Qaxda inkişafdan
danışmır, onu reallaşdırırlar
Azərbaycanın dilbər guşələrindən
biri olan Qax haqqında bu qeydləri yazmaq istəyəndə
ilk öncə ölkə Prezidenti İlham Əliyevin dediyi
sözləri xatırladım: "Hər dəfə Qaxda
olanda, yenilikləri görəndə çox sevinirəm. Rayon
inkişaf edir, gözəlləşir, belə gözəl
memarlıq əsərləri yaranır. Deyə bilərəm
ki, müasir Azərbaycanda belə gözəl guşələrin
yaradılması yəqin ki, Qaxda başlayıb". Çox
sərrast deyilmiş sözlərdir. Hər bir qaxlı
üçün bütün ömrü boyu iftixar hissi ilə
xatırlanmalı sözlərdir...
Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev qürur hissi ilə danışır. Doğulub boya-başa çatdığı, canından çox sevdiyi bir məkan haqqında Azərbaycan Prezidenti İlham Əliyevin dediyi bu sözlər onun qəlbini bilirsiniz nə qədər coşdurub? Musa müəllim ölkə başçısının bu rayona səfərindən söhbət açır. Bildirir ki, 2011-ci ilin 16-17 noyabr tarixində reallaşan bu səfəri zamanı ölkə Prezidenti "El Resort" binasının, "İçəribazar" qala kompleksinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasının, İlisu-Sarıbaş yolunda Hamamçay üzərində uzunluğu 80,5 metr olan metal tağlı körpünün, rayonlararası və rayondaxili "Avtovağzal kompoleksi"nin açılışında, Heydər Əliyev Mərkəzinin və Qax şəhərinin, Qax İngiloy və Qaxbaş kəndlərində su-kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı 1000 kubmetr su anbarı obyektlərinin təməl qoymasında iştirak edib.
Başçı sadaladı. Fikir verirsinizmi, nə qədər açılışlar, təməlqoymalar olub. Bu, hələ harasıdır? Rayonda aparılan tikinti-quruculuq işlərinin miqyası çox böyükdür. Şəhərin İ.Dağıstanlı, A.Məmmədov, M.Gəncəvi, N.Nərimanov, V.Eyvazov, 9 Aprel, M.F.Axundov, S.Vurğun, C.Cabbarlı, İ.Mustafayev, M.Məmmədov, M.Füzuli küçələrində, Heydər Əliyev və Azərbaycan prospektlərində küçə və səkilərə 47880 kvadratmetr asfalt beton örtük qoyulub, 3280 metr su arxları yenidən qurulub. 1970 metr uzunluğunda bardür daşları düzülüb, divarlara 2480 kvadratmetr sadə suvaq vurulub, divarlarda 2050 kvadratmetr hissə çapma daş çayı və kərpiclə üzlənib. Ümumiyyətlə, görülən işlərə 1 milyon 140 min manat vəsait sərf olunub. Büdcə vəsaiti hesabına Turaclı kəndinin giriş yoluna 58,1 min manat dəyərində 3600 kvadratmetr asfalt-beton örtük tökülüb. "Heydər Əliyev", "Şəhər" parklarında və "Şəhidlər Xiyabanı"nda 41 min manat dəyərində cari təmir işləri aparılıb. 149 min manat büdcə vəsaiti hesabına şəhər 2 saylı, Almalı və Çüdüllü kənd uşaq bağçaları əsaslı təmir olunub. 300 min manat dövlət əsaslı vəsait qoyuluşu hesabına isə şəhər 3 saylı uşaq bağçası əsaslı təmir edilib. Dövlət vəsaiti hesabına Qobala çayının şəhərin ərazisindən keçən hissəsində 100 paqonometr mövcud kanal bərpa olunub, 310 metr uzunluğunda yeni dəmir beton kanal çəkilib. Bundan başqa, şəhərin S.Qocayev və M.Cuma küçələrində 2200 metr uzunluğunda suötürücü arxların tikintisi başa çatdırılıb.
180 şagird yerlik Qıpcaq kənd tam orta məktəbinin tikintisi başa çatdırılıb. Dəyəri 1 milyon 300 min manat olan 360 şagird yerlik Zəyəm kənd tam orta məktəb binasının tikintisinə başlanılıb. Cari ildə 80 şagird yerlik Əmbərçay kənd ümumi orta məktəbinin tikintisi, şəhər 4 saylı tam orta məktəb binasının əsaslı təmiri nəzərdə tutulur. 80 şagird yerlik Meşəbaş kənd ümumi orta məktəb binasının tikintisi ilə bağlı layihə-smeta sənədləri işlənib.
