1995-ci ilin martında dövlət çevrilişi
cəhdinin qarşısı müdrikliklə alındı
1995-ci ilin mart hadisələrindən
17 il keçir, lakin həmin hadisələri törədənlərin
bəd əməlləri hələ də unudulmayıb. O
günlər hakimiyyət hərisliyində olan bir qrup xəyanətkar
ətrafına topladığı qeyri - qanuni silahlı birləşmələr
vasitəsilə müstəqilliyimizə qəsd etməyə
cəhd göstərmişdi. Ölkədə
yaradılmış ciddi nizam-intizama tabe olmaq istəməyən
belə qüvvələr, Azərbaycanın beynəlxalq aləmdə
getdikcə artan nüfuzundan təşvişə düşərək
xarici himayədarlarının təhriki ilə dövlət
çevrilişinə cəhd etdilər. Özü də
xalqımız müqəddəs Novruz bayramına
hazırlaşdığı bir vaxtda. Ulu öndər Heydər
Əliyevin rəhbərliyi altında Azərbaycanın
müstəqilliyinin möhkəmləndirilməsi, demokratik dəyərlərə
üstünlük verilməsi və beynəlxalq aləmə
inteqrasiya olunduğumuz bir vaxtda həmin xəyanətkarların
dövlətçiliyimizə qəsdi xalqın hiddətinə
səbəb oldu.
1993-cü ilin iyununda xalqın iradəsi və təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev ölkəni düçar olduğu bəlalardan xilas etmək üçün gərgin fəaliyyətə başladı. AXC-Müsavat iqtidarının yaratdığı anarxiya, xaos və özbaşınalıq müstəqil Azərbaycanı məhv olmaq həddinə çatdırmışdı. Xalqın qanı bahasına qazanılmış müstəqillik uçurumun bir addımlığında idi.
Dövlət idarəçiliyində zəngin təcrübəsi olan qüdrətli şəxsiyyət Heydər Əliyev ölkədə davamlı ictimai-siyasi sabitlik yaratmaq üçün qeyri-qanuni silahlı birləşmələri ləğv etdi. Azərbaycan vətəndaşlarını vahid amal, ideya və məqsəd ətrafında birləşdirəcək milli ideologiyanın yaradılması ulu öndərin qarşıya qoyduğu prioritet vəzifələrdən idi. Heydər Əliyevin siyasi xəttinin əsasında ilk növbədə iqtisadiyyatı möhkəmləndirmək, nüfuzlu beynəlxalq qurumlarla əlaqələr qurmaq və işğal olunmuş torpaqları azad etmək dayanırdı. Qarşıda duran vəzifələrin mürəkkəbliyi, cəbhə bölgələrində istər hərbi, istərsə də mənəvi durumun ağırlığı Ermənistanla atəşkəs barədə razılığın əldə olunması zərurətini meydana gətirirdi. 1994-cü il mayın 12-də bu vacib sənəd imzalandı və qarşıda duran çətin vəzifələrin həyata keçirilməsi üçün əlverişli imkan yarandı. Bütün bunlar atəşkəsin tarixi əhəmiyyət kəsb etməsindən xəbər verirdi.
Xalqımızın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həlli üçün bütün vasitələrdən istifadə edən müdrik siyasi xadim Heydər Əliyev Azərbaycanın nüfuzlu beynəlxalq qurumlarla əlaqələrinin möhkəmləndirilməsi və bu qurumlara üzv olmaq üçün mühüm əhəmiyyətli tədbirlər həyata keçirirdi. Bununla bərabər ulu öndər milli ordunun formalaşması və gücləndirilməsinə də xüsusi diqqət yetirirdi. Atəşkəs barədə razılıq əldə edildikdən sonra milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Qısa müddət ərzində vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Ordu quruculuğunun daha da inkişaf etdirilməsi üçün ölkəmizin iqtisadi qüdrətinin artırılması zəruri idi.
AXC-Müsavat iqtidarı dövründə respublika iqtisadiyyatı, demək olar ki, tamamilə dağıdılmış, xalqın rifah halı görünməmiş bir səviyyədə aşağı düşmüşdü. Ulu öndər çox yaxşı bilirdi ki, ölkəmizin yüksək sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, təbii sərvətləri respublikanın iqtisadi qüdrətini artırar və ölkəni ağır böhrandan çıxarmağa imkan verərdi. Bundan ötrü iqtisadi islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək və iri şirkətləri Azərbaycana cəlb etmək lazım idi.
