ADPU yubileyi uğurlarla
qarşılayır
Azərbaycan
Dövlət Pedaqoci Universiteti
90 illik yubileyinə böyük
elmi-pedaqoci uğurlarla
gedir. Ali və orta ixtisas
təhsili müəssisələrində 2011/2012-ci tədris ilinin qış imtahan
sessiyasında tələbələrin biliyinin
qiymətləndirilməsində şəffaflığı və
obyektivliyi təmin etmək, yarana biləcək neqativ
halları dərhal aradan qaldırmaq və
digər müvafiq tədbirləri həyata
keçirmək məqsədilə Azərbaycan Dövlət
Pedaqoci Universitetində xeyli
iş görülmüşdür.
Bununla
əlaqədar təhsil naziri Misir Mərdanovun "Ali və
orta ixtisas təhsili müəssisələrində 2011-2012-ci
tədris ilinin qış imtahan sessiyasının təşkili
və keçirilməsi barədə" əmri diqqət mərkəzində
saxlanmışdır.
2006-cı
ilin aprelindən Azərbaycan Dövlət Pedaqoci Universitetinə
AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi,
fizika-riyaziyyat elmləri doktoru, professor Yusif Məmmədovun rəhbərliyə
gəlməsi ilə islahatlar dövrünün əsası
qoyulmuşdur. Bu dövrdən ölkəmizdə
bütövlükdə təhsil sisteminin qloballaşan
dünyanın tələblərinə uyğunlaşması
prosesi gedir. Bu baxımdan Boloniya sisteminə qoşulan
universitetimizdə bütün fakültələr kredit təhsil
sisteminə keçmiş və tədris planları yeniləşmişdir.
Tədris prosesinin bütün mərhələlərində
yeni təlim texnologiyalarının tətbiq olunmasına
başlanılmışdır. İmtahan prosesinin obyektiv,
çevik və şəffaflığını təmin edən
Kompyuter mərkəzi və bütün fənlər üzrə
test bankı yaradılmışdır. Bu barədə
respublika mətbuatı dəfələrlə yazmış, qəzet
müxbirlərinə müsahibə verilmişdir.
Universitetdə
yaranmış sağlam mühiti saxlamaq üçün
hamıdan - həm müəllimlərdən, həm də tələbələrdən
obyektivliyin qorunması tələb olunmuşdur. Bu da müsbət
nəticələrə gətirib
çıxarmışdır.
Təsadüfi
deyildir ki, son üç ildə olimpiadalarda tələbələrimiz
iştirak edərək I, II, III yerləri tutmuş, Təhsil
Nazirliyinin mükafatına layiq görülmüşlər.
Bu da tədrisin keyfiyyətinə müsbət təsir
etmiş, tələbələr və məzunların
böyük əksəriyyəti "əla" və
"yaxşı" qiymətlərlə semestri və
universiteti başa vurmuşlar.
Yeri
gəlmişkən, imtahan qaydalarının gözlənilməsi,
baş verə biləcək neqativ halların vaxtında
qarşısının alınması, eləcə də tələbələrin
ərizə və şikayətlərinin operativ şəkildə
araşdırılıb cavablandırılması məqsədilə
universitet rəhbərliyinin müvafiq əmri ilə həmişə
olduğu kimi, sessiyadan əvvəl 9 nəfərdən ibarət
"Qaynar xətt" yaradılmışdır. "Qaynar xətt"in
tərkibinə universitetin ən nüfuzlu professor və
müəllimləri daxil edilmişdir. Bundan əlavə,
bütün fakültələrdə münaqişə
komissiyaları fəaliyyət göstərmişdir.
Hər
bir imtahan zalında 2 saat 15 dəqiqə ərzində 30-40
magistr yazılı imtahan verir. Hər magistrə imtahan verdiyi
fəndən 5 sual təqdim olunur. Tələbənin
düzgün cavablandırdığı hər sual 10
ballıq sistemlə müvafiq balla qiymətləndirilir. Beləliklə
də, tələbənin imtahanqabağı
topladığı balla imtahanın nəticəsi toplanaraq
yekun qiymət müəyyənləşdirilir.
Artıq
bir neçə ildir ki, universitetimizdə bütün
imtahanlar tam obyektiv və şəffaf keçirilir. İndi
sözün əsl mənasında, biliyin yeganə meyar
olduğuna əmin olan tələbələrimiz imtahanlara daha
böyük səy və həvəslə
hazırlaşırlar. "Qaynar xətt"in normal fəaliyyəti
üçün bütün zəruri tədbirlər həyata
keçirilmişdir. "Qaynar xətt"in sədri və
üzvləri yazılı və test imtahanlarının
keçirildiyi zalları gəzir, prosesdən əvvəl tələbələrlə
lazımi söhbətlər aparır, onlara qərargahın,
eləcə də ərizə və şikayət
qutularının yerləri barədə məlumat verirlər.
Eyni zamanda, imtahan qaydalarına tam əməl etmələri də
onlara ətraflı izah edilir. Bütün bunlar imtahan
sessiyalarının obyektiv keçirilməsini təmin edir.
Yeri gəlmişkən, son zamanlar şikayətlərin məzmunu
tamamilə dəyişilmişdir. İndi "qaynar xətt"ə
daxil olan şikayətlər də neqativ, xoşagəlməz
hallarla bağlı deyil, yalnız imtahan suallarının tərtibi
ilə əlaqədar meydana çıxan müəyyən
anlaşılmazlıqlardır. Onu da deyim ki, "qaynar xətt"ə
daxil olan bütün ərizə və şikayətlər
çevik və operativ şəkildə
araşdırılıb dərhal cavablandırılır.
Əlavə
edim ki, ADPU-da imtahanlar həm yazılı, (magistrlər,
bakalavr qiyabi şöbə III, IV, V kurslar) həm də
elektron qaydada (bakalavr əyani - bütün kurslar, qiyabi I və
II kurslar) götürülür.
Məsələn,
ötən qış imtahan sessiyası ərzində
"qaynar xətt"ə daxil olan 800-ə qədər
müraciətdən 152-si tələbələrin xeyrinə
həll olunmuşdur.
Bütün
bunlar göstərir ki, ölkəmizdə haqlı olaraq,
pedaqoci təhsilin flaqmanı sayılan Azərbaycan Dövlət
Pedaqoci Universiteti özünün 90 illik şanlı yubileyini
təhsil prosesinin təkmilləşdirilməsi və kadr
hazırlığı sahəsində yeni-yeni uğurlarla
qarşılayır.
Süleyman MƏMMƏDOV,
əməkdar elm xadimi,
professor
Xalq qəzeti.- 2012.-
11 mart.- S.6.