Azərbaycanın yeni sənaye nəhəngi- "Qızıldaş Sement" zavodu

 

Ötən il martın 1-də "Qızıldaş Sement" zavodunun açar təhvili əsasında inşası müqaviləsinin imzalanması mərasimi keçirilmişdir. Bu müddət ərzində görülən genişmiqyaslı hazırlıq işləri barədə "Norm" MMC şirkətinin baş direktoru Hasan Yalçınkaya suallarımıza cavab vermişdir.

 

-Ötən bir ildə hansı işlər görülmüşdür?

- Hazırda zavod ərazisinə 10 kilometr uzunluğunda müasir tələblərə cavab verən avtomobil yolunun inşası başa çatmaq üzrədir. Əraziyə 9 kilometr uzunluğunda 110 kilovoltluq yüksək gərginlikli elektrik xəttinin çəkilişi işləri sürətlə davam etdirilir. Zavodun elektrik təminatı çərçivəsində Səngəçal yarımstansiyasının bir hissəsinin yenidən qurulması da şirkət tərəfindən aparılır. Əraziyə su xətti çəkilmiş və ana xəttə qoşulmuşdur. Eyni zamanda, ərazinin yağış sularından mühafizə sisteminin qurulması işlərinə də başlanmışdır.

Növbəti ay ərzində əraziyə qaz boru kəməri, habelə rabitə və internet xidmətlərinin göstərilməsi üçün fiber-optik kabel xəttinin çəkilməsinə başlanacaqdır. Zavod ərazisinə ümumi uzunluğu 10 kilometr olan dəmir yolu xəttinin çəkilişi layihələndirilir.

-Layihələndirmə işləri hansı mərhələdədir?

- Zavodun işçi layihələrinin 70 faizi baş podratçı tərəfindən tamamlanmışdır. Bu layihələr yerli standartlara uyğunlaşdırılaraq təsdiq üçün Fövqəladə Hallar Nazirliyinin Ekspertiza İdarəsinə təqdim edilməkdədir. Bütün layihələr mart ayının sonunadək hazır olacaqdır.

- Müəssisənin avadanlıq təchizatı nə vəziyyətdədir?

- Əsas texnoloji avadanlıqlar Almaniya, Fransa, Hollandiya və Avropanın digər ölkələrinin ən qabaqcıl şirkətləri tərəfindən təchiz ediləcəkdir. İstehsal xəttində "HAZEMAG" (Almaniya) şirkətinin istehsalı olan qırıcı qurğu, şaquli xammal dəyirmanı Gebr. Pfeiffer SE (Almaniya), odluq Pillard (Fransa), klinker soyuducusu Claudius Peters Ltd (Almaniya) quraşdırılacaqdır. Orta gərginlikli elektrik mühərrikləri avtomatları "Siemens" (Almaniya), qablaşdırma qurğusu "Haver & Boecker" (Almaniya), rentgenoqrafik analiz qurğusu "Phillips" (Hollandiya) şirkətləri tərəfindən təchiz ediləcəkdir. Zavodun konsepsiyası dünya miqyasında zəngin təcrübəyə malik olan mütəxəssislər məsləhətçilərin iştirakı ilə işlənib hazırlanmış bu sahədə ən son innovasiyalara üstünlük verilmişdir.

- Zavodun xammal təchizatı barədə deyə bilərsiniz?

- Son illər ərzində on min hektar ərazidə geoloji axtarış, təxminən min hektar sahədə qazıntı yolu ilə geoloji-kəşfiyyat işləri aparılmış, respublikanın müxtəlif yerlərindən toplanmış iki minə yaxın xammal nümunəsi Almaniya, Fransa Türkiyənin ixtisaslaşdırılmış laboratoriyalarında sınaqdan keçirilmişdir. Ötən iki il ərzində geniş miqyaslı hazırlıq işləri həyata keçirilmiş, zəruri topoqrafiya işləri aparılmış, xammal ehtiyatları hesablanmışdır. Onilliklər boyu istifadə olunacaq xammal mənbələri aşkar edilmiş "Qızıldaş Sement" zavodunun xammal təchizatı üçün tələb olunan ərazilərin istismarına icazə alınmışdır.

-Ötən bir ildə inşaat işlərinə qədər vəsait sərf edilmişdir?

