Sumqayıt: quruculuq layihələri inamla gerçəkləşdirilir

 

Ötən ilin əvvəlində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilmiş Eldar Əzizov əvvəlki ilin yekunlarına həsr olunan hesabat yığıncağını açıq diskussiya şəraitində keçirmiş və hər kəsi dinlədikdən sonra ölkə rəhbərinin Sumqayıtın inkişafı ilə bağlı tapşırıqlarını iştirakçıların diqqətinə çatdırmışdı. İndi o vaxtdan bir il ötüb. Bu müddətdə əksəriyyət öz işini günün yüksək tələblərinə uyğunlaşdırmaqla start verilən tərəqqi yürüşünə qoşulmuşdur.

 

Şəhər isə göz önündəcə simasını dəyişdirməyə, daha gözəl və abad görünməyə başlamışdır. Yəni tribunadan söylənənlərin bir-bir real əməli işlərə çevrilməsi prosesləri gedir. Əlbəttə, məqsədə tam yetməyə hələ çox var, amma yaranan işgüzar ab-hava və müsbət nəticələr Sumqayıtın sabahına dair düşüncələrə əsaslı nikbinlik gətirir.

Budəfəki illik hesabat yığıncağı da sırf işgüzar tərzdə keçdi. 2011-ci ilin vizual salnaməsini əks etdirən sənədli filmin nümayişi görülən işləri bir daha gözlər önündə sərgilədi. Hesabata dair xüsusi kitabça da bir gün öncə iştirakçılara paylandığından, daha uzun-uzadı məruzəyə ehtiyac qalmadı. Monitorlarda göstərilənlərə yalnız bəzi əlavələr edildi. Əvəzində çıxış etməkdən ötrü daha çox adama söz verildi.

Sumqayıtın inkişaf aspektlərinin, həyata keçirilən tədbirlərin, abadlıq-quruculuq işlərinin təqdim olunan mənzərəsi ilk növbədə nələri nəzərə çarpdırdı? İcra hakimiyyəti başçısının da dönə-dönə vurğuladığı kimi, ölkədə qazanılan uğurlar gənclik şəhərinin də dinamik inkişafına geniş imkanlar yaratmışdır. Sakinlərin rifahının yaxşılaşdırılmasına, sosial problemlərin həllinə, infrastrukturun təkmilləşməsinə yönəldilən abadlıq və quruculuq işlərini əhatə edən bütün layihələr Prezident İlham Əliyevin Sumqayıta olan xüsusi diqqəti sayəsində həllini tapıb və bu yöndə işlər inamla davam etdirilməkdədir.

Hesabat dövrü iyuldekabr aylarında dövlət başçısının Sumqayıta səfərləri ilə əlamətdar olmuşdur. Bu səfərlər xüsusi təqvim günlərinə çevrilmişdir. Cənab İlham Əliyev şəhərdə baş verən əsaslı dəyişikliklərlə, icrası nəzərdə tutulan layihələrlə yaxından tanış olmuş, xeyir-duasını vermişdir. Prezident səfərlər zamanı Nəsimi adına dənizkənarı parkda görülən abadlıq işləri ilə maraqlanmış, iki iri idman qurğusunun - uşaq-gənclər idman məktəbi və Olimpiya İdman Kompleksininin açılışını reallaşdırmış, Cümə məscidində aparılan yenidənqurma və abadlıq işlərinə baxmış, Ü.Hacıbəyov adına "Kimyaçı" mədəniyyət sarayının inzibati binası və qarşısında yaradılacaq meydanın layihəsi ilə, şəhərin girişinin yenidən qurulması və bir sıra digər layihələrlə, Sumqayıt Texnologiyalar Parkında yaradılan yeni müəssisələrlə tanış olmuş, Azot gübrəsi - Karbamid zavodunun təməlqoyma mərasimində iştirak etmişdir.

İcrası nəzərdə tutulan layihələrin həyata keçirilməsi nəticəsində Sumqayıt müasir Avropa şəhərlərinin səviyyəsinə qalxacaq. Bu gün şəhər özünün yeni, tarixi inkişaf mərhələsinə qədəm qoyubbu inkişaf şəhər həyatının bütün sahələrini əhatə edir. İctimaiyyət nümayəndələri, idmançılarla uzun müddət yaddaşlardan silinməyəcək səmimi görüşləri zamanı dövlətimizin başçısı bu barədə ətraflı söhbət aparmışdır: "Sumqayıtı müasir sənaye mərkəzinə çevirmək üçün konkret proqramlarımız, icra mexanizmlərimiz varbiz bunu edəcəyik. Eyni zamanda şəhərin bütün kommunal infrastrukturu yenilənməlidir. Sumqayıtda memarlıq sahəsində, tikintidə Bakı standartları tətbiq edilməlidir. Sumqayıt da dünyanın ən gözəl şəhərlərindən olan Bakıdan geri qalmamalıdır". Ölkə rəhbəri bir daha vurğulamışdır ki, Sumqayıtın inkişafına xüsusi diqqət göstərir. Bu şəhərdə dəfələrlə olub, bundan sonra da dəfələrlə gələcək. Çünki hələ burada görüləsi işlər çoxdur.

Bir qayda olaraq hesabat məruzələrində əksini tapan dinamik inkişaf göstəriciləri - ümumi məhsul buraxılışı, istehsalda sənayenin və digər sahələrin payı, orta aylıq əməkhaqqı, investisiyalars. üzrə rəqəmlər Sumqayıtda da yüksək olub. Bunları ayrı-ayrılıqda sadalamadan yalnız yeni kimya istehsalatlarının yaradılması üzərində dayanmaq istərdik. Fevralın 28-də "Baku Expo" Mərkəzində regional inkişaf üzrə Dövlət proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda da Prezident İlham Əliyevin söylədiyi kimi, kimya sənayesində müasir texnopark yaradılır: "Böyük neft-kimya kompleksi tikiləcəkdir. "Azərikimya"ya bütün göstərişlər verilmişdir. Sumqayıtda torpaq sahələri ayrılmışdır. Biz kimya sənayesində də hazır məhsulun buraxılmasına nail olacağıq. Kimya texnoparkının yaradılması artıq başlanmışdır. Bütövlükdə texnoparkların yaradılması prosesi gedir. Bu, müsbət prosesdir. Sumqayıt texnoparkı fəaliyyət göstərir, orada 10-a yaxın müəssisə fəaliyyətdədur, minlərlə yeri açılmışdır, hazır məhsul da istənilən ölkəyə ixrac edilə bilər... Beləliklə, dəfələrlə qeyd etdiyim sənayeləşmə prosesinə daha da ciddi təkan veriləcəkdir".

Ölkəmizdə elektroenergetika sənayesinin inkişafı baxımından çox mühüm olan Sumqayıt texnoparkında ilk zavodların 2009-cu ilin dekabrında 1-ci mərhələsinin, 2011-ci ilin iyulunda isə 2-ci mərhələsinin Prezident İlham Əliyevin şəxsən iştirakı ilə açılışı dövlət başçısının belə layihələrə böyük diqqət verməsinin təzahürüdür. Burada yüksək texnologiyalar tətbiq olunur. Proseslər ən müasir standartlara əsaslandığından çalışanların əksəri ali təhsilli və yüksək ixtisaslı kadrlardır. Onlar dünyanın ən inkişaf etmiş ölkələrində xüsusi kurslar keçirlər. Gələcəkdə texnoparkdakı istehsalatların sayının 30-a çatdırılması nəzərdə tutulub.

Karbamid zavodunun inşası layihəsi "2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na əsasən hazırlanmışdır. Müəssisənin tikintisi dövlət investisiyaları hesabına maliyyələşəcək və üç ilə həyata keçiriləcək. Zavodun inşası zamanı burada 3 min, işə düşdükdən sonra isə 500 nəfər çalışacaq.

Digər sahələr üzrə də müəssisələrin inşası, yenidənqurmadan sonra işə salınması, genişləndirilməsi davam edir. İşləyən istehsalatlarda artım göstəriciləri var. Həyata keçirilən tədbirlər nəticəsində Sumqayıtda ötən il hamısı daimi olmaqla 2911 yeni yeri yaradılmışdır.

Şəhərin inkişafı ilə əlaqədar dəvət olunmuş təcrübəli memarların iştirakı ilə hazırlanan və Sumqayıta səfəri zamanı cənab İlham Əliyev tərəfindən bəyənilən layihələr inamla gerçəkləşdirilir. Ulu öndərin adını daşıyan parkın, "Heydər Əliyev Mərkəzi"nin, dövlət başçısının şəxsi nəzarətində olan, ölkə əhəmiyyətli tarixi abidələrin siyahısına salınmış Nəsimi adına parkın, icra hakimiyyəti aparatı binasının, Cümə məscidinin, "Kimyaçı" mədəniyyət sarayının qarşısındakı meydanın yenidən qurulması, daş örtüyünün yeniləşdirilməsi, M.Hüseynzadə adına şəhər stadionunun əsaslı surətdə təzədən qurulması, yeni yaşıllıqların salınması və digər layihələr Sumqayıtın daha da abadlaşmasına, müasirləşməsinə, gözəlləşməsinə imkan yaradacaq.

Dahi şairimiz Nəsiminin abidəsinin yeri dəyişdirilərək Azərbaycan prospektində yenidən qurulub. H.Əliyev prospektində, Sülh küçəsində, digər sahələrdə mövcud obyektlərin müasir üslubda yenidən qurulması işləri aparılır. "Gənclik" mərkəzi adlanan xiyaban primitiv tikililərdən təmizlənib, hazırda orada abadlıq işləri davam etdirilir. "Bələdiyyə parkı" yenidən qurulur. Şəhərdə çoxlu sayda yeni obyektlər, ofis binaları tikilir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 12 mərtəbəli, 96 mənzilli yaşayış binası ucaldılır. Polis idarəsinin inzibati binasının inşası sona yetməkdədir. Baytarlıq idarəsinin binası hazırdır. Bu il prokurorluqstatistika idarəsi üçünbina tikintisinə başlanacaq. Corat qəsəbəsi ərazisində istirahət parkının yenidən əsaslı təmiri və ətraf ərazinin abadlaşdırılması, dəniz tərəfdən girişinin zövqoxşayan şəkildə dəyişdirilməsi, Sumqayıt-Novxanı yolu boyunca hasarların təmir edilərək rənglənməsi və s. işlər həyata keçirilir.

Şəhər üzrə 118 min kvadratmetrdən artıq küçə, meydan və məhəllədaxili yolların asfalt örtüyü əsaslı təmir edilmiş, səki və piyada yollarına, meydançaxiyabanlara 37,3 min kvadratmetr üzlük daş döşənmiş, onlarca yaşayış binasının fasadı səliqəyə salınmış, bir sıra binanın azbest-şifer dam örtüyü metal-kirəmid örtüklə əvəz olunmuşdur. Yollar boyunca qoyulan qranit səki daşları küçələrə xüsusi yaraşıq verir. Şəhərdə və magistral yol kənarlarında 52 minədək ağac, çoxlu sayda mövsüm gülləri və dekorativ kollar əkilib. Artıq üç yaşayış massivində "Nümunəvi məhəllə"lər yaradılıb. Yerlərdə təşkil olunan "Açıq mikrofon" tədbirləri özünü doğruldur. Bütün bunları sakinlər razılıqla qarşılayırlar.

Sumqayıtda şəhər ərazisinin təmizliyi, "Acı dərə" kanalının boruya salınması, ət kəsimi yerlərinin ləğvi, rabitə, kommunal və nəqliyyat xidmətlərinin yaxşılaşdırılması, su, işıq və təbii qaz təchizatının normallaşması müvafiq təşkilatların gündəlik qayğılarından olub. Həmin istiqamətlərdə müəyyən tədbirlər həyata keçirilib. Görüləsi işlər də az deyil. Təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində də canlanma yaranmış, yaddaqalan tədbirlər keçirilmişdir. Sentyabrın 16-da təşkil edilən "Şəhər günü" xüsusilə uğurlu olmuşonun hər il keçirilməsi qərara alınmışdır.

Hesabat dövründə şəhər icra hakimiyyətinə sakinlər tərəfindən əvvəlki illə müqayisədə xeyli çox müraciət daxil olub. Bu da onların şəhər rəhbərliyinə inamının artmasından irəli gəlir. Müraciətlərin böyük əksəriyyəti müvafiq qaydada həll edilib...

İşgüzar şəraitdə keçən hesabat yığıncağının sonunda belə bir inam ifadə olundu ki, qazanılan uğurlar başlanan işlərin eyni coşqunluqla davam etməsini şərtləndirməklə zirvə yolunu daha da yaxınlaşdıracaq.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2012.- 11 mart.- S. 4.