İri şirkətləri ölkəyə cəlb etməklə həm iqtisadiyyatı möhkəmləndirmək, həm də Azərbaycanı beynəlxalq aləmdə tanıtmaq, əlaqələri genişləndirmək olardı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi" müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqelərinin möhkəmləndirilməsi istiqamətində atılmış qətiyyətli addım oldu. Respublikamızın siyasi, iqtisadi və informasiya blokadası şəraitində olduğu bir vaxtda dünyanın 7 inkişaf etmiş, qüdrətli dövlətini təmsil edən 11 neft şirkəti ilə "Əsrin müqaviləsi"nin imzalanması çox böyük əhəmiyyət kəsb edirdi. Artıq Azərbaycan beynəlxalq aləmdə öz mövqelərini getdikcə möhkəmləndirirdi.
Heydər Əliyevin düşünülmüş siyasi xətti ölkə həyatının demokratikləşməsi, hüququ dövlət quruculuğu istiqamətində inamlı addımlar atılmasında müstəsna rol oynayırdı. Əhalinin güzəranının yaxşılaşdırılması və sosial müdafiəsi məsələləri ulu öndərin daim diqqət mərkəzində saxladığı vacib məsələlərdən idi. İqtisadiyyata qoyulmuş xarici investisiyalar ölkəmizin mövqelərini getdikcə möhkəmləndirirdi. Bununla yanaşı, Azərbaycanın diplomatik əlaqələri də genişlənirdi. Bütün bunlar 1994-cü ilin oktyabrında hakimiyyəti devirməyə çalışan Surət Hüseynov, Rövşən və Mahir Cavadov qardaşları və onlarla həmrəy olan radikal müxalifət nümayəndələrini-AXC-Müsavat iqtidarının səbatsız elementlərini ciddi təşvişə salmışdı. Onlar hakimiyyəti ələ keçirmək üçün yenidən qeyri-qanuni silahlı qruplaşmalar vasitəsi ilə dövlət çevrilişinə cəhd göstərdilər.
Rövşən Cavadovun rəhbərlik etdiyi Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri 1995-ci il martın 13-də səhər saat 4-də Qazax rayonunda hərbi hissəyə, inzibati orqanların binalarına və poçta hücum edərək onların normal fəaliyyətini xeyli müddət pozmuş, sonra isə Ağstafa rayonunda öz çirkin niyyətlərini davam etdirmişdilər. Dövlət mənafeyini, dövlətçiliyi müdafiə edən Ağstafa Polis Şöbəsinin bir əməkdaşı öldürülmüşdü. XTPD-nin üzvləri getdikcə daha da azğınlaşmış, çoxlu sayda silah-sursat ələ keçirərək öz təcavüzlərini daha da genişləndirmişdilər.
Azərbaycan Respublikasının daxili işlər naziri general-mayor Ramil Usubovun 14 mart 1995-ci il tarixli əmri ilə DİN-nin Xüsusi Təyinatlı Polis Dəstəsi ləğv olunsa da XTPD-nin başçısı Rövşən Cavadov bu əmrə tabe olmamış, Xətai rayonunun o vaxtkı prokuroru, qardaşı Mahir Cavadovla birlikdə qeyri-qanuni silahlı dəstələri ilə dövlət başçısı qarşısında müəyyən şərtlər qoymuşdular. Həmin vaxt Surət Hüseynovla Ayaz Mütəllibov "Arqumentı i faktı" qəzetində bəyanat vermişdilər ki, guya, onlar vətəndaş ittifaqı yaratmışlar. Bu, bir daha göstərirdi ki, Azərbaycanın müstəqilliyi, beynəlxalq aləmə inteqrasiyası nə onlar, nə də radikal müxalifət üçün önəmli deyilmiş. Belələri şəxsi məqsədlərinə nail olmaq üçün hər cür çirkin vasitədən istifadə etməyə hazır idilər.
Azərbaycan Prezidenti
1995-ci il martın 15-də televiziya
və radio ilə xalqa
müraciətində Surət Hüseynovun,
Rövşən və Mahir Cavadov qardaşlarının, onlarla
həmrəy olan radikal
müxalifət nümayəndələrinin dövlət çevrilişi cəhdini pisləyərək
qeyri-qanuni silahlı qruplaşmalara
qanunsuz əməllərindən əl
çəkmələri barədə dəfələrlə
xəbərdarlıq etmişdi, onları əfv
edəcəyini bildirmişdi. Hətta Cavadov qardaşlarının atası ilə
danışmışdı, ona
oğlanlarını vətəndaş müharibəsi,
silahlı qarşıdurma yaratmaqdan
çəkindirməyi tövsiyə etmişdi.