Rayon mərkəzi xəstəxanası tərəfindən Poliklinika binasının, Zəyəm kənd həkim məntəqəsinin, Turaclı kənd tibb məntəqəsinin və uşaq tibb məsləhətxanasının təmirinə 46,1 min manat vəsait sərf olunub. 990 min manat dəyərində olan 15 çarpayılıq 2 mərtəbəli Əlibəyli kənd xəstəxanasının və dəyəri 320 min manat olan Güllük kənd həkim məntəqəsinin tikintisi davam etdirilir.
Mədəniyyət obyektlərində 50,6 min manat dəyərində əsaslı və cari təmir işləri aparılıb. İdman kompleksində, vergilər terminalının, DSMF-nin rayon şöbəsinin, Rayon Baytarlıq İdarəsinin inzibati, Qaxbaş kəndi ərazisində 9 mərtəbəli yaşayış, Ağçay kəndi ərazisində 3 mərtəbəli hotel, İlisu kəndi ərazisində "Səngər Qala" istirahət kompleksindəki 5 mərtəbəli mehmanxana binalarında, "El Resort" hotel kompleksinin 2 mərtəbəli konfrans zalında və Qarabaldır kəndi ərazisində süd məhsulları emalı müəssisəsində tkiniti işləri davam etdirilir.
Qax şəhərində xüsusi vəsait hesabına 4 mərtəbəli yaşayış binasının tikintisi isə artıq başa çatdırılıb. Bu il şəhərdə şəhid ailələri və Qarabağ əlilləri üçün 4 mərtəbəli 36 mənzilli yaşayış binasının, rayon Təhsil Şöbəsinin yeni inzibati binasının, 75 yerlik şəhər 1 saylı uşaq bağçasının, Şəki - Qax avtomobil yolunun Qaşqaçay kəndi istiqamətində olan hissəsinin əsaslı tikintisinə başlanılıb.
Bax,
bütün bunlar son bir ildə görülən işlərdir.
Hələ mən Meliorasiya və Su Təsərrüfatı
ASC xətti ilə görülən işləri
sadalamıram. Yazsam çox böyük siyahı alınar.
Bilmirəm daha hansı uğurlardan yazım.
Yaxşısı budur gəlin əvvəlcə kənd təsərrüfatına
nəzər salaq. 2010-cu illə müqayisədə
qarğıdalı istehsalı 4993, bostan istehsalı 352,
üzüm istehsalı 184, meyvə və giləmeyvə 1599,
o cümlədən fındıq istehsalı 753, vələmir
istehsalı 468 ton artıb. 6918 ton artıq taxıl, 5682 ton
çox buğda istehsal olub.
621 hektar
sahədə yonca, 313 hektar sahədə yem üçün vələmir
əkini aparılıb, yemlik bitkilərin əkin sahələrindən
bol məhsul əldə edilib. Tütünün yaşıl dərilərək
emalı istiqamətində işlərin genişləndirilməsi
davam etdirilib, mövcud 60 ədəd Avropa standartlarına cavab
verən, Bolqarıstan istehsalı olan tütünqurutma
kameraları tam gücü ilə işləyib, il ərzində
6500 ton yaşıl halda tütünün qurudulması həyata
keçirilib. İl ərzində 1,2 ton yüksək keyfiyyətli
barama istehsal edilib.
Həyata
keçirilən tədbirlər nəticəsində
heyvandarlıq məhsulları istehsalının da intensiv
artımı təmin olunub, nəticə etibarı ilə
2010-cu illə müqayisədə ət istehsalı 14 ton
artaraq 2757 tona, süd istehsalı 101,2 ton artaraq 11317 tona,
yumurta istehsalı 24 min ədəd artaraq 7614 min ədədə,
yun istehsalı 118 tona çatıb. Əmbərçay kəndi
yaxınlığında 400 min başlıq quşçuluq
kompleksinin yaradılması istiqamətində işlər
davam etdirilib, müasir tələblərə cavab verən
avadanlıqların gətirilməsi təmin olunub.
Mən
istərdim ki, bir dəfə gecə saatlarında yolunuzu Qaxa
salasınız. İşıqlar bir-birinə göz vurur.
