Müasir Azərbaycan reallıqları
dünyanın bütün guşələrində
yüksək qiymətləndirilir
Prezident İlham ƏLİYEV: Bizim
siyasi çəkimiz, iqtisadi gücümüz artır. Bunu
bizi istəyənlər də görür, istəməyənlər
də
Təkcə ölkəmizdə
deyil, dünyanın hər yerində yaşayan soydaşlarımızla
bərabər dostlarımız, tərəfdaşlarımızla
yanaşı, bədxahlarımız və bizim tərəqqimizi
istəyəmənlər də növbəti dəfə gənc
müstəqil Azərbaycanın həqiqətlərini
etibarlı mənbədən - dövlət
başçımızın dilindən eşitdilər. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də
"Bakı Expo" Mərkəzində keçirilən
"Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"nın icrasının
üçüncü ilinin yekunlarına həsr olunmuş
konfransdakı giriş və yekun nitqləri ilə müasir
Azərbaycan reallaqlırının möhtəşəm bir
tərəqqidən xəbər verdiyini söylədi. Tədbirin
spesifikası sosial-iqtisadi yönümlü olduğuna görə
daha çox bu iki istiqamətdə əldə olunan uğurlar
və həyata keçiriləcək layihələrdən
danışıldı. Ancaq cənab dövlət
başçımızın hər iki nitqində ölkənin
sosial-iqtisadi inkişafı nəinki ictimai-siyasi həyatımızla,
bugünkü Azərbaycanın mənəvi-psixoloji durumu ilə
əlaqələndirilirdi.
Fikrimizi
bəzi konkret məqamlarla əsaslandıraq. Dövlət
başçımız geridə qalan illərdə - xüsusən,
2011-ci ildə - həyata keçirilmiş çoxsaylı tədbirlər
nəticəsində əldə olunan göstəricilərin
böyük əksəriyyətini yada salır və növbəti
hədəflərimizi müəyyən edir: "Müvafiq
göstərişlər verilmişdir. İndi mən artıq
detallara toxunmaq istəmirəm, bir daha hədəfi müəyyən
etmək istəyirəm. Hədəf ondan ibarətdir ki,
növbəti 10 ildə - 2012-2023-cü illərdə Azərbaycan
əhalisi yüksək gəlirli ölkəyə çevrilməlidir.
Növbəti 10 il ərzində qarşıya hədəf
qoymalıyıq ki, ümumi daxili məhsul 2 dəfə
artsın. Bu, çox böyük, çətin hədəfdir.
Nəzərə alsaq ki, ümumi daxili məhsulumuz 3 dəfə
artmışdır, indi 3 dəfə artmış
iqtisadiyyatı daha 2 dəfə artırmalıyıq...
2013-2023-cü illərdə dövlət və özəl
qurumların birgə fəaliyyəti yeni mərhələyə
qədəm qoyacaqdır. Yəni, dövlət və özəl
qurumların birgə fəaliyyət planı işlənməlidir".
Sosial-iqtisadi sahədə görüləcək işlərin
bundan aydın və bundan dəqiq ifadə edilməsi qətiyyən
mümkün deyil. İndi isə yuxarıda qeyd etdiyimiz kimi məsələnin
ictimai-siyasi məzmununu ifadə edən məqama diqqət yetirək.
Dövlət
başçımız konfransdakı yekun nitqində qeyd edir
ki, bizim siyasi çəkimiz, iqtisadi gücümüz
artır. Bunu bizi istəyənlər də görür, istəməyənlər
də. Bizim uğurlarımıza sevinənlərin sayı
kifayət qədər çoxdur. Amma, istəməyən
qüvvələr də, bədxahlar da vardır. Prezident Azərbaycanın
inkişafını gözü götürməyənlərin,
yəni bədxahlarımızı üç qrupa
bölür: "Birinci növbədə bizim əsas
düşmənlərimiz dünya erməniliyi və
onların təsiri altında olan riyakar, korrupsioner,
rüşvətxor siyasətçilərdir. O siyasətçilər
ki, həqiqəti görmək istəmir və müxtəlif
yerlərdə Azərbaycanı ləkələməklə məşğuldurlar.
Bəzi parlamentlərin erməni lobbisinin pulu ilə dolanan
üzvləri, bəzi siyasi xadimlər və sairə.
Onların hamısının adını biz yaxşı
bilirik. Onların heç adlarını çəkmək
lazım deyil". Qeyd edək ki, ulu öndər Heydər Əliyevin
işləyib hazırladığı xarici siyasət kursunun
ardıcıllıqla həyata keçirilməsi və
Prezident İlham Əliyevin beynəlxalq aləmdəki türk
və Azərbaycan diasporlarının imkanlarını birləşdirmək
istiqamətində atdığı addımlar nəticəsində
dünya erməniliyi və onların təsiri altında olan
ikiüzlü siyasətçilər məhz dünya ictimaiyyəti
tərəfindən ağır zərbələrə məruz
qalırlar.
Dövlət
başçımız ölkəmizin bədxahlarını
sadalayarkən ayırdığı ikinci qrup insanlar ermənilər
qədər açıq düşmənçilik etməsələr
də məkrli siyasətdən əl çəkə bilməyən
qüvvələrdir: "Digər qrup, ümumiyyətlə,
Azərbaycanın müstəqil siyasətini qəbul etməyənlərdir.
