"Azərmarka"
"Eurovision - 2012" mövzusuna aid markalar təqdim
edib
Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka"
şirkəti "Eurovision - 2012" mahnı müsabiqəsi
mövzusuna həsr olunmuş markalar seriyasını təqdim
edib.Bu barədə Rabitə və İnformasiya
Texnologiyaiarı Nazirliyinin rəsmi saytı (mincom.gov. az) məlumat
yaymışdır.
Xatırladaq
ki, 57-ci "Eurovision" mahnı müsabiqəsi Bakıda Xəzər
dənizi sahilində xüsusi olaraq müsabiqə
üçün tikilən "Baku Crystal Hall" sarayında
keçirilib. Müsabiqənin finalı mayın 26-da olub və
qalib "Euphoria" mahnısı ilə İsveçi təmsil
edən müğənni Lorin seçilib.
Markalar seriyasına 2 suvenir poçt bloku və hər biri 6 markadan ibarət 3 blok
daxildir. Suvenir poçt bloklarından birinin üzərində
"Eurovision - 2012"nin xüsusi
loqotipi - "Alovlu gül", ikinci blokda Şirvanşahlar sarayı fonunda müsabiqənin loqotipi təsvir olunub. Hər iki markanın nominal dəyəri 60 qəpik təşkil edir. 6 ədəd markadan ibarət digər blokların üzərində
Azərbaycan paytaxtının
arxitektura tikililəri,
o cümlədən Heydər
Əliyev Sarayı,
Opera və Balet Teatrı, Filarmoniya, Yaşıl Teatr, Muğam Mərkəzi, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı, Şirvanşahlar Sarayı,
Hökumət Evi, Bakı Şəhər İcra Hakimiyyəti, Nizami adına Ədəbiyyat Muzeyi, Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Alov Qüllələri, Heydər
Əliyev Mərkəzi,
ARDNŞ-in yeni inzibati
binası, "Hilton Baku" hoteli, "Port Baku Residence" kompleksi
və "Abşeron
Marriot" hotelinin təsvirləri
yer alıb. Markaların dəyəri 10-60 qəpik
arasında dəyişir.
Hər blok
10 min ədəd tirajla,
suvenir bloklar isə hər biri 5 min tirajla buraxılıb.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2012.- 6 iyun.- S. 6.