"Eurovision-2012" mahnı
müsabiqəsi ölkəmizin
imicini daha da yüksəltdi
Artıq
"Eurovision" mahnı müsabiqəsi
arxada qalmışdır. Biz hələ də həmin xoş anların təsiri altındayıq. Azərbaycan həqiqətən
çox xoş anlar yaşadı. Bəlkə də Azərbaycanın müstəqillik dövründə
bu cür möhtəsəm beynəlxalq
tədbir olmamışdı.
Dünyanın diqqəti Azərbaycana
yönəlmişdi.
Məşhur beynəlxalq telekanallar Azərbaycandan reportajlar verirdi. Bir sözlə, bu
tədbirin Azərbaycanda
keçirilməsi ölkəmizin
imicini daha da yüksəltdi. Bu yarışma Azərbaycan
mədəniyyəti tarixində
çox əhəmiyyətli
bir hadisə kimi yaddaşlarda qalacaq. Təkcə yarışmanın özü
yox, ona hazırlıq, bu tədbirin keçirilməsi
üçün həyata
keçirilən quruculuq
işləri, qonaqlarla
görüşlər, Bakı
Kristal Zalının hazırlanması
və s. əlamətdar
hadisələr idi. Azərbaycan sübut etdi ki, ən möhtəşəm
beynəlxalq tədbirləri
keçirməyə qüdrəti
çatar. Doğrudan da,
Azərbaycan misli görünməyən möcüzələr
yaratdı. Bir ilin içərisində görülən işlərin
miqyası o qədər
genisdir ki, adam heyran
qalır. Bu ölkənin
vətəndaşı olduğun
üçün fəxr
edirsən. Mən kinorejissoram.
Beynəlxalq kinofestivallarin dəfələrlə
iştirakçısı olmuşam.
Amma bu cür gözəl,
mükəmməl bir
tədbirlə qarşılaşmamışam.
Burada hər şey dözəl idi. Zalın tərtibatından tutmuş
ən kiçik detallara qədər bütün işlər xüsusi zövqlə hazırlanmışdı. Bunu xarici qonaqlar, müsabiqənin iştirakçıları
da dəfələrlə
etiraf edirdilər.
İnanıram ki, bu haqda bizim kino
sənətçiləri gözəl
filmlər yaradacaqlar.
Bu, çox vacibdir.
Çünki kino tarixin anlarını yadda saxlamağa qadirdir
İllər ötəcək. Azərbaycan daha böyük
tarixi qələbələrə
imza atmaq. Amma
"Eurovision-2012" beynəlxalq mahnı yarıması tariximizin yaddaşında dəyərli bir hadisə kimi qalacaq.
Oqtay MİRQASIMOV,
xalq artisti
Xalq qəzeti.- 2012.- 6
iyun.- S. 6.