Yəni, qəbul etmirlər ki, Azərbaycan müstəqil
siyasət apara bilsin. Biz müstəqil siyasət
aparırıq və aparacağıq. Bu siyasət, bir daha demək
istəyirəm ki, Azərbaycan xalqının maraqlarına
xidmət edir. Başqa heç kimin maraqlarına xidmət
etmir və etməyəcəkdir. Bu maraqları təmin etmək
üçün biz mübarizəmizi aparırıq və
aparacağıq. Nəticələr və yaxın tarix göstərir
ki, biz hətta, təkbaşına mübarizədə qalib gələ
bilirik.
Qeyd
edək ki, həm 2009-cu ildə, həm də 2011-ci ildə
dünyanın aparıcı beynəlxalq təşkilatlarının
keçirdiyi rəy sorğusunun nəticələrinə
görə postsovet məkanında müstəqil siyasət
yeridən ölkələrin siyahısında birinci yerdə
Azərbaycan dayanırdı. 2010-cu ildə isə region ölkələri
arasında müstəqil siyasət yeridən ölkələr
arasında Türkiyənin və Azərbaycanın adı
öndə çəkilirdi. Bu, əslində ümummilli
lider Heydər Əliyevin balanslaşdırdığı
xarici siyasət kursunun uğurlarından biri kimi qiymətləndirilir.
Həmin kursu uğurla davam etdirən Prezident İlham Əliyev
tutaq ki, hansısa siyasi qütbün maraqlarının təmin
edilməsi üçün başqa qütbün
maraqlarının ayaq altına atılmasını
hüquqlarının pozulmasını qətiyyən yolverilməz
sayır. Biz fəxr edirik ki, cəmi 20 il müstəqillik
tarixi olan Azərbaycan dövlətinin bu mövqeyi beynəlxalq
aləmdə siyasi əxlaqın ən ali nümunələrindən
biri kimi qiymətləndirilir. Dövlət
başçımız fevralın 28-dəki konfransda bədxahlarımızın
ikinci qrupuna aid olan qüvvələrə növbəti dəfə
başa saldı: "Biz müstəqil siyasət
aparırıq və aparacağıq".
Dövlət
başçımızın təsnifat verdiyi qüvvələrin
üçüncü qrupuna isə heç bir sosial-iqtisadi və
ya ictimai-siyasi məzmunlu tərəqqiyə əli
çatmayanlar daxildir: "Üçüncü qrup isə
sadəcə olaraq bizə paxıllıq edənlərdir.
İndi Azərbaycanın reallıqları belədir ki,
doğrudan da, bizim tariximiz inkişaf edir və uğurlar
tarixindir. Baxın, biz son müddət ərzində həm
siyasi, həm də iqtisadi sahədə nə qədər
böyük nailiyyətlərə çatmışıq.
Bir daha demək istəyirəm ki, inkişaf etmiş ölkələrin
reytinqləri aşağı düşdüyü halda, bəzi
inkişaf etmiş ölkələr defolt ərəfəsində
olduğu halda "Standard & PoorTs" Azərbaycanın
kredit reytinqini artırır".
İndi bir məqama diqqət yetirək. Bu gün
beynəlxalq təşkilatlardan
kredit almaq istəyən və ona nail ola
bilməyən ölkələr
var və onların sayı kifayət qədərdir. Çünki həmin ölkələrdə
iqtisadiyyat düzgün
idarə edilmir. Eyni zamanda, bu gün
kifayət qədər
potensialı olduğu
halda heç bir sosial-iqtisadi inkişafa əli çatmayan ölkələr
də istənilən
qədərdir. Onların problemi
isə müstəqil
siyasətin yeridilməsi
və ya yeridilə bilməməsidir.
Azərbaycanda isə həm
potensial imkanlar mövcuddur, həm müstəqil siyasət yeridilir, həm də iqtisadiyyat bilavasitə xalqın istədiyi şəkildə
idarə olunur. Belə olduğu halda isə ölkəmizin sosial-iqtisadi inkişafına
paxıllıq edənlərin
olması tamamilə təbiidir.
Yuxarıda qeyd etmişdik ki, əslində sosial-iqtisadi məzmunlu konfransda Prezident İlham Əliyevin söylədiyi fikirlər
arasında ölkə
əhalisinin mənəvi,
psixoloji durumunu özündə əks etdirən məqamlar da var idi. Məsələn:
"Azərbaycan gənc
müstəqil ölkədir.
Müstəqilliyimizin cəmi 20 yaşı
vardır. Ancaq biz artıq
dünyanın ən birinci qurumunun üzvüyük. BMT Təhlükəsizlik Şurasının
üzvüyük. Biz bu haqqı çətin
mübarizədə qazanmışıq.
Çünki yolumuzdan dönməmişik,
ədalətli olmuşuq
və dünya ictimaiyyətinin böyük
rəğbətini qazanmışıq.
155 ölkə Azərbaycanın namizədliyini
dəstəkləmişdir. İctimai rəy və beynəlxalq ictimaiyyət deyəndə bu hadisəni yada salmaq lazımdır".
Ölkədə həyata keçirilən
sosial-iqtisadi islahatların
və ictimai-siyasi yeniləşmələrin nəticəsi
olan bu məqam
- 155 ölkənin dəstəyini
qazanmağımız hər
bir azərbaycanlının
mənəvi-psixoloji aləminə
çox müsbət
təsir etmişdir. Hər bir
soydaşımız bu
faktla fəxr edir. Ona görə də
adı çəkilən
konfransda dövlət
başçımızın bu məqama xüsusi önəm verməsi tamamilə təbii idi.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2012.- 2 mart.- S. 2.