İnanmazsınız ki, ucqar bir dağ rayonundasınız. Bu
da təsadüfi deyil. Rayon elektrik şəbəkəsi tərəfindən
təkcə keçən il 54 ədəd transformator
yarımstansiyasında əsaslı və cari təmir işləri
aparılıb. 12 ədəd yanmış və sıradan
çıxmış transformator yarımstansiyası Şəki
şəhər laboratoriyasında təmir olunaraq yenidən
istifadəyə verilib. 10 kilovoltluq hava xəttində 58, 0,4
kilovoltluq hava xəttində isə 51 kilometr əsaslı və
cari təmir işləri aparılıb. Şəhər ərazisində
yeni salınan yaşayış massivindəki C.Əhmədzadə
və Cavanşir küçələrinin elektrik enerjisi ilə
təmin edilməsi məqsədi ilə yeni transformator
quraşdırılıb, dəmir-beton dayaqlar
basdırılmaqla 10 və 0,4 kilovoltluq hava xətləri
çəkilib. Təmir-quraşdırma işləri ilə əlaqədar
rayon ərazisində 237 ədəd dəmir-beton dayaq, 94 ədəd
adi dayaq basdırılıb, çürümüş
dayaqlar yeniləri ilə əvəz edilib, 307 ədəd
sayğac quraşdırılıb.
Bu gün
Qaxda 5582 nəfər təbii qazla təmin olunur ki, bunun da
3500-ü şəhərin payına düşür. 84
qeyri-dövlət müəssisəsi, şəhərin 5 məktəbi
və 2 xəstəxananın isitmə sistemi təbii qazla təmin
olunub.
Rayonun
yeni yaşayış massivlərinin
qazlaşdırılması ilə əlaqədar geniş
iş aparılır. Əlibəyli kəndinə 5899 metr 110
millimetrlik yeni qaz xətti çəkilib, 1 ədəd
müasir tipli qaztəmizləyici quraşdırılıb, 12
mənzilə qaz verilməsi təmin olunub.
Rayonun bir
çox kəndlərini qazla təmin edəcək 3241 metr
uzunluğunda 280 millimetr diametrli Qorağan-Almalı yeraltı
polietilen qaz xəttinin çəkilişi başa
çatdırılıb.
Qax
rayonunun təhsil sahəsindəki uğurlarından saatlarla
danışmaq olar. 2010 - 2011-ci tədris ilində rayonun
ümumtəhsil məktəblərinin XI siniflərini bitirən
485 nəfər şagirddən 450 nəfəri attestat
alıb, onlardan 332 nəfəri ali məktəblərə qəbul
imtahanlarında iştirak edib, 154 nəfər tələbə
adını qazanıb. 16 nəfər 600-dən çox, 49 nəfər
isə 500-dən bal toplayıb. Sevindirici haldır ki, Qax ali məktəblərə
qəbulun nəticələrinə görə rayonlar
arasında birinci, Bakı və Sumqayıt şəhərlərindən
sonra üçüncü yerdə durur.
Rayon ərazisində
məskunlaşmış məcburi köçkün ailələrindən
olan 111 nəfər şagird icbari təhsilə,
sağlamlıq imkanları məhdud 75 nəfər şagird
isə fərdi təlimlərə cəlb olunub. İl ərzində
rayonda təhsildən kənarda qalan və yayınan şagird
olmayıb.
Prezident
İlham Əliyevin sərəncamı ilə keçirilən
müsabiqədə şəhər 1 saylı tam orta məktəb
"İlin ən yaxşı ümumtəhsil məktəbi",
şəhər 2 saylı orta məktəb-liseyin Azərbaycan
dili və ədəbiyyatı müəllimi Nazilə
İsmayılova "İlin müəllimi" adına,
şəhər 4 saylı tam orta məktəbin biologiya müəllimi
Məmləkət Əfəndiyeva "Tərəqqi"
medalına layiq görülüb.
Səhiyyə
sahəsində də böyük uğurlara imza
atılıb. Bunun nəticəsidir ki, rayon mərəkəzi
xəstəxanasının baş həkimi, əməkdar həkim
Fərman Əhmədzadə respublika Prezidentinin fərmanı
ilə "Tərəqqi" medalına layiq
görülüb.
Yəqin
fikir verdiniz. Biz bu yazıda Qaxın tarixi ənənələrindən,
onun mədəniyyətindən, görməli, gəzməli
yerlərindən heç danışmadıq.
Qarşıdan Qaxın qonaqlı-qaralı günləri gəlir. Yaxından-uzaqdan onun qapısını döyəcək saysız-hesabsız turistlər gələcək. Gəlib, görüb, heyran olacaqlar. Bax, biz də növbəti yazını həmin günlərdə qələmə alacağıq. Qaxın axarlı-baxarlı günlərində...
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2012.- 4 mart.- S. 6.