- Müqavilə üzrə avadanlıqların idxalı, zavodun inşası avadanlıqların quraşdırılması işləri üçün 130 milyon ABŞ dolları vəsait xərclənmişdir. Müqavilə şərtlərinə əsasən vaxtında edilmiş bu ödənişlər nəticəsində Avropadan idxal ediləcək əsas texnoloji avadanlıqların sifarişi qabaqcadan verilmişdir ki, bu da zavodun tikintisinin vaxtında başa çatdırılacağına əminlik yaradır. Əlavə olaraq zavod ərazisinə çəkilən avtomobil yolu, elektrik xətti, infrastruktur işləri, layihələndirmə, mühəndis-dizayn, texniki məsləhət xidmətləri sair əməliyyatlar üzrə 20 milyon ABŞ dolları sərf edilmişdir. Beləliklə, son bir il ərzində layihə üzrə cəmi 150 milyon ABŞ dolları məbləğində investisiya qoyulmuşdur. Qeyd etmək lazımdır ki, 2011-ci ildə dünyanın dörd böyük müstəqil auditor şirkətlərindən biri olan "PriceWaterhouseCoopers" "Norm" MMC-nin 2008-2010-cu illər üzrə maliyyə hesabatlarının ilk dəfə olaraq Beynəlxalq Maliyyə Hesabatları Standartına uyğun auditini aparmış öz müsbət rəyini bildirmişdir.

- Zavodun inşasına maliyyə vəsaitlərinin cəlb olunması istiqamətində hansı tədbirlər həyata keçirilir?

- Təxminən 400 milyon ABŞ dollarına başa gələcək layihənin ilkin maliyyələşdirilməsi təsisçilərin nizamnamə kapitalı qoyuluşları hesabına aparılmışdır. Əlavə olaraq layihənin maliyyələşdirilməsi üzrə beynəlxalq maliyyə qurumları ilə intensiv görüşlər davam etdirilir. Hazırda Almaniyanın layihə üzrə avadanlıq ixracatçıları olan digər ölkələrin ixracat agentlikləri tərəfindən layihənin 110 milyon ABŞ dollarlıq hissəsinin maliyyələşdirilməsi üçün ilkin razılıq əldə olunmuşdur.

-Yeni müəssisənin hansı üstünlükləri olacaq?

- Bakının Qaradağ rayonunda inşa edilən bu zavodun istehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edəcək. Zavod Qafqazda ən iri sement istehsalı müəssisəsi olacaq. Zavodda tətbiq ediləcək müasir quru üsul texnologiyası texnoloji prosesdə minimum enerji sərfiyyatı ilə yanaşı, istehsalın səmərəliliyini təmin edəcək. Yüksək keyfiyyətli xüsusi sement növləri ilə yanaşı, Azərbaycanda ilk dəfə olaraq neft sənayesi üçün quyu-tamponaj sementi istehsal ediləcək. İstehsalda ən son innovasiyalara üstünlük verilməsi, dünyada mövcud olan ən qabaqcıl texnologiyaların avadanlıqların tətbiq edilməsi Avropanın ən sərt ekoloji standartlarına riayət olunmasını təmin edəcək.

"Qızıldaş Sement" zavodunun tikintisi hansı sosial məsələlərin həllinə kömək göstərəcək?

- Bu layihə yeni yerlərinin açılması baxımından böyük əhəmiyyət kəsb edir. Zavodda bilavasitə 400 nəfər, xammal mədənlərində isə 100-150 nəfər işləyəcəkdir. Bundan əlavə istehsaldan satışadək, o cümlədən kimya, nəqliyyat, yanacaq, qida və digər xidmət sahələrində daha 2500 nəfər ümumi dəyərdən bəhrələnəcək ki, bu da 3000 nəfərə yaxın ailənin yaşayışının təminatı deməkdir.

Layihədə sənaye obyektlərinin tikintisilə yanaşı, zavod ərazisinin və ətraf yerlərin abadlaşdırılmasına, yaşıllaşdırılmasına, yerli infrastrukturun inkişafına, habelə ətraf qəsəbələrdə yaşayan insanların həyat şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir.

-Zavod vaxt istismara veriləcək?

- İndi tikinti meydançasında hazırlıq planlaşdırma işləri görülür. 2013-cü ilin may ayında yeni sementin istehsalına başlanacaqdır.

Həmin ilin payızında, yəni iki ildən az müddət ərzində zavodun tam gücü ilə istismara verilməsi nəzərdə tutulur.

Qeyri-neft sektorunun ən böyük investisiya layihələrindən biri olan "Qızıldaş Sement" zavodunun inşası Azərbaycanın iqtisadi sosial inkişafında böyük rol oynayacaq ölkənin daha da qüdrətlənməsinə xidmət edəcəkdir.

 

 

Xalq qəzeti.- 2012.- 13 mart.- S. 11.