoyuluşu heçə endirildi, sistemlərin istismarına ayrılan büdcə vəsaitinin həcmi xeyli aşağı düşdü. Nəticədə mühüm dövlət əhəmiyyətli obyektlərin saxlanılması, istismarı, təmir-bərpası son dərəcə çətinləşdi.

Belə bir mürəkkəb şəraitdə-1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı meliorasiyasu təsərrüfatı sahəsini məhv olmaqdan xilas etdi. Bu sahə öz inkişafının yeni mərhələsinə qədəm qoydu, ona diqqət və dövlət qayğısı bərpa olundu, mövcud meliorasiya potensialından daha səmərəli istifadə olunması yolları və gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Dahi rəhbərin göstərişləri əsasında respublikaya ayrılan xarici investisiyalar ilk növbədə bu sahənin inkişafına yönəldildi. Ölkənin bazar iqtisadiyyatına keçməsi ilə əlaqədar aqrar sahə ilə paralel olaraq, meliorasiyasu təsərrüfatında da islahatların həyata keçirilməsinə başlanıldı, onların normativ-hüquqi bazası yaradıldı. Bu məqsədlə 40-dan artıq normativ-hüquqi sənəd hazırlandı ki, bunlardan da ən mühümü 1996-cı ildə imzalanmış "Meliorasiyairriqasiya haqqında" Azərbaycan Respublikasının Qanunudur.

Ölkəmizdə meliorasiyasu təsərrüfatının inkişafına ümummilli lider Heydər Əliyev tərəfindən göstərilən diqqət və qayğı hazırda onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Cənab İlham Əliyevin sahəyə diqqəti və yaxından köməyi sayəsində bir sıra layihələr başa çatdırılmış, bəziləri uğurla davam etdirilir, bir çoxunun isə həyata keçirilməsinə başlanılmışdır.

Möhtərəm Prezidentimizin 2007-ci il noyabr ayının 8-də Taxtakörpü su anbarının və 2009-cu il may ayının 25-də Şəmkirçay su anbarının SES-lə birlikdə tikintisinin təməlqoyma, 2010-cu il aprel ayının 29-da Cəlilabad rayonunda tikintisi başa çatdırılmış Göytəpə su anbarının, 2011-ci il avqust ayının 15-də Samur-Abşeron suvarma sisteminə daxil olan Vəlvələçay-Taxtakörpü kanalının birinci mərhələsinin açılış mərasimlərində iştirak etməsi və Taxtakörpü su anbarında tikintinin gedişi ilə tanış olması, 2011-ci il noyabr ayının 16-da Qax rayonunda Hamamçay üzərində tikilmiş körpünün açılış mərasimində iştirak etməsi və İlisu kəndinin sel və daşqın sularından mühafizəsi üzrə aparılan sahilbərkitmə işləri ilə tanış olması, 2012-ci il mart ayının 13-də Masallı rayonunda su təchizatı, kanalizasiya sistemləri və sutəmizləyici qurğuların tikintisinin təməlqoyma mərasimində iştirak etməsi bu deyilənlərə parlaq və əyani sübutdur.

Hörmətli Prezidentimizin meliorasiyasu təsərrüfatı sahəsinə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu, beynəlxalq maliyyə qurumlarının krediti və Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına meliorasiyasu təsərrüfatı obyektlərində tikinti, yenidənqurma və bərpa işlərinin həcmi ildən-ilə daha da genişlənir. Müqayisə üçün təkcə onu demək kifayətdir ki, 2011-ci ildə yerinə yetirilmiş işlərin həcmi 2007-ci il ilə müqayisədə 2,8 dəfədən çox olmuşdur.

Son 9 ildə bütün maliyyə mənbələri hesabına sahəyə əsaslı kapital qoyuluşu 32 dəfəyə yaxın artmışdır. Bunun nəticəsində mövcud meliorasiyairriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşmış, sahənin maddi-texniki bazası gücləndirilmiş, 1400- dən artıq maşın və mexanizmlər alınmış, 1272 km suvarma kanallarının və 874 km kollektor- drenaj şəbəkələrinin tikintisi, təmir-bərpası və yenidən qurulması işləri həyata keçirilmiş, 147 min hektar sahədə suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmış, 121 min hektar ərazidə yeni suvarılan sahələr də daxil olmaqla suvarılan torpaqların su təminatı yaxşılaşdırılmış, 682 ədəd subartezian quyusu qazılıb istismara verilmişdir.

Hazırda Dövlət Neft Fondundan maliyyələşdirilən Samur- Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi tərkibində ümumi sututumu 268 milyon kubmetr olan Taxtakörpü su anbarının SES-lə birlikdə, uzunluğu 110,4 kilometr olan Taxtakörpü-Ceyranbatanuzunluğu 31,45 kilometr olan Vəlvələçay-Taxtakörpü kanalının 2-ci mərhələsinin tikintisi uğurla davam etdirilir. Bu layihələrin başa çatdırılması ilə respublikanın şimal zonasında 150 min hektar suvarılan torpaq sahələrinin su təminatı, Bakı, Sumqayıt şəhərlərində və Abşeron yarımadasında isə əhalinin, sənayenin və kənd təsərrüfatının içməli, texnikisuvarma suyuna olan tələbatı yaxşılaşdırılacaqdır. Şəmkirçay üzərində tikintisinə 2009-cu ildə başlanılmış, ümumi sututumu 170 milyon kubmetr olan dəryaçanın tikintisi işləri uğurla davam etdirilir. Layihə üzrə tikinti işləri başa çatdıqdan sonra Şəmkir, Göygöl, SamuxGoranboy rayonlarının 50122 hektar torpaq sahəsinin su təminatı yaxşılaşdırılacaq, 20834 hektar yeni sahələrin suvarılması təmin ediləcəkdir.

Dünya Bankının krediti ilə "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə" çərçivəsində 2011- ci ildə respublikanın 8 rayonunda (Şabran, Siyəzən, Ağsu, İsmayıllı, Masallı, Cəlilabad, Yardımlı və Lerik) içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işlərinin həyata keçirilməsi üçün podratçı təşkilatın seçimi üzrə tender keçirilmiş, 7 rayon üzrə isə qalib şirkətlərlə tikinti müqavilələri bağlanaraq tikinti işlərinə başlanılmışdır.

"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na daxil olan tədbirlərin icrası ilə bağlı layihə sənədləri hazırlanaraq Abşeron magistral kanalının yenidən qurulması, Xəzər rayonu üzrə Zirə, Sabunçu rayonu üzrə Bilgəh, Suraxanı rayonu üzrə HövsanAbşeron rayonu üzrə Goradil kəndlərində əkin və həyətyanı sahələrin su təminatının yaxşılaşdırılması tədbirləri üzrə nasos stansiyalarının, suqəbuledici hovuzların və təzyiqli boru kəmərlərinin tikintisi və təmir-bərpası işlərinə başlanılmışdır. Hazırda bu işlər müvəffəqiyyətlə davam etdirilir. Eyni zamanda, Dövlət Proqramına daxil olan digər kənd və qəsəbələrin əkin və həyətyanı sahələrinin su təminatının yaxşılaşdırılması tədbirləri üzrə layihə sənədlərinin hazırlanması başa çatdırılmışdır.

Ölkədə iri taxılçılıq təsərrüfatlarının yaradılması ilə əlaqədar olaraq səhmdar cəmiyyəti tərəfindən 230 min hektardan artıq ərazidə qış otlaq və dövlət torpaq fondunda olan sahələr və onlarda aparılacaq kompleks meliorativ tədbirlər müəyyənləşdirilmişdir. Hazırda Ağcabədi rayonu ərazisində 3300 hektar və Beyləqan rayonu ərazisində 1500 hektar ərazidə pilot taxılçılıq təsərrüfatlarının yaradılması məqsədi ilə Yuxarı Mil kanalının 10,7 kilometrlik hissəsinin tikintisinin başa çatdırılması üzrə işlər davam etdirilir.

Dünya Bankının krediti ilə "Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək" layihəsində nəzərdə tutulan 85000 hektar sahədən 2011- ci ildə 7500 hektar sahədə təsərrüfatdaxili suvarma- drenaj şəbəkələrinin təmir- bərpası işlərinin həyata keçirilməsinə başlanılmışdır.

Ümumiyyətlə, 2011-ci ildə respublikanın Kürdəmir, Ağstafa, İsmayıllı, Hacıqabul, Goranboy, Qazax, Qax, Şəki, Zaqatala, Oğuz, Ağdam, Beyləqan, Neftçala, Bərdə, Tərtər, Şəmkir, Saatlı, Biləsuvar, Yevlax, Füzuli, Ağcabədi və digər rayonlarının ərazilərində 63,1 kilometr uzunluğunda suvarma kanallarında, 91 kilometr uzunluğunda kollektor- drenaj şəbəkələrində əsaslı tikinti, təmir- bərpa və yenidənqurma işləri aparılaraq 18910 hektar suvarılan torpaqların meliorativ vəziyyəti və 18560 hektar sahənin su təminatı yaxşılaşdırılmış, 1100 hektar yeni suvarılan sahə istifadəyə verilmiş, 865 hektar sahədə su təminatının yaxşılaşdırılması üçün 32 ədəd yeni subartezian quyusu qazılmış, respublika çaylarında sel və daşqın təhlükəsinə qarşı 17145 metr uzunluğunda sahilbərkitmə işləri yerinə yetirilmiş, Şəmkirçay, Tovuzçay su anbarlarında tikinti və Şamaxı rayonunda Zoqolovoçay su anbarında təmir-bərpa işləri davam etdirilmişdir.

Kənd təsərrüfatı əkinlərini fasiləsiz suvarma suyu ilə təmin etmək üçün bütün mövcud imkanlar səfərbər edilmiş, istismar və təmir-bərpa işlərinin səmərəliliyinin yüksəldilməsi üzrə tədbirlər həyata keçirilmişdir. Buna görə də 2011-ci ilin çətin və mürəkkəb təbii-iqlim şəraitinə baxmayaraq, suvarılan torpaqlarda 1 milyon 351 min hektar sahədə kənd təsərrüfatı bitkiləri lazımi miqdarda su ilə təmin olunmuş, sahələr orta hesabla 3,3 dəfə suvarılmışdır.

Cari ildə 1 milyon 354 min hektar suvarılan sahələrdə kənd təsərrüfatı əkinlərinin suvarılması nəzərdə tutulmuşdur. Hazırda dənli bitkilərin suvarılması başa çatmaq üzrədir, digər əkinlərin kütləvi surətdə suvarılmasına başlanılmışdır. Vaxtında aparılmış təmir və bərpa işləri əvvəlki illərdə olduğu kimi, bu il də əkin sahələrini tələb olunan həcmdə suvarma suyu ilə təmin etməklə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına şərait yaradacaqdır.

Möhtərəm Prezidentimiz İlham Əliyevin meliorasiyasu təsərrüfatına göstərdiyi diqqətə, qayğıya cavab olaraq kollektivimiz mövcud meliorasiyairriqasiya qurğularının qorunub saxlanılması, lazımi səviyyədə istismarının həyata keçirilməsi, təmir-bərpa işlərinin təşkili sahəsində qarşıda duran vəzifələri layiqincə yerinə yetirmək əzmindədir.

 

 

Əhməd ƏHMƏDZADƏ,

Azərbaycan Respublikası

Meliorasiya və Su Təsərrüfatı

Açıq Səhmdar Cəmiyyətinin sədri

 

Xalq qəzeti.- 2012.- 5 iyun.- S. 6.