Rövşən Cavadov da
o vaxt verdiyi
müsahibələrinin birində bunu təsdiqləyərək
demişdi: "Biz
Heydər Əliyevlə neçə dəfə
danışmışıq. Bunlar bizimlə
bacaran deyillər, bacara
da bilməzlər... Biz
hakimiyyətə gələcəyik. Artıq heç
özümüzdən ağıllısını görmürük... Sabah bütün qüvvələrimizi səfərbərliyə
alacağıq, artıq sabah, birisi gün, bir neçə günə Heydər Əliyev
istefa verməsə, onu
zorla devirərik, yəni zorla,
silahla". Göründüyü
kimi, Rövşən Cavadov
və onun ətrafı hakimiyyəti silah gücünə, qeyri-konstitusion
yolla ələ keçirmək üçün tam
israrlı idilər. Onlar
ağsaqqalları, ziyalıları, hətta yaşlı
atalarını da dinləmək istəmirdilər.
Rövşən Cavadovun böyük
iddiası vardı: dövlət başçısı olmaq. Hətta hakimiyyətə gələndən
sonra kimlərlə, hansı partiyalarla işləyəcəyini də bəyan
etmişdi. O, müsahibələrinin
birində demişdi: "Siz
bilirsiniz ki, mən birinci gündən Xalq Cəbhəsində
olmuşam". Onun bu etirafı da sübut edir ki, AXC-Müsavat funksionerləri
dövlət çevrilişi cəhdinin
fəal iştirakçıları olmuşlar.
Lakin müdrik siyasi xadim Heydər Əliyevin
qətiyyəti və siyasi uzaqgörənliyi
dövlət çevrilişinin
qarşısını aldı. 1995-ci ilin
mart hadisələri hərbi-siyasi
müxalifətin növbəti məğlubiyyəti oldu. Həm 1994-cü ilin oktyabr, həm də 1995-ci ilin
mart hadisələri bir
daha təsdiqlədi ki,
xalq öz prezidentinə,
ümummilli lideri Heydər
Əliyevə inanır və onunla həmrəydir.
Bunu o zaman
dövlət başçısına ünvanlanmış
saysız-hesabsız teleqramlar da təsdiqləyirdi. On yeddi il əvvəl baş vermiş hadisələrin
yarası hələ də sağalmayıb. Xalq
OMON-çuların qəddarlığını, insanlara işgəncə vermələrini necə
unutsun? Hamıya məlumdur ki, o vaxtlar
"Sahil" metrosunun
yaxınlığında yerləşən "Cənub"
mehmanxanasının zirzəmisi OMON-çuların işgəncə
məkanı idi. Onlar
imkanlı adamları və ya onların
övladlarını tutub "cəzalandırma
evi"nə aparır, orada ən
ağır cəzalar verərək istədikləri məbləği
aldıqdan sonra sərbəst buraxırdılar.
Bu gün OMON-çuları az
qala Milli qəhrəman
səviyyəsinə qaldırmaq istəyən Milli
Ordunun sabiq zabiti İsa Sadıqov da bu "cəzalandırma
evi"ndə baş verən dəhşətli
olaylardan xəbərsiz deyildi.
1995-ci ilin mart
ayında hakimiyyəti ələ keçirmək istəyən
xəyanətkarlara qarşı çıxanlardan biri də elə İsa
Sadıqovun özü idi.
O, hətta dövlət çevrilişi
etmək istəyənlərin zərərsizləşdirilməsində
iştirakçı olmuş, bunu az qala
özünün hünəri kimi qələmə vermək istəmişdi.
Sən demə, sabiq zabitin dərdi
var imiş. O, general olmaq
istəyirmiş. Ancaq İsa
Sadıqovun bu rütbəyə yüksəlməsinə
elə bir əsas yox idi.
Onun hərbçi kimi keçdiyi yola nəzər saldıqda da bunun şahidi
oluruq. On yeddi ildən sonra mart hadisələrini
yadına salaraq indi də necə
deyərlər, valın
o biri üzünü
çevirən İsa
Sadıqoun riyakarlığı
onun daxili aləmini bir daha açıb göstərdi. Bir vaxtlar
dövlət çevrilişinə
cəhd göstərənlərlə
mübarizə aparması
ilə öyünən
İsa Sadıqovun bu gün xəyanətkarları
vətənpərvərlər cildində təqdim etməsi onun dayaz düşüncəli
hərbçi olmasının
nəticəsidir. Nə yaxşı
ki, İsa Sadıqovun əli arzusunda olduğu general rütbəsinə çatmadı.
Hərbçi dözümlü, iradəli olmalı, yüksək hərbi rütbə ala bilmədiyinə
görə ona-buna çamur atmamalı, qaçıb xarici ölkələrin birində
oturub çirkli pullar hesabına öz Vətəninin, xalqının ünvanına
çirkab yağdırmamalıdır.
Təəssüf ki, İsa Sadıqov zabit şərəfini ayaqlar altına ataraq ləkələdi.
Əliqismət BƏDƏLOV
Mədəniyyət.- 2012.- 13 mart.-
